180
bişirilmiş çörək parçası insan ağlının ən böyük
ixtirasından biri olmuşdur”.
3 min il bundan əvvəl yetişdirilmiş xəmirdən mə-
saməli çörəyin bişirilməsi Yunanıstanda da tətbiq olun-
mağa başlamışdır. Artıq yeni eranın 776-cı illərində I
Olimpiya oyunlarının açılışı zamanı yarış iştirakçıları
və qonaqlara xüsusi delikotes - yaxşı məsaməli ağ çö-
rək bişirilmişdir.
Qədim Yunanıstanda məsaməli buğda çörəyi ən
dadlı yemək (qida, çərəz) hesab olunurdu. Belə çörəyi
yalnız aristokratlar yeyirdilər.
Misir çörəkbişirmə texnologiyasını tətbiq edən
romalı ustalar çörəklə yanaşı yaxşılaşdırılmış
məmulatlar bişirmiş, kiçik müəssisələrdə duru xəmir-
maya hazırlamışlar ki, bununla da maya sənayesinin
təməli qoyulmuşdur.
Hər bir xalqa məxsus milli mətbəx ocaqlarının
inkişaf edib təşəkkül tapması ilə əlaqədar çörək məmu-
latlarının da çeşidi artmağa başlamışdır. Çörək hər bir
xalqın gücü, qüdrəti sayılır. “El-oba çörəyi ilə tanınar”
demişlər. Çörəyə hörmət və ehtiram bütün xalqlarda
olduğu kimi biz azərbaycanlıların da müqəddəs sayılan
adətlərindəndir. Elimizdə hər bir qonaq duz-çörəklə
qarşılanmış, dostluq naminə çörək kəsilmişdir.
Çörəyin qədrini bilmək müqəddəs borcdur. Çörək
bolluqdur, baş ucalığıdır, onu qorumaq ümumxalq
işidir. Çörəyə qayğı və qənaətçillik münasibəti bəslən-
məlidir, bu iqtisadi qüdrətin əsas amillərindən biridir.
Çörəyi bol olan ölkə həmişə özünü yenilməz sanmış-
dır. “Çörək bol olarsa, basılmaz Vətən”, “Çörəyin
qədrini bilməyən, elin də qədrini bilməz”, “Taxıl
anbarlarda – xoş güzəran evlərdə” - demişlər.
181
El-oba torpağın, həyat mənbəyi və diriliyin neməti
olan çörəyin qədrini bilmiş, onu hər şeydən üstün
tutmuşdur. Çörək dostluq, qardaşlıq, etibar rəmzi olub.
Çörəklə bağlı atalar sözləri (“Duz çörək-düz çörək”,
“Çörəyi tapdalamazlar”, “Kişi ilə çörək kəsərlər,
namərdlə yox”, “Çörək qan kəsər»”, “Çörəyə and
olsun”, “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”) və
deyimləri həyatın özündən yaranmışdır.
Çörək gündəlik qida rasionunda mühüm yer tutur.
Hazırda respublikada gündəlik çörək tələbatı 3,5-4 min
ton təşkil edir ki, bu ayda 90-120 min ton və bir ildə
1200-1400 min ton çörək deməkdir. Respublikada
2009-cu ildə 3 milyon ton taxıl istehsal olunduğu nəzə-
rə alınarsa, deməli respublika əhalisinin tələbatı tam
ödənilməkdədir.
Çörəyə tələbatın artması, əhalinin yaşayış səviyyə-
sinin aşağı olması ilə izah edilir. Çünki respublikada
çörək istehlakı fizioloji normadan çoxdur.
Çörək-kökə məmulatının keyfiyyətini və bioloji
dəyərliliyinin yüksəldilməsi həmişə çörək istehsalçıla-
rının diqqət mərkəzində olmuşdur. Çünki çörək digər
ə
rzaq məmulatlarına nisbətən daha çox və hər gün
istehlak olunan qida məhsuludur.
Çörək gündəlik qida rasionunda mühüm yer tutur.
Çörək əsasən buğda və çovdar, bəzi hallarda isə arpa
və qarğıdalı unlarından hazırlanır. Çörək bişirmək
üçün undan başqa, su, xörək duzu, maya, yumurta, süd
və süd məhsulları, şəkər, xaş-xaş, ədviyyat, meyvə-
tərəvəz püreləri və başqa dad və tamverici
maddələrdən istifadə edilir. Çörəyin tərkibində 5-8%
zülal, 40-45% karbohidrat (əsasən nişasta), vitaminlər
(B
1
, B
2
, B
6
, PP, H, E və s.), minerallı (fosfor,
182
maqnezium, kalium, kalsium) və digər maddələr var.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, xəmi-
rin yetişməsi və çörəyin bişirilməsi dövründə onun
tərkibində 200-dən çox üzvi birləşmələr, o cümlədən
70 karbonlu, 23 spirt və fenol, 32 üzvi turşu, 17 efir, 9
kükürdlü birləşmə və başqa maddələr əmələ gəlir.
Bunlar, şübhə yoxdur ki, çörəyin ətrinin, dadının, rən-
ginin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Hər adam gündə 450 q çörək və çörək-kökə mə-
mulatı yeməlidir. Fiziki işlə məşğul olanlar 700-800 q,
zehni işlə məşğul olanlar isə 300-400 q çörək məmulatı
yeməlidirlər. Gündəlik qidanın tərkibində ət, balıq,
yumurta və meyvə-tərəvəz məhsullarının xüsusi çəki-
sini artırmaq hesabına çörəyi azaltmaq mümkündür.
Orqanizmə lazım olan gündəlik enerji dəyərinin
üçdə bir hissəsi, zülalın 30%-i, fosforun, dəmirin, B
1
və PP vitaminlərinin 33-38%-i, eləcə də kalsiumun,
maqneziumun, mikroelementlərin, E, H və B
6
vita-
minlərinin bir hissəsi çörək və çörək məmulatının
hesabına ödənilir.
Çörəyin yüksək qidalılığı və mənimsənilməsi onun
kimyəvi tərkibindən, içliyinin quruluşundan, maddə-
lərin vəziyyətindən, dadından və iyindən asılıdır. Çörə-
yin kimyəvi tərkibi unun tərkibindən, əlavə olunacaq
tamlı maddələrdən, çörəyin istehsalı zamanı baş verən
dəyişikliklərdən asılıdır.
Unun sortu yüksəldikcə çörəyin nəmliyi azalır,
bununla əlaqədar olaraq quru maddələr artır, sellüloza
və kül elementlərinin miqdarı azalır, həzm olan
karbohidratlar artır. Yaxşılaşdırılmış çörəklərdə yağ və
şə
kər çox olur.
Müxtəlif sortlu buğda unundan hazırlanmış çörək-
Dostları ilə paylaş: |