Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

 
26 
qanunvericilik və idarə quruluşu, hansı ki hər insan iştirak edə bilər 
və 2) rasional həyat tərzi və etik prinsiplər ilə yaşayan, qanun 
yaradıcılığında və idarə sistemində  iştirak edən və 3) rasional elmi 
dünya baxışlara malik insanların birliyi kimi müəyyən edilir .  
Layhə rasional cəmiyyət adlansa da, yaradılmış  nəzəriyyə 
rasional cəmiyyətin yaranma və inkişafının  fasiləsiz prosesini 
nəzərdə tutur. Avtomatik hazır rasional cəmiyyətin birdən qurulması 
demək deyildir. Layihə rasional cəmiyyətin formalaşmasına 
gətirəcək :  idarə quruluşunun,, yaradıcılığın, idarəetmənin, həyat 
tərzinin rasional prosesidir. Yəni bu layihədə tətbiq olunan prinsiplər, 
idarə üsulu, həyat tərzi maksimum rasionallığın  əldə olunmasına 
gətirəcək, daha yüksək rasional, kamil cəmiyyət  əldə edilməsinə 
gətirəcəkdir. Layihə  məqsəd və onu reallışdıran bir prosesdir. Yeni 
kamil - rasional cəmiyyət dinamik özünü tənzimləyən, özünü 
kamilləşdirən sistem kimi layihələndirilmişdir. Bu ictimai 
qanunvericilik və idarənin kamilləşməsini  seçilmiş qruplar və varlı 
hegemon  şəxslər deyil, cəmiyyətin hər bir üzvü könüllü 
əməkdaşlıqda, kollektiv qərar qəbulu mexanizmi vasitəsilə birgə edir. 
Şəxsi kamilləşməni isə  hər kəs özü öz elmi araşdırmaları, ümumi 
elmi nəticələr, müdriklər tərəfindən yaradılmış biliklər, elmi 
metodlar əsasında öz çalışmağı ilə, fərdi seçimlər ilə əldə edir. 
Mövcud cəmiyyətlər və ya dövlətlər ona görə rasional - kamil 
olmurlar ki, onların qanunvericiliyində və idarəsində yalnız varlı və 
ya hərbi, dini qruplar iştirak edir və öz qrup  mənafelərinə uyğun 
qanun yazır və idarə edirlər. Varlı qrupları xüsusilə razı salan və 
onlara xidmət edən nümayəndəli demokratiya   ictimai rasionallığı - 
kamilliyi təmin etmir və  bərabərsizliyi, istismarı, zorakılılğı, 
ayrıseçkiliyi, varlı-hakim qrupların mənafeyini qanuniləşdirən bir 
orqandır. 
Təklif edilən cəmiyyətdə isə, hamı qanun və idarədə birbaşa 
iştirak edə bilir və daha rasional qanun və  qərarlar, strategiya və 
planlar, büdcə yarada bilirlər. Belə  cəmiyyətdə hamı  iştirak edə 
bildiyi üçün öz mənafelərini güdür və qoruyurlar, nəticədə daha 
optimal və hamının mənafeyinə uyğun gələn bir razılıq əldə edilir. 
Belə bir cəmiyyətin yaranması üçün aşağıdakı  tədbirlər 
görülməlidir (ixtisarla): 
-
 
birbaşa qanun və idarədə  iştirak imkanı - birbaşa 
demokratiya; 
-
 
asan və sürətli, hamının iştirak edə biləcəyi kollektiv 
qərar qəbulunun  komputer proqramı,  ölkə, şəhər, region, 


 
27
kənd, qəsəbə üzrə  qərar qəbulu mexanizmləri; qərar 
qəbulunun etik prosedurları  və rasionallıq kriteriyalarının 
tərtibi və kütləvi öyrənilməsi
-
 
hamının bərabər hüquqlu olması  və  təbii ehiyatlara, 
ictimai gəlirə bərabər payı olması haqda - yeni dünyagörüş və 
qanun;  
-
 
12 tip həyat və  iş  fəaliyyətini  əhatə edən  rasional 
həyat tərzi, hansı ki habelə belə fəaliyyəti də aid edir: dövlət 
– ictimai qulluqçuların müşahidəsi və requlyar (ildə iki dəfə) 
qiymətləndirilməsi, vəzifələrin uyğun olmayan adamlardan 
təmizlənməsi; 
-
 
istismarın ləğv edilməsi; 
-
 
həyatın bütün növ ehtiyaclarını təmin etmək üçün sərf 
edilən  əmək haqların – gəlirlərin xeyli yaxınlaşdırılması  ən 
böyük  və ən az əmək haqqı arasındakı nisbət  - maksimum 
fərq 1: 2 -dir. Bütün vətəndaşlar, həm sahibkar, həm 
mühəndis və fəhlə, orta məmur  üçün nisbət maksimum 1- 1, 
6 – dir,    
-
 
nəzəriyyənin və konstruksiyanın öyrənilməsi, 
müzakirəsi və daha səmərəli variantın qəbul edilməsi; 
-
 
seçkilərin ləğv edilməsi; 
-
 
 yeni rasional  elmi fəlsəfənin – dünya - təbiət, sosial, 
psixoloji, iqtisadi qanunlarının tərtib olunması  və kütləvi 
öyrənilməsi ; 
-
 
 rasionallıq prinsipinin hər bir fəaliyyətdə faktlarla 
aktiv öyrənilməsi və əməl edilməsi; 
-
 
 fikirlərin azad deyilməsi və müzakirəsinə olan 
qadağanların ləğvi və buna praktiki imkanların yaradılması; 
demək olar ki, bütün dövlətlərdə hakim sinif bəzi  müəyyən 
həqiqətlərin deyilməsinə 
və müzakirəsinə qadağan 
qoymuşdur;  
-
 
 rasional  əxlaq və davranış, ünsiyyət normalaının 
yaradılması və kütləvi öyrənilməsi; 
-
 
 rasional  təhsil və  tərbiyə proqramının yaradılması. 
Rasional insanın parametrlərinin müəyyən edilməsi və 
məktəblərdə, bağçalarda, ailədə, universitetlərdə  
hazırlanması;xüsusi təlim poqramı 
və metodlarının 
yaradılması; 


 
28 
-
 
gələcək haqda biliklərinin və  gələcəyi analiz və 
araşdırma metodlarının yaradılması  və aktiv öyrənilməsi; 
 və s.  
Təklif olunan layihədə  İnformasiya texnologiyaları insanların 
həyatında rasionallığın  əldə edilməsində,  şəxsi və ictimai qərarlar 
qəbulunda məlumat bazası kimi əhəmiyyətli vasitə rolunu oynayır. 
Bu vasitə  qərarların qəbulunun avtomatlaşdırılmasını, məlumat 
axtarışı  və  məlumatın emal edilməsinə  də imkan verməlidir. Hesab 
edilir ki , informasiya texnologiyaları belə bir vasitə kimi sosial 
sistemi tam dəyişən və birbaşa demokratiyaya imkan yaradan, 
bununla effektivliyi və rasionallığı artıran inqilabi rol oynayacaqdır. 
Yeni  rasional insan yetişdirməyə imkan verəcəkdir. Təklif olunan 
yeni nəzəriyyə həddən artıq yaxşı keyfiyyətlərə malkikdir. Məsələn, 
burada hakimiyyət, hakim vəzifələr yoxdur ki, insanlar onu tutmaq 
üçün mübarizə etsinlər, min dənə ouyndan çıxsınlar. Bütün insanlara 
idarəetmə  qərarı yaratmaqda , qanun yaratmaqda və icra etməkdə 
bu imkan verilir. Mübarizəyə, saxtakarlıq etməyə, aldatmağa, 
zorakılığa, yalan vədlər verməyə ehtiyac qalmır. 
Ayrıca ölkədə  və dünyada sülh və sabitlik,  hər  şəxsiyyətin 
xoşbəxtliyi rasional cəmiyyət nəzəriyyəsində necə  həll edilir?  
Müharibə  və inqilabların, kasıblıq və aclığın,  terrorozmin,  geriliyin   
səbəbi nədir?  Şübhəsiz, bunların səbəbi ölkə  və dünya sisteminin 
idarəsinin, həyat tərzinin, fəaliyyətin düzgün konstruksiya 
edilməməsidir.  Əlbəttə dünya inkişafı rasionallıq prinsipinin tələbi 
ilə öz - özünə  səhvlər və  cəhdlər metodu ilə yaxşılaşmağa 
(rasionallaşmağa) doğru gedir, bu ziq – zaq, qalxma - yenmə yolu ilə 
olsa da.  Lakin nə üçün biz gözləməliyik ki, nə vaxtsa işlər düzəlsin- 
biz yüz illərlə gözləməli olarıq. İnsan ağlı, onun yaratdığı metodlar, 
Gələcək Araşdırmaları elmi  imkan verir ki, biz bu məsələləri 
özümüz konstruksiya edək və onlar tez həll olsun, insan iztirablarına 
son qoyulsun. Çünki məqsədyönlü fəaliyyət daha səmərəlidir. 
Göstərilən sülh və insanın xoşbəxtliyə çatması  məsələsi bu 
tədqiqatda texniki, siyasi, sosial, yaradıcılıq, fəlsəfi məsələ kimi irəli 
sürülmüşdür. Rasional Cəmiyyət nəzəriyyəsi  bəşəriyyətdə baş verən 
bəlaların, nayrazılıqların aşağıdakı  səbəblər nəticəsində olduğunu 
hesab edir: 
1. Bütövlükdə  bəşəriyyətin və  tərkib hissələrinin - ölkələrin 
düzgün təşkil quruluşuna malik olmaması  və  düzgün    idarə 
olunmamasında,  hansı ki diskriminasiya, səmərəsiz qanunlar, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə