Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
  1   2   3   4   5   6   7   8   9   ...   63



 
ƏLİ VƏ NİNO (1927), Qurban Səid (M.Esed bey) 
 
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir. Türk 
nəşrindən Azərbaycan dilinə çevirənlər:  Orxan və Fikrət Vəzirov 
qardaşları. 
 
  I 
   
  Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində 
oxuyarkən biz qırx tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, 
ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci yarısında coğrafiya 
dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi 
durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə 
bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun 
dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda 
Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq 
dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, 
Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. 
Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. 
Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün 
Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl 
Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən 
etmək sizin mövqeyinizdən asılıdır”. 
  Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi. 
  Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq 
yaratdı. Bu suala cavab vermək üçün böyük zəka tələb olunurdu. 
  Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi: 
  “Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə 
qopdu. Məmməd Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı 
Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də üçüncü sinifdə bir 
il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən 
Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri 
istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin 
qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: 
“Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox 
qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi? Məmməd Heydər 
qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. Onun ağzı açıq, 
alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə 
həzz aldıqları anda, mən əlimi qaldırıb dedim ki: 
  - Cənab professor, mən də Asiyada qalmaq istərdim? 
  - Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin 
alt dodağını qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş 
talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz 
fikrini söyləyə bilərsənmi?” 
  - Bəli, ona görə ki, Asiyanı sevirəm. 
  - Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə 
olmusanmı? Misal üçün Tehranda? 
  - Bəli olmuşam? Keçən yaz oradaydım? 
  - Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük 
nailiyyətlərindən birini gördünmü? Məsələn avtomobil gördünmü? 
  - Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan 
avtobusları gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir 
şəhərdən o biri şəhərə işləyirlər. 
  - Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda 
dəmiryolu olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. 
Otur yerinə, Şirvanşir. 
  Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə 
yönəlmiş baxışlarından nə düşündükləri bəlliydi. Professor Sanin 
əsəbiləşmədi. Ona tələbələrini əsl avropalı kimi yetişdirmək vəzifəsi 
tapşırılmışdı. 
  Professor sanin birdən birə soruşdu:  
  - Yaxşı, sizlərdən Berlinə gedən olubmu? 
  Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu 
söylədi. Orada yeraltından dəmir yolu keçirdi. O, çox gurultulu bir tunel 
stansiyasını və anasının ona hazırladığı qaxac donuz əti ilə çörəyi yaxşı 
xatırlayırdı. Onun xatırladığı biz müsəlman tələbələrini yaman 
qəzəbləndirmişdi. Qaxac donuz ətinin xatırlanması tələbələrdən Seyid 
Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən çıxmasına icazə 
verildi. Bununla da Bakının coğrafi durumu haqqında mübahisə də bu 
şəkildə sona yetdi. 
  Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz 
qırx tələbə də onun arxasınca sinfi tərk etdik. Bu böyük tənəffüs idi. 
Böyük tənəffüsdə üç görüləsi tədbirimiz var idi: tədbirlərdən biri həyətə 
qaçıb qonşuluqdakı realnı məktəbin tələbələrinin uniformalarındakı 
düymələrin və kokardlarının qızılı olduqları üçün onları döyməkdən ibarət 
idi. Çünki, bizim uniformalarımızın düymələri və kokardları gümüşü idi. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən danışmaqlarından 
ibarət idi. Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı 
məktəbdə qadağan etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına 
keçib müqəddəs kraliça Tamara qız litseyinə getməkdən ibarət idi. 
  Bu dəfə mən qız litseyinə getməyi qərara aldım. 
  Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-
iki, üç-üç bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, 
Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından 
biri idi. 
  Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz 
barədə mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri 
olan Nino burnunun ucundan yerə baxıb, dedi: 
  - Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. 
Əgər Asiyada yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, 
sən də mənim üzümü görməzdin. 
  Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? 
Gerçəkdən Bakının qərarsız tikilmiş coğrafi durumu sayəsində də 
dünyanın ən gözəl gözlərinə baxa bilirdim. 
  Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb 
dəvələrə tamaşa etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son 
dərəcə gözəl gözlərini yada salıb fikrə daldım. 
  İçimə bir kədər çökmüşdü. 
  Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə 
yaxınlaşdı. Ona sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o 
qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını 
təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat 
şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra 
vicdan əzabı çəkərək evə tərəf getdim. 
  Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş 
vermişdi. Bizə yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin 
döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir yaxamızdan 
tutub bizi silkələməkdən həzz alırdı. 
  Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya 
gəlmək imkanı verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş 
olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə gəlmişdi. İki 
müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb 
on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının 
qurbanı olmuşdu. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə