Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

_______________Milli Kitabxana______________ 
 23
əlaqəyə girmiş  və yeni xalqların təşəkkülü üçün imkan 
yaratmışdılar. Bu vaxtlar müstəmləkə ölkələrində aborigenlərin 
çoxu məhv edilmiş və ya təcrid olunmuşdular. Bu mənada yeni 
xalqların formalaşması birinci növbədə  Mərkəzi və  Cənubi 
Amerikaya aiddir. Buradakı etnik inkişafın ikinci mərhələsi 
Kanada, ABŞ, Argentina, Avstraliya və Okeaniya xalqları üçün 
xarakterikdir. Afrikanın cənubunda eyni yolla müasir 
hollandların əcdadlarından (burlardan) xüsusi bir etnos-afrikan 
xalqı yaranmışdır. Onların dili holland dilinə yaxın olsa da, bir 
çox xüsusiyyətinə görə onlardan fərqlənir. Karib dənizi 
adalarında, Venesuela, Braziliya və Qananın etnik tarixində 
Avropalı mühacirlərin, habelə hindularla yanaşı Afrika mənşəli 
zəncilərin böyük rolu olmuşdur.  
  
b) Mədəni-təsərrüfat tiplərinə görə təsnifat 
Yaratdıqları təsərrüfat-mədəni tiplərin müxtəlifliyinə görə 
dünya xalqları  aşağıdakı kimi qruplaşdırılır.  Təsərrüfat-
mədəni tip dedikdə, bir-birinə yaxın ictimai-iqtisadi inkişaf 
səviyyəsində olan, oxşar təbii-coğrafi  şəraitdə yaşayan, 
müxtəlif xalqlarda tarixən meydana gələn təsərrüfat və 
mədəniyyətin müəyyən kompleks xüsusiyyəti başa düşülür. Bu 
tiplər hər bir cəmiyyətin istehsal üsulu ilə əlaqədardır. Müxtəlif 
tarixi dövrlərdə, insanların onları  əhatə edən təbiətə 
münasibətini yalnız istehsal üsulu müəyyən edir. Müxtəlif 
ictimai-iqtisadi  şəraitdə eyni mədəni-təsərrüfat tipləribir-birilə 
əlaqəsi olmayan, bir-birindən çox uzaqlarda yaşayan xalqlarda 
da meydana gələ bilər. Təsərrüfat-mədəni tiplər arasındakı fərq 
əhalinin təsərrüfat fəaliyyətində, habelə maddi və  mənəvi 
mədəniyyət elementlərində özünü göstərir. Müxtəlif xalqların 
ictimai quruluşu, həmin xalqların öz mədəni-təsərrüfat tipləri 
ilə müəyyən edilir. Eyni zamanda həmin tiplər cəmiyyətin 
məhsuldar qüvvələrinin səviyyəsini  əks etdirir. Təsərrüfat-
mədəni tiplər tarixi kateqoriyadır. Bunlardan bəziləri hələ 
ibtidai insanların təşəkkülü dövründə, bəziləri isə ibtidai icma 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 24
quruluşunun dağılması  və ilkin sinfi cəmiyyətlərdə meydana 
gəlmişdir. Kapitalizmə  qədər ki, dövrdə yaranan bu mədəni 
təsərrüfat tipləri, məhsuldar qüvvələri səviyyəsinə görə üç 
qrupa bölünür. Birinci qrupa – böyük iqtisadi əhəmiyyətə 
malik olan ovçuluq, yığıcılıq və qismən balıqçılıq; İkinvi qrupa 
– toxa əkinçiliyi və maldarlıq; Üçüncü qrupa – isə  təsərrüfat 
işləri zamanı heyvanların gücündən dartı qüvvəsi kimi istifadə 
edilən kotan əkinçiliyi daxildir. Müxtəlif ictimai-iqtisadi 
inkişaf səviyəsində olan müasir xalqlarda mədəni-təsərrüfat 
tiplərinin hər üç qrupuna rast gəlmək mümkündür. Bununla 
belə  nəzərə almaq lazımdır ki, bu tiplər bir halda iqtisadiyyat 
və məişətdə həlledici rol oynayırsa da, başqa hallarda keçmişin 
qalıığı kimi özünü göstərir. Birinci qrupun tipləri üçün 
xarakterik cəhətlər – insanların yaşayıb qidalanması üçün 
yeganə  mənbə sayılan yabanı bitkilərin və  vəhşi heyvanların 
olmasıdır. Bunlar da söz yox ki, qida üçün yararlə hala 
salınmalıdır. Bu mərhələdə iqtisadiyyatda sadə istehsal 
vasitələrinin, ilk növbədə ovçuluq, yığıcılıq və balıqçılıq 
alətlərin istehsalı əsas yer tutur.  
-
 
Birinci qrup tiplərinin məhsuldar qüvvələri inkişafın 
səviyyəsi baxımından məhduddur.burada  əmək məhsuldarlığı 
nisbətən aşağıdır. Eyni zamanda izafi məhsul tamamilə yoxdur. 
Ona görə  də bu mərhələdə  hələ kifayət qədər  əmlak 
bərabərsizliyi və siniflərin meydana gəlməsi üçün iqtisadi əsas 
yoxdur.  İzafi məhsul təkcə oturaq balıqçılarda və  dəniz 
ovçuluğu ilə  məşğul olan qrupların bəzilərində özünü 
göstərməyə başlayır. Bununla əlaqədar olaraq ictimai differen-
siasiya üçün, xüsusən ev qulçuluğunun yaranması üçün şərait 
meydana çıxır. Ovçuluq, yığıcılıq və balıqçılıq bazası üzərində 
heç bir vaxt heç bir yerdə sinfi cəmiyyət yaranmamışdır. Nə 
qədər ki, təsərrüfatın bu sahələri yeganə  əsas idi, bəşəriyyət 
ibtidai icma quruluşu çərçivəsindən kənara çıxa bilmirdi. 
Birinci qrupa daxil olan mədəni-təsərrüfat tipləri hələ paleolit 
və mezolitdə meydana gəlmişdi. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 25
-
 
İkinci qrup mədəni-təsərrüfat tipləri toxa əkinçiliyi və 
maldarlıqdır. Bu qrupun tipləri birinciyə nisbətən irəliyə doğru 
atılmış böyük bir addımdır. Bu qrupda yaşayıb qidalanmaq 
üçün  əsas mənbə  mədəni bitkilərin becərilməsi və ev 
heyvanlarıdır.  İqtisadiyyat birinci qrupdakına nisbətən 
möhkəmdir,  əmək məhsuldarlığı yüksəkdir. Burada izafi 
məhsul yaranıb daimi xarakter kəsb edir və  yığım üçün şərait 
yaradır.  Əmlak bərabərsizliyi özünü qabarıq  şəkildə göstərir. 
İstismar müxtəlif formalarda təzahür edir. İnkişaf etmiş toxa 
əkinçiliyi və heyvandarlıq bazası üzərində, bu xalqlarda ilkin 
sinfi münasibətlər, xüsusən quldarlıq və feodalizm 
münasibətləri meydana çıxır. Bu qrupa daxil olan xalqlarda 
artıq sənətkarlıq kənd təsərrüfatından ayrılmış  və yüksək 
inkişaf yoluna düşmüşdür. 
-  Üçüncü qrup mədəni – təsərrüfat tipinə  əkinçiliklə 
maldarlığın sintezi nəticəsində  təsərrüfat və  mədəniyyətin 
nisbətən yüksək tipi olan kotan əkinçiliyi daxildir. Torpağın 
şumlanmasında  əl  əməyinin nisbətən asanlaşdırılması,  şum 
işində yeni alətlərə keçilməsi, heyvanların gücündən dartı  
qüvvəsi kimi istsfadə olunması – bütün bunlar məhsuldar 
qüvvələrin inkişafında böyük sıçrayış idi. Kotan əkinçiliyinin 
ilk dəfə  Cənub-Qərbi Asiyada, Mesopotamiyada, sonra isə 
Misirdə (e.ə. IV-III minillik) meydana gəldiyi ehtimal olunur. 
Cənub və  Şərqi Asiyaya, Şimali Afrika və Avropaya kotan 
əkinçiliyi bu ərazidən yayılmışdır. Yer kürəsinin başqa 
ərazilərinə − Böyük Səhradan cənubda – Afrikaya, Amerikaya, 
Avstraliya və Okeaniyaya kotan əkinçiliyi Avropa 
müstəmləkəçiliyi başlanana qədər keçə bilməmişdi. Kotan 
əkinçiliyi qədim dövrdə, habelə feodalizm və kapitalizm 
dövründə yüksək mədəniyyətin inkişafı üçün əsas olmuşdur. O, 
sinfi təbəqələşməni, şəhərin kənddən, sənətkarlıq və sənayenin 
kənd təsərrüfatından ayrılmasını sürətləndirdi, mürəkkəb və 
rəngarəng mədəniyyətə malik möhkəm dövlət birləşmələri 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə