Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.

səhifə1/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   81



 
1
                         TOFIQ MEHDI 
 
 
RASİONAL 
CƏMIYYƏTƏ DOĞRU 
***
                                
  
Rasionallaşma Strategiyaları
   

Gələcək araşdırmaları elmi mövqeyindən 
futuroloqun baxışı 
 
 
 
 
Bəşəriyyətin  gələcəyi.  
Kamil - rasional cəmiyyətin yaranışı 
 
Azərbaycanın yaxşı gələcəyinin axtarışında 
Gələcəyin 55 strategiyası 
 
Rasional cəmiyyətin mədəniyyəti və baxışları. 
Rasional əxlaq kodeksi 
Ailədə davranış 
Əhvali ruhiyyənin idarə edilməsi 
Tanrı nədir? 
Görünməz dünya 


 

RASİONAL CƏMIYYƏTƏ DOĞRU. Rasionallaşma 
strategiyaları 
Gələcək araşdırmaları elmi mövqeyindən futuroloqun baxışı 
 
Tofiq Mehdi keçmiş mühəndis, ixtiraçı  və futuroloqdur. O 
beynəlxalq mətbuatda gələcək haqda məqalələrlə çıxış edir. 
 
İ Bölmədə  müasir trendlər  əsasında dünyada  baş verə biləcək 
müxtəlif 7 ssenari  təsvir edilir. Onların içərisində biri – Rasional 
cəmiyyətin yaranmasıdır.   
İİ Bölmədə Azərbaycan gələcəyinin mümkün 3 ssenarisi təsvir 
olunur. Azərbaycanın gələcək obrazı, 55 strategiya təsvir edilir.   
İİİ  Bölmədə Azərbaycan Rasional cəmiyyəti, rasional insanın 
mədəniyyəti, toy və yas mərasimləri, adətləri, rasional əxlaq kodeksi, 
ailədə davranış, nəzakət və  ünsiyyət  kodeksi, əhvali - ruhiyyənin 
idarə edilməsi təsvir edilir. 
İV Bölmədə Tofiq Mehdinin kəlamları  təqdim olunur; 
neorasionalizm mövqeyindən dünyanin sirləri və tanri anlayişi
görünməz dünya  araşdırılır. Göstərilir ki, mövcud tək allah üzərində 
qurulmuş dinləri xeyli keyfiyyət dəyişməsi və ya şüurlardan tədricən 
itməsi gözləyir, onların yerində  bütün material və görünməz dünyanı 
əhatə edən vahid rasionalist elmi din meydana gələcəkdir. 
 
 
  
 
 
 
 ©“Səda” nəşriyyatı, 2009                       
                                                ©Müəllif hüquqları qorunur 
 
 
 
Çapa imzalanıb: 03.14.2009 
Format 60x84 1/16. Həcmi15,5 ç.v. 
Tiraj 500 nüsxə 
-------------------------------------------------- 
 
 
 
 


 
3
Kitabın  tərkibi 
Müəllifin giriş sözü ............................................................ 4 
Giriş ................................................................................... 8 
Birinci bölmə   
Bəşəriyyətin  gələcəyi. Rasional cəmiyyətə doğru .......... 10 
Yeni Rasional Cəmiyyət sivilizasiyasının yaranışı. ......... 21 
 
İkinci bölmə 
Azərbaycanın yaxşi gələcəyinin axtarişi. 
Rasionallaşma üçün səbəblər . ......................................... 35 
Dövlətin  ümumi sistem analizi. ...................................... 67 
Düzgün  strategiyalar  uğurun açarıdır  ........................... 81 
Azərbaycan üçün ssenarilər  ............................................ 94 
Azərbaycanın  arzu edilən gələcək obrazı, 
hədəfləri və missiyasi .................................................... 105 
2025 -2050 illər  üçün  
Azərbaycanın yaxşı gələcəyi üçün strategiyalar ............ 107 
 
Üçüncü bölmə  
Mədəniyyət və baxışların təkmilləşdirilməsi... .............. 139 
Mərasimlər ..................................................................... 144 
Ailənin qurulması və toy mərasiminin təsviri. .............. 145 
İnsanın vəfatı və dəfninin təşkili  mərasimi ...................  148 
Rasional cəmiyyətdə adlar, əxlaq,  
ünsiyyət, nəzakət, universal dəyərlər  ............................ 154 
Ailədə davranış və birgəyaşayış qaydaları .................... 165 
Rasional insan haqda anlayiş ......................................... 168 
Əhvali ruhiyyənin idarə edilməsi ...................................  173 
Hər bir Azərbaycanlıya .................................................. 177 
 
Dördüncü bölmə 
Tofiq Mehdinin kəlamları .............................................. 187 
Görünməz dünya, yaxud ruhi dünya haqda 
neorasionalist nəzəriyyə .................................................  205   
Allah varmı? .................................................................. 217 
Müəllif haqda ................................................................. 242 


 

Müəllifin giriş sözü  
  
       Mən bu kitabı  zəmanənin tələbi ilə dünya bəşəriyyətinə  və 
Azərbaycan xalqına və  hər bir insana bir xeyir vermək məqsədi ilə 
yazıram. Görürəm ki, insanların bi ideyalara kəskin ehtiyacı var, 
lakin onlara bu fikirləri deyən yoxdur.  Bəşəriyyət və ölkəmin 
insanları onlara sırınan sistemdən kənar heç nə düşünə bilmirlər. 
Onlar müti qul kimi onlara hakimlik edən siniflərin və ya qrupların 
ideyalarını; təyin etdiyi  həyat tərzlərini, davranışları  qəbul etməyə 
məcbur edilirlər. Onların başı cari yaşamaq problemlərilə elə qatılır 
ki, onlara azad düşünməyə və nəticələr çıxarmağa imkanlar verilmir. 
Onlar ancaq bir həqiqəti  qəbul edirlər-yaşadıqları mühitin və 
baxışların təbii tanrı  tərəfindən onlara bəxş edildiyini və onun 
dəyişdirilə  və  səmərələşdirilə bilinməzliyini. Lakin düşünmürlər ki, 
bu mühit, hansı ki onlar onun daxilində bataqlıqda qalan adamlar 
kimi batırlar, o yaxşı qurula bilər və daim yeniləşməlidir. İnsan ağlı 
buna qadirdir. Zaman və imkanlar boşuna buraxılmaya bilər..  
Bu mühit qeyri - bərabərliyin təkrar istehsalı, bazarın vəhşi idarəsi, 
güclünün qalib olması, ədalətsizliyin, müharibələrin və konfliktlərin 
daim saxlanması prinsiplərilə yaradılmışdır. Məhz güclü siyasi 
(iqtisadi, dini, hərbi) siniflər tərəfindən, onların məhz həmişə güclü 
qalması  məqsədilə. Bu, bəşəriyyətə - 90 % insanlara lazım deyil. 
Iqtisadi (fiziki) güc hegemon olandan bəri bəşəriyyət 
bədbəxtçiliyə düçar olmuşdur. Lazımdır ki, ağıl hegemon olsun . 
     Mənim məqsədim bəşəriyyəti və Azərbaycan xalqını xoşbəxtliyə  
çatdırmaqdır, onlara öz vəziyyətlərini başa salmaq və yaxşı yolu 
onlara göstərməkdir. Bu yol kamil,  ağıllı, yəni rasional cəmiyyət 
quruluşuna keçməkdir.  Bu barədə beynəlxalq mətbuatda artıq bir 
neçə məqalə çap etdirmiş və internet səhifədə təsvir etmişəm.  
    Azərbaycan oxucusu üçün bu mənim yazdığım  ikinci kitabdır ki, 
dünyanın gələcəyi,  rasional cəmiyyət haqda, Azərbaycan ölkəsinin 
yaxşı inkişafı üçün strategiyalar, mədəniyyətin təkmilləşdirilməsi, 
yeni rasional azərbaycanlı yetişdirilməsi və bir çox digər ideyalar 
haqda məlumat verir.  
     Oxuculara  bildirirəm ki, burada nə yazmışamsa, onlar yalnız öz 
gördüyüm, eşitdiyim mənbələrdən, düşünməkdən   çıxartdığım 
sərbəst mülahizələrdir, burada köçürmə, plaqiat yoxdur.  Burada heç 
bir qərəz yoxdur. Lakin buradakı bəzi ideyalar başqalarının da ağlına 
gələ bilər. Bu təbiidir və ideyanın obyektivliyini təsdiq edir. Mən 
buna şad olardım.  Lakin mümkündür ki, müəyyən fikirlər gerçəkliyi 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə