Microsoft Word Ramiz Rovsen doc



Yüklə 437,5 Kb.
Pdf görüntüsü
tarix27.10.2018
ölçüsü437,5 Kb.
#75798


      AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

 

 

 

 

 

NAZİRLİYİ 

 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

                          ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

(Şair Ramiz Rövşənin 65 illik yubileyinə  həsr 

olunmuş metodiki vəsait) 

 

 

 

                                     

 

 

 

 

 

 

 

 

 

 

   Gedək biz olmayan yerə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Bakı - 2011 

 



 

2

 



 

Giriş 

 

 Ramiz Rövşən 1946-cı il dekabr ayının 15-də Bakının  Əmircan kəndində 

anadan olmuşdur. O, əslən Qubadlı rayonunun Teymur Müşkanlı kəndindəndir. İlk 

təhsilini Suraxanı rayonundakı 208 saylı  şəhər orta məktəbində  təhsil alan şair, 

sonrakı təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964-

1969) davam etdirmişdir. Ramiz Rövşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” 

kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), 

kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya 

heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə 

Mərkəzinin baş redaktoru vəzifələrində (1987-1992) çalışmışdır. Ramiz Rövşən 

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat  Şurasının 

üzvüdür.  

Şair bir neçə şeir kitabının müəllifidir. Onun şeir və hekayələri keçmiş SSRİ-

nin dövründə bir çox dillərə  tərcümə edilmiş, ABŞ, Almaniya, İngiltərə, Fransa, 

Polşa, Bolqarıstan, Türkiyə və İranda müxtəlif mətbu nəşrlərdə və kitablarda çap 

olunmuşdur. Onu da qeyd edək ki, Ramiz Rövşənin ssenariləri  əsasında çoxlu 

sayda bədii və sənədli film çəkilmişdir. 



 

  Ramiz Rövşən  şeirinin qüdrəti onun sadəliyində, lokanikliyində, dərin 

mənada fəlsəfiliyindədir.  Əsl  şeiri söz yığınından fərqləndirən onun qəlblərə yol 

tapması, insanları düşündürməsi,  şirinliyi, lətafətidir. Ramiz Rövşənin  şeirlərini 

onun pərəstişkarları məhz bu xüsusiyyətlərinə görə sevirlər. Qəlblərə, ürəklərə yol 

tapan bu şeirlərin  mayası məhəbbətdir: tanrıya məhəbbət, vətənə məhəbbət, insana 

məhəbbət. Onun məhəbbətlə yoğrulmuş misralarını oxuduqca insan şüurunun lap 

ucqarlarında  ən  əlçatmaz, ünyetməz yerlərində  həzin bir gizilti əmələ  gəlir. O 

gizilti sanki insanı silkələyir, yatdığı yuxudan oyadır. Məhz bu zaman şeirin 

gözəlliyi, dəyəri, şairin qiyməti üzə çıxır.  

  

   Ramiz Rövşən o qədər qüdrətli şairdir ki, yazdığı onlarca şeirin tək bircəsini 



yazmış olsaydi belə yenə də böyük şair kimi ədəbiyyat tariximizə daxil olacaqdı və 

yaşayacaqdı.  

 Onun 

hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin 



zənginliyini, gözəlliyini, incəliyini bir daha sübut edən parlaq bir nümunədir. 

Şairin şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar 

və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana 

məhəbbətin tərənnümü poetik şəkildə təcəssüm etmişdir.  

 

     Ramiz  Rövşən elə  şairlərdəndir ki, uzun illər kitabı  çıxmasa da onun 



şeirləri dillər  əzbəri olmuş, nəşr olunan kitabları  əldən-ələ  gəzmişdir. 

Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. İnsani keyfiyətləri və 

xüsusiyyətləri ilə heç kəsə bənzəməyən, ancaq özü olan şairin əsərləri də hər kəsin 

yazdıqlarına bənzəmir. O poeziyamızda yeni irs, yeni cığır açmış  və bu irsə öz  

möhürünü vurmuş,  əvəzedilməz təkrarolunmaz bir şairdir.  Şair bütün şeirlərini 

bütün varlığı ilə ürəkdən gələn sözlərlə yazır. Ramiz Rövşənin şeirlərini sevməmək 

mümkün deyil. Onun şeirlərini hər dəfə oxuduqca yeni mənalar, yeni çalarlar 

meydana çıxır.  




 

3

 



 

   Müasir  Azərbaycan poeziyasının laiqli nümayəndəsi olan Ramiz Rövşənin 

şeirlərinə, yaradıcılığına böyük marağı  nəzərə alaraq kitabxanamız  şairin 65 illik 

yubileyinə həsr  olunmuş vəsaiti sizə təqdim edir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

4

 



Yubiley tədbirlərinin keçirilməsi 

 

  

Sevimli 



şairimiz Ramiz Rövşənin  bu il 65 illik yubileyi qeyd olunur. Bu 

münasibətlə respublikamızın bir sıra mədəniyyət ocaqlarında o cümlədən 

kitabxanalarda  maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.  

Bildiyimiz kimi Ramiz Rövşən bir-birindən maraqlı kitabların müəllifidir. 

Baxmayaraq ki, o bir çox əsərlər yazıb yaratmışdır. Amma onun nəşr olunan kitabı 

azdır. Bəlkə  də Ramiz Rövşən adi şair olsaydı uzun müddət kitabları oxucuların 

istifadəsinə verilmədiyi üçün oxucular tərəfindən unudulardı. Ancaq Ramiz 

Rövşən xalqın ürəyində elə taxt qurmuşdur ki, uzun illər kitabı nəşr olunmasa belə  

həmişə oxucuların sevimlisi olmuşdur. Ramiz Rövşənin “Nəfəs-kitablar kitabı”, 

“Gədək biz olmayan yerə”, “Kəpənək qanadları”, “Yağışlı  nəğmə”, “Sevgi 

məktubu kimi”, “Göy üzü daş saxlamaz” adlı kitablarının icmalının keçirilməsi 

oxucularımız üçün maraqlı olar.  

 

Şairin “Nəfəs-kitablar kitabı” adlı kitabının icmalınının keçirilməsi 



məqsədəuyğundur. Kitab Bakıda “Qanun” nəşriyyatında 2006-cı ildə  işıq üzü 

görmüşdür. Şairin əsərləri bir sıra xarici dillərə (ingilis, rus, fransız, ispan, polyak) 

tərcümə olunmuşdur. Bu kitab isə onun ana dilimizdə  nəşr olunan ən iri həcmli 

kitabıdır. Kitabda bir-birindən maraqlı  şeirlər öz əksini tapmışdır. Onu da qeyd 

etmək lazımdır ki, Ramiz Rövşən  şeiri öz təbiiliyi səmimiliyi ilə  hər zaman 

fərqlənir. Kitabdakı maraqlı şeirlərdən biri olan “Çatmaz” adlı şeirini sizə təqdim 

edirik.  

 

 



 

 

 



Minsək də quş qanadına, 

 

 



 

Qalxsaq da göyün qatına, 

 

 

 



Yenə, yenə öz baxtına 

   


Biri 

çatar, 


biri 

çatmaz. 


 

 

 



  

Güləndən çoxdu ağlayan, 

 

 

Allaha ümid bağlayan, 



  

Hamı deyir “ağıllıyam”, 

  

Ortada 


bir 

dəli çatmaz 

 

 Zalım əcəl haxlayınca, 



 Ölən ölər arxayınca, 

 Bir 


ölənin arxasınca  

                                        Yüyürsə min diri, - çatmaz...   

 

 

 



  

Kitabda  şeirlərlə yanaşı “Belə-belə  işlər”, “Hamı  oğul böyütmüşdü”, 

“Analardan uzun qızlar”, “Evin tikilməsin Amerika” hekayələri, “Daş”adlı 

hekayələr və povest də yer almışdır. Ramiz Rövşənin şeirləri kimi nəsr əsərləri də 

nəsihətamiz və mənalıdır. 

 

Kitabxanada oxucular arasında mütamadi olaraq test sorğularının keçirilməsi 



yaxşı  nəticələr doğurur. Belə sorğuları  məktəblilər arasında keçirmək daha 

məqsədəuyğundur. Belə ki, bu sorğuların  şagirdlər arasında keçirilməsində  əsas 

məqsəd uşaqların Ramiz Rövşən haqqında olan biliklərini yoxlamaq və onları daha 



 

5

 



daha yaxşı məlumatlandırmaqdır. Sevimli şairimizin yubileyinə həsr olunmuş testi 

sizə təqdim edirik.  



1.

 

Şair Ramiz Rövşən neçənci ildə anadan olmuşdur?  

A.

 

1943 



B.

 

1940 



C.

 

1946* 



D.

 

1930 



 

2. Aşağıda göstərilən cizgi filmlərdən hansının sözləri Ramiz Rövşənə məxsusdur? 

A. “Bulud niyə ağlayır?”* 

B.

 

“Meşəyə insan gəlir” 



C.

 

“Humayın yuxusu” 



D.

 

“Cırtdanın yeni sərgüzəştləri” 



 

3. Aşağıdakı kitablardan hansının müəllifi Ramiz Rövşəndir? 

A.

 



“Əsir qadın” 

B.

 



“Ömür kitabı” 

C.

 



“Aləmdə səsim var mənim” 

D.

 



“Nəfəs Kitablar Kitabı”* 

 

4. Ramiz Rövşən haqqında deyilənlərdən biri səhvdir. 

     A. Şair 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 

B. “Nəfəs. Kitablar Kitabı”, “Gedək biz olmayan yerə ” kitablarının müəllifidir.     

C.  Şairin  əsərləri  dünyanın bir çox dillərinə (rus, ukrayna, belarus, polyak,      

ispan ) tərcümə edilmişdir.  

D. Bu il Ramiz Rövşənin 55 illik yubileyi qeyd olunacaq.* 

 

5. Aşağıdakı mahnılardan hansının sözləri Ramiz Rövşənə aiddir? 

     A. “Azərbaycan” 

     B. “Gəncəm” 

     C. “Qatarın dalınca baxma”* 

     D. “Bakı haqqında mahnı” 

 

6.  Aşağıdakı cizgi filmlərdən hansında ifa olunan şeirləri Ramiz Rövşən 

yazmışdır? 

     A. “Meşəyə insan gəlir” 

B. “Cırtdanın yeni sərgüzəştləri” 

C. “Humayın yuxusu” 

D. “Tıq-tıq xanım”* 

 

7. Aşağıdakı şeirlərdən hansı Ramiz Rövşənə məxsusdur? 



     A. “Ay işığı”* 

     B.“Dünyanınzinəti” 

     C. “Qızıl torpaq” 

     D. “Ana torpaq” 




 

6

 



 8. Ramiz Rövşən haqqında deyilən fikirlərdən biri yalnışdır. 

     A. Ramiz Rövşən ancaq şeir müəllifidir.* 

     B. O həm nəsr, həm də nəzm əsərlərinin müəllifidir. 

     C. “Kəpənək qanadları” kitabı Ramiz Rövşənə məxsusdur. 

     D. Şairin şeirləri rus ukrayna belarus və s xarici dillərə tərcümə olmuşdur. 

 

9. Aşağıdakılardan hansı Ramiz Rövşənə aiddir?  



     A. “Dünyanın zinəti” kitabının müəllifidir 

     B. Bu il şairin 55 illik yubileyi qeyd olunacaq. 

C.“Daş” povestinin müəllifidir* 

     D. Ramiz Rövşən tanınmış roman yazarıdır. 

      

10. Aşağıda göstərilən kitablardan hansı Ramiz Rövşənə məxsus deyil? 



     A. “Kəpənək qanadları” 

     B. “Yağışlı nəğmə” 

     C. “Gedək biz olmayan yerə” 

     D. “Aləmdə səsim var mənim”*  

 

Sərgilər kitabxana tədbirləri arasında özünəməxsus yer tutur. Ramiz 



Rövşənin fəaliyyətini əsk etdirən maraqlı sərgilər təşkil etmək olar. Sərgi zamanı 

şairin “Nəfəs-Kitablar kitabı”, “Gedək biz olmayan yerə”, “Yağışlı nəğmə”, “Sevgi 

məktubu kimi”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları” adlı kitabları ilə 

yanaşı onun dövrü mətbuatda dərc olunan əsərləri onun haqqında dərc olunan 

məqalələr nümayiş etdirilir.  

Ramiz Rövşənin kitablarının üz qabıqlarından təşkil olunmuş  sərgini sizə 

təqdim edirik.                                

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

7

 



 

Kitabxanamızda  ən çox sevilən tədbirlərdən biri şeir müsabiqəsidir. 

“Sevimli  şairmiz Ramiz Rövşən”, “Gedək biz olmayan yerə” adları altında  şeir 

müsabiqəsi təşkil etmək olar. Bildiymiz kimi Ramiz Rövşən bir birindən maraqlı 

şeirlərin müəllifidir. “Həsrət”, “Köhnə sözlər”, “Yarpaq”, “Şam”, “Söz”, “Kəpənək 

qanadları”, “Hörümçək”  şeirləri müsabiqə zamanı  uşaqlar tərəfindən münsüflərə 

təqdim oluna bilər.  

Maraqlı  tədbirlərdən biri sual-cavab gecəsidir. Sual-cavab gecəsində 

uşaqlara  şairin həyat və yaradıcılığı ilə  əlaqədar aşağıdakı sualları  təqdim etmək 

olar: 


1. Sual: Ramiz Rövşən neçənci ildə harada dünyaya göz açmışdır? 

Cavab:  Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının  Əmircan kəndində 

anadan olub. 



2.

 

Sual: Şairin əsərləri hansı xarixi ölkələrdə çap olunmuşdur? 

Cavab: Ramiz Rövşənin şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ 

respublikalarında, eləcə  də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, 

Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. 

3.

 

Sual: Ramiz Rövşən bir çox mahnı mətnlərinin müəllifidir. Həmin mahnılardan 

hansılarını tanıyırsınız? 



Cavab: Ramiz Rövşən  “Bağışla”, “Bu qatarın dalınca baxma”, “Novruz gəlir, yaz 

gəlir”, “Ayrılıq”, “Yalquzaq”, “Bu ağac öləcək” adlı mahnıların mətnlərinin 

müəllifidir.   

4.

 

Sual: Ramiz Rövşənin hansı filmlərdə şeirləri səslənir? 

Cavab:  “Əzablı yollar” (“Divlərin mahnısı”şeiri), “İşarəni dənizdən gözləyin” 

(“Yaraşmıram mən sənə”şeiri), “Qala” ("Dilin yansın, dil yiyəsi"şeiri), “Əlvida, 

cənub şəhəri” (“Yağış yuyur, gün qurudur”şeiri)  

5.

 

Sual:  Ramiz Rövşənin "Divlərin mahnısı", "Dilin yansın, dil yiyəsi", 

"Yaraşmıram mən sənə" şerilərini birləşdirən ortaq cəhət nədir? 



Cavab: Hər üç şeir şairin filmlərdə səslənən şeirləridir.  

6.

 

Sual: Sözləri Ramiz Rövşənə məxsus olan “Bu qatarın dalınca baxma” mahnısı 

kim tərəfindən ifa olunur? 



Cavab: Flora Kərimova 

7.

 

Sual: Ramiz Rövşənin hansı hekayələrini tanıyırsınız?  

Cavab: “Hərə gördüyünü görür”, “Analardan uzun qızlar”, “Yağışlı bir günün 

günortasında”, “Evin tikilməsin Amerika” 



8.

 

Sual: Ramiz Rövşən şeir və hekayələrlə yanaşı bir-birindən maraqlı povestlərin 

də müəllifidir. Bəs onun hansı povestlerini tanıyırsınız?  



Cavab: “Daş”, “Yayda ölmək günahdı”. 

9.

 

Sual: Şair hansı kitabların müəllifidir?  

Cavab: “Gedək biz olmayan yerə”, “Nəfəs-kitablar kitabı”, “Kəpənək qanadları” 

10.

 

 Sual: Onun ən çox sevdiyiniz və əzbər bildiyiniz şeiri hansıdır?  

          Maraqlı tədbirlərdən biri də oxucu konfransıdır. Konfransın keçirilməsinə  

1-2 ay qalmış mövzu seçilməli, elan yazılmalı, dəvətnamələr çap edilib 

paylanmalıdır. Ramiz Rövşənin 65 illik yubileyi ilə bağlı “Könüllərdə taxt quran 

şair”, “Ramiz Rövşən-65” başlıqları altında oxucu konfransı keçirmək olar. 

Konfransın keçiriləcəyi otaqda yazıçının kitablarından ibarət sərgi təşkil 



 

8

 



olunmalıdır. Konfrans üçün ayrıca proqram tərtib olunur, orada konfransın adı, 

giriş sözü ilə  çıxış edən  şəxs və digər çıxış edənlərin adı, tədbirin keçiriləcəyi 

məkan və zaman qeyd olunur. Tədbirdə  şairin özü, qələm dostları, jurnalistlər, 

yazıçı və şairlərin çıxışları dinlənilir. Bütün çıxışların mətni və tədbirin proqramı 

konfransın keçirildiyi kitabxanada saxlanılır. Oxucu konfransının planını sizə 

təqdim edirik: 

1.

 

Giriş  hissə (həyat və yaradıcılığı haqqında məruzə) 



2.

 

Ramiz Rövşənin şeirləri haqqında oxucuların çıxışları. 



3.

 

Poves və hekayələrindən parçalar. 



4.

 

Konfransın yekunu. 



          Kitabxanada oxucularla şairin görüşünün təşkili oxucuların sevincinə səbəb 

olar. Ramiz Rövşənin 65 iliyinə  həsr olunmuş  tədbirin ssenarisini sizə  təqdim 

edirik. Görüşün maraqlı keçməsi üçün kitabxanaçılar tərəfindən tədbirin ssenarisi 

hazırlanır, qonaqlar dəvət olunur. 

          

Tədbirlərin daha da maraqlı keçməsi üçün video lentlərdən də istifadə etmək 

olar. Belə ki, müxtəlif dövrlərdə  şairə  həsr olunmuş televiziya verilişlərindən 

götürülmüş fraqmentlərdən video çarx hazırlanır. Tədbir zamanı ekranda nümayiş 

etdirilir. Hazırlamış olduğumuz belə video çarxlardan birini sizə  təqdim edirik. 

(Video) 

Bildiyimiz kimi Ramiz Rövşənin şeirləri bir çox filmlərdə səsləndirilmişdir. 

Tədbirlər zamanı  həmin filmlərdən fraqmentlər və ya filmlərin özü tədbir 

iştirakçılarına təqdim olunur. Eyni zamanda kitabxanaçılar uşaqlar üçün cizgi 

filmləri də nümayiş etdirə bilərlər. Bu məqsədlə kitabxana müdriyyəti tərəfindən 

həftənin bir günü azyaşlılar üçün cizgi filmi izləmək imkanı yaratmaq olar. Həmin 

günlər Ramiz Rövşənin şeirlərinin səsləndirildiyi cizgi filmlər (“Tıq-tıq xanım” və 

“Bulud niyə ağlayır.”) nümayiş olunur.  

Aşağıda Ramiz Rövşənin 65 illik yubileyi münasibətilə keçiriləcək görüşün 

ssenarisini sizə təqdim edirik.  

Tədbiri kitabxana müdüri  açıq elan edir Ramiz Rövşəni və qonaqları 

salamlayır. Tədbir iki hissədən təşkil olunur. Birinci - rəsmi hissədə  səbəbkara, 

qonaqlara söz verilir. Tədbir  əsnasında kitabxanaçılar tərəfindən  əvvəlcədən 

hazırlanmış suallar və oxucuları maraqlandıran suallar şairə ünvanlanır. Ramiz 

Rövşənə veriləcək suallar əvvəlcədən kitabxanaçı  tərəfindən hazırlanır və sizə 

təqdim edirik:  

1.

 

Sizcə əsl şair kimdir? 



2.

 

Bəs Ramiz Rövşən kimdir?  



3.

 

Müasir yazıçı və şairlərdən kimlərin əsərlərini bəyənirsiniz?    



4.

 

Öz əsərlərinizi oxuyursunuzmu?  



5.

 

Oxuduğunuz zaman öz əsərlərinizə necə yanaşırsınız - oxucu kimi yoxsa 



tənqidçi kimi?  

6.

 



Öz  əsərləriniz arasında  ən çox hansı sizin xoşunuza gəlir? Hansı  əsərinizi 

şedevr hesab etmək olar? 

7.

 

Əsərlərinizi adətən kimə həsr edirsiniz? 



8.

 

Ən çox bəyəndiyiniz və bəyənmədiyinizin əsərinizin adını deyin.  




 

9

 



   9.    Sevilən bir çox mahnının sözləri sizə  məxsusdur. Bəs həmin mahnılardan 

hansı sizə daha doğmadır? 

  10.   Siz bir cox cizgi filmləri mətnlərinin müəllifisiniz. Bu cizgi filmləri arasında 

hansını övladlarınız uşaqikən daha çox sevərdi?  

Tədbirin ikinci hissəsi bədii hissədir.  İkinci hissədən öncə  şairin həyat 

yaradıcılığını əks etdirən slayd nümayiş olunur. Bunun ardınca aparıcılar səhnəyə 

daxil olur.    

I Aparıcı :   

 Salam əziz uşaqlar, hörmətli qonaqlar. Bu günkü tədbirimiz  

 

 



 

 xalqın sevimli şairi Ramiz Rövşənə həsr olunub. 

II Aparıcı:               Əsl sənətkar dünyaya əbədi və əzəli gəlir. Onun yolları hamar 

                                da olur, daşlı-kəsəkli də. Amma buna baxmayaraq əsl söz    

 ustadı öz yolunu gedir. Ramiz Rövşən kimi. 

I Aparıcı: Məni də yola saldı söz, 

 

Mən getdim sizə qaldı söz, 



                                Yenə təptəzə qaldı söz 

 

Mən sözün tozunu aldım 



II Aparıcı: Ramiz 

Rövşənin illərlə kitabı çap olunmasa da, illər      

 

ərzində imzası ədəbi-bədii jurnallarda çox seyrək görünsə də  



 onun 

poeziyası, yaradıcılığı həmişə bizimlə olub.  

I Aparıcı: 

Onu da deyək ki, xalq öz yaradıcılığında səmimi olan şairə  

 

üstünlük verir. Ramiz Rövşən də məhz belə şairdir. Xalqın  



 sevinci, 

kədəri, dərdi, acısı  onun yaradıcılığında öz əksini ta- 

pır. Onun şeirlərində  ədalət gözəllik vətənə  xalqa  sevgi,         

bağlılıq öz əksini tapır. Gəlin  şairimizin həmin  şeirlərindən 

birini oxucumuzun ifasında dinləyək. 

(Oxucu şairin “Kaş bu Odlar yurdunda” şeirini söyləyir.) 

 

Kaş ki, bu odlar yurdunda 

 

Qızına biləydi adam. 



 Bir 

yaşıl ağac altında  

 Uzana 

biləydi adam. 



 

 

 Uzanaydı ömür kimi, 



 Qazılaydı qəbir kimi, 

 Baş daşına şeir kimi 

 Yazıla biləydi adam 

 

 



Nə bir ata çörəyinə, 

 

Nə dost-qardaş kürəyinə, 



 Pis 

gündə öz ürəyinə  

 

Qısıla bileydi adam. 



 

II Aparıcı: Ramiz 

Rövşən xalqın sevimli şairidir. O şair olduqdan  

 sonra, 


şair olmağın əzabını, məsuliyyətini- gecələr oyaq  

 qalmağın çətinliyini və vaxtından əvvəl qocalmağı öyrəndi.  

 “Mənim şair olmağa gücüm çatmır” ertirafı da şair ömrünün  



 

10

 



 

həmin əzablı keçidlərindən doğur. Bu anlarda şair  

 “gündüzdən, gecədən, çöldən, küçədən, düşmən tənəsindən,  

 dost 


gileyindən” sıyrılıb təzədən doğulmaq istəyir və öz fikrini  

 misralarla 

ifadə edir: 

 

 



 

Bəlkə başqa adam olardım onda 

  

 

Bu 



dərdi özümdən qova bilərdim. 

 

İndi isə gəlin sevimli şairimizə həsr olunmuş video lenti  



 izləyək.  

(Ramiz Rövşənə həsr olunmuş Video  lent  ekranda nümayiş olunur) 

I Aparıcı:  

Uşaqlar, bilirsinizmi sizin sevərək izlədiyiniz cizgi filmlərinin  

 

bir çoxunda səslənən şeirləri Ramiz Rövşənə məxsusdur.  



 

Həmin cizgi filmlərindən bir neçəsinin adını deyə bilərsinizmi?  

Uşaqlar: 

           “Tıq-tıq xanım”, “Bulud niyə ağlayır?” 

II Aparıcı:  

 

Afərin dostlar adını çəkdiyiniz cizgi filmlərindən hansına  



 

                      baxmaq istərdiz?  

Uşaqlar:                  “Tıq-tıq xanım”  

I Aparıcı:                 Elə isə hamınızı “Tıq-tıq xanım” cizgi filminə baxmağa dəvət  

                                 edirik. 

 (Ekranda 

“Tıq-tıq xanım” cizgi filmi nümayiş olunur ) 

II Aparıcı: Hamımız 65 illik yubileyi münasibəti ilə  əziz  şairimizi   

ürəkdən təbrik edir, Ramiz bəyə uzun ömür, can sağlığı  

arzulayırıq! Hələ neçə-neçə yeni kitabları ilə xalqımızı 

sevindirməyi diləyirik!  

I Aparıcı:  

Sonda 

isə sizinlə sağollaşırıq və hamınızı Flora Kərimovanın         



ifasında sözləri Ramiz Rövşənə məxsus olan “Qatarın dalınca  

baxma” mahnısını dinləməyə dəvət edirik.  

 

 

 



S O N 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

11

 



Ədəbiyyat siyahısı 

 

 

İnternetdə: 

www.google.az 

www.Vikipediya.az 

 

Kitablar: 

 

1. Rövşən Ramiz. Gedək biz olmayan yerə. Şeirlər və poema.- B.: Çıraq, 2006.- 

    184s.   



2. Rövşən Ramiz.  Nəfəs Kitablar kitabı. - B.: Qanun, 2006, 760s. 

 

 



Dövrü nəşrlər: 

 

1. Araz Məmməd, Göy üzündə daş nə gəzir // Ədəbiyyat.- 1987, 14 avqust.- S. 5  

2. Anar. Rövşən – işıq deməkdir // Ədəbiyyat.- 2006.- S. 3 

3. Bəylərqızı Şahnaz. Azərbaycan insanı yığılmış enerjidən azad olmaq  

    istəyir // Müsavat.- 2001.- 13 yanvar.- S. 15 

4. Mən getdim, sizə qaldı söz // Mədəniyyət.- 2006.- 15 dekabr.- S. 7 

5.  Məmmədov Arif. Hər kəs elə öz adından // Azərbaycan.- 1989.- № 5.- S.178 

 

 



 

 

Tərtib edəni:                Xəlilova Xəyalə - F. Köçərli adına Respublika Uşaq  

                  Kitabxanasının baş kitabxanaçısı 

 

 



Redaktor:                     Fizurə Quliyeva - F. Köçərli adına Respublika Uşaq  

                                       Kitabxanasının direktoru 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 437,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə