Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   10   ...   81

 
20 
birləşmişdir. Bu təşkilatlar az və çox dərəcədə  birliyə  və üzvlərini  
idarə etmək qabiliyətinə malikdirlər. Bu təşkilatlar az və çox 
dərəcədə elan olunmuş funksiyalarını yerinə yetirir, lakin gerçəklikdə 
əsas funksiyaları onları yaratmış olan bir, ya bir neçə hegemonun  
siyasi iqtisadi dominanlıq aləti  rolunu oynamaqdır. Bu səbəbə görə 
onların müxtəlif hadisələrə eyni münasibətini deyil, müxtəlif və 
yalnız həmin hegemona sərf edən mövqeyini, yəni subyektiv 
mövqeyini görmək adi işdir. Bu hegemonlar başqlarına etibar 
etməyərək, məhz öz mənafeləri üçün dünyada konfliktləri yaradır və 
sönməyə qoymur, silahlanmanı artırır; bütün əxlaqi ya qeyri- əxlaqi 
vasitələrdən istifadə edərək yalnız öz dominantlığına çalışır. Bu isə 
bütün bəşəriyyət üçün ümidsiz bir bəla mənbəyidir. Misal üçün, 
İsraili müdafiə  və idarə edərək ABŞ ondan Ərəb ölkələrinə qarşı, 
onları parçalayaraq, diktatorluğu  İslam ölkələrində  müdafiə edərək  
öz mənafeyinə uyğun idarə edir. Baxmayaraq ki, İran tabe olmur – 
ona qarşı da müxtəlif təzyiqlər edir. Rusiya isə Ermənistanı öz 
təsirinə bağlayaraq  və idarə edərək, Qafqazda öz dominantlıq və o 
xalqları öz mənafeyinə uyğun idarədə saxlayaraq  NATO - ya qarşı  
istifadə edir. BMT–nin Ermənistandan aqressiyanı dayandırmaq və 
qoşunlarını Azərbaycan  ərazilərindən çıxarmaq haqda dörd 
 
qətnaməsi (N 822, 853, 874,884) olduğuna baxmayaraq, bu icra 
edilmir və beynəlxalq aləm hərbi qüvvə  tətbiq etmir. Lakin 
Kosovoda Nato bu qüvvəni tətbiq etdi. Başqa misal: 2008 il BMT- 
nin  62 –ci (Aprel) sessiyasında  yalnız 38 dövlət Azərbaycanın ərazi 
bütövlüyünə  səs vermişdir. Habelə  həmin sessiyada OSCE-
nin(ATƏT) üzvləri ABŞ, Fransa və Rusiya da ərazi bütövlüyü 
əleyhinə  səs vermişdir. Belə sual meydana çıxır ki, əgər  sülhü 
müdafiə etmirlərsə  və  ədaləti qorumurlarsa,  BMT və ya NATO  
nəyə lazımdır? Nəyə görə  zəiflər hegemonlara əzilmək, istifadə 
olunmaq aləti  olmalıdırlar?  Halbuki zəif dövlətlərin  qarşısında real 
və daha sərfəli birləşmə  və resurslarını tam emal edib satmaq 
vasitəsilə yüksək inkişafa çatmaq strategiyası  vardır. Belə və digər 
hədsiz misallar, dünya ölkələrinin həqiqi dostlar və  tərəfdaşlar 
bayrağı altında yenidən qruplaşmalara ayrılmasına  əsas səbəbdir. 
Çünki hər bir ölkə digərlərindən qorunmaq, effektiv inkişaf üçün  
sərfəli qruplarda birləşməyə  məcburdur. Yeni bloklardan ən çox 
ehtimal ediləni həqiqi güclü İslam ittifaqının yaranmasıdır. Çünki 
məhz  İslam ölkələri hegemonlar tərəfindən parçalanaraq, effektiv 
istismar olunur, lakin haqları müdafiə olunmur. İslam ölkələri üçün 
İslamı reforma etmək və demokratiyanı geniş tətbiq etməklə, kral və 


 
21
dini diktatorların könüllü hakimiyyətdən əl çəkməsi  vasitəsilə vahid 
İslam dövlətləri ittifaqı yaratmaq strategiyası bu gün aktualdır. Xalqı 
dini diktatorlar deyil, xalqın özü özünü demokratik metodlarla, ən 
yaxşısı yeni Rasional Cəmiyyət prinsiplərilə idarə etməsi daha 
yaxşıdır. Yalnız bu strategiya İslam xalqlarını xarici dağıdıcı, 
istismarçı  təsirdən xilas edər və onları yüksək inkişafa çatdırar və 
dünyada layiqli yer tutmağa səbəb olar. 
6.  Dünyada yenidən sosializmə, lakin  bu dəfə  ağılla idarə 
edilən demokratik sosializmə qayıdış baş verəcəkdir. Yenidən 
Marksın ideyaları öyrənilməyə başlanacaqdır. 2008 dünya maliyyə 
və iqtisadi böhranı Marksın nə  qədər düz dediyini sübut edir. 
Ölkələrdə  fəhlə  və sosialist, leyborist partiyalarının hakimiyyətə 
gəlməsi sosialist prinsiplərinin həyata keçirilməsinə səbəb olacaqdır. 
Burada ictimai mənafe kapitalistin şəxsi mənafeyindən üstün 
tutulacaqdır. Deprivatizasiya, bankların , böyük təbii ehtiyatların, 
neft qaz boru xətlərinin, elektrik stansiyaların, torpaqların,  əvvəllər 
də ictimai olmuş  sənaye müəsisələrinin milliləşdirilməsi, torpaq 
sahiblərinin könüllü birləşib koperativlər yaratması baş verəcəkdir. 
Dövlətin azad bazarı  məhdudlaşdırması hesabına, qiymətlərə 
nəzarəti, kapitalistin rasional norma və  tələblərə  əməl etməsi, 
dövlətin təşkilatı, elmi, təhsildə, səhiyyədə  idarə rolu artacaqdır. 
7. Yeni Rasional Cəmiyyət sivilizasiyasının yaranışı.  
Yaxşılığa doğru inkişafın davam etməsi fonunda Yeni insan 
zəkasının və  ağlının yüksək səviyyəsinin yaranmasının katalizator 
təsiri nəticəsində 21 –ci əsrdə dünyada yeni kamil - Rasional 
cəmiyyət sivilizasiyası yaranışı prosesi başlayır. Daha dəqiqi daim 
gedən bu prosesin yeni yüksək dalğası başlayır. Başqa sözlə
dünyaya seçkilər və partiyalar olmadan, yeni ictimai idarəetmə 
sistemi ilə idarə olunan və rasional həyat tərzi ilə yaşayan  elmi 
rasionalist dünya baxışlarına sahib olan yeni sivilizasiya gəlir.  
Kamil – rasional cəmiyyətlə  bərabər kamil - rasional insanın 
yaranması  və  ona  Böyük keçid  baş verəcəkdir. Bu yeni 
sivilizasiyanı, başqa sözlə, rasional sosializm adlandırmaq olar . 
Sosialist – ictimai dəyərlərinin qəbulu ilə iqtisadiyyatın şəxsi sektoru 
ilə yanaşı ictimai sektorun aktiv və sürətli  yaradılması    və ictimai 
idarə edilməsi baş verəcəkdir. Çin rasional - sosializm inkişaf yoluna 
qismən misal ola bilər. 
Bəşəriyyətin - ölkələrin, ölkə birliklərinin, regionaların təşkilini 
idrak və  ağıl  əsasında rasional cəmiyyət prinsipləri ilə yenidən 
qurmaq ehtiyacı vardır.  Keçid üçün bir neçə fundamental məsələnin 


 
22 
həlli yeni cəmiyyət konstruksiyasında tapılmalıdır. Məsələn, 
kapitalist prinsipləri  əsasında  əllərə toplanmış artıq pulların 
bəşəriyyətin - yəni konkret ölkələrin, xalqların inkişafına sərf 
etməyin optimal və rasional yolu tapılmalıdır.  Ya  insanlar  fərdi 
əməkləri sayəsində artıq pulları  əllərinə almaqdan və onları idarə 
etməkdən nəyinsə əvəzində - məsələn, özü və ailəsi üçün  dövlətdən 
xoş  həyat  şəraiti qarantiyası almaq altında - imtina etməlidir, və ya 
onlar həmin pulları cəmiyyətin inkişafına sərf etməklə bərabər idarə 
edici, nəzarətçi fuksiyalar – hüquqlar əldə etməlidir. Misal üçün, hər 
hansı milyarderə hər hansı şəhəri, ölkəni - insan hüquqlarını, yaşayış 
şəraitini,  inkişafı  təmin etməklə  və ictimai nəzarət altında pulunu 
investisiya edərək idarəetmə tapşırıla bilər. 
Elə bir fəaliyyət və nemətlərin  əldə edilməsi və bölünməsinin, 
kollektiv  əməyin elə  təşkili və  nəticələrinin bölünməsi tapılmalıdır 
ki, insanlar artıq pullardan israfçılıq üçün deyil, onu yenə  həmin 
icmanın (regionun, dövlətin, bəşəriyyətin) rasional inkişafına 
xərcləsin, lakin işləmək stimulu azalmasın. 
Aşağıda  Rasional cəmiyyətin tarixi, nə olması,  necə baş 
verəcəyi  məsələsi araşdırılır. 
Bəşəriyyət  ən qədim zamanlardan bəri, kamil cəmiyyət 
quruluşunu arzu etmişdir. Çox misallar çəkmək olar. Qədim 
Yunanıstanda Polibiy, Platon (4-cü əsr b.e.ə.), Azərbaycanda 12 -ci 
əsrdə Nizami Gəncəvi, Nəsirəddin Tusi; Fransada Russo, İtaliyada 
Makiavelli; Böyük Britaniyada Tomas Mor, Adam  Smit; 
Almaniyada  İmmanuel Kant, Karl Marks və ən son mütəffəkirlərdən 
olan və indi də yaşayan Alman filosofu Yurgen Habermas kimi 
dahilər kamil cəmiyyətin müxtəlif  görünüşünü, müxtəlif əlamətlərini 
təklif etmişlər. Lakin tam və  səlis konstruksiya edilmədiyi üçün və 
insan zəkasının lazımı  səviyyəyə çatmaması  və texnologiyaların, 
xüsusilə ünsiyyət - müzakirə üzrə elektron texnologiyanın olmaması 
səbəbilə; güclü maraqlı insani qüvvələrin, təşkilatçının olmaması; 
ideyanın geniş yayılması  və öyrənilməməsinin səbəbilə; habelə 
onların davamçılarının bu nəzəriyyəni səhv anlaması və şəxsi eqoist 
məqsədləri üçün istifadə edilməsi və düzgün həyata keçirilməməsi 
səbəbilə tam formada  həyata keçməmişdir. Digər tərəfdən, kamil 
cəmiyyətin   yaranmamasına qarşı mövcud kapitalistlərin ağalıq 
etdiyi təşkilat və dövlətlər çıxırlar. Məsələn, Almaniyada yerləşən 
Marşall planı ofisi mənim ona yazdığım məqaləni öz bülletenində 
nəşr etməkdən imtina edərək onların maraqlarına uyğun olmamasını 
bildirmişdir. Nə səbəbə? Baxmayaraq ki, bu missiya hər il dünyada 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə