Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   2   3   4   5   6   7   8   9   ...   137

 
7
MÜƏLLİFDƏN 
 
İki il əvvəl dostlardan biri mənə Mədəniyyət və İncəsənət Universi-
tetində ədəbiyyat nəzəriyyəsindən mühazirə deməyi təklif etdi. Bu təklif-
dən oxucunun əlində tutduğu bu kitab yarandı. Ona görə bu təklifi edənlə-
rə öz minnətdarlığımı bildirirəm. Cavanlıqda nəzəriyyə ilə həmişə imkan 
daxilində, yaxşı kitablar düşdükcə  məşğul olurdum. Amma yaşlaşdıqca 
ədəbiyyata dair öz qənaətlərin sabitləşir və başqa nəzəriyyəçilər adama bir 
qədər darıxdırıcı görünür. 
Mühazirələr məni nəzəriyyəyə qaytardı. Bütün kursu demək sistem-
li bir plan-proqram tərtibini tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı 
ilin noyabrından kitabı yazmağa başladım. Amma başlayandan bir şey mənə 
aydın idi: mən dərslik yazmırdım.  Ədəbiyyatın nə olduğu barədə öz əsərimi 
yazırdım. Həm də mühazirələr üçün düzəltdiyim plan əsasında yazırdım.  
Nəticəsi ortadadır.  
Bu kitaba ənənəvi  ədəbiyyat nəzəriyyəsi dərsliklərinə daxil olma-
yan problemlər daxil oldu. Ənənəvi dərsliklər əsasən ədəbi əsərin tarixini 
əks edən terminləri sistemləşdirirdi. Bu kitabda isə elmi struktur başqadır. 
Dilin mənşəyi, yazılı dil nəzəriyyəsi, yazılı mətn mədəniyyətinin vahidliyi 
və s. Bur sözlə bu kitab dərslik deyil, nəzəriyyəni sevənlər və öyrənənlər 
üçündür. Mən ədəbiyyatın nəzəriyyəsini bütün fasiləsiz yazılı mətn mədə-
niyyətindən, onun tarixi təkamülündən ayırmadım.  Əslində bu mümkün 
də deyil. 
Bu kitabın nəzəri əsasları sözün və dilin işarəvi təbiəti haqqında se-
miotikanın adi müddəalarına  əsaslanır. Ona görə onun adına “semiotik” 
sözünü əlavə etmədim. Strukturalistlərin axetip, metadil, obrazın quruluşu 
kimi təqdim etdikləri hadisələrin hamısını mən sözün və obrazın tarixiliyi 
prizmasından izah etmişəm. Müxtəlif milli ədəbiyyatlarda təkrarlanan və 
bir-birinə bənzəyən hadisələrin hamısını mən ya tarixi əlaqələrin nəticəsi, 
ya da ədəbi inkişafın təkrarlanan milli variantları sayıram. Bu əlaqələrin 
bir kökü də yazılı fonetik dillərin və mətn mədəniyyətinin müştərək tarixi 
ilə bağlıdır. Biz obrazların milli variantlarının yazı  mədəniyyətinin təka-
mül tarixi ilə bağlılığını görməyə bilərik. Amma nəzərə almalıyıq ki, bu 
bağlılıq həmişə vardır. Hələ Avropa maarifçiləri fonetik yazıya əsaslanan 
Qərb və Şərq sivilizasiyasını müxtəlif qütblər kimi təqdim ediblər. Lakin 
bu qədim tarixi olan uydurma mifdir. Fonetik yazı  mədəniyyəti və onun 
bazasında yaranmış  ədəbi mədəniyyət öz kökləri cəhətdən bir mədəniy-
yətdir: bu kök fonetik yazıdır. 
Ədəbiyyatın təbiəti sözün təbiətindən və xassələrindən ayrılmazdır. 
Söz nədir, o necə yaranıb? Söz yazıdan yaranıb və yazıdan  əvvəl ortada 


 
8
ola bilməzdi.  Ənənəvi dilçilik sözü mənaların, məfhumların və  şeylərin 
işarəsi, adı sayırdı. Lakin belə deyildir. Əvvəla, sözlərin mətn ənənəsindən 
kənarda heç bir mənası yoxdur. Söz – məna kodları mətndə olan və mətn-
də açıla bilən bir işarədir. Sözü forma kimi, qrafik işarə sırası kimi bilmək 
onun mənayaratma funksiyasını bilməklə nəticələnmir. 
İkinci tərəfdən sözlər  şeylərin işarəsi deyildir. Şeylər konkretdir. 
Sözün, hətta şəxs adlarının da konkret ünvanı yoxdur. Bir adı bir sinifdə 
belə bir necə adam daşıyır. Bəs sözlər şeylərin işarəsi deyilsə nəyin işarə-
sidir? Sözün işarə etdiyi predmet maddi dünyada yoxdur, ancaq dil daşıyı-
cılarının yaddaşındadır. Sözlər ancaq yaddaşdakı yazılı işarələrin, şəkillə-
rin və digər maddi işarənin adıdır. Yəni söz işarənin işarəsidir, ikinci siqnal 
sistemidir. Təsviri, maddi və nəhayət qrafik yazıdan əvvəl heç bir söz və heç bir 
dil ola bilməzdi. İbtidai insan fonetik sözün nə olduğunu, söz ünsiyyətinin nə 
olduğunu bilmədən yazıl işarələrdən azı yüz min il istifadə edib. 
Yalnız yazı işarələrinə verilən ad kimi fonetik səs qovuşuqlarından 
istifadə ediləndə söz ortaya çıxıb və ondan digər işarələrdən biri kimi və 
bu işarələrlə bir sırada istifadə olunmağa başlayıb. Sözün mənşəyinin heç 
bir digər ağlabatan izahı mümkün deyil. Yazı işarələrinə fonetik işarələrin 
ad kimi verilməsi və onlardan istifadənin genişlənməsi söz ünsiyyətinə 
doğru ilk addımlar olmuşdur. Yazılı işarələrdən istifadə artdıqca, insan on-
ları yadda saxlayıb tanımağa öyrəndikcə bu işarələrin -- ikinci sıra fonetik 
işarə-adlarının da sayı artıb və onlardan şifahi istifadə edənlər bir sinif, pe-
şə adamları kimi meydana çıxıblar. Sözdən istifadə ilə qədim adamlar qul-
dara çevriliblər, mülkiyyətçi ola biliblər və böyük hakimiyyət qazanıblar. 
Məhz söz dilindən istifadə edənlər yer kürəsindəki insan sürülərinə nisbə-
tən ilk sivil adamlar idi, müasir mənada insanlar idilər. 
İnsanlıq  şüurunun mənbəyi və ayrılmaz atributu söz ünsiyyətini 
bilmək idi. Xalqlar dil ünsiyyətini növbə ilə son 15-18 min ildə öyrəniblər. 
Ondan əvvəl isə insan deyildilər. 
Sözün digər saysız –hesabsız işarələrdən iki əsas fərqi var: birinci, 
sözün digər işarələrə xas olmayan məxsusi maddi forması var: o, ani 
olaraq səslənib itən səs qovuşuğudur (siqnalıdır). Sözün əsas unikallığı da 
budur. Dikər maddi işarələrdən fərqli olaraq söz işarəsini gəzdirmək üçün 
maddi qabığa və qaba ehtiyac yoxdur. Söz işarəsinin məkanı yaddaşdır.  
İkincisi, söz həm də qrafik yazı  işarəsinin işarəsidir. Sözün işarə 
kimi heç bir konkret maddi obyekti yoxdur. Sözlərin bildirdiyi obyektlər 
insanların yaddaşında olan fərdi psixi obraz-işarələrdir. Ona görə sözün 
maddi dünyaya aidiyyəti yoxdur. Maddiyyata aid olan fərdi yaddaşdakı 
obrazlardır. Yaddaş obrazları dünyaya aiddir, mütləq konkret şeylərlə 
bağlıdır, qavrayış  vərdişinin nəticəsidir. Söz obrazın predmeti isə yalnız 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə