Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə1/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
  1   2   3   4   5   6   7   8   9   ...   148


 
 

 
                                        
                                              
E.S.CƏFƏROV 
 
 
 
                                            
RADİOBİOLOGİYA 
 
 
 
 
 
 
 
  


 
 

 
                                              
E.S.CƏFƏROV 
 
 
 
 
 
 
 
 
 
                     
RADİOBİOLOGİYA 
 
        Magistrlər üçün dərs vəsaiti 
 
 
            
     Dərs  vəsaiti  AMEA ‐ nın Rəyasət  heyətinin 31.10.2012‐ci il  
                                              tarixli  № 6/4 saylı  Qərarına və Azərbaycan Respublikasının  
                                              Təhsil Nazirliyinin 30.01.2014‐cü il tarixli № 97 saylı Əmrinə   
                                              əsasən çap olunmuşdur 
 
 
 
                 
 
B A K I – 2014
 
 
 


 
 

 
Elmi   redaktor :   AMEA  ‐ nın  akademiki,  Əməkdar  elm  xadimi, 
                                kimya elmləri  doktoru,  professor A.A.Qəribov.  
 
 Rəyçi :  1. BDU‐nun “Bitki fiziologiyası” kafedrasının müdiri, Əməkdar elm    
                   xadimi,  ABŞ  ‐ ın  İllinoys Akademiyasının həqiqi üzvü, biologiya     
                   elmləri doktoru, professor N.A.Qasımov. 
                2.  
Bakı  Dövlət Universitetinin  biofizika  və  molekulyar biologiya  
                      kafedrasının   professoru,  fizika  ‐  riyaziyyat   elmləri  doktoru  
                      R.İ. Xəlilov. 
                 3.  AMEA  – nın    Radiasiya    Problemləri   Institutunun     “Enerji  
                      qənaətedici   radiasiya   prosesləri”   laboratoriyasının   müdiri,    
                       kimya  elmləri doktoru, professor İ.İ.Mustafayev 
 
 
            
 
Cəfərov E.S.  Radiobiologiya. Dərs vəsaiti.
    
Bakı, “Elm” nəşriyyatı, 2014, 324 s.  
                                                             
 
 İSBN  978‐9952‐495‐35‐5. 
 
                        
 
 
Dərs  vəsaitində  Radiobiologiyanın  yaranma  və  bir  elm  kimi  formalaşma  tarixi 
xronoloji  ardıcıllıqla  verilmiş,  əsas  radiobioloji  anlayışlar  və  onların  vahidləri  haqqında 
ətraflı məlumatlar verilmiş, radiasiya dozimetriyası, radiasiya səviyyəsinə nəzarət üsulları, 
təbii və süni radiasiya mənbələri şərh edilmişdir. Ayrıca fəsildə təbii radiasiya fonu, onun 
biosfer  üçün  əhəmiyyəti  və  orqanizmlərin  normal  böyümə  və  inkişafında  roluna  dair 
məlumatlar öz əksini tapmışdır. Vəsaitdə radiasiyanın bioloji təsirinə, kiçik dozalı radiasiya 
probleminə,  kiçik  dozalı  radiasiyanın  stimullaşdırıcı  təsirinə,  radiohəssaslıq  və 
radiorezistentlik  problemlərinə  xüsusi  diqqət  verilmişdir.  Başqa  bir  fəsildə  isə 
radionuklidlərin  torpaqda  və  “torpaq  ‐  bitki”  zəncirində  miqrasiya  xüsusiyyətlərinə  dair 
məlumatlar  toplanmışdır.  Təqdim  olunan  material  həm  də  müəllifin  özünün  apardığı 
tədqiqatların nəticələri ilə zənginləşdirilmişdir. 
 
Dərs  vəsaiti  radiobiologiya,  radioekologiya,  radiologiya,  biofizika,  molekulyar 
biologiya  ixtisaslarını  seçmiş  tələbələr  üçün  nəzərdə  tutulmuşdur.  Vəsaitdən  bu  sahədə 
çalışan müəllim və mütəxəssislər, həmçinin də radiobiologiya və radioekologiyanı sərbəst 
öyrənənlər istifadə edə bilərlər. 
 
                                                                                       
                                                                                                 
 ©    “ Elm” nəşriyyatı, 2014      
 


 
 

 
 
ÖN  SÖZ 
 
 
 
 
 
 
 
Yaşadığımız    mühitin  radioekoliji  vəziyyətinin  günbəgün  pisləşməsi  bu  gün 
təkcə  bu  sahənin  mütəxəssislərini  deyil,  həm  də  geniş  ictimaiyyəti  narahat  edir.  Heç 
kəsə sirr deyil ki, bütün canlılar, o cümlədən də bizim hər birimiz kosmik radiasiyanın,  
yer qabığının üst təbəqələrində paylanmış və həm canlı orqanizmlərin, həm də onların 
qida məhsullarının tərkibinə daxil olan radioaktiv elementlərin yaratdığı təbii radiasiya 
fonunun  fasiləsiz  təsirinə  məruz  qalır.  Əlavə  olaraq,  insanların  texnogen  fəaliyyəti, 
nüvə partlayışları, AES – lərdə (məsələn, Boyük Britaniyanın Uindskeyl, ABŞ‐ın Tri Mayl 
Aylend,  Ukraynanın  Çernobıl,  Yaponiyanın  Fukusima  AES‐lərində)  və  müxtəlif  atom 
sənayesi  müəssisələrində  baş  verən  qəzalar  planetimizin  ayrı  –  ayrı  ərazilərində 
radiasiya fonunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.  Ona görə də bu 
gün  əhali  arasında,  haqlı  olaraq,  fəaliyyətdə  olan  və  tikilməsi  planlaşdırılan  AES‐lərə 
qarşı  açıq‐aşkar  etiraz  edənlərin  sayı  kifayət  qədərdir.  Həmçinin  də  atom  sualtı 
qayıqlarında  baş  verən  qəzalar,  nüvə  poliqonları  ərazilərində  yaranmış  mürəkkəb 
ekoloji  vəziyyət,  radioaktiv  tullantıların  daşınması  və  basdırılmasının  yaratdığı 
problemlər və bu kimi çoxlu sayda digər hallar əhalinin bir qismində psixoloji gərginlik 
və  bəzən  də  hətta  kiçik  radiasiya  səviyyəsinə  qarşı  belə  qorxu  hissləri  (radiofobiya) 
yararmışdır. Qeyd edək ki, yaxın vaxtlara qədər radiasiya səviyyəsinə nəzarət etməyə 
imkan  berən dozimetrik  –  radiometrik    cihazlar    yalnız   radisiya    ilə  əlaqəsi    olan    az  
sayda  insanları maraqlandırırdısa, bu gün  bu cihazlara sahib olmaq  istəyində olanlar 
kifayət qədərdir və əhalinin istifadəsi üçün müxtəlif tip məişət dozimetrlərinin işlənib 
hazırlanması və istehsalı ilə onlarla dövlət müəssisələri məşğul olur. 
 
Əgər ionlaşdırıcı şüalanmanın ekstremal təsirə malik olmasını və ətraf mühitin 
digər  çirkləndiriclər  ilə  birgə  təsir  şəraitində  onun  sinerqetik  effektlər  (birgə  təsirin 
ayrı‐ayrı  faktorların  təsirinin  cəmindən  çox  olması  kimi fenomenlər)  yarada  bilməsini 
nəzərə  alsaq,  onda  belə  şəraitlərin  canlı  təbiətin  ekoloji  vəziyyətinə  və  insanların 
sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilməsinə heç bir şübhə qalmaz. Nəhayət,  
məlumdur ki,  bu gün ionlaşdırıcı şüalanmadan çoxlu sayda xəstəliklərin müalicəsində, 
diaqnostik  və  terapevtik  vasitə  kimi  geniş  istiifadə  olunur.  Ona  görə  həm  sadalanan 
halların  yaratdığı  problemlərin  dərk  edilməsi,  həm  də  radiasiya  terapiyasından  geniş 
istifadəyə və yeni texnologiyaların işlənib hazırlanmasına olan yüksək təlabat əhalinin 
bu  sahədə  müəyyən  biliklərə  malik  olması  zərurətini  yaratmışdır.  Bu  baxımdan,  
hazırlanan vəsait mühüm əhəmiyyət kəsb  etməklə yanaşı, həm də çoxlu sayda elmi və 
sosial məsələlərlə diktə olunmuşdur. 
 
 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə