Microsoft Word Qurban?n yaz?lar?n?n musabiq?y? t?qdim etdiyi variantlar? -?n duzgun doc docx



Yüklə 153,81 Kb.
Pdf görüntüsü
tarix04.07.2018
ölçüsü153,81 Kb.
#53409


Qurban Süleyman oğlu Süleymanov 

 

            Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti 

                         (İqtisadiyyat və həyat jurnalı. N 3/4 – 2015. səhifə 17-20.)                                                

    

    Hədəfə doğru 



   Azərbaycan bir ilkə imza atmağa hazırlaşır. Bakı birinci Avropa Oyunlarına ev sahibliyi 

edəcək. Bu, dövlətimizin uğurlu siyasəti və dünyadakı nüfuzunun məntiqi nəticəsidir. 

Müstəqilliyimizi  əldə etdikdən sonra dövlət səviyyəsində idmana xüsusi diqqət göstərilməyə 

başlandı. Milli Liderimizin prezidentliyinin ilk dövrlərində idman ictimaiyyəti ilə görüşündə 

“Azərbaycan prezidenti kimi, şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, 

idmana xüsusi qayğını öz üzərimə götürürəm” deməsi bunun bariz sübutudur.   

    Heydər  Əliyevin  əsas məqsədi xalqımızın sağlam gələcəyini qurmaq, həmçinin 

idmançılarımızın beynəlxalq tədbirlərdə qazanacaqları çoxsaylı  uğurlar, eləcə  də  ən mötəbər 

yarışları ölkəmizə gətirməklə onu dünyada daha yaxından tanıtmaq və qüdrətli ölkəyə çevirmək 

idi. O, deyirdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir 

vasitə yoxdur”. Məhz bu səbəbdən də idman respublikamızda dövlət səviyyəsində daim böyük 

qayğı ilə yanaşılmış strateji məqsəd olub. Heydər  Əliyevin Milli Olimpiya Komitəsinə  oğlu  

İlham Əliyevi rəhbər təyin etməsi, eləcə də Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının 

Təşkilat Komitəsinə rəhbərliyi ən etibar etdiyi şəxsə – həyat yoldaşı Mehriban Əliyevaya həvalə 

etməsi bu məsələyə böyük həssaslıqla yanaşıldığının göstəricisidir. Bu iradənin nəticəsidir ki, 

respublikamızda idmanın inkişafı  ən yüksək səviyyəyə çatmışdır. Təkcə bir faktı qeyd etmək 

yerinə düşər ki, Bakı  və rayonlarda müasir şəraitli 40-dan çox Olimpiya İdman Kompleksi 

tikilmiş, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmiz idman aləminə töhfələr 

vermişdir.   

    Ötən dövr bu siyasətin doğruluğunu sübut etdi – dünyada layiqli yerimizi tutduq və idman 

ölkəsi kimi tanındıq.  

    Əsas hədəf isə torpaqlarımızı işğaldan azad etmək idi…  

 

     Dünya idmanının lokomotivi 



    Olimpiya oyunlarının tarixini izlədikdə görmək olar ki, bu cür əhəmiyyətli tədbirlərə adətən 

nüfuzlu ölkələr ev sahibliyi edir. 1896-cı ildən indiyədək 27 dəfə baş tutmuş dünyanın ən böyük 

idman tədbiri olan Yay Olimpiya Oyunlarında yalnız 18 ölkə bu şərəfə nail olub. Oyunların 

ABŞ-da 4, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Fransa və Avstraliyada hərəsində 2 dəfə 

təkrar keçirildiyini nəzərə alsaq, 27 tədbirdən 14-nün yalnız bu altı ölkədə  təşkil olunduğunu 

görərik. Tədbirlərin 16-sı Avropa, 6-sı Amerika, 3-ü Asiya, 2-si isə Avstraliya qitələrinin payına 

düşür. Yəni, digər üç qitədə keçirilmiş 11 tədbir birlikdə belə Avropadan azdır.  

     Nəticələr də oxşardır. Belə ki, keçirilən 27 tədbirdə komanda şəklində cəmi 18 ölkə 78 dəfə 

fəxri kürsüyə qalxmışdır. Bu ölkələrin 13-ü Avropanı təmsil edir. Cəmi qazanılmış 78 yerin 43-

nü əldə etməklə isə “Qoca qitə” burada da liderliyini qoruyur. Yarışları keçirmiş digər 13 ölkəyə 

də nəzər saldıqda məlum olur ki, dünyanın ən mötəbər idman tədbirləri elə dünyanın ən mötəbər 

siyasi-iqtisadi gücü olan ölkələrdə keçirilir. Beləliklə  də Olimpiya oyunlarının böyük siyasi 




anlamını, eləcə də Avropanın dünya idmanındakı yüksək xüsusi çəkisini görürük. 

  

     Rekordlar ölkəsi 



    Məhz həmin Avropanın  əsasən xristianlardan ibarət 49 dövlətinin 38-i tarixdə ilk dəfə baş 

tutacaq, mürəkkəblik və mahiyyət etibarilə yalnız Olimpiya oyunları ilə eyni səviyyəli olan 

birinci Avropa Oyunlarının gənc müsəlman ölkəsi olan Azərbaycanın paytaxtı Bakı  şəhərində 

keçirilməsinə  qərar verdilər. Bu, İlham  Əliyevin  şəxsində bizə olan böyük inam və etimadın 

nəticəsidir. 

     26 aprel 2015-ci ildə Bakıda alovun götürülməsi mərasimində Avropa Olimpiya Komitəsinin 

prezidenti Patrik Hikinin çox qısa müddət  ərzində Azərbaycanın  ən çılğın arzularla belə 

düşünülməyəcək səviyyədə  iş görməklə rekorda imza atdığını xüsusi qeyd etməsi ölkəmizin 

qüdrətinin, həmçinin “Qoca qitənin” bizə etimad göstərməkdə yanılmadığının sübutudur.  

     Dövləti israfçılıqda əsassız olaraq ittiham edənlərə tutarlı cavabdır ki, bu cür qlobal tədbirlərə 

ev sahibliyi edəcək ölkənin seçimində təsadüflərə qətiyyən yer yoxdur. Bu, dövlətimizin böyük 

zəhmətlə qazandığı hörmət və idmanımızın nüfuzunun Avropa tərəfindən dəyərləndirilməsidir.  

     Oyunlara  ev  sahibliyinin  əhəmiyyəti və onun nəticəsindən  əldə olunacaq mənfəət  əsas 

etibarilə beynəlxalq arenada nüfuz məsələsi ilə bağlıdır və hər şeydən əvvəl, Azərbaycan üçün 

aşağıdakı gözləntiləri xarakterizə edir: 

- Belə  tədbirlərin keçirilməsində başlıca  məqsəd sülhün, müqəddəs ideyaların dünyaya 

təbliğidir. Mövcud müharibələr  şəraitində, barışa daha çox ehtiyac duyulduğu bir dövrdə bu 

təşkilatçılığımızla  ən azı 17 gün ərzində möhtəşəm sülh ab-havası yaradacaq və bununla da 

beynəlxalq aləmdə nüfuzumuzu daha da gücləndirəcəyik;  

- Dünyaya, xüsusən də islamofobiyanın daha sərt xarakter aldığı xristian Avropasına sülh carçısı 

olan demokratik müsəlman ölkəsini təqdim edəcək, dinlərarası  gərginliyə mülayimlik 

gətirəcəyik; 

- Oyunlar ərəfəsində fərqli mədəniyyətlərə məxsus çoxlu xarici qonağı qəbul edəcəyik. Müxtəlif 

ölkələrin yayım  şirkətləri, eləcə  də  tədbirə qatılacaq 1500-dən artıq mətbuat nümayəndəsi 

vasitəsilə geniş təqdimatımız baş tutacaq. Dünya xalqımızın yüksək tolerantlıq, qonaqpərvərlik 

xüsusiyyətlərinə, zəngin mənəvi dəyərləri, musiqisi və  mətbəxinə valeh olacaq. Ölkəmiz 

mədəniyyətlərarası sivilizasiyanın mərkəzi olduğunu bir daha təsdiq edəcək. Bu unikal 

xüsusiyyətlərimizin təbliği siyasi çəkimizi daha da artıracaq, Qarabağ problemini ətraflı şəkildə 

anlatmaq imkanımız yaranacaq;  

- Oyunların alovunun ölkəmizin hər tərəfini dolaşmasıyla füsnkar təbiətimiz, qədim tariximiz 

yüksək  şəkildə  təbliğ olunacaq. Yarışların bir qisminin Mingəçevirdə keçirilməsi isə 

bölgələrimizin turizm imkanlarının təbliğində müstəsna rol oynayacaq. Belə ki, qonaqlar gözəl 

Gəncəmizə, müasir Mingəçevirimizə, qədim  Şəkimizə, qonaqpərvər Zərdabımıza getməklə 

rayonlarımızdakı intibahı görəcəklər. Beləliklə  də regionlarımızda turizmin inkişafının yeni 

mərhələsi başlayacaq;  

- Birinci Avropa Oyunları bizə dövlət və xalq olaraq həmrəyliyimizi, bacarıq və iddiamızı 

dünyaya təqdim etmək, düşmənə isə göstərmək üçün gözəl fürsətdir. Artıq müəyyən mənada 

buna nail olmuşuq. Belə ki, tədbirlər öncəsi qısa  müddətdə 18  idman  obyekti tikilmiş  və 

yenidən qurulmuş, idmançıların rahat şəkildə məskunlaşacağı 13 yeni yaşayış binasından ibarət 

“Atletlər kəndi” salınmışdır. 68 min 195 tamaşaçı tutumlu Olimpiya Stadionu isə ən möhtəşəm 

idman mərkəzlərindən biridir. Tədbirə hazırlıq mərhələsində bütün ölkə, xüsusən də paytaxtımız 

daha da gözəlləşib, yollar, binalar yenilənib. Müasir obyektlər, otellər tikilməklə turizm şəbəkəsi 

inkişaf etdirilib. Başlıcası isə idman infrastrukturu ən yüksək səviyyədə qurulub. Bu da növbəti 



beynəlxalq tədbirlərə, xüsusən də Olimpiya oyunlarına daha inamlı  şəkildə iddia etməyimizə 

imkan verəcək; 

- Oyunlar gənclərimizə də böyük imkanlar yaradır. Belə ki, tədbirə cəlb olunacaq 13000 könüllü, 

qonaqlarla ünsiyyətdə olmaqla dil öyrənmə, təşkilatçılıq, münasibət qurma qabiliyyətinə 

yiyələnəcək, yeni dostlar qazanacaq, təcrübə əldə edəcəklər; 

- 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarını qazanmaq uğrunda ölkələr arasında gərgin 

mübarizə başlayıb. Artıq Boston və Roma şəhərləri namizədliklərini irəli sürüblər. Berlin, yaxud 

Hamburq, eləcə də Parisin də mübarizəyə qoşulacağı gözlənilir.  

    Dünya o qədər də sadəlövh deyil. Əgər ABŞ, Almaniya, Fransa, İtaliya kimi böyük güclər bir 

neçə  dəfə ev sahibliyi etdikləri halda, mürəkkəb  şərtlərə    rəğmən  yenidən  bu  iddiaya 

düşürlərsə, burada artıq oyunların qlobal və siyasi mahiyyəti ortaya çıxır. Bu mənada gənc ölkə 

olaraq ev sahibliyimizdən əldə edəcəyimiz böyük siyasi dividendləri təsəvvür etmək o qədər də 

çətin deyil. Prezident İlham  Əliyevin də idman siyasətində bu amil daim əsas götürülür. Bu 

imkanın əldə olunması isə dövlət başçısının rəhbərliyi altında aidiyyatı qurumların, xüsusən də 

Milli Olimpiya Komitəsinin məhsuldar fəaliyyətinin nəticəsidir. O nəticə ki, beynəlxalq 

yarışlarda, xüsusən də Olimpiya oyunlarında  əldə etdiyimiz qələbələrin kəmiyyət və keyfiyyət 

göstəricilərinin artan templə davam etməsi – Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 və 

Londonda 10 medal qazanmamız ölkəmizin nüfuzunu daha da möhkəmləndirib. Nailiyyətlər 

2014-cü ildə isə ən yüksək həddə çatıb. Belə ki, ötən il iştirak etdiyimiz yarışlarda ümumilikdə 

275-i qızıl olan 805 medal qazanmaqla idman tariximizin ən çoxsaylı  qələbə rekorduna imza 

atmışıq.  Ən böyük dünya rekordunu isə keçirəcəyimiz birinci Avropa Oyunlarının bütün 

parametrlər üzrə planetin ən möhtəşəm və yaddaqalan idman tədbiri olmasıyla əldə edəcəyik. 

  

     Olimpiya qəhrəmanımızın təəssüratları   



    Paytaxtımızda baş tutacaq bu yarışda idmançılarımızın ölkəmizi qaliblər sırasına yüksəltmələri 

ən böyük istəyimizdir. Bu arzuya Namiq Abdullayev də qoşulur. Tarixi hadisənin onu çox 

qürurlandırdığını, sevincinin hüdudu olmadığını deyən olimpiya çempionumuz söhbətimizdə 

bildirdi ki, adətən idmançılar xarici ölkələrə gedəndə ilk növbədə yarışların keçirildiyi məkana 

və yaradılmış mühitə diqqət edirlər. Biz də xaricdə olarkən dərhal gözümüz önünə vətənimiz və 

Prezidentimiz, onun idmana, idmançılarımıza qayğısı, yaratdığı yüksək şərait gəlir.  

    Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə cəmi iki il 

yarıma görülən  böyük işlər ən yüksək dünya standartlarına cavab verir. Bir misalı qeyd edim ki, 

bu yaxınlarda Bakıda Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda 12 ölkənin idmançı və 

mütəxəssislərinin də  iştirakıyla yüksək səviyyəli yarış keçirildi. Tədbir ilk dəfə yenidənqurma 

işlərindən sonra Heydər  Əliyev adına  İdman Sarayında oldu. Qonaqlar 2 il öncə olduqları 

məkanda baş verən möhtəşəm dəyişiklik və yaradılmış yüksək  şəraitə valeh olmuşdular, 

gördüklərinə inanmırdılar. Qürurverici haldır ki, digər bütün idman obyektlərimizdə də vəziyyət 

eynidir və açılışına hələ xeyli müddət qalsa da, artıq ölkəmiz idman bayramına tam hazırdır. 

İnanıram ki, xalqımızın yüksək dəstəyini hiss edəcək idmançılarımız həmişə olduğu kimi, 

xüsusən də doğma divarlar arasında daha böyük qələbələrə imza atacaq, himnimizi səsləndirəcək 

və bayrağımızı yüksəldəcəklər. 

 

     Yolumuz Şuşayadır 



    20 növ üzrə 49 ölkənin 6000-dən çox idmançısının yarışacağı birinci Avropa Oyunlarını 

dövlətimizin  ən yüksək səviyyədə keçirəcəyinə  və bununla da idmanımızın inkişafının yeni 

mərhələyə qədəm qoyacağına tam inanırıq. Həm də əminik ki, bu gözəl hadisə vətəndaşlarımızda 



özünə inamı, milli qürur və  təəssübkeşlik hissini ən yüksək səviyyəyə    qaldıracaq, dövlətlə 

xalqın birliyini daha da möhkəmləndirəcək, dünyada artan nüfuzumuz  isə inkişaf etmiş ölkələr 

sırasına yüksəlməklə söz sahibi olmamızı şərtləndirəcək. 

…Hədəfə çatırıq. Milli liderimizin arzuladığı  ən böyük məqsədə siyasi varisi İlham  Əliyevin 

rəhbərliyi altında sürətlə yaxınlaşırıq. Bu gözəl idman bayramını başa vurmaqla bədxahlarımız 

üzərində layiqli qələbə qazanacağıq.  Ən möhtəşəm qələbəmiz isə oyunlardan sonra fövqəladə 

artacaq siyasi qüdrətimizlə Qarabağda, düşmən üzərində olacaq. Elə isə növbəti oyunları Şuşada 

qarşılayarıq! İnşaALLAH, Cıdır düzündə görüşərik!...  

    

                                                                                                                                                   



Qurban Süleymanov 

 

 



 

 

 



 

 

Yüklə 153,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə