Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

 
23
dövlətlər tərəfindən 100 milyardlarla pul toplayaraq Afrika əhalisinin 
xəstəlik, aclıq, müharibə, qaçqınlıq və müxtəlif dünya 
 
problemlərinin həllinə bölürlər. Verilən sualın cavabı odur ki, 
kapitalist dünyası dünyanın elə belə qalmasını  və kapitalist 
istismarına və kapitalistlərin dünya ağalığına- bütün bəşəriyyəti  
özünə tabe etməsinə, habelə hegemon kapitalist dövlətlərin dünyanın 
digər dövlətlərini istismar etməsini, onları satış bazarına və ucuz 
xammal ölkəsinə çevirməyi üstün tuturlar, nəinki xalqların və 
dövlətlərin kamil olmasına. Məhz buna görə onlar dünyanın qeyri- 
kamilliyindən yaranan problemlərinə, Afrikaya yardım etməyi üstün 
tuturlar,  nəinki  öz mənafelərinin zərərə düşməsinə.  Məhz kamillik 
olduqda onların mənafeyi pozulur, onların qeyd etdiyim qeyri - 
əxlaqi yolla yaşamaqdan və dünyanı istismar etməkdən və öz 
xeyirlərinə uyğun idarə etməkdən  əlləri çıxır. Çünki ölkələr kamil, 
rasional olduqda orada yaşayan xalqlar özlərini istismar etməyə, 
axmaq yerinə qoyulmağa imkan verməyəcəklər, həm dünya hegemon 
kapitalist dövlətinin və transnasional kompaniyaların və digər 
beynəlxalq təşkilatların, həm də daxildə istismarla cəmiyyəti özünə 
qul etmiş böyük kapitalistlərin istismarçı əlini kəsəcəklər. 
Belə bir cəmiyyətin müxtəlif aspektlərinin çox az miqdarda 
müxtəlif ölkələrdə gerçəkləşdirildiyini müşahidə edə bilərik. Belə 
ölkələrə İsveç , Norveç, Finlandiya, Fransa, Almaniya aid edilə bilər. 
Qeyd etdiyim kimi kamil cəmiyyətin yalnız bəzi müxtəlif aspektləri 
(5-20%)müxtəlif dərəcədə  əldə olunmuş, lakin tam formada həyata 
keçməmişdir. Burada yenə də kamillikdən uzaq baxış və davranışlar, 
idarəetmə, bəzən başqa xalqlara səhv münasibət nümunələri görmək 
olar. Uinston Çörçill insanların seleksiya və sortlaşdırılması yolu ilə 
yaxşı  cəmiyyətin qurulması ideyasını irəli sürmüşdür. Hətta yeni 
elmi texniki situasiyada belə  genləri dəyişdirilmiş  və  arzu edilən 
keyfiyyətdə insan konstruksiya etmək mümkün olsa da, müəllifin 
fikrincə bu metod da rasional ağıllı kamil cəmiyyətin yaradılması  
üçün prinsipal həll deyildir. 
     Tofiq Mehdi, bu kitabın müəllifi problemin həllinə başqa ynaşma 
kəşv etmişdir.  Yeni obyektlərin də ixtira edilməsi məhz müxtəılif 
zidd elementlərin razılıqla birləşdirilməsi və bütövlüyünü təmin edən 
formanın tapılmasıdır. Beləliklə yaxşı cəmiyyət – rasional 
cəmiyyətdə hamı öz mənafeyini güdmək üçün bir başa qanun 
vericilikdə qərar qəbulu və idarəetmədə iştirak imkanına malik 
olmalıdır.  Cəmiyyətin yaxşı olmaması səbəbi, deməli, orada qrup 


 
24 
demokratiyasıdır- müxtəlif güclü qrupun bu işləri görməsi və başqa 
adamları bu işdən uzaqlaşdırmasıdır.   
Tofiq Mehdi –məhz belə  ağıl və elm sivilizasiysının - Rasional 
cəmiyyətin nəzəriyyəsini, rasional dünya baxışları 
və 
konstruksiyasını 2000-2007 illər dövründə yaratmışdır.  2000-ci ildə 
bu məqsədlə  Rasional Cəmiyyət Uğrunda  İctimai Birliyini 
yaratmışdır. 
Bu sivilizasiya - Marksın sözləri ilə desək, yeni dünya sosial, 
iqtisadi və  mədəni formasiyası  və ya Teyyar de Şardenin (1927) 
sözləri ilə desək, yeni Noosfera əsrinin yaranışına - ağıl və idraka, 
məntiqə, elmə əsaslanır.  
Bu o deməkdir ki, dünya artıq global və regional aktyorların və 
qüvvələrin üstünlük uğrunda kortəbii mübarizəsi deyil, ağıl və elmin 
tətbiqi ilə  bəşəriyyətin ümumi maddi və  mənəvi rifahına, rasional 
inkişafa,  əbədi sülhün əldə edilməsi və Yer planetini qoruyub uzun 
müddət insanlara xidmət etməsi məqsədilə razılaşdırılmış fəaliyyəti 
olacaqdır. Bu cəmiyyətdə  hər prinsipin, ehtiyacın ödənməsinin, 
sərfiyyatın, təbiətdən və yaradılmış maddi nemətlədən istifadənin 
rasional hədləri qəbul ediləcəkdir. Məhz hədlərin olması və onların 
rasional düşünülmüş  ağılla təyin edilməsi  qaydalı  və inkişaf 
istiqaməti dəqiq müəyyən edilmiş,  ədalətli, optimal, kamil 
cəmiyyətin və xoşbəxt  şəxsiyyətin qarantıdır.  Hədləri olmayan 
cəmiyyət hökmən ədalətsizlik, qaydasızlıq, vəhşilik yaradacaqdır. Bu 
mənada Avropada və Amerikada qəbul edilən  davranışları, fikirləri, 
əxlaqı, gəlirləri və  xərcləri,  iqtisadiyyatı, qidalanmanı, istehlakı 
hədlərsiz qəbul edən tam azad cəmiyyət uğurlu deyildir, bu cəmiyyət 
ehtiyaclar içində olan kasıb və israfçılıq edən varlılardan ibarət - 
ədalətsiz, təbiəti hədsiz intensiv istismar edib ehtiyatların sonuna 
gətirən cəmiyyətidir. Habelə digər kontinentlərdə yaşayan 
cəmiyyətlər də  uğurlu, rasional deyildir. Dünyada hər bir konkret 
keyfiyyət və xassələrə malik şey, hər cisim və varlıq yalnız müəyyən 
hədlər, şərait daxilində ola  bilər, bu həyatın vacib prinsipidir. Bəs 
nə üçün insan cəmiyyətində    hədlərdən imtina edilsin? Kamil 
cəmiyyətdə hökmən kamil – rasional hədlər müəyyən edilməli və 
onları  hamı qəbul etməlidir. 
 
Kamillik və ya rasionallıq nədir? Kamilliyin kriteriyaları 
 
Əvvəl hər ictimai sistem insanları birlikdə kamilliyin nə olmasını 
müəyyən etməlidirlər. Əlbəttə həyat çox tərəfli kompleks bir sistem 


 
25
olduğuna görə  hər bir sahə  və  məsələ üçün kamilliyin ölçmə 
parametri və vahidi müəyyən edilməlidir. Digər tərəfdən kamilliyi 
kim ölçəcəkdir? Kim üçün kamilliikdən danışırıq? Bütün ölkələrin 
cəmiyyətləri eynicinsli deyil, təbəqə  və siniflərdən ibarət olduğu 
üçün hər bir qrupun öz kamillik kriteiyaları vardır. 
Kamillik anlayışı  hər bir maraqlı insana və ya qrupa ehtiyacı 
olduğu və    əlaqədə olduğu mühitin, təbii ehtiyatların,  qaydaların, 
imkanların  və s.  nə  qədər sərfəli olduğunu, nə  qədər ona yaxşı 
olmaq dərəcəsi ilə  və bunu necə effektiv - asan verə bilməsilə 
müəyyən edilə bilər. 
Rasional cəmiyyət nəzəriyyəsi  kamilliyi (rasionallığı) ölkə 
əhalisinin  əsas hissəsinin - işverən və  məmur olmayan hissəsinin – 
yəni cəmiyyətinin mövqeyi və fikri ilə, lakin digər az hissəsinin 
(işverən və  məmur qrupu)  azad və  ağıla, ağıllı  hədlərə,  əxlaqa və 
ədalətə uyğun sahibkarlıq  və rasional idarə etməsini qəbul etməklə  
müəyyən etməyi nəzərdə tutur.  
Rasional Cəmiyyət nəzəriyyəsi aşağıdakı misal kimi bəzi sahələr 
üzrə kamillik kriteriyalarını təklif edir:  
- Cəmiyyətdə hər kəsin zəruri optimal - mənzil, su, istilik, təhsil, 
səhiyyə, mədəni- həyat  şəraitinə, işləməyə, texniki yaradıcılıq  
imkanına və s. malik olması    və bu imkanların ictimai istehsalın 
artmasına uyğun  artması. Ölçmə üsulu müəyyənləşdirilsin : Nə 
qədər adam belə imkanlara malikdir və nə qədər adam malik deyil? 
- Təbiətə rasional baxış  və  səmərəli istifadə edilməsi , bərpası; 
istehlakçılıqdan, izafilik və  xarab etməkdən imtina. Ölçmə:  hansı 
ərazilər və ehtiyatlar səmərəli istifadə olunur, nə  qədər səmərəsiz 
istifadə olunur? Nə qədər sahə bərpa edilir, nə qədər edilməmişdir? 
-  İnsanların hamısına qayğı göstərən və  işlə  təmin edilmənin 
qarantı olan ictimai istehsal və xidmətlərin dövlət sektorunun (şəxsi 
sektorla bərabər) zəruriliyi, elmə, səhiyyə və təhsilə sponsorluq edən 
və hər adama əlçatan olmasını təmin edən dövlətin olması. Nə qədər 
adam işləyir, nə qədər işsizdir, nə qədərə  bu xidmətlər əlçatandır, nə 
qədərə əlçatan deyil? 
- Sülhün və sakit həyatın  əldə edilməsi. Bu kriteiya  bütün 
insanların mənafeyinə uyğundur. 
-  İnkişafın rasional olması - insan həyatının və  cəmiyyətin 
inkişafının rasional  təmini – rasional idarəetmə 
Yaradılmış kamil – rasional cəmiyyət nəzəriyyəsində Rasional 
cəmiyyət mədəniyyət sistemi 1) rasional, effektiv, idraki və etik 
prinsiplərə uyğun formada layihələndirilmiş  və reallaşdırılmış 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə