Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   48

_______________Milli Kitabxana______________ 
 20
bir-biri ilə əlaqə nəticəsində adətən oxşar məişət və mədəniyyət 
formaları yaradırlar. Məsələn müxtəlif dilə  və genezisə malik 
olan Qafqaz xalqları  əsrlər boyu bir-biri ilə qonşuluqda 
yaşadıqlarından onlarda mədəni məişət ukladının bir çox oxşar 
xüsusiyyətləri yaranmışdır. Ümum Qafqaz geyim tipinin, 
xüsusən kişi paltarlarının oxşarlığını, silah, adət-ənənə  və 
folklor materiallarının oxşarlığını buna misal göstərmək olar. 
Bu cür vəziyyəti dünyanın bir çox xalqlarında da müşahidə 
etmək olar.  
Xalqların tarixən ümumi mədəni məişət xüsusiyyətlərinin 
formalaşdığı vilayətə tarixi etnoqrafik vilayət deyilir. Keçmiş 
sovet imperiyası daxilində belə tarixi etnoqrafik vilayətlərə 
misal olaraq Baltikyanı  əraziləri, Orta Volqaboyunu, Qafqazı, 
Orta Asiyanı  və s. göstərmək olar. Xalqları coğrafi cəhətdən 
təsnif edərkən, onları  xəritə üzrə deyil tarixi-etnoqrafik 
vilayətlər üzrə  təsnifləşdirirlər.  Tarixi-etnoqrafik vilayət 
tarixi kateqoriya sayılır. Qədim xalqların formalaşması, yer 
üzərində insanların ilkin yayılması prosesi dövründə, e.ə. XII-
VI minilliklərdə baş vermişdir. Daha sonradan ayrı-ayrı tarixi-
etnoqrafik əyalətlərin xarakterik xüsusiyyətləri dəyişdiyi kimi, 
onların sərhədləri də  dəyişmişdir. Bunun nəticəsində  bəzi 
əyalətlər yox olmuş, bəziləri isə  əksinə yenidən meydana 
çıxmışdır. Bu proses uzun minilliklər boyu müxtəlif ictimai-
iqtisadi formasiyalar daxilində  cərəyan etmişdir. Tarixi – 
etnoqrafik  əyalətə müəyyən  ərazidə  məskunlaşan, bir-birilə 
əlaqədə olan, lakin ictimai-iqtisadi inkişafın, səviyyəsi və 
istiqaməti, dili və irqi mənsubiyyəti ilə  fərqlənən xalqlara 
daxildir.  
IV-IX  əsrlərdə baş vermiş xalqların böyük köçünün 
nəticəsində antik inperiyaların xarabalıqları üzərində feodal 
dövlətləti meydana çıxmış, yeni xalqların təşəkkülü prosesi 
getmiş,  Şərqi Avropa ərazisində slavyanların məskunlaşması 
başlamış  və onlar demək olar ki, cənubda Balkan 
yarımadasınadək yayılmışdılar. Almanlar bir qədər qərbdə, 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 21
Mərkəzi və  Şimali Avropada məskunlaşmışdılar. Onlar hətta 
keltlərin yaşadığı Britaniya adalarına da gəlib çıxmışdılar. Bu 
dövrdə, keçmiş Roma imperiyasına dəfələrlə basqın etmiş  və 
onun süqutunda mühüm rol oynamış barbar tayfaların 
latınlaşdırılmış  əhali ilə qarışması  nəticəsində Roman 
xalqlarının formalaşması prosesi başlanmışdı. Bu vaxt Qərbə 
doğru hərəkət edən hunlar IV əsrin sonunda Avropaya çatmış 
və Dunay hövzəsində çox da möhkəm olmayan, lakin etnik 
cəhətdən çox qarışıq olan konqlomerat bir dövlət 
yaratmışdılar. Hunların arxasınca  Şərqi Avropaya başqa türk 
tayfalarının – xəzərlərin, bolqarların, peçeneqlərin, 
poloveslərin güclü axını başlanmışdı, Bolqarların bir qrupu 
Volqanın yuxarılarınadək gəlib çıxmış və sonralar çuvaş, tatar 
xalqlarının etnogenezində görkəmli rol oynamışdılar. Onların 
digər qrupu 679-cu ildə Dunay çayını keçərək, cənubda 
yaşayan slavyanlar arasında  ərimiş, lakin öz adlarını bolqar 
xalqına vermişdilər. VIII-IX əsrlərdə, dili Qərbi Sibirin 
Xantimansi xalqlarının dilinə bənzəyən macarlar, Cənubi Ural 
çöllərindən hərəkətə başlayaraq, Orta Dunay boyunda 
məskunlaşmışdılar.  
Türk dilli xalqların kütləvi axını Cənubi Sibirdə, Mərkəzi 
və Orta Asiyada da baş vermişdir. Bunun nəticəsində, eramızın 
birinci minilliyinin ikinci yarısında, həmin ərazilərdə bir-birini 
əvəz etmiş bir çox tayfa ittifaqları  və dövlət birləşmələri 
meydana gəlmişdi. V əsrin sonunda isə Orta Asiya 
tayfalarından biri olan Evtalitlərin (İrandilli tayfa) böyük qrupu 
Hindistan  ərazisində  məskunlaşmışdı  və keçmiş Kuşan 
imperiyasının  ərazisində böyük bir dövlət yaratdı. VI əsrdən 
etibarən Ön Asiyanın və  Şimali Afrikanın yerli əhalisinin 
assimiliyasiyası ilə müşayiət olunan geniş ərəb işğalları dövrü 
başlayır. Bu dövrdə eyni zamanda Şərqi və  Cənub-Şərqi 
Asiyada koreyalıların və yaponların konsolidasiyası başlayır. 
Çinlilər də  tədriclə  cənuba doğru yayılaraq, oradakı müxtəlif 
xalqlarla qarışmış, onların mədəni və  təsərrüfat nailiyyətlərini 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 22
mənimsəyərək, eyni zamanda özü də bir-birindən fərqlənən 
yerli qruplara parçalanmış  və yerli xalqlara çin dilini qəbul 
etdirmişdilər. Hind-çin yarımadasında vyetnamlıların, 
birmalıların, tailandlıların etnik və siyasi əraziləri mon-kxmer 
və indoneziyalılar hesabına xeyli genişlənmişdi. Sumatradan 
gəlmiş və Malaqkada məskunlaşmış malaylar, sonralar demək 
olar bütün İndoneziyada yayılaraq yerli etnik qruplarla birlikdə 
bir çox yeni xalqların təşəkkül tapmasına şərait yaratmışdılar. 
II minilliyin birinci yarısında Asiya və Avropanın etnik 
tarixinə monqol hücumlarının böyük təsiri olmuşdur. Etnik 
qrupların uzaq yerlərə köçü ilə müşayiət olunan monqol 
işğalları xalqların bir-birinə qarışmasını sürətləndirirdi. 
Mərkəzi, Orta və Ön Asiyada, habelə Qafqazda və  Şərqi 
Avropada yeni xalqların meydana gəlməsinə  səbəb oldu. Bu 
etnik proseslərə misal olaraq Sibirdə, Volqa boyunda, Krımda 
müxtəlif tatar qruplarının təşəkkül tapdığını göstərmək olar. 
Tatar-monqol yürüşlərindən bir qədər  əvvəl Balkan 
yarımadasına, müasir Mərkəzi Asiya türkmənlərinin  əcdadı 
olan oğuz-türk tayfalarının köçü başlanmışdı. Onların yerli 
əhali ilə qarışması  nəticəsində bir sira yeni xalqların, o 
cümlədən azərbaycanlıların və Osmanlı türklərinin 
formalaşması üçün şərait yarandı. Təxminən eyni vaxtda bantu 
dillərində danışan tayfaların  Şərqi və  Mərkəzi Afrikadan 
cənuba doğru yayılması prosesi gücləndi, XV əsrin sonunadək 
Asiya, Avropa və Afrikada demək olar ki, bizim dövrümüzə 
qədər gəlib çıxan bütün xalqlar artıq təşəkkül tapmışdı. 
Dünya xalqlarının etnik tarixində kapitalizmin meydana 
çıxması və onun inkişafının böyük rolu olmuşdu. Bu dövrdə - 
yəni XVI-XIX əsrlərdə avropalılar Amerikaya, Avstraliyaya və 
Okeaniyaya yayılmışdılar. Bu böyük miqrasiyalarda, əvvəlcə 
ispanlar və portuqaliyalılar, bir qədər sonra hollandlar, 
fransızlar və ingilislər əhəmiyyətli rol oynamışdılar. Öz doğma 
torpaqlarından müxtəlif səbəblər üzündən ayrılan bu xalq 
qrupları yeni məskunlaşdıqları  ərazilərdə yerli tayfalarla 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə