40
otlayan zaman onların dişləri seyrək otu belə və hətta yerdən çox az hündürlükdə
olan otları (5mm) rahatlıqla götürə bilir. Bunun da nəticəsində ərazidə formalaşan
otların kök şəbəkəsi məhv olur və nəticə etibarı ilə ərazidə sürüşmə hadisələrinin
intensivləşməsi getdikcə artır. Çünki, torpaqda olan otların kök şəbəkəsi torpaqda
qoruyucu qat yaradır. Belə ki, yağan yağışların çox bir qismi həmin köklər
vasitəsilə torpaqdan udularaq yenidən buxarlanaraq atmosferə qayıdır. Ancaq
otlaqlar məhv olduğu zaman isə yağan yağıntılar torpağın dərinliklərinə hoparaq
onun sürüşməsinə zəmin yaradır.
Digər bir səbəb kimi otarma zamanı vahid bir marşrutdan istifadə
olunmamasıdır ki, bu da eroziya proseslərinə öz mənfi təsirini göstərir. Çünki iri
və xırda buynuzlu heyvanların dırnaqları torpağı zədələyir və nəticədə həmin
yerlərdə şırnaqlar əmələ gətirir. Yağan yağışlar həmin şırnaqlarla torpaqların
dərinliklərinə daxil olur və bunun nəticəsində bitkilərin kök şəbəkəsi də zədələnir.
Başqa bir səbəb isə otlaqlardan təyinatı üzrə düzgün istifadə olunmamasıdır ki, bu
da bir hektar sahəyə düşən heyvanların sayından artıq heyvan otarılması sayəsində
baş verir. Bu o deməkdir ki, otlaq müəyyən bir müddətdən sonra dincə
qoyulmalıdır ki, ot formasiyaları yenilənsin, ot bitkiləri sıx şəbəkə yarada bilsin.
Otlaqlarda, örüşlərdə mal-qara intensiv və normadan artıq otarıldıqda (xüsusilə
erkən yazda) heyvanların dırnaqları çim qatını dağıdır və torpağın asəthində
müxtəlif cığırlar əmələ gətirir və yamaclarda yağmurlar düşdükdə əmələ gələn
səthi su axını həmin cığırlarla axaraq torpağı yuyur və orada müxtəlif dərinlikdə
ş
ırımların əmələ gəlməsi müşahidə edilir. Bundan asılı olaraq, yamaclarda xeyli
miqdarda torpaq yuyulur. Belə sahələrdə mal-qaranı təkrar otardıqda mövcud
ş
ırımlar böyüyür, onların arasında yeni şırımlar əmələ gəlir. Əmələ gəlmiş şırımlar
bir- biri ilə birləşərək, yamacın səthini parçalayır və onun zolaqlarla yuyulmasına
səbəb olur.
Yaylaqlarda dik yamacların torpaq örtüyü çox yuxa olduğundan mal-qaranın
normadan artıq, nizamsız və qeyri fəsli otarılması nəticəsində onlar eroziya
prosesinə daha tez məruz qalır. Torpaq qatı yuyulduqdan sonra alt qatda yerləşən
yumşaq ana süxur üzə çıxır ki, onun da yuyulub dağılması sürətlə gedir. Bitki
örtüyü seyrək olan və şumlanmış yamaclarda eroziya mənbəyi sayılan çuxurlara,
ş
ırımlara, cığırlara yığılan su torpağın fiziki xassələrini kəskin şəkildə pisləşdirir və
su eroziyasının daha təhlükəli növü olan qobu eroziyasının əmələ gəlməsinə
şə
rait yaranır. Dağ və dağətəyi zonalarda, xüsusilə yamaclarda səthi eroziyaya
qarşı vaxtında mübarizə tədbirləri aparılmazsa həmin sahələrdə olan şırımlar,
çökəkliklər böyüyərək, qobuların əmələ gəlməsinə səbəb olur. Quba, Qusar,
Xaçmaz bölgəsində eroziya prosesinin çox genış inkişaf etməsinə təbii və
antropogen amillərin birgə təsirinə rəvac vermiş, 696,5 min hektar sahəni və ya
ə
razinin torpaqlarının 369,4 min ha və ya 53%-i sıradan çıxaraq yararsız hala
düşmüşdür . Bölgənin ümumi torpaq ehtiyyatlarının eroziya durumu (ha/%)
cədvəl 9 göstərmək olar.
41
Cədvəl 9
Rayonlar
Ümumi
sahəsi
Eroziya dərəcəsi
Eroziyasız
sahə
Cəmi
eroziyalı
sahə
O cümlədən
Zəif
Orta
Şiddətli
Quba
261032
37,5
133097
51,0
127935
49,0
68005
53,1
24240
18,9
35690
28,0
Qusar
149953
21,5
57128
38,1
92825
61,9
48295
52,0
24330
26,3
20200
22,8
Ş
abran
108821
15,6
54301
49,9
54520
50,1
14475
26,4
18345
33,6
21700
39,8
Siyəzən
70341
10,1
14728
21,0
55613
79,0
17218
31,0
13180
23,7
25215
45,3
Xaçmaz
106355
8,1
67865
63,8
38490
26,2
26735
69,5
8480
22,0
3275
8,5
Cəmi
696502
8,1
327119
47,0
369383
53,0
174728
47,3
88575
24,0
106080
28,7
Bölgənin ayrı-ayrı rayonlarında torpaqların eroziyaya uğrama göstəriciləri də
xeyli fərqlidir. Məsələn, Şabran və Siyəzən rayonlarında torpaq ehtiyyatlarının
yarısından çoxu (50,1 və 79,0%) eroziyaya uğramış torpaqlardır. Eroziyaya
uğramış sahələrin (cəmindən) 39,8 və45,3%-i şiddətli, 33,6 və 23,7%-i orta, 26,4
və 31,0%-ni zəif eroziyaya məruz qalmış torpaqlar təşkil edir. Quba rayonunda
torpaq ehtiyyatlarının təqribən yarısı (49,0%) və Qusar rayonunda isə yarısından
xeyli çox hissəsi (61,9%) eroziya torpaqlarından ibarətdir. Əhatə etdiyi əraziyə
görə Quba rayonunda eroziyalı torpaqların arealı daha genişdir. Burada şiddətli
eroziyaya uğramış torpaqlar 35,7 min ha təşkil edir ki, buda rayon üzrə ümumi
eroziyaya uğramış torpaqların 28,0%- deməkdir.
Bölgənin digər rayonlarına nisbətən Xaçmaz rayonunun torpaqlarında eroziya
prosesləri zəif inkişaf etdiyindən burada eroziyaya uğramış torpaqların sahəsi 38,5
min hektara (36,2%) çatır. Bunun 8,5%-i şiddətli və 22,0%-i orta dərəcədə
eroziyaya uğramış torpaqlardır.
Quba-Xaçmaz zonasında kənd təsərrüfatına yararlı torpaqların 126,9 min
hektarı və ya 32,9%-i əkin, 186,8 min hektarı və ya 48,3%-i otlaq, 28,2 min
hektarı, yaxud 7,3%-i isə çoxillik əkmələrin payına düşür.
Quba-Xaçmaz zonasının təbii iqtisadi otlaq sahəsi 186,8 min hektardır və ondan
örüş kimi istifadə edilir. Burada təbii bitki örtüyünün bərpası sahəsində heç bir
tədbirin həyata keçirilməməsi və antropogen amilin təsiri eroziya prosesinin
ş
iddətlənməsinə səbəb olmuşdur. Belə ki, ümumi otlaq sahəsinin 60%-dən çoxu
bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır. Bunun ən çoxu orta və şiddətli
dərəcədə yuyulmuş sahələrdən ibarətdir.