Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə81/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
241
Dünya Gələcək Araşdırmaları Federasiyasının məlumatı), yaşımız və 
təcrübəmiz və beyin maddəsi ilə əlaqədardır. 
Ruhi dünyanı  tədqiq edərkən müəyyən edirik ki, çox allahlı 
dinlərdən tək allahlı dinlərə keçid heç də tarixdə tam müsbət 
irəliləyiş olmamışdır. Bu hadisə  şəhər- dövlətlərin, icmaların, 
qəbilələrin birləşməsi, bir din ruhanilərinə və qəsbkara, ədalətsizliyə  
etiraz olaraq (xristianlıq); yeni dövlət yaradılması,  başçı olmaq, 
biznes, şəxsi varlanma məqsədlərilə (digər dində), yeni torpaqlar ələ 
keçirilməsi və biləşmək (iudaizm) məqsədilə baş vermişdi. Bu keçid 
zamanı    tarixdən  əvvəlki dünya bilikləri,  toplanmış  təcrübə  məhv 
edilmiş, qiymətli əsərlər yandırılmışdır.  Allah anlayışı yeni ruhanilər 
tərəfindən  şəxsi istifadə - dövlət, icma başçısı  olmaq, varlanmaq 
üçün istifadə edilmişdir.  Lakin insanlığın varvarlıqdan xilas 
olmasına bir şans qalmışdır. Blavatskayanın yazdığına görə  qədim 
kitablar dünyanın ən ucqar yerlərində- Hindistan və Çində -qorunub 
saxlanmışdır. Onlarla tanış olduqda böyük biliklərin olduğu,  
qiymətli  fərziyyələr daşıdığı  məlum olur. Onları  məhv edib yerinə 
gələn dinlərin isə    əsasən dayaz, uydurma ideyalar üzərində, bu 
dinləri yaradanların şəxsi eqoist, siyasi məqsədlərini və hərəkətlərini 
(və ya pis ruhlar tərəfindən aldıqları göstərişləri) allah adından elan 
etməsi  məlum olur. Bu yeni kitablar sadəcə maska, yeni hakimiyyət 
üçün ideologiyadır. 
Bəşəriyyəti yeni elmi rasionalist dinin yaranması gözləyir. 
Burada sitayişlər , insanları  ağa qul sisteminə bölmə yoxdur. Bu 
dində insan allahın qulu deyil, allahın bir hissəsidir, hansı ki 
naməlum deyil, məlumdur. Bu din material dünya və ruhi dünya 
haqda bütöv bir təlimdir. Burada tək naməlum allah haqda anlayış, 
mistifikasiya, sübut olunmamış ideyalar  yoxdur. Bu din rasional 
həyat tərzi, rasional idarətmə  və  mədəniyyət, rasional insanı  təklif 
edir. Bu din bütün gizli qalan izah olunmamış fenomenlərin izahını 
verən və  daim təkmilləşən, müdrikləşən bir elmi dindir. Bu din elmə 
və idraka, gerçəkliyə  və  təcrübəyə  əsaslanır və insanlara  zərər 
vermədən xidmət məqsədi daşıyır.  Daha    çox  məsələ haqda daha 
geniş izahatı müəllifin Həqiqətə Pəncərə kitabından tapa bilərsiniz. 
 
 
 
 
 
 


 
242 
MÜƏLLİF HAQDA 
 
Tofiq Mehdi keçmişdə mühəndis-konstruktor, indi isə  
futuroloqdur, 1952-ci ildə indiki Ermənistanın Sisyan rayonunda 
Comərdli kəndində 1 İyulda müəllim ailəsində doğulmuşdur. 1971-
1976  illərdə Azərbaycanın Bakı  şəhərində Politexnik institutunda 
oxumuş  və mühəndis - mexanik diplomu almışdır. Sonrakı illərdə 
zavodlarda və konstruktor bürolarında mühəndis işləmişdir. O uşaq 
yaşlarından təbiəti və ictimai sistemi anlamağa   çalışmış və özündə 
öncəgörmə qabiliyyəti, söz və fikirlə telepatik təsiretmə 
qabiliyyətləri aşkar etmişdir. Hələ 7 yaşından başlayaraq təbiətdə 
olan görünməz varlıqlarla kontaktda olmuş, lap yaxından müşahidə 
etmişdir.  İnstitutu qurtardığı zaman o dünyanın mənası  və Tanrının 
dərk edilməsi haqda tədqiqatlar apararaq bir nəzəriyyə yaratmağı 
qarşısına məqsəd qoymuşdur. Lakin ictiami sistemin - bu zaman 
kommunist rəhbərlərinin diktaturası olan sosializm idi - kitablarda 
yazıldığı kimi deyil, reallıqda ona müəyyən qədər zidd  və çox nadan 
olduğunu müşahidə edərək, əvvəl sistemin analizini və onu anlamaq,  
necə yaxşı etmək haqda tədqiqat  əsəri yazmağa qərar vermişdir. O,  
Marks, Engels və Leninin əsas ideyalarını analiz etdi, tezliklə Mehdi 
müəyyən etdi ki, ilk nəzəri  əsaslarda bəzi  səhvlər var və sosialist 
dövləti  səhv konstruksiya edilib və düzəldilə bilər. O əsərini 1982 –
cı ildə qurtararaq, ali rəhbərə göndərmək məsələsi ilə üzləşdi, ona 
görə  qərara aldı ki, əsərin nəticələrini təklif və  məsləhətlər 
formasında Ali rəhbərə  və respublika rəhbərliyinə göndərsin. 
Tezliklə Brejnev öldü və ancaq 1985 ildə T. Mehdi öz 20 səhifədən 
ibarət təkliflərini növbəti baş katib olan Qorbaçova  göndərdi. Lakin 
tezliklə başa düşdü ki, dövlət cəmiyyət üzvlərinin təklifi ilə işləmir, 
dövlət  xüsusi sinfin başqa sinif üzərində zorakılıq idarəsidir, hakim 
sinfin mənafeyinə uyğun olmayan heç nəyi qəbul edə bilməz. 
1978 –ci ildə T. Mehdi ilk Gələcəyi necə görmək olar 
məqaləsini yazdı  və  və  Техника  и  Молодеж  jurnalına göndərdi. 
İdeoloji uyğunluq olmadığı üçün onu çap etmədilər, lakin 
parapsixoloq ekspert ona həvəsləndirici bir məktub yazdı. Nadan 
idarə elmlə  məşğul olmağa,  Bakıda yaşamağa, ev almağa imkanı 
vermirdi,  konstruktor işindən çıxsaydı, yataqxanadan və pasport 
qeydindən məhrum olurdu. Zaman keçdi, O 1987-ci ildə  yenidən 
Ermənistana qayıdıb yaşamaq haqda plan qurdu, orada millətçi idarə  
ona heç bir iş verməyəcəkdi, lakin buna ehtiyac da yox idi, yaşamaq 
imkanları hədsiz idi. Onların yaxşı alma bağları və torpaqları var idi, 


 
243
heyvan saxlamaq üçün hər şərait var idi. Bu bir neçə ailəyə yaşamaq 
imkanı verirdi. Bu plan da pozuldu. Bədbəxtlikdən ermənilər onun 
valideynlərini 1988-ci ildə ümumi etnik təmizləmə kampaniyasında  
Ermənistandan zorla çıxartdılar, qaçqınlıq dövrü və  nəhayət, Sovet 
dövlətinin parçalanması 1991-ci ildə baş verdi. Ümumi depressiya, 
dövlətin öz vətəndaşlarına xəyanəti,  ölkəni qorumaq haqda effektiv 
tədbir görməməsi, öz şəxsi varlanmaq məqsədlərini güdməsi,  
zavodları, konstruktor bürolarını bağlayıb işçiləri bayıra atması  və 
yaşamağa heç nə verməməsi  dövləti daha yaxşı anlamağa kömək 
etdi. O dünyanın  əsas qanunu və Tanrının  mənasını tapmaq 
planlarına qayıda bilmirdi, yaşamaq uğrunda mübarizə imkan 
vermirdi və o bu işi görmək üçün yaxşı zamanın  gələcəyini 
gözləyirdi. Lakin yaxşı zaman gəlmədi, zaman keçirdi, yaş artırdı. 
Eynilə, o da əksər  əhali kimi işləmirdi, 1997 –ci ildən son iş yeri - 
Kondisioner zavodu  tam dayanmışdı.Onu, guya yaratmış rəhbərliyin 
gözü qarşısında zavod ölməyə doğru sönürdü. Universitetlərdə elmlə 
məşqul olmağa sistem imkan vermirdi. Əlavə ödəmə  tələb edir, 
yenidən instituta qəbul olunmağı və tarix və ədəbiyyatdan  imtahan 
verməyi  şərt kimi irəli sürürdülər. T. Mehdi isə bu tarixin yalan 
olmasını, hər yeni hakimiyyətin köhnə tarixi mənbələri məhv edib, 
yenidən özünü tərifləyən saxta tarix yazdığını artıq bilirdi, habelə 
ədəbiyyatın da siyasi hakimiyyəti təriflədiyini, obyektivlikdən uzaq 
olduğunu bilirdi; o yalan sözləri əzbərləyib imtahan verə bilməzdi.      
Mehdi sosializmin səmərələşdirilməsi haqda əvvəlki 
araşdırmalarını, təkliflərini yadına saldı, yeni kapitalist sisteminin də 
yaramazlıqlarını anladı  və yalnız insanların rasional həyat tərzi və  
cəmiyyətin rasional qurulması  və idarə edilməsi vasitəsilə 
xoşbəxtliyə çata biləcəyi ideyasına gəldi. 
O, 1998-ci ildə, 46 yaşında  İngilis dilini öyrənməyə başladı.  
2000–ci ildə Finlandiyada futuroloji seminara dəvət alaraq orada 
iştirak etdi və yeni dostlar əldə etdi.  Qayıtdıqdan sonra, o  Rasional 
Cəmiyyət uğrunda təşkilatı çox çətinliklə qeyd etdirdikdən sonra 
düşünürdü ki, o, nəhayət, öz məqsədinə çatacaqdır və planlaşdırdığı 
cəmiyyəti təbliq edə biləcəkdir. Təşkilatın  əsas məqsədi  Dünya 
rasional icmasının və rasional milli cəmiyyətlərin yaranmasına 
kömək etməkdir.  
O yeni strategiya qəbul etmişdi, yeni sivilizasiya - rasional 
cəmiyyətin nəzəriyyəsini və konstruksiyasını hazırlamaq. Çünki 
bütün ictimai sistemlər qeyri - rasional idi, hegemon siniflərə məxsus 
idi,buna görə də ədalətsiz idi  və problemlər də, onun fikrincə, məhz 


 
244 
bu səbəbə görə baş verirdi; dövlətlər insanların azadlığını, həyatını, 
xoşbəxtliyini  əlindən alırdı. Onları öz hakim sinif mənafeyi naminə 
istismar edirdi, müharibələr törədir və qırdırırdı. Yaradılan məhsulu 
israf edir, mənimsəyir, silahlanmaya, konfliktlərə, hegemonluq 
məqsədlərinə sərf edirdi.  
Onun yaratdığı  təşkilata heç bir donor qrant vermədi, hətta öz 
dövləti də dildə ictimai təşkilatlara -QHT-lərə kömək etdiyini desə 
də, heç bir kömək etmədi. Mehdi iki dəfə ona məktub yazmışdı. Bu 
həyat çox şeyi ona başa saldı - söz və  əməllərin nə  qədər fərqli 
olması, siyasətin çoxüzlü və insanlara lazım olmaması və s. 2002-ci 
ildə o, Avropa Komissiyasının dəvəti ilə Brüsseldə Öncəgörmə 
konfransında iştirak etdi.  O Avropa Komissiyasının ekspertləri ilə, 
sədrin köməkçisi ilə söhbət etdi, neft ölkəsində özünün işsiz 
olmasını, onların köməyi ilə  gəldiyini və insanların vəziyyətinin 
dözülməz olmasını dedi. Onlar dedilər: “biz hamısını  bilirik”.  T. 
Mehdi çox asanlıqla aşkar etdi ki, Avropanın ssenarisi Azərbaycanı 
neft -qaz təchizatçısı  və satış bazarı ölkəsi, Qarabağın onları 
maraqlandırmadığı  və ölkədə diktaturanın saxlanmasını  və 
Avropadan asılılığını    nəzərdə tutur.  Qayıtdıqdan sonra o 
Azərbaycan rəhbərliyinə    təcili olaraq strateji -
 futuroloji 
araşdırmalar elmi tədqiqat problem həlli mərkəzi yaradılmasını 
yazılı  təklif etdi və  əsaslandırdı. Lakin cavab gəlmədi. 2008-ci ildə 
isə buna yaxın bir mərkəzin yaradıldığı elanını  eşidəndə onlarla 
əməkdaşlıq etmək üçün müraciət etdi, lakin rədd cavabı aldı.   Onun 
təklif etdiyi elmi araşdırma idarəsi Azərbaycanı xilas edə bilərdi, 
düzgün siyasətləri, strayegiyaları  və problem həlli layihələrini 
hazırlaya bilərdi. 
Beləliklə, Mehdi 6 il işsiz qalandan sonra 2 il yarım bir şirkətdə 
qaynaq müəllimi və peşənin qiymətləndiricisi işləyə bildi, o da 
bağlandı. O qeyri -  idraki dövlət  idarəetməsindən və qanunlardan 
xeyli  əziyyət çəkmişdir və  özünü ictimai sistemin qurbanı hesab 
edir. Mühitin qeyri -  rasionallığı  və gülünc obrazı  onu hər yerdə 
qarşılamışdır. Dövlət məmurlarının-təhsil, səhiyyə, torpaq, Mənzil 
İsitismar idarəsi, rayon icra hakimiyyəti, notarius, hüququ mühafizə, 
məşğulluq, sosial müdafiə, pasport qeydiyyatı, xarici pasport idarəsi, 
hərbi komissarlıq,  sahə polisi və yol polisi və dövlət komitəsinin,  
hansı ki bəzən müəyyən münasibətlər onları rastlaşdırırdı, çoxusunun 
rüşvətdən qudurmuş sifətlərini görürdü, insanı alçaltmaq üçün 
priyomlarını, gülünc sözlərini, bəzilərinin açıq rüşvət tələblərini, 
rüşvət üçün uydurulmuş gülünc arqumentlərini  eşidirdi və bunun 


 
245
səbəbləri  və  həlli barədə xeylı düşünürdü. O müşahidə edirdi ki,
 
sanki daha çox nadanları 
seçib vəzifələrə təyin edirlər, lakin onları sistem 
belə edirdi. Ona isə  iş tapılmırdı, tapılanda da “gözlə” deyirdilər. Bu 
misallar yaxşı anekdot mövzuları idi. Dövlətə  gülünc obrazı   onun 
məmurları yaratdığını    o  aşkar etdi, burada qanunlar deyil, məmurlar 
hakimlik edirdilər. Onları heç cürə, xahişlə, insanlığa, mərhəmətə, 
xeyriyyəçiliyə  çağırmaqla öz xidmətlərini nəinki yaxşı icra etdirmək, heç 
yarısını etdirmək mümkün deyildi, nə qanun var idi, nə  məcburi icra. 
Qanun olsa da bəzən, onun əhəmiyyəti yox idi. Yuxarı orqanlar da  təsir 
etmirdilər. Onlar rəhbərin şəklini kabinetdə başı üstən asır,  “allah o kişinin 
canın sağ eləsin”deyirdilər və rüşvəti də öz dilləri ilə istəyirdilər. Bir dəfə 
atası üçün ev alarkən notarius pasporta baxdı  və sonra başı üstən asdığı 
şəklə çevrilib dedi: “allah o kişinin canın sağ eləsin, sən o kişinin 
kəndindənsən, ona görə  sənə güzəşt edirəm” deyib, yeni pulla  300 man 
rüşvət aldı. Tofiq dedi:”olar ki, heç almayasan?”-cavabında eşitdi: “bu 
mümkün deyil”.  Paradoksal vəziyyət müşahidə edilirdi, bütün bu nadanlar 
özlərinə dayağı dövlət başçısında görürdülər və ona arxalanırdılar. Onlara, 
nəhayət deyəndə ki, bu vəzifəni düz icra etməsən, prezidentə  şikayət 
edəcəyəm cavab verirdilər ki, “haraya istəyirsən şikayət elə, bütün yazdığın 
şikayət bura gələcək və  mən deyən olacaq”.Doğrudan da onlar düz 
deyirdilər. Onların arsenalında öz bildiklərini etmək üçün böyük  miqdarda 
priomlar, imkanlar, formal qanunlar, standart cavablar,  başdanetmələr var 
idi. Bu böyük və  dərhal prinsipal həlli tələb edən məsələ idi və 
administrativ, əxlaqi - etik  nəzəriyyə ilə izah edilməsi  tələb olunurdu və 
ölkənin səmərələşməsi üçün başlanğıc nöqtə idi. Lakin düşünməli adamları 
bu düşündürmürdü.... 
2006 - 2007 illər dövründə, nəhayət,  o  530 səhifəlik  Həqiqətə 
Pəncərə adlı ilk kitabını yazdı və 2008 –ci ildə nəşr etdirdi. Kitabda böyük 
miqdarda məsələlərdən bəhs edilərək, rasional fəlsəfənin qanun və 
kateqoriyaları, dünyanın quruluşu və prinsipləri, rasional cəmiyyətdə qərar 
qəbulu prosedurları, rasional cəmiyyət və rasional insan, rasional həyat 
tərzi, rasional əxlaq  konsepsiyaları,  rasional ailə, həyat məsləhətləri, 
futurologiya, ixtiraçılıq, dinlərin analizi və rasional tanrı  nəzəriyyəsi, 
görünməz dünya haqda orijinal biliklər və faktlar  təsvir olunur. Rasional 
cəmiyyət haqda T. Mehdi 6 məqalə yazmış  və Futures jurnalında (ABŞ) 
nəşr etdirmişdir. 15 il konstruktor işlədiyi zaman 5 ixtira etmiş  və çoxlu 
səmərələşdirmə təklifləri vermiş,  2006 ildə  cəmiyyətin  internet səhifəsini 
yaratmışdır.  http://rational.sayt.ws. 
T. Mehdi   1970-ci ildən Bakıda yaşayır. Bu dövr ərzində o, onlarla 
təkliflər hazırlamış  və dövlət orqanlarına göndərmiş, bir çox məqalələr 


 
246 
yazmış, yaşadığı  ərazidə  cəmiyyətin problemlərinin həll edilməsi üçün 
çalışmış və onları lazımı orqanlar vasitəsilə icra etrdirmişdir, çox insanlara 
məsləhətlər vermiş, yol göstərmişdir. Deyə bilərsiniz ki, onun nəyinə lazım 
idi, elə hamı kimi alver edə bilməzdi? Xeyr, belə deyil, hər insanın öz 
missiyası var, hər adam alverçi ola bilməz. Öz xalqına, ərazidəki, binadakı 
insanlara qayğı  çəkmək, gələcəyini düşünmək onun genlərindən gəlirdi. 
Onun  atası  Kərəm müəllim hələ Ermənistanda yaşayanda Comardlı 
kəndinə hündürlük statusu verilməsi və camahata hündürlük faizi 
verilməsini və müxtəlif problemlərinin həll etmişdi - sovet dövründə dövlət 
idarələri insanların bütün təklif və şikayətlərini həll edirdilər, babası Əyyub 
kişi böyük ağsaqqal idi, o qəhrəmancasına Tofiqin böyük babası Əlimardan 
kişinin rəhbərliyi ilə  kəndlərini 1918 – ci ildə ermənilərdən qorumuşdu, 
insanlar sağ qalmışdı.  Əlimardan kişi hələ müharibə başlamamışdan 
gələcəyi görmüşdü və Türkiyəyə gedib çoxlu beşaçılan tüfəng və patron 
alıb gətirmişdi. Kənddə cavanlıara təlim verirdi, lazımı müdafiə  tədbirləri 
bürclər, qalalar, tikmişdi yemək, su tədarükü  görmüşdü, döyüşən dəstə 
düzəltmişdi. O zaman , görünür, daha çox azadlıq var idi. Qonşu  Ərəfsə 
kəndi də  mərdliklə erməni qoşununa qarşı vuruşurdu. Tofiq öz nəsli
babaları ilə həmişə fəxr etmişdir. Lakin 1988-93 illərdə isə insanlar özlərinə 
güvənməyib  təlimçi və ayı modeli sistemində olduğu kimi dövlətə - 
təlimçiyə arxayın olaraq məğlub oldular, qaçqına çevrildilər. Elə bildilər ki, 
təlimçi onları qoruyacaq, düz idarə edəcəkdir. Onlar özləri birləşib 
silahlanaraq lazımı səviyyədə döyüşü təşkil edib döyüşsəydilər, belə böyük 
problemlər yaranmazdı. Onlara problemi, şübhəsiz, dövlət yaratdı. Bu fakt 
yeni dövlət nəzəriyyəsi yaratmaq üçün  xeyli vacibdir. 
T. Mehdi  geniş futuroloq baxışları ilə gördüyü  gerçək həyat haqda 
son 10 il ərzində 100 - dən artıq  şer yazmışdır ki, onun şerləri ilə 
müqayisədə dövlətdən xüsusi təqaüd və ad alan  bir çox görkəmli şairlərin 
əsərləri  zəhmətkeş  cəmiyyətin qulağı üçün  yersiz və  əhəmiyyətsiz 
görünür.  Bir çox şəkil eskizləri, karikaturalar  çəkmişdir. O böyük 
miqdarda  nəsihət və müdrik kəlamlar yaratmışdır. T. Mehdi 2000-ci ildən 
Dünya Futuroloji Araşdırmalar Federasiyasının üzvüdür.  
T. Mehdi deyir:  “Bizim şüar  Rasional insan, rasional cəmiyyət, 
rasional dövlət,  rasional dünya birliyidir. Mən hər bir insanı yeni rasional 
cəmiyyət  icmasına dəvət edirəm, yeni rasional prinsiplərlə, idarə və həyat 
tərzi ilə, rasional əxlaq və davranışla yaşamağa çağırıram. Dünyanı 
rasionallıq və  əməkdaşlıq, başqasına da özünə istədiyin kimi münasibət 
saxlamaq, səhvləri anlamaq, düzəltmək, sonra bağışlamaq, başqalarına 
mehribanlıq və xeyirxahlıq, məhəbbət  xilas edəcəkdir”.  
---------------------------- 


 
247
 
Futurologiya –öncəgörmə  haqda seçilmiş internet səhifələr  
 
Proqram və kurslar 
 
Finland Futures Academy                www.tukkk.fi/tutu/tvs 
Hawaii Center for Futures Studies   www.futures.havaii.edu 
The Australian Foresight Institute    www.swin.edu.au/afi 
Tamkang University                         www.ed.tku.edu.tw/develop 
University of Huston, Clear lake      www.cl.uh.edu/futureweb/ 
University of Sunshine Coast           www.metafuture.org 
Avropada Foresight                          www.eurofore.org 
 
Təşkilatlar 
World future society                         www.wfs.org 
World Futures Studies Federation    www.wfsf.org 
Rasional cəmiyyət uğrunda 
İctimai Birlik  (Bakı)                      http://rational.sayt.ws   
 
Gələcək haqda jurnallar 
Foresight                                     www.emeraldinsight.com 
Futures                                        www.elsevier.nl/locate/futures 
Journal of futures studies            www.ed.tku.tw/develop/jfs 
 
Öncəgörmə metodları 
 
Futuretoolkit                              www.futuretoolkit.com 
Futurecasts                                 www.futurecasts.com 
Millenium Project                      www.acunu.org 
          
 
 
 
 
 
 
 
 
 
 


 
248 
RASİONAL CƏMIYYƏTƏ DOĞRU. 
*** 
 Rasionallaşma Strategiyaları 

Gələcək araşdırmaları elmi mövqeyindən 
futuroloqun baxışı 
     
 
İlk nəşr. Bakı,mart, 
2009
 
 
Müəllif: Tofiq Mehdi. 
 
Bu kitab elmi-publisistik əsərdir. 
 
Kitabdan dövlət idarə qurumları, strategiya və planlar 
hazırlayan məmurlar, gənc nəsil, tələbələr, müəllimlər  və  
hər kəs fayda ala bilər. 
 
Rasional cəmiyyəti qurmaq üçün , material və görünməz 
dünya və tanrı haqda bilikləri öyrənmək üçün , daha yaxşı 
şəxsi və ictimai gələcəyi bilmək  və qurmaq üçün 
Rasional cəmiyyət uğrunda İctimai Birliyə üzv olun.  
 
Yeni rasional - ağıl və kamillik erasının 
 ilk  yaradıcıları olun. 
 
http://rational.sayt.ws   Tel : 070 744 68 41 
 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə