Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

40 

 

otlayan zaman onların dişləri seyrək otu belə və hətta yerdən çox az hündürlükdə 



olan otları (5mm) rahatlıqla götürə bilir. Bunun da nəticəsində ərazidə formalaşan 

otların kök şəbəkəsi məhv olur və nəticə etibarı ilə ərazidə sürüşmə hadisələrinin 

intensivləşməsi getdikcə artır. Çünki, torpaqda olan otların kök şəbəkəsi torpaqda 

qoruyucu qat yaradır. Belə ki, yağan yağışların çox bir qismi həmin köklər 

vasitəsilə torpaqdan udularaq yenidən buxarlanaraq atmosferə qayıdır. Ancaq 

otlaqlar məhv olduğu zaman isə yağan yağıntılar torpağın dərinliklərinə hoparaq 

onun sürüşməsinə zəmin yaradır. 

    Digər bir səbəb kimi otarma zamanı vahid bir marşrutdan istifadə 

olunmamasıdır ki, bu da eroziya proseslərinə öz mənfi təsirini göstərir. Çünki iri 

və xırda buynuzlu heyvanların dırnaqları torpağı zədələyir və nəticədə həmin 

yerlərdə şırnaqlar əmələ gətirir. Yağan yağışlar həmin şırnaqlarla torpaqların 

dərinliklərinə daxil olur və bunun nəticəsində bitkilərin kök şəbəkəsi də zədələnir. 

Başqa bir səbəb isə otlaqlardan təyinatı üzrə düzgün istifadə olunmamasıdır ki, bu 

da bir hektar sahəyə düşən heyvanların sayından artıq heyvan otarılması sayəsində 

baş verir. Bu o deməkdir ki, otlaq müəyyən bir müddətdən sonra dincə 

qoyulmalıdır ki, ot formasiyaları yenilənsin, ot bitkiləri sıx şəbəkə yarada bilsin. 

Otlaqlarda, örüşlərdə mal-qara intensiv və normadan artıq otarıldıqda (xüsusilə 

erkən yazda) heyvanların dırnaqları çim qatını dağıdır və torpağın asəthində 

müxtəlif cığırlar əmələ gətirir və yamaclarda yağmurlar düşdükdə əmələ gələn 

səthi su axını həmin cığırlarla axaraq torpağı yuyur və orada müxtəlif dərinlikdə 

ş

ırımların əmələ gəlməsi müşahidə edilir. Bundan asılı olaraq, yamaclarda xeyli 



miqdarda torpaq yuyulur. Belə sahələrdə mal-qaranı təkrar otardıqda mövcud 

ş

ırımlar böyüyür, onların arasında yeni şırımlar əmələ gəlir. Əmələ gəlmiş şırımlar 



bir- biri ilə birləşərək, yamacın səthini parçalayır və onun zolaqlarla yuyulmasına 

səbəb olur. 

    Yaylaqlarda dik yamacların torpaq örtüyü çox yuxa olduğundan mal-qaranın 

normadan artıq, nizamsız və qeyri fəsli otarılması nəticəsində onlar eroziya 

prosesinə daha tez məruz qalır. Torpaq qatı yuyulduqdan sonra alt qatda yerləşən 

yumşaq ana süxur üzə çıxır ki, onun da yuyulub dağılması sürətlə gedir. Bitki 

örtüyü seyrək olan və şumlanmış yamaclarda eroziya mənbəyi sayılan çuxurlara, 

ş

ırımlara, cığırlara yığılan su torpağın fiziki xassələrini kəskin şəkildə pisləşdirir və 



su eroziyasının daha təhlükəli növü olan qobu eroziyasının əmələ gəlməsinə 

şə

rait yaranır. Dağ və dağətəyi zonalarda, xüsusilə yamaclarda səthi eroziyaya 



qarşı vaxtında mübarizə tədbirləri aparılmazsa həmin sahələrdə olan şırımlar, 

çökəkliklər böyüyərək, qobuların əmələ gəlməsinə səbəb olur. Quba, Qusar, 

Xaçmaz bölgəsində eroziya prosesinin çox genış inkişaf etməsinə təbii və 

antropogen amillərin birgə təsirinə rəvac vermiş, 696,5 min hektar sahəni və ya 

ə

razinin torpaqlarının 369,4 min ha və ya 53%-i sıradan çıxaraq yararsız hala 



düşmüşdür . Bölgənin ümumi torpaq ehtiyyatlarının eroziya durumu (ha/%) 

cədvəl 9 göstərmək olar. 

 

 

 



                                                                                                   


41 

 

 



 

 

                                                                                                       Cədvəl  9 



 

Rayonlar 

 

Ümumi 


sahəsi 

                                  Eroziya dərəcəsi 

Eroziyasız 

sahə 


Cəmi 

eroziyalı 

sahə 

                       O cümlədən 



    Zəif 

      Orta 

     Şiddətli 

Quba 


261032

37,5


 

133097


51,0

 

127935



49,0

 

68005



53,1

 

24240



18,9

 

35690



28,0

 

Qusar 



149953

21,5


 

57128


38,1

 

92825



61,9

 

48295



52,0

 

24330



26,3

 

20200



22,8

 

Ş



abran 

108821


15,6

 

54301



49,9

 

54520



50,1

 

14475



26,4

 

18345



33,6

 

21700



39,8

 

Siyəzən 



70341

10,1


 

14728


21,0

 

55613



79,0

 

17218



31,0

 

13180



23,7

 

25215



45,3

 

Xaçmaz 



106355

8,1


 

67865


63,8

 

38490



26,2

 

26735



69,5

 

8480



22,0

 

3275



8,5

 

Cəmi 



696502

8,1


 

327119


47,0

 

369383



53,0

 

174728



47,3

 

88575



24,0

 

106080



28,7

 

 



 

 

   Bölgənin ayrı-ayrı rayonlarında torpaqların eroziyaya uğrama göstəriciləri də 

xeyli fərqlidir. Məsələn, Şabran və Siyəzən rayonlarında torpaq ehtiyyatlarının 

yarısından çoxu (50,1 və 79,0%) eroziyaya uğramış torpaqlardır. Eroziyaya 

uğramış sahələrin (cəmindən) 39,8 və45,3%-i şiddətli, 33,6 və 23,7%-i orta, 26,4 

və 31,0%-ni zəif eroziyaya məruz qalmış torpaqlar təşkil edir. Quba rayonunda 

torpaq ehtiyyatlarının təqribən yarısı (49,0%) və Qusar rayonunda isə yarısından 

xeyli çox hissəsi (61,9%) eroziya torpaqlarından ibarətdir. Əhatə etdiyi əraziyə 

görə Quba rayonunda eroziyalı torpaqların arealı daha genişdir. Burada şiddətli 

eroziyaya uğramış torpaqlar 35,7 min ha təşkil edir ki, buda rayon üzrə ümumi 

eroziyaya uğramış torpaqların 28,0%- deməkdir. 

    Bölgənin digər rayonlarına nisbətən Xaçmaz rayonunun torpaqlarında eroziya 

prosesləri zəif inkişaf etdiyindən burada eroziyaya uğramış torpaqların sahəsi 38,5 

min hektara (36,2%) çatır. Bunun 8,5%-i şiddətli və 22,0%-i orta dərəcədə 

eroziyaya uğramış torpaqlardır. 

   Quba-Xaçmaz zonasında kənd təsərrüfatına yararlı torpaqların 126,9 min 

hektarı və ya 32,9%-i əkin, 186,8 min hektarı və ya 48,3%-i otlaq, 28,2 min 

hektarı, yaxud 7,3%-i isə çoxillik əkmələrin payına düşür. 

Quba-Xaçmaz zonasının təbii iqtisadi otlaq sahəsi 186,8 min hektardır və ondan 

örüş kimi istifadə edilir. Burada təbii bitki örtüyünün bərpası sahəsində heç bir 

tədbirin həyata keçirilməməsi və antropogen amilin təsiri eroziya prosesinin 

ş

iddətlənməsinə səbəb olmuşdur. Belə ki, ümumi otlaq sahəsinin 60%-dən çoxu 



bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır. Bunun ən çoxu orta və şiddətli 

dərəcədə yuyulmuş sahələrdən ibarətdir. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə