64
Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan
təlabatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq
ücün insanın aktiv və məqsədyönlu iş görməsi lazım gəlir. Sənayenin neqativ
nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın
rekultivasiyası kimi aktual problem irəli surulur. Pozulmuş torpaqların, ərazilərin
bərpası prosesi rekultivasiya adlanır.
Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonrakı istifadə
məqsədindən asılı olaraq aşağıdakı əsas rekultivasiya istiqamətləri məlumdur.
1) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ
salmaq, çəmən və otlaq kimi istifadə etmək;
2) Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlu meşəliklər (torpaqqoruyucu, su
tənzimləyici salmaq; b) istismar əhəmiyyətli meşəlik salmaq.
3) Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti:
– istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf muhiti çirkləndirən
tullantı layların konservasiyası və ya yaşıllaşdırılması;
4) Muxtəlif təyinatlı su hovzələri yaratmaq (sutənzimləyici hovuzlar, su
anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.).
5) Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq.
Yuxarıda göstərilən istiqamətlər bir-birilə sıx əlaqədədir və pozulmuş
landşaftların kompleks optimallaşdırılması prosesində eyni vaxtda həyata kecirilir.
Torpaqların rekultivasiyası adətən bir necə ardıcıl mərhələdə həyata kecirilir.
Birinci mə
rhə
lə
- hazırlıq mərhələsi: pozulmuş ərazinin muayinəsi və tiplərə
ayrılması, ərazinin spesifik şəraitinin öyrənilməsi (geoloji quruluş, suxurun tərkibi,
onun bioloji rekultivasiyaya və digər istifadə növunə yararlığı, hidroloji şəraitin
dinamikasının proqnozu və s.), rekultivasiyanın və rekultivasiya olunan ərazinin
istifadə məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə təlabatın muəyyən
olunması və iş metodunun seçilməsi, rekultivasiya üzrə texniki-iqtisadi
ə
saslandırmanın və texniki – işci layıhələrin tərtibi.
kinci mə
rhə
lə
– ərazinin muxtəlif məqsədli istifadə üçün dağ-texniki və ya
mühəndisi hazırlanması – texniki və ya dağ-texniki rekultivasiyası. Birinci
mərhələ hazırlanmış layihələr əsasında aparılır. Məqsədli istifadəyə olan tələbatı
nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması
(müəyyən şəklə salınması) daxildir. (Məsələn, layların optimal strukturunu və
parametrini yaratmaq, yamaclarını hamarlamaq, layların səthinə məhsuldar
suxurların verilməsi, su rejimini nizama salmaq, su hovzəsinin dibini formaya
salmaq, müxtəlif meliorativ tədbirlər, mühəndis qurğuları yaratmaq və s.).
Ücüncu mə
rhə
lə
-
bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin
məqsədyonlu istifadəsinə kecid. Buna pozulmuş yerin münbitliyinin və bioloji
məhsuldarlığının bütovlüklə bərpa edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı
sahələrini yaratmaq, su hovzələrində balıq, salınan meşələrdə isə ov heyvanları
yetişdirmək.
65
FƏS L III
BÖYÜK QAFQAZIN CƏNUB-QƏRB YAMACLARINDA TƏB DAĞIDICI
HAD SƏLƏR N YARATDIĞI EKOLOJ PROSESLƏR VƏ ONLARA QARŞI
MÜBAR ZƏ TƏDB RLƏR
3.1.Böyük Qafqazın cənub-qərb zonası torpaqlarının ekoloji səciyyəsi.
Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqları (alp və subalp
çəmənləri) altında yayılmış yüksək dağlığın dağ-çəmən torpaqları əsas etibarı ilə
dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə yerləşir. Tədqiq olunan ərazidə
dağ-çəmən torpaqları ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-çəmən yarımtipləri
ilə təmsil olunmuşlar, bu yarımtiplər öz tərkibi və yayılma arealına görə
birbirlərindən fərqlənirlər. Tədqiqat obyektində dağ-çəmən torpaqlardan
götürülmüş kəsimlərin analizlərinin nəticələri aşağıdakı cədvəldə əks olunmuşdur .
btidai dağ-çəmən torpaqları Böyük Qafqazın şimal-şərq yamacının
yüksək dağlıq zonasında (2500 m-dən yuxarı) çox mürəkkəb relyef şəraitində
formalaşır, hətta eyni iqlim şəraitində yaxın məsafədə fərqli torpaqəmələgəlmə
prosesləri və aşınma tiplərində müşahidə olunur. btidai dağ-çəmən torpaqları
yuxarı alp qurşağında tapmış və suayrıcı yamacların yuxarı hissəsini əhatə edir.
Səthin böyük hissəsi çınqıllı və qırıntılardan ibarət aşınma məhsulları ilə
örtülmüşdür. Sərt iqlim şəraiti ilə əlaqədar olaraq burada bitki örtüyü çox zəif
inkişaf edir. Buna görə də zona torpaqlarının bütün genetik qatlarının tam
formalaşması üçün şərait yaranmır. btidai dağ-çəmən torpaqları yuxa çimli
dağçəmən torpaqlarına keçirlər, bu torpaqlar adətən iki qatdan ibarət olurlar. Çox
primitiv ibtidai morfoloji quruluşa malik olan torpaqlarda torpaqəmələgəlmə
prosesi bu torpaqların üst 10-13 sm çürüntülü çimli qatında, tədricən aşınmanın
kobud qırıntılı materiallarında təşkil olunmuş ana süxura keçir .
btidai dağ-çəmən torpaqlarında yuxarı 8-12 sm qatında humusun miqdarı
bitki parçalanması üçün minimal əlverişli şəraitdə 3,10-3,86% təşkil edir (cədvəl).
Ümumi azotun miqdarı humusa müvafiq olaraq 0,18-0,25% qədərində olmuşdur.
Ümumi fosforun və kaliumun miqdarı üst qatda (0-20sm) 0,16-0,20% və 3,14-
4,06%- təşkil etmişdir. btidai dağ-çəmən torpaqların gilli şistlərdə toplanmış
udulmuş əsasların miqdarı o qədərdə yüksək olmayaraq 30,0-33,1 mq-ekv təşkil
etmişdir. Onların içərisində Ca
2+
miqdarı 8,0-15,0 mq-ekv, Mg
2+
miqdarı 3,0-7,0
mq-ekv olmuşdur.
Çimli torflu
da
da
da
dağ-çəmən yarımtipi alp çəmənliklərinin tipik torpaqları olsa
da respublikamızın yüksək dağlıq zonasında kiçik sahələrdə yayılıblar. Çimli torflu
dağ-çəmən torpaqları bütöv zona əmələ gətirmir, coğrafi cəhətdən çox vaxt
adacıqlar şəklində yayılmışlar. Bu torpaqlar Baş silsilədə Bazardüzü, Tufandağ və
Babadağın şimal yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə