Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   ...   81

 

                                                       Rasioanallığın əsas prinsipi                        
                              Müəyyən zaman və məkanda  şeylərin,                                  
                              fikirlərin,  qərarların, davranışların      
                              nəzəriyyələrin  həmişə ən yaxşısı  var. 
                                                                             Tofiq Mehdi 
 
GIRIŞ 
 
      Kitabda  bəşəriyyətin  və Azərbaycanın bu günü və  gələcəyi 
araşdırılır, dəyişiliklərin əsas trendləri müəyyən edilir və  ssenarilər  
qurulur.  
      İ Bölmədə bu elmi məruzə yenidən bəşəriyyətin diqqətini  əbədi  
təzə olan rasional, yəni kamil – ağıllı cəmiyyəti qurmaq  və  ağılla və 
səmərəli yaşamaq arzusuna cəlb edir. Məruzə  bəşəriyyətin 
inkişafında  müasir trendlər  əsasında baş verə biləcək müxtəlif 7 
ssenarini  təsvir edir. Onların içərisində biri – Rasional cəmiyyətin 
yaranması daha əhəmiyyətli hadisədir. Bu cəmiyyətin  ekologiyada, 
iqtisadiyyatda, mədəniyyətdə və sosial sahədə  ağıllı, ədalətli, kamil, 
sülhpərvər, dayanıqlı xarakteristikaya malik olacağı təsvir edilir. Bu 
cəmiyyətdə  şəxsi rasional həyat və  fəaliyyət prosesi, habelə ictimai 
həyat və idarəetmə gələcək haqdakı biliklər və arzu edilən məqsədlər 
üzrə rasional qurulur. Bunu etmək üçün hansı siyasətlər, hərəkətlər, 
texnologiyalar tətbiq edilməlidir?  Göstərilir ki, rasional cəmiyyətdə 
bütün sahələr - iqtisadiyyat, idarəetmə, mədəniyyət, həyat tərzi, 
qanunlar, etika və davranışlar bir - birinə uyğun bütöv kompleks 
sistem kimi layihə edilməlidir. Lakin bunu cəmiyyətin  hamısı 
birlikdə etməlidir – öz hüququnu bir şəxsə, yaxud bir qrup adama  
həvalə etmədən. Rasional cəmiyyət  ictimai iqtisadi sistemi dünyada 
olan bütün problemlərin həllini, hər xalqın və insanın sülhdə 
yaşamasını və xoşbəxtliyə çatmasını qarşısına məqsəd qoyur.  
     Bütün  dünya  xalqlarına yeni rasional ictimai iqtisadi sisteminə 
keçmək və xoşbəxt olmaq təklif edilir.  
     Dinlərin də reforma olunmalarına ehtiyac olduğu bildirilir. 
Göstərilir ki, əgər insanlar təkcə öz xeyirlərini güdərək yalnız 
müşahidəyə  üstünlük versələr, yaşadıqları icmanın, qonşuların və 
bütün bəşər sisteminin də  mənafeyini güdməslər, cəmiyyət 
quruluşunun eyiblərindən faydalanan və  dəyişiliklərə, inkişafa qarşı 
çıxan siyasətçilərin,  şər qüvvələrin qarşısını almasalar və kamil 
cəmiyyət sisteminə keçməsələr, onları  bədbəxtliklər, böhranlar, 
geridə qalmaq, İİİ dünya müharibəsi, daxili toqquşmalar gözləyir.  


 
9
      İİ Bölmədə  keçmiş  və indiki Azərbaycan  ərazisində yaşamış 
insan cəmiyyətləri tarixinin xarakterik cəhətləri  araşdırılaraq 
Azərbaycanın indiki vəziyyətinə  gətirən  əsas trendlər, problemlər . 
səhvlər, idarədə  və  cəmiyyətdə çatışmazlıqlar müəyyən edilir. Bu 
bölmədə Azərbaycanın bütün ictimai iqtisadi siyasi həyatına tam 
qiymət vermək məsuliyyətini üzərinə götürməyərək, müəllif yalnız  
ölkənin və insanların həyatına və  gələcəyinə pis təsir edən mənfi 
amillərin tapılması  və aradan qaldırılması -rasionallaşması üzərində 
çalışmışdır. Şübhəsiz, hər zaman  hər bir dəyişilik, fəaliyyət yaxşı və 
pis cəhətlərə, yaxşı və pis nəticələrə malikdir. Müəllif hesab edir ki, 
yaxşı cəhətləri göstərmək, daha çox təriflər demək heç bir irəliləyişə 
inkişafa səbəb olmur, yalnız arxayınçılıq, passivlik gətirir. Səhvləri 
və problemləri tapmaq isə inkişafın yoludur.  
      Bu  millətin keçmişdə  və indi buraxdığı  səhvlər aşkar edilir və 
onların  əsas səbəbləri göstərilir. Cəmiyyətin təşkili strukturu olan 
dövlət təşkilatının defektləri və müyyən eyibli iş prinsipləri müəyyən 
edilir. Azərbaycan gələcəyinin mümkün 3 ssenarisi təsvir olunur. 
Azərbaycanı belə getsə, nə gözlədiyi ssenari formasında təsvir edilir. 
Eyni zamanda Azərbaycanın gələcək 25 -100 ildə obrazı  və 
missiyası, bəşəri sistemdə tutmalı olduğu yer, konstitusiyanın 
təkmilləşdirilməsi, ümumi və    ən  əhəmiyyətli sahələr üçün arzu 
edilən yaxşı  gələcəyin  55 strategiyaları müəyyən edilir.  Ən zəruri  
strategiyalara belə  təkliflər daxildir  ki, 1)Azərbaycan xalqı 
kapitalizm  deyil, ondan da yaxşı rasional cəmiyyət sisteminə keçsin, 
yəni kapitalizmlə sosializmin ağıllı balansı olan sistemi seçsin, 
ictimai sektor bərpa edilsin, torpaqlar birləşdirilib kollektiv ağılla 
idarə edilsin; 2)  hamının qanun və idarədə    iştirakına imkan verən 
birbaşa demokratiyaya keçsin; 3) neft pulları ilə çoxlu  sayda ictimai 
zavod və fabriklər, elmi texniki institutları yaratsın; 4) hər bir istəyən 
vətəndaşa beynəlxalq aləmdə qəbul olunan pulsuz ali və orta  ixtisas 
təhsili versin; 5) pulsuz səhiyyə xidməti göstərsin, insanlara lazımı 
həyat şəraiti yaradılsın.   
      İİİ  Bölmədə    mədəniyyət və dünyabaxışların  təkmilləşdirilməsi  
təsvir edilir, 
Azərbaycan Rasional cəmiyyəti və rasional insanın mədəniyyəti,  toy 
və yas mərasimləri və digər ağıla və elmə aid mərasimlər, adətlər 
təklif edilir. Rasional əxlaq kodeksi, ailədə davranış, nəzakət və  
ünsiyyət  kodeksi, əhvali - ruhiyyənin idarə edilməsi üsulu  təklif 
edilir. 


 
10 
       İV Bölmədə  Tofiq Mehdinin kəlamları təqdim olunur; dünyanin 
sirləri və tanri anlayişi, neorasionalizm və  Allah varmı sualları  
araşdırılır və yeni baxışlar irəli sürülür. İnsanlar allah, tanrı 
ifadələrinə  abstrakt deyil, daha dəqiq və konkret məna verəcəklər. 
Onun yerinə  dəqiq elmi ifadələr işlədilməsi mümkündür. Göstərilir 
ki, mövcud tək allah üzərində qurulmuş dinlərin  şüurlarda yerinin 
azalması    və ya xeyli keyfiyyət dəyişməsi gözləyir, onların yerində  
bütün material və görünməz dünyanı  əhatə edən vahid rasionalist 
elmi din meydana gələcəkdir.  İbadətlər miqdarca azalacaq və 
məzmunca  dəyişəcək və yaxud onlara ehtiyac olmayacaqdır, sitayiş 
əvəzinə  meditasiya və özünü təlqin  daha geniş  tətbiq ediləcək. 
Bunun üçün müasir psixologiya elmi və Buddizm yaxşı bazaya 
malikdir. Bu elmi dini təbliq edənlər və xidmətlər göstərənlər dərin 
elmi biliyə malik psixoloqlar, fiziklər, mühənsizlər, sosioloqlar, 
filosof və futuroloqlar olacaqdır. Ruhanilərin mahiyyəti və rolları 
xeyli dəyişəcəkdir. Dini mənbələrdən gələn fikirlərə ehkam kimi 
baxılmayacaq, hər şey öz adı ilə çağırılacaq: həqiqətlər həqiqət kimi, 
fərziyyələr isə fərziyyə kimi.   Dini demokratiya və azad fikir yüksək 
səviyyədə olacaqdır.  
 
İ BÖLMƏ.  BƏŞƏRIYYƏTIN  GƏLƏCƏYI.  RASIONAL 
CƏMIYYƏTƏ DOĞRU 
 
        Bəşəriyyətin bütövlükdə 
və ölkə xalqlarının bütün 
dəyişiliklərinin hərəkətverici qüvvələri məhz onların özləridir. Onlar 
öz dəyərləri, mədəniyyəti çərçivəsində    yaşamaq və yaxşı yaşamaq 
məqsədlərini həyata keçirmək üçün  maddi vasitələrdən, alətlərdən, 
biliklərdən və metodlardan istifadə edərək  əvvəl qərar qəbul 
edirlər, sonra  fəaliyyət göstərirlər. Bu qərarların necə  qəbul 
edilməsindən və icra edilməsindən  asılı olan dəyişiliklər  müxtəlif 
trendlər formasında meydana çıxır. Hazırki dünyada bir neçə aparıcı 
dəyişilik ardıcıllığı istiqamətləri – trendlər vardır. 
Bu istiqamətlər məhz dünyanın real ictimai, iqtisadi və siyasi 
quruluşundan (bu keçmiş fəaliyyətin nəticəsidir) və burada insanların 
cari fəaliyyətindən doğur və onların bilavasitə  nəticəsidir. Trendləri 
bilmək üçün dünya bəşər sistemini və  hər bir ölkəni  dəqiq təsvir 
etmək lazımdır. Aşağıdakı qısa təsviri təklif edirəm. 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə