Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   ...   81

 
14 
xalq kütlələrinin diktaturaya son qoymaq, azadlıq, demokratiya, 
hakim elita ilə maddi, karyera, imkanlar bərabərliyi  şüarları altında 
mübarizəsidir.  
Sosialist dövlətinin nəzəri konstruksiyasına görə burada tam 
demokratiya, xalq idarəetməsi olmalıdır. Lakin adətən, həmin partiya 
elitası xalqın idarədə iştirakına mane olur - xalq iştirak etsə, elita öz 
vəzifələrindən getməli olardı. Çünki xalq içərisindən  yüksək ağıl və 
bacarıqlı adamlar daim yetişir və sayca çox olur. Idarə isə bir qrupun 
əlində qaldıqca korrupsiyaya uğrayır, etiraz edənləri əzməyə, mitinq 
və nümayişlərin qarşısını zorakılıqla almağa başlayır və ölkəni 
məhvəaparır. 
 
Ümumi trendlər
Hər iki - kapitalist və sosialist sistem üçün  ümumi trendlər də 
vardır ki, bunlara aşağıdakılar nümunə ola bilər:  
1. Texnologiyanın sürətli inkişafı  və insanların maddi rifahına 
müsbət təsiri (gəlirindən asılı olaraq - az və ya çox). 
2.  İnformasiya texnologiyalarının yüksək inkişafı  və ictimai - 
siyasi  sistemi daha kamil etmək imkanlarının yaranması.  
3.  Şüurun və biliklərin yüksək artması  və tabeçi və xidmətçi 
rolunda saxlanan, ictimai gəlirdən  əsasən uzaqda saxlanmış 
insanların (hər ölkə  əhalisinin 60-80%-i) özlərini və ictimai sistemi 
daha yaxşı  dərk etməsi və onu yaxşılaşdırmaq uğrunda mübarizəyə 
başlaması. Qeyd edim ki, varlı  və siyasi elitanın fikrincə, onların 
xeyir götürdüyü ictimai - iqtisadi sistem kamildir - əslində obyektiv 
olaraq bütün cəmiyyətin mənafeyi mövqesindən - 80 % əhali üçün 
kamil deyildir. 
4. Mədəni təkamülün artması. Mədəniyyətlərin qarşılıqlı 
əlaqələrindən hər xalqın mədəniyyəti daha çox genişlənir və 
zənginləşir. Bu amil xalqın düşüncə  tərzinin, dünya baxışlarının, 
davranışının, istehlak dəyərlərinin, başqa millətə olan mövqeyinin 
xeyli dəyişməsinə  səbəb olur. Hegemon baxışlar, dinlər, dövlətlər  
mədəniyyətin təsir xassəsindən başqa xalqlara və dövlətlərə 
ekspansiya, tabeçilik və öz mənafeyinə uyğun idarə etmək  aləti kimi 
istifadə edirlər. 
5. Elmdə prinsipallığın itməsi və mövqelərini dini  - eqoist 
baxışlara  güzəştə getməsi.  İnsanı öyrənən elmlərin dinləri tədqiq 
etməkdən kənarda durması  nəticəsində dini şüurun yenidən bəzi 
ölkələrdə    artması  və inkişafa mane olması, terrorizmə  və azadlığın 
boğulmasına, insanların idarədə iştirakdan yayındırmağa səbəb olması.  


 
15
Dünyanın inkişaf və dəyişiliklərində ən ümumi iki trendi 
 
1. Dünyanın ümumi dəyişiliyi yaxşılığa doğru, yəni 
kamilləşməyə doğru,  ədalətin, hüquqlarda, imkanlarda, yaşayış 
səviyyələrində  bərabərliyin olmasına  doğru, azadlığın,  birbaşa 
demokratiyanın olmasına doğru istiqamətdədir. Bu istiqamətdə əks 
qüvvələr, hansı ki, dünyanı elə belə -dəyişmədən qalmasını istəyir, 
müqavimət göstərir və yaxşılığa doğru çalışan qüvvələrlə - insan və 
təşkilatlarla, cəmiyyətlərlə toqquşmalar və inqilablar baş verir. Ona 
görə  də bu istiqamətdə  hərəkat səlis deyil, pillələrlə ziqzaq 
formasında gedir və hökmən gedir. Bu hərəkata və ya trendə hər bir 
ölkə, xalq, dövlət məruz qalır, hətta öz ictimai sistemini dəyişməz və 
Allahdan gələn  və kamil hesab edən teokratik islam dövlətləri də 
məruz qalacaqdır.  
2.  İkinci  ən ümumi istiqamət dünyada hadisələrin, inkişafın 
dayaq nöqtəsi  gələcəyə istiqamətlənmiş  hərəkətdə olan rəqqas 
qanunu ilə - orta vəziyyət  ətrafında pisdən (zəifdən, aşağıdan ) 
yaxşıya;  yaxşıdan (güclüdən,  yüksəkdən) pisə (zəifə, aşağıya) 
dəyişməsi trendidir və ya qanunudur. Bu trend xətti də ziqzaqa 
oxşayır və birinci ümumi trendlə birgə işləyir. İkisini birləşdirdikdə 
belə demək olar : Dünyada formaca ziqzaq və ya sinusoid olan 
hərəkətin ümumi  istiqaməti yaxşılığa doğrudur. Dünyanın, habelə 
konkret ölkənin gələcəyini ona aid sinusoidin  formasını, 
paramaetrlərini bilməklə  və bu sinusoiddə indiki nöqtəni müəyyən 
etməklə sonrakı nöqtələrin – dəyişiliklərin necə olacağı haqda 
proqnoz vermək olar. 
 
Ssenarilər.  
 
Göstərilən bu və digər trendlər dünyanın və xalqların gələcəyi 
haqda aşağıdakı  yeddi  ssenariləri  müəyyən etməyə imkan verir. 
1. Yaxşılığa doğru ümumi istiqamət davam edəcəkdir. Elmin, 
texnologiyanın inkişafı, cəmiyyətdə  biliklərin, savadlılığın artması  
davam edəcəkdir. Nəticədə insan həyatının yaxşılaşması davam 
edəcəkdir.  
2.Kapitalizmin ziddiyyətlərinin kəskinləşməsi.  Kapitalizm 
yolunun qeyri - kamil olmasına və müharibələrin və kasıblığın; qeyri 
– sabitliyin səbəbkarı olmasını daha çox adam başa düşəcəkdir. 
Rəqabətin, pul və hegemonluq uğrunda mübarizənin kəskinləşməsi 


 
16 
baş verəcəkdir. Xüsusilə 2011 ildə  (şəxsi intuisiya) tarixə düşəcək 
çox ciddi hadisələr baş verəcəkdir. Müharibə  və toqquşmalardan 
qaçmaq üçün hegemon kapitalist dövlətlər gəlirləri dünyada  bərabər 
bölməli olacaqlar. Müharibə  də  məhz bundan imtina nəticəsi ola 
bilər. Varlanmanın  səbəbi məhz gəlirlərin qeyri - bərabər 
bölünməsidir.  Pullar 80-90 % əhalidən çıxaraq 20-10% əhalinin 
əlinə toplanır. Ölkələrdə  maksimum 20% olan varlı    əhali öz 
ehtiyaclarını  həddən artıq ödəyəndən sonra pulları  xərcləməyə yer 
tapmır və məhz pulların artıqığından əziyyət çəkməyə başlayır, boş 
yerə  xərcləməyə - bahalı toylar, hotellər,  əyləncələr, Aya, kosmosa 
uçuş,  şəkil almaq və s. yerlərə  xərcləməyə.  Dövlət də belədir, o 
pullandıqca, artıq  pulun sərf edilməsi kimi problemlə qarşılaşır. 
Xeyriyyəçilik də rasional deyildir, bir neçə yüz milyardlar Afrikanın 
əhalisinə  xərclənsə  də, onlar həmişə ac, xəstə, işsiz qalırlar. Bu o 
deməkdir ki, bir qrup adamlar daha zirək olaraq bütün insanlara 
məxsus təbii ehtiyatlardan istifadə edərək  əllərinə 80% pulu 
toplayaraq onu bəşəriyyətin inkişafına sərf etmirlər, halbuki o pulları 
məhz bəşəriyyətdən - consumerlərdən və onlara məxsus olmayan 
təbiətdən toplamşlar. Fərdi insanlarla eyni dərəcədə  bir çox dövlətlər 
də pulu xərcləməyə yer tapmırlar, ölkələrində insanların inkişafına 
deyil, varlı –məmur sinfinin müxtəlif uydurulmuş ehtiyaclarına, 
silahlanmaya, araqarışdırmağa, özlərinə sülhyaradıcı adı verərək 
mənasız müharibələrə    sərf edirlər; Afrikaya, Asiya dövlətlərinə, 
diktatorlara da milyardlarla yardım edirlər. Lakin bunlar effektiv 
deyildir. Bütün dünya məhsulu bütün insanların yüksək səviyyədə 
yaşamasına imkan verir, lakin ölkələrin və dünya idarəsinin təşkili, 
mövcud kapitalist dəyərlər buna imkan vermir, onu pozur, habelə 
böyük miqdarda pullar hərbə xərclənir. Kapitalizmin əsas mahiyyəti 
– liberal kapitalizm daim qiymətləri qaldırmaqla - əmək haqlarından 
yüksəkdə saxlamaqla insanları daim ehtiyac içində saxlayır, Teylor 
üsulu ilə istismar edir. İnsanlar kasıblaşmağa məcbur olur, indiki 
dollar və ya digər pul vahidləri artıq keçmişdəki 5 - 10- 100 il 
əvvəlki pullar deyildir. Liberal kapitalizmin səbəb olduğu qiymət və 
maaş artımı yarışı, habelə  hədlərsiz, olmayan vəsaitdən kredit  
vermə  bəşəriyyətin  əsil bəlasıdır. Yüksək inkişaf etmiş ölkələrdə 
cəmiyyətin siyasi həyatda iştirakı getdikcə azalır.  Əksinə, inkişaf 
etməkdə  və 3-cü dünya ölkələrində həyat səviyyəsinin aşağı olması 
səbəbilə insanlarda siyasətdə  və idarədə  iştirak etmək həvəsi 
güclüdür, internet və bilik və  məlumatların geniş yayılmasının 
köməyi vasitəsilə onlarda şüur və  məlumatlılıq artır. Bu özlərini və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə