Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   ...   81

 
17
ictimai sistemi dərk etməyə, ədalətsizlikləri və ziddiyyətləri görməyə 
və onu yaxşılaşdırmağa yönəldir. Nəticədə yüksək inkişaf etmiş 
dövlətlərin zəiflərdən sui - istifadə etməsi; zəiflərin isə  şüurunun 
artması  nəticəsində birincilərlə qarşıdurma,  əks müqavimət artmağa 
başlayır.  
3. Mənəviyyat və ictimai sistemdən razılıq hissinin olmaması 
və ya azalması .  
a) Kapitalist ölkələrində varlanmanın nəticəsində  mənəviyyatın 
korlanır və bu insanlarda pullu olmağın xoşbəxtlik gətirmədiyi 
düşüncəsinə  gətirəcəkdir.  Əgər sovetlər dağılmamışdan  əvvəl 
kapitalist ölkə xalqlarına kommuizmlə mübarizə  şüarı altında 
insanlara dözüm təlqin edilirdisə  və onlar hakimiyyətin varlılara 
mənsub olması  və siyasətin onlara xidmət etməsinə dözürdülərsə, 
indi onların dözməyə  səbəbi yoxdur. Onların ümidləri boşa 
çıxmışdır. Digər tərəfdən sovetlərin yaşadığı  şəraitdə kapitalist 
dövlətlər daim ondan planlaşdırmanı  və sosial qayğı göstərməyi  
öyrənirdi. Nəticədə kapitalist düşərgəsi insanların zəruri tələblərini 
ödəməklə onların etirazlarının qarşısını alır və qismən müvazinətli 
cəmiyyət yaratmışdı.  İndi bu öyrənmək və nümunə götürmək 
nümunəsi - kiçik nümunə olacaq Çini nəzərə almasaq - yoxdur. Bu 
vəziyyət kapitalist ölkəsinin  sosial problemlərin həllini istədiyi 
qədər uzada bilər. Çünki müqayisə edilmək üçün sovetlərin  sosialist 
qayğı sisteminin tərif edən və kapitalist sistemini tənqid edən 
təbliğatı yoxdur.    
b) eynilə kapitalizm yoluna keçmiş post -sosialist ölkələrində 
kapitalizmin mahiyyətini anlayaraq  insanların ümidlərinin boşa 
çıxması  və sosial gərginliyin artması, daxili toqquşmalara və insani 
keyfiyyətlərin zəyifləməsinə,  əxlaq və insaniliyin, humanizmin 
pozulmasına gətirəcəkdir.  Əgər  əvvəl sosialist ölkələrində 
cəmiyyətin başı kommunizmlə aldadılır və o dözməyi könüllü 
seçirdisə, indi bu mif yoxdur. İnsanlar nəyin uğrunda mübarizə 
aparacaqlarını, niyə, nəyin naminə dözməli olduqlarını bilmirlər, 
onlara təklif edilən yeni miflərə isə inanmırlar (miflər - alət kimi hər 
ölkənin siyasətinin zəruri hissəsidir). 
Nəticə:  hər iki qrup ölkələrdə dövlətlərə  cəmiyyətin başını 
aldatmaq və sakitləşdirmək üçün  yeni miflər, yeni şüarlar irəli 
sürməsi lazım gələcəkdir. Lakin bu həmişə olduğu kimi əsil məqsədi 
və  fəaliyyəti ört-basdır etmək üçün olacaqdır.  Əsil məqsəd isə 
həmişə  və  hər zaman dövlətdə olan hakim sinfin varlanması  və 


 
18 
vəzifə imkanlarından öz şəxsi, qrup, sinif, habelə milli mənafelərini 
(daha şüurlu cəmiyyətlərdə) uzun müddətə güdməkdir. 
4.  Dövlətlərin  yenidən səmərələşməsi dalğası.  Ağılın və 
kommunikasiyaların artması ilə dünyanın səmərələşməyə yeni 
stimul alması .  
Dövlətlərin ictimai siyasi iqtisadi idarəsi daim diktatura və 
demokratiya arasındakı yerdə olur, gah bir tərəfə gah digər tərəfə 
dəyişməklə  həyat davam edir. Dövlətlər hazırda getdikcə 
cəmiyyətdən asılılığını azaldır, diktaturaya meyl edirlər. Mətbuat və 
digər qurumlar dövlətin siyasətinin ideoloji örtüyü rolunu həyata 
keçirir, bütün ölkələrdə dövlət cəmiyyətin şüurunu bağlayır, özünün 
düzgün idarə etdiyi fikrini cəmiyyətin beyninə yeridir, əslində çox 
zaman qeyri - rasional və  zərərli idarə edir. Cəmiyyət sərbəst və 
tənqidi düşünməkdən məhrum olur. İnsanlar çox zaman bilmirlər, 
dövlət nə edir. Gizlidə  dünyada və ölkə daxilində  hər sahədə 
yaşamaq uğrunda mübarizənin udulmasından sonra dominantlıq 
uğrunda mübarizə başlayır və qızışır.  
Dövlət öz istədiyi siyasəti - bu səhv də ola bilər- yeridir və 
cəmiyyətə  hər hansı bir mənasız bəhanə ilə  əsaslandırır. Və 
cəmiyyətin kütləvi etirazının qarşısını çox zaman  alır. Cəmiyyət isə 
tənqidi düşünməkdən getdikcə məhrum olur. Lakin  nəticədə  həmin 
siyasətin səhv olduğu aşkar olur və bu siyasət böyük problemlər 
yaratmış olur. Aradan çox zaman keçmiş olur, insanlar bu hadisəni – 
siyasəti yaddan çıxarırlar. Dövlətdə isə yenidən səhv etdiklərini başa 
düşüb keçmişdə cəmiyyətin tələb etdiyi siyasətə qayıdan yeni siyasət 
elan olunur və  səhvlər düzəldilməyə başlayır. Bu yeni, lakin köhnə 
siyasəti dövlət böyük yenilik və özünün qabiliyyəti kimi təqdim edir, 
öz nüfuzunu qaldırır.  İnsanların isə bu problemi dövlətin özünün 
yaratdığı yadlarından çıxmış olur və yenidən dövlətə hörmət etməyə 
başlayırlar. Lakin dövlətin belə  səhv siyasəti ilə  nə  qədər həyatlar 
məhv olduğunu, nə  qədər iqtisadi, sosial və  mədəni inkişafın geri 
qaldığını yada salan və dövləti məsuliyyətə  çəkən olmur. Çünki 
dövlətin özü də  əvvəldən bunu bilib, özünü cəzalandırmaq haqda 
lazımı qanunlar yazmamışdır. 
Dövlətə  liberal bazar apolegetlərinin verdiyi  “arbitr” və ya 
“gecə gözətçisi “ funksiyaları xeyli azdır.  Dövlətin  ictimai idarə və 
nəzarət  vasitəsilə həyat şəraitini idarə etməsi,  ictimai idarə olunan 
istehsal və xidmətləri  təşkil etməsi (dövlət sektoru), qiymətlərə 
nəzarət, elmə  və  təhsilə, səhiyəyə, mədəniyyətə, istirahətə, 


 
19
yaradıcılığa, yeniləşməyə kömək funksiyaları  daha böyük əhəmiyyət 
kəsb edəcəkdir. 
Şüurların və biliklərin, müqayisə məlumatlarının, gələcək haqda  
biliklərinin yayılması, internetin – ünsiyyətin çoxalması  ictimai və 
şəxsi həyatın dəyişməsi üçün   katalizator rolu oynayacaqdır.  Bu 
katalizator mövcud siyasətləri və  nəticələri müqayisə etmək üçün 
alternativ düzgün hesablanmış siyasətlər irəli sürəcəkdir və alternativ 
daha yaxşı 
məqsədlər və 
nəticələrə doğru fəaliyyəti  
həvəsləndirəcəkdir. Habelə  aşkarlıq, bərabərlik və düz siyasət 
aparmaq tələblərini və  bərabər bölgüyə  əsaslanan  əməkdaşlıq 
tələblərini gücləndirəcəkdir.  İnsanlar rasional davranış  və rasional 
həyat tərzi seçəcəklər. 
5.  Sivilizasiyaların toqquşması ehtimalının artması fonunda 
dünyanın yeni qütblərə bölünməsi, xüsusilə,  İslami birliyin 
yaranması . 
Dünyada yeni ideyalar, yeni düşüncələr – məsələn, 1) 
müstəqillikdən qarşılıqlı asılılığa keçidin üstünlüyü; 2) dövlətlər arası 
sərhədlərin  əhəmiyyətinin itməsi və  sərhədlərin açıq olması; 3) 
torpağın kimin (hansı dövlətin)  ərazisinə aid olmasının 
əhəmiyyətinin itməsi; 4) mədəniyyətlərin yaxınlaşması- qarşılıqlı 
anlamanın artması; 5) biznesin beynəlmiləlləşməsi; hər kəsin 
dünyanın istənilən yerində yaşaya və bizneslə  məşğul ola bilməsi - 
işçi qüvvəsinin mobilliyi; səyahət edə bilməsi və digər  yeni 
əlamətlər  olsa da, keçmiş millətçilik,  torpağı genişləndirmək, özünü 
izolyasiya  etmək, xəbislik, müharibəyə daim hazırlaşmaq - ideyaları 
və ona uyğun hərəkətlər qalır. Dünya sanki yerində - daim öz yerində 
(hərəkətində) rəqs  edir  -    nə irəli, nə geri gedir - gah açılır,  gah 
sıxılır, “rəngini” harmonik olaraq dəyişir, gah sağa, gah sola əyilir, 
bir tərəfi yenəndə, digər tərəfi qalxır - ağırlıq mərkəzi (ümumi 
mahiyyət) dəyişmir. Yeni prinsip və  hərəkətlər, dəyərlər keçmişdən 
xilas olmağa səbəb olmur və keçmiş  dəyərlər, adətlər və prinsiplər 
daim dünyanı geri – keçmişə dartır. 
Dünya bəşəri sistemi bir polyuslu qala bilməz. Bəşəriyyət sistemi 
yenidən ən azı 2 qütbə, çoxu  4 qütbə bölünəcəkdir. Iki qütbdə ABŞ 
və Rusiya Federasiyası ; dörd qütbdə isə 1)ABŞ, 2) RF, 3) Hidistan–
Çin və digər Asiya ölkələri, 4) İslam birliyi ölkələrinin olması 
ehtimaldır.   
Bəşəriyyət  ən böyük təşkilatlar olan BMT-də, Avropa 
İttifaqında, ASEAN, Dünya bankı, Valyuta fondu, Afrika Birliyində, 
İslam Konfransı    təşkilatında və digər təşkilatlarda, hərbi bloklarda 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə