Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

 
40 
bu imkanlardan həmin məmurlar tərəfindən əvvəldən məhrum edilib. 
Və dövlət meydanda tək hegemon qüvvə kimi istədiyini edir və onu 
xalq mənafeyi adlandırır. Vicdan isə bu halda işləmir, çünki vicdan 
mövcud şəraitdə ikinci plana keçirilmiş, maddi xeyir isə birinci rolu 
oynayır. Yəni məsuliyyət, cavabdehlik yoxdursa (vurduğu zərəri 
ödəmək, işdən qovulmaq, cəza almaq, məhrum etdiyi imkanları 
bərpa etmək, mənəvi zərəri ödəmək, üzr istəmək ),  vicdan boş söz 
olur. Aşağıda baxaq görək, mövcud idarə sisteminin fəaliyyəti nə 
dərəcədə  qeyd edilən həmin dəyərlərə və prinsiplərə uyğun gəlir  və 
belə davam edərsə, Azərbaycanı  nələr gözləyir, habelə onun yaxşı 
gələcəyi nədədir və onu qurmaq üçün nə etmək lazımdır? 
 
Keçmiş  Səfəvi dövlətinin sonu olan 1736-cı ildən -1991-ci 
ilədək (SSRİ-nin dağılması) olan tarixin xarakterik cəhətləri. 
 
Bu dövr Azərbaycan xalqının inkişafında torpaqların itirilməsi 
ilə geriyə getmə, siyasi təşkilati parçalanma, özünə səmərəli qanunlar 
və idarəetmə sistemi, yüksək milli əxlaqi mənəvi xarakter yarada 
bilməməsi kimi qiymətləndirilməlidir.  
1743 – cü ildən  1827-ci ilədək xanlıqlar dövrü - böyük 
parçalanma dövrü olmuşdur. 1827-ci ildən 1922-ci ilədək 
Azərbaycan Araz boyu iki yerə bölünərək  şimal hissəsi Rusiyanın 
tərkibinə qatılmışdır. Bu dövrdə məhz Fransada başlayan Maarifçilik 
dövrü gəlib  Şimali Azərbaycana çatmışdır. Mirzə  Fətəli Axundov, 
Abbasqulu ağa Bakxanov, Cəlil Məmmədquluzadə, Mirzə  Ələkbər 
Sabir məhz Rusiya vasitəsilə  gələn maarifçilik ideyaları ilə tanış 
olmuşlar və Azərbaycanda xeyli maarifçlik işi aparmışlar. Rusiya 
tərkibində qalaraq  ruslaşdırma siyasətnə  məruz qalsa da, Cənubi 
Azərbaycandan fərqli olaraq, ölkə xeyli müsbət inkişafa nail 
olmuşdur.  Əhali savadlanmağa, elmi məktəblərə getməyə 
başlamışdır. Azərbaycan 1922-ci ildən 1991-ci ilədək  SSRİ 
tərkibində respublika olmuşdur. Məhz bu dövrdə sosialist 
idarəetməsi xalqa böyük inkişaf, savadlılıq, sənayenin yüksək 
inkişafını, həyat şəraitinin yaxşılaşmasını,  pulsuz təhsil və səhiyyə
uşaqlara və yaşlılara, pensionerlərə sosial qayğı, hamıya iş  bəxş 
etmişdir,  bərabərlər cəmiyyəti yaranmışdır. Məsələn, sosial 
müdafiədə, səhiyyədə istənilən adamın xəstəxanada pulsuz tam 
müalicə oluna bilməsi, təhsildə-  ali məktəblərə eyni prinsiplərlə və 
indikindən daha çox miqdarda gəncin oxuya bilməsi, bərabər  əmək 
haqqı, vəzifə tutmaqda, institutda oxumaqda, işə girməkdə    bərabər 


 
41
imkanlar və s. olmuşdur. Hər bir insanın və ya kəndin klubu, teatrı, 
kitabxanası, bədii fəaliyyətlə  məşğul olmaq üçün tam şəraiti, 
xəstələndikdə pulsuz müalicəsi, kurorta, santoriyaya getmək imkanı, 
müəllimlərə xüsusi qayğı torpaq və yanacaqla- daş kömürlə  təmin 
edilməsi, uşaqlara xüsusi qayğı, müavinət və pulsuz, güzəştli 
dərmanlar və  s.  var  idi.      Bu  sahələrdə Azərbaycan xalqı inkişaf 
səviyyəsinə görə bütün İslam ölkələri xalqlarından,  İran və 
Türkiyədən  irəlidə olmuşdur. O zaman dövlət idarəsilə  cəmiyyət 
arasında qüvvələr balansı olmuşdur. Cəmiyyət və yuxarı idarələr 
daim məmurlara nəzarət edir, öz etirazlarını edə bilirdilər. Belə ki, 
istənilən şikayət baxılır, icra edilirdi. Məmurlara cəza verilirdi, onlar 
da qorxurdular, həm vətəndaşların  şikayət edəcəyindən, həm 
yuxarıların verəcəyi cəzadan. Indiki, 2003-2009 illərdə olduğu kimi 
insanlar düzgün idarə  və problemin həllini tələb edəndə  həmin 
məmurlar demirdilər ki, “hara yazırsan, yaz, yaxşı edirəm”. Belə 
deyənin “qulağı kəsilərdi”. Bir də belə qələt eləməzdi. Lakin 1922-ci 
ildən 1953–cü ilədək dərin böhranlı, 1941-1945 illərdə  İİ dünya 
müharibəsində  iştirak,  şəxsiyyətə  pərəstiş, kommunist repressiyaları 
dövrü də olmuşdur. Sovet dövründə  15 respublika içərisində 
Azərbaycanda daha çox  rüşvətxorluq,  idarə dələduzluğu, yerlibazlıq 
və  ədalətsizlik, büdcə pulunun idarələr tərəfindən mənimsənilməsi, 
insanlara qarşı  məmur ayrıseçgiliyi olmuşdur. Buradan digər 
respublikalara rüşvərxorluq və digər  əyriliklər yayılmışdır. Bu 
respublikada, məhz bərabərlər cəmiyyətinin  əsas prinsipinin 
pozulması baş vermişdir. Bu ondan ibarət idi ki, buradakı bir çox  
rəhbər işçilər, kommunist liderlər vəzifələri pulla satırdılar, öz  
başıboş uşaqlarını da pul və ya tapşırmaqla  ali məktəblərə, xüsusilə 
hüquq  fakultəsinə yerləşdirirdilər, buna görə digər adamların 
uşaqlarının yerini tutur, onların qarşısını kəsirdilər.  
Sovet dövründə bütün sovet dövləti  ərazisində kommunist 
partiyası  tərəfindən ruslaşdırma və bütün millətlərin milli 
mənsubiyyətlərinin, milli dəyərlərinin unutdurulması, vahid sovet 
mədəniyyətinin yaradılması xarakterik olmuşdur.  Bəzi respublikalar 
və şəhərlər öz rəhbərləri tərəfindən bu istiqamətdə sanki yarışmışlar. 
Lakin xalqlar öz mədəniyyətlərini saxlamışlar. Ümumi sovet 
mədəniyyəti  xalqlara faydalı olmuşdur: onların millətçilik hissləri və 
davranışları  zəifləmiş, böyük bir ərazidə  hər bir millət yaşamaq, 
oxumaq, işləmək, səhiyyə, sosial müdafiə  imkanlarına  bərabər 
malik olmuşlar.  Maraqlıdır ki, Qafqazda üç respublika içərisində 
ermənilər və gürcülər öz mədəniyyət və  dəyərlərini, dillərini daha 


 
42 
çox qoruyub saxlamışlar, bütün idarə  sənədlərini öz dillərində 
aparmışlar. Yalnız Azərbaycan  əksinə etmişdir, burada bütün rəsmi 
idarə dili Rus dili olmuş, millilik az qala itmişdir.  Hələ sovet 
dövründə Azərbaycan, Ermənistan və Gürcüstandan həyat 
səviyyəsinə, elmi texniki inkişaf,  şəhərlərin, kəndlərin səviyyəsinə 
görə 10-20 il geridə qalırdı, Azərbaycan  əhalisi içərisində bir  çox 
adam məhz Ermənistan mağazalarından mal alırdı. Oraya ticarət 
üçün gedirdi. Avtobusla Şamaxı, Göyçay, Yevlax, Bərdə, Ağdam və 
Laçın  şəhərlərindən keçəndən sonra Ermənistana daxil olanda 
oradakı  kəndlər və  şəhərlər, qəsəbələr yüksək səviyyəli yaşayış 
məskənləri kimi görsənirdi, dövlət idarə  və mağazalarında 
aldadılmaq yox idi, dükanlarda mallar yaxşı və  üstdə idi. Məsələn, 
imkanı olan  Naxçıvan əhalisi Yerevan və Sisyan mağazaları ilə alver 
edirdi.  Azərbaycanda  yeni müəsisələr düzgün yerləşdirilmədiyinə- 
əksəriyyəti Bakıda tikildiyinə görə, iş yerləri az olduğuna görə,  haqq 
- ədalət az olduğuna görə, kənd yerlərindən əhali gizli olaraq Bakıya 
axışır,  vicdanlı və dözməyən insanlar Rusiya və digər respublikalara 
yaşamaq və  işləmək üçün gedirdilər.  Əgər başqa respublikalarda 
ittifaq büdcəsindən konkret məqsədlərə ayrılan pulları bilavasitə icra 
edir, lazımı müəsisə, yol və s. tikirdilərsə, Azərbaycanda bu vəsaitin 
çoxusunu mənimsəyirdilər və tikintilər  uzun müddət  gedirdi; iki -üç 
dəfə yenidən vəsait ayırırdılar. Məsələn, Gəncə avtomobil zavodu 
tam  şəkildə 1989-cu ildə istifadəyə buraxılmalı idi, lakin  idarələr 
buna  əməl etmədilər, pulları yedilər. SSRİ dövlətinin  ən yaxşı 
vaxtlarında, 70-ci illərdə Azərbaycana bu ya digər səbəb üzündən 
gələn insanlar burada despotik idarə sistemini, gizli rüşvətxorluğu, 
dövlət idarələrində  və dükanlarında aldadılmalarını, cəmiyyətin isə 
buna adət etdiyini, etiraz edənləri demaqoq adlandırdığını  və düz 
danışanları sevmədiyini  müşahidə etmişlər. Baxmayaraq ki, H. 
Əliyev 1969–cu ildə ali vəzifəyə  gələndən sonra ölkəni xeyli 
düzəltmişdi. Bunu o yalnız  şəxsi tələbkarlığı, dövlət vəzifələrini 
təmizləməklə, bir çox raykomları  işdən azad etməklə  və partiyadan 
çıxartmaqla  və    məhkəmə  məsuliyyətinə  cəlb etməklə  əldə edirdi. 
Bu başlanğıc, 1969 -75 –ci illərə qədər davam etdi və xalqda böyük 
sevinc hissləri yaratdı, lakin sonra tepm zəifləməyə başladı.  Idarə 
sistemi yeni tələblərə uyğunlaşmağa və korrupsiyanın gizli 
formalarına keçdi. Məsələn, Bakıya pasport qeydiyyatı,  şəxsi ev 
tikmək qadağan olundu. Bu işləri görmək üçün rüşvətin  miqdarı 
artdı. Məsələn, tanıdığım bir şəxs 1971–ci ildə  bir  qohumunun 
həyətində iki otaqlı bir daxma tikmək üçün əgər  əvvəl 40 manat 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə