Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

_______________Milli Kitabxana______________ 
 26
yaratdı. Müasir dövrdə kotan əkinçiliyi mədəni-təsərrüfat tipinə 
yer kürəsinin əksər xalqları daxildir. 
Bu  əsas qruplar çərçivəsi daxilində müxtəlif xalqlarda 
müşahidə olunan bir neçə konkret mədəni-təsərrüfat tipləri 
vardır. I qrupun tipləri belədir: Əsas məşğuliyyəti ovçuluq və 
yığıcılıq olan tropik və subtropik zonada yaşayan geridə qalmış 
xalqların təsərrüfatında indiyədək arxaik xüsusiyyətlər 
qalmaqdadır. Bu xalqların bir qismi səhra və yarımsəhra 
vilayətlərdə yaşayır. Bunlara Avstraliyanın avtoxton tayfaları 
və Cənubi Afrikanın buşmenləri aiddir. Digər qismi isə tropik 
meşələrdə yaşayanlardır. Bunlar əsasən Cənub-Şərqi və Cənubi 
Asiyanın geridə qalmış ovçu tayfaları, Mərkəzi Afrikanın 
piqmeyləri, cənubi Afrikanın ovçu tayfalarından olan 
batakudlar və quayaklardır. Təsərrüfatın və  mədəniyyətin bu 
tipi yuxarı paleolitdə meydana gəlmişdir. 
Şimal meşə zonası ovçularının təsərrüfat-mədəni tipi 
inkişafın nisbətən yüksək mərhələsində durur. Bu tip neolitdə, 
insanın keçilməz Şimali Asiya və Şimali Amerika tayfasını fəth 
etdiyi bir dövrdə meydana gəlmişdir. Təsərrüfat və 
mədəniyyətin bu tipi hələ bu yaxın dövrlərdə Sibirin meşə 
hissəsində yaşayan xalqlarda (evenklər, ketlər, yukagirlər) 
hakim rol oynayırdı  və indiyədək  Şimali Kanadanın 
hindularında (atapask və alqonkinlər) qalmaqdadır. Başqa bir 
tip  şimal zonasında böyük çayın vadilərində, balıqla zəngin 
olan okean sahillərində meydana gəlmişdir. Bu oturaq 
balıqçıların mədəni-təsərrüfat tipidir. Bu tip kilyaklarda, 
ulçlarda, nanaylarda, itelmenlərdə, Kamçatka koryaklarında və 
hindularda hakim rol oynayır. 
Sonrakı, nisbətən ixtisaslaşdırılmış mədəni-təsərrüfat tipi 
Şimali Asiya və  Şimali Arktika sahillərində meydana 
çıxmışdır. Bu dəniz ovçularının təsərrüfatı idi. Bu tip 
Qrenlandiyadan Berinq boğazınadək  ərazidə yayılmış 
eskimoslarda, sahil boyu çukça və koryaklarda indiyədək 
qalmaqdadır.  
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 27
II qrupa aşağıdakı tiplər daxildir:  
Öz mənşəyi ilə  əvvəlkilərdən sonra gələn ikinci qrupun 
tipləri maralçılığın meydana gəlməsi ilə bağlıdır. Maral isə 
eradan  əvvəlki son əsrlərdə  Mərkəzi Asiya və  Cənubi Sibirdə 
yayılmışdır. Başqalarından fərqli olaraq bu tip, Qərb 
yarımkürəsinə keçməmiş, ancaq Şimali Asiyada yayılmışdır. 
Maralçılıq mədəni-təsərrüfat tipinə oxşayan, lakin 
özünün yüksək inkişaf səviyyəsi ilə ondan fərqlənən səhra 
köçəri maldar təsərrüfatı  təqribən neolitin axırlarında (e.ə. II 
min.) yaranmışdır. Köçəri maldar tip köhnəliyin qalığı kimi 
müasir dövrdə  Mərkəzi Asiya xalqlarında (Monqol, Tibet) 
qalmaqdadır. Keçmişdə isə Cənubi Sibir və Orta Asiya (qazax, 
qırğız və türkmən), İranın səhra və dağlıq rayonları xalqlarında 
(kürdlər, lurlar), Ərəbistanda (bədəvilər),  Şimali Afrikada 
(qalla, tuareq) mövcud olmuşdur. Amerikada əhliləşdirilmiş ev 
heyvanları olmadığına görə bu cür mədəni-təsərrüfat tipi də 
olmamışdır.  
Primitiv yığıcılıqdan yeni mədəni-təsərrüfat tipinə, yəni 
toxa  əkinçiliyinə keçid böyük bir addım sayılırdı.  Əkinçiliyə 
keçid yer kürəsinin müxtəlif hissələrində  − Afrikada, 
Amerikada və Avropada müstəqil yolla baş vermişdir. Bu 
həmin  ərazilərdə yetişdirilən mədəni bitkilərin müxtəlifliyilə 
izah olunur. Amerika və Okeaniyanın tropik ölkələrində 
becərilən bitki növləri  əsasən giləli bitkilər (yams, taro, batat, 
manioka, kartof), Cənubi-Qərbi Asiyada – buğda, arpa, darı, 
Cənubi Asiyada isə  çəltik, Afrikada – darı, Amerikada isə 
qarğıdalı olmuşdur. 
Əkinçilikdən fərqli olaraq maldarlıq köçəri “Həyat tələb 
edir”.  III qrup mədəni-təsərrüfat tipinə kotan əkinçiliyi 
daxildir. Ev heyvanlarının kücündən dartı qüvvəsi kimi istifadə 
olunması bu tipin xarakterik xüsusiyyətidir. Kotan əkinçiliyi əl 
əməyinə  əsaslanan  əkinçiliklə maldarlığın sintezindən 
yaranmışdır. Kotan əkinçiliyinə keçidlə  əlaqədar olaraq əmək 
məhsuldarlığı son dərəcə yüksəlir.  İlkin kapital yığımı  və 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 28
istismar üçün yeni-yeni imkanlar açılır. Sənətkarlıq 
əkinçilikdən ayrılır. Tədriclə,  əvvəlcə manufaktura sonra isə 
fabrik sənayesi meydana çıxır. Asiya, Afrika və Avropadakı 
sinfi cəmiyyətlərin  əksəriyyətinin  əsas iqtisadi bazası 
kapitalizmə qədərki kotan əkinçiliyi olmuşdur. 
v)  Dil  təsnifatı. 
Dil xalqların və ya etnik birliklərin  ən mühüm 
əlamətlərindən biridir. Hazırda yer kürəsində dialektlər nəzərə 
alınmazsa iki mindən artıq dil mövcuddur. Dillərin bir neçə 
təsnifat növü vardır. Bunların içərisində ən qiymətlisi geneoloji 
və  morfoloji  təsnifatlardır. Geneoloji təsnifat dilləri maddi 
qohumluq prinsipi üzrə qruplaşdırır. Bu təsnifata görə qonum 
dillər elmi cəhətdən yüksək qiymətləndirilən tarixi-müqayisə 
metodu vasiyəsilə öyrənilir. Dillər arsındakı qohumluq, həmin 
dillərin qrammatik və fonetik quruluşlarının yaxın olmasında 
özünü göstərir. Dil ailəsinin bütün dilləri əsas dil adlanan dilin 
dialektlərindən yaranmışdır. Qohum dillərin məcmusu dil 
ailəsini  əmələ  gətirir. Bəzən müxtəlif tarixi şəraitə düşdükdə 
əsas dilin dialektləri bir-birilə öz əlaqəsini itirir və inkişaf 
prosesi zamanı müstəqil, lakin öz aralarında qohum dillərə 
çevrilirlər.  Əsas dilin dialektlərindən  əmələ  gələn dillər öz 
növbəsində inkişafın sonrakı  mərhələsində müstəqil dillərə 
çevrilə bilən dialektlərə bölünürlər. Dilin inkişafındakı 
diferensasiya prosesi ilə, yəni dilin gələcəkdə yeni dillər əmələ 
gətirən dillərə parçalanması ilə yanaşı  əks proses, inteqrasiya 
və ya birləşməsi prosesi də, yəni qohum dillərin vahid bir dil 
əmələ  gətirməsi prosesi də mövcud ola bilər.  İnteqrasiya 
prosesi, yəni dillərin vahid bir dildə birləşməsi millətlərin 
formalaşması dövrü üçün xarakterikdir. 
Bir ailəyə daxil olan dillər öz aralarındakı  müxtəlif 
dərəcəli qohumluqlarını saxlayırlar. Bununla əlaqədar olaraq 
dil ailələri budaqlara, onlar da öz növbəsində qrup və 
yarımqruplara ayrılırlar. Dünyanın bir çox dillərinin hələ lazımi 
səviyyədə öyrənilməməsi göstərir ki, hələ indiyə kimi 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə