Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48

_______________Milli Kitabxana______________ 
 11
nəsildən-nəslə keçirilərək saxlanılan, gündəlik həyat təcrübəsi 
ilə möhkəmləndirilən davranış normalarını xarakterizə edərkən 
işlədilir. Məs., etnik stereotip, mədəni stereotip və s.. 
Etnoqrafiyada elmi maddi və  mənəvi mədəniyyət 
elementlərinə görə insan kollektivlərinin keçmiş tarixini bərpa 
edərkən mərasim, ayin, adət, qalıq, ənənə kimi anlayışlardan 
da geniş istifadə edir.  
12. Adət – müəyyən etnik birlik daxilində qəbul edilmiş 
davranış qaydalarıdır. 
13. Mərasim  – etnosun müəyyən sosial, ailə  və  mənəvi 
həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Bunları bir-
birindən fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri 
şəklində  işlədilir: dəfn mərasimi, toy mərasimi, qonqpərvərlik 
adəti, oğulluğa götürmə adəti və s. 
14. Qalıq – ictimaivə mənəvi həyatın müasir vəziyyətinə 
yabançı olan, keçmiş  mədəni mərhələlərdən bu günə  qədər 
gəlib çatan və etnik birliyin üzvləri tərəfindən bir vərdiş kimi 
icra edilən mədəni amildir. Bunlar qədim mərasim və adətlərin 
qalığı kimi yaşaya bilir.  
15.  Ənənə  - (latınca “traditsiya”- ötürülən, keçirilən 
deməkdir) etnosun həyatını qoruyub saxlamaq üçün maddi və 
mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, 
cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər. Bəzən 
insanların məqsədyönlü fəaliyyəti nəticəsində maddi və mənəvi 
mədəniyyətin yeni formaları meydana çıxır ki, bunlara yenilik, 
innovasiya deyilir. Tədricən bunlar ənənəyə çevrilir. 
 
İCTİMAİ  HƏYAT  TERMİNLƏRİ 
Nəsil- Sosial həyatın ən mühüm anlayışlarında biridir . O, 
sinfi cəmiyyətəqədərki dövrün əsas ictimai-iqtisadi 
hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən 
qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə 
“gens” anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat 
terminlərindən də istifadə olunur.  
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 12
Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının 
ittifaqıdır.  
Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının 
ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında “klan” termini ata nəsli 
termini ilə sinonim sayılır. Məsələn,  Şotlandiyada ata nəsli 
quruluşu klan quruluşu kimi xarakterizə olunur.  
Matriarxat – (latınca “mater”-ana, yunanca “arxe”-
hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. 
Ananın hökmüranlığı  bəşəriyyət tarixinin o dövrünə aiddir ki
bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular 
və bir qayda olaraq rəhbərlər onların içərisindən seçilirdi. 
Müasir etnoqrafiyada matriarxat dedikdə qadınların 
hökmüranlığının o dövrü başa düşülür ki, insanların ictimai 
mövqeyi və hüquqları ana xətti ilə  cərəyan edən qan 
qohumluğu ilə müəyyən olunurdu. Nəsli hakimiyyətin 
icraçıları isə çox vaxt hakimiyyəti ana xətti ilə keçən kişilərdən 
ibarət olurdu. 
Patriarxat – (yunanca “patriarxe”-nəslin başçısı) 
kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu 
quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü 
kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə 
müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur. 
Xronoloji baxımdan patriarxatın təşəkkülü dünyanın bir çox 
xalqlarında müşahidə olunan ilk tunc dövrünə, yəni maldarlığın 
əkinçilikdən ayrılması dövrünə  təsadüf edir. İnsanların 
təsərrüfat fəaliyyətinin müxtəlifliyindən asılı olaraq demək 
lazımdır ki, patriarxatın yaranması ana nəslindən ata nəslinə 
keçilməsini zəruri edən iqtisadi təlabatın yaranması dövründən 
başlanmışdır. Patriarxat sinifsiz cəmiyyətin son pilləsi, sinifli 
cəmiyyətin ilk pilləsi hesab olunur.  
Ekzoqamiya (yunanca “ekzo”-xarici, “qamos”-nigah) – 
hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti 
sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin 
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 13
Endoqamiya (yunanca “endoi”-daxili, “qamos”-nikah) – 
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, nəinki bir 
etnik birlik kimi, habelə sinifsiz cəmiyyətin sosial təşkilatının 
yüksək forması kimi qəbilənin çox mühüm əlaməti olmuşdur. 
Qəbilə etnik və  təsərrüfat baxımından nəsil kimi 
mikrostrukturanı endoqamiya yolu ilə özündə birləşdirən ali 
makrostruktura idi. 
Fratriya  – qarşılıqlı nikah əlaqəsində olan bir neçə 
nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir 
nəslin sonrakı inkişafı  nəticəsində yaranmışdı. Qəbilənin  ən 
ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində 
olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi 
təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də 
nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi 
bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə  əmək 
alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud 
olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq 
münasibətlərinə əsaslanırdı.  
Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu 
əlaqələrinin sarsılması  və  ərazi  əlaqələrinin yaranması 
nəticəsində  nəsli icmalar kənd icmalarına və ya əkinçilik 
icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki, 
torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət 
saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin 
xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli ailələrin istifadə 
etdiyi  əkin sahələri və otlaqlar icmaya məxsus idi. Oradan 
götürülən gəlir isə  fərdi xarakter daşıyırdı. Sinifsiz cəmiyyət 
dövründə yaranan bu qayda son günlərə qədər davam etmişdir.  
Patronimiya – sinifsiz cəmiyyətin son dövründə
patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq 
telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil 
edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. 
Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. 
Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam olmuşdur. 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə