Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   2   3   4   5   6   7   8   9   ...   137

 
9
fərdi psixi fakt kimi mövcud ola bilən, tək-tək başlarda olan yaddaş obraz-
ları, bu obrazların müxtəlif növləri və kombinasiyalarıdır. Ona görə sözün 
ənənəvi formulundan: işarə edilən və işarə edən formulundan imtina edil-
məlidir. Əslində heç bir söz üçün konkret, bir nüsxəli işarəedilən, obyekt 
göstərmək olmaz. Çünki belə sözün mətndə işlətmək üçün mənası olmur. 
Lakin söz adi qrafik işarənin yox, görmə ilə çoxlu adamın öz yadda-
şında identifikasiya edilə bildiyi işarələrin işarəsidir. Yazıdan istifadə in-
sanlarda  şeylərin qrafik obraz-işarələrini tanımaq qabiliyyəti yaratmışdı. 
Bu birinci siqnal sistemi idi: eyni cinsli şeylər çoxluğunu onların qrafik 
maddi şəkil-işarəsi vasitəsi ilə tanımaq qabiliyyəti. Söz və söz identifika-
siyası bu birinci qabiliyyət yüksək dərəcədə inkişaf etdikdən sonra insan 
yaddaşının vərdişlərindən biri kimi formalaşıb. 
Söz həm sosial, həm də psixi hadisə kimi formalaşıb. Sözün so-
siallığı onun təyinatca çox adamın istifadəsi yolu ilə meydana çıxmasıdır. 
Sözün psixoloji təbiətli olması onun hər fərdin başında onun öz məxsusi 
fərdi vərdişi kimi yaranmasıdır. Sözün bu ikili təbiəti insanların sözbilmə 
yaddaşında və vərdişlərində böyük fərqlər yaradır və bu fərqlər nəticəsin-
də yazılan və tələffüz olunan hər bir söz cırası və mətn variant olur. Söz 
sırasının variantlığı bir tərəfdən onun kollektiv istifadədə olan işarə sırası 
təbiətində olmağıdır.  İkinci tərəfdən isə  hər bir yazılı  və  şifahi mətn va-
riantı fərdi psixi fəaliyyətin məhsulu kimi bir nüsxəli, orijinal və unikaldır. 
Beləliklə  mətndə ola bilən orijinallıq və  bədiilik, yəni bir nüsxəlilik 
əlamətləri mətn yaratma aləti olan başların və fərdi yaddaşların bir nüsxəli 
olmasındandır. Hər bir mətnin variantlığı isə onun yaddaşlara məlun olan 
mətnlərin – şərti işarələr sırasının operativ kombinasiyası olmasıdır. 
Hələ  tələbəlik illərində iki məsələ  məni ayrı-ayrılıqda düşündü-
rürdü. Birinci, dilin mənşəyi idi və bu barədə tələbə referatı da yazmışdım. 
Sonralar uşaqlarımın dilaçma prosesini gündəliklərimdə qeyd edirdim. 
İkinci məsələ isə eyni fikirlərin dildə müxtəlif variantlarda öz əksini tap-
ması, lakin buna adilik kimi diqqət yetirilməməyi idi. Bu kitabı yazanda 
mən dəfələrlə dilin mənşəyi ilə bağlı  məsələləri  şərh edirəm və  hətta 
müəyyən təkrarlara yol verdiyimi də hiss edirəm. Kitabın sonuncu “Ədəbi 
əsərin yaradılması” fəslini yazanda isə mən ikinci məsələnin də cavabını 
özüm üçün aydınlaşdırdığımı hiss etdim. 
Dilin mənşəyini  şərh edəndə  mən bütün hallarda olduğu kimi 
Ç.Darvinin təkamül nəzəriyyəsi mövqeyindəyəm. Dilin yaranma tarixini 
anlamaq üçün yazını və insanın şifahi ünsiyyət vərdişini bir-birindən ayır-
maq lazımdır. Yazı, dövlət, xüsusi mülkiyyət, quldarlıq hüququ fonetik 
yazıdan və şifahi danışıq vərdişlərindən azı yüz min əvvəl mövcud idi. Si-
vilizasiyanın əsasları – əkinçilik, dəniz ovçuluğu, monoqam ailə, təqvimi 


 
10
bilmə fonetik yazıdan və şifahi danışıqdan çox-çox qədimdir. Sonuncula-
rın tarixi isə beş-səkkiz min ildən artıq deyildir. Şifahi danışığın mənşəyini 
fonetik yazı ilə ayrılmaz şəkildə araşdıranda bu barədə aydınlıq hasil olur.  
Bu kitabda heç bir polemika, kimisə təkzib etmək, kiməsə əsaslan-
maq təşəbbüsü yoxdur. Bu kitab da ədəbiyyatın və yazılı dilin əsaslarını 
öz gördüyüm kimi şərh etməkdir. Bu da bir variantdır. Ona qiymət vermək 
isə elmin inkişafı ilə bağlı bir məsələdir. Ədəbiyyat elminin, idrak nəzə-
riyyəsinin, dilin təbiəti barədə elmin gələcək inkişafı bu kitabda yazılan-
ları təsdiq edə bilər. Amma inkar etməsi də istisna olunmur. Çünki elmi 
məktəblərin tərəqqisi və taleyi elmin özündən çox elmdən kənar amillərlə 
müəyyən olunur. 
 
Bakı, 02.09. 2008 
 
 
 
 
 
 


 
11
 
ƏDƏBİYYAT NƏZƏRİYYƏSİNİN PREDMETİ  
VƏ BAŞQA FƏNLƏRLƏ ƏLAQƏSİ 
 
Ədəbiyyatşünaslıq ən qədim elmlərdən biridir. Bu elmin qədim və 
dövrümüzə  qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin “Poetika” 
əsəri yeni eradan əvvəl dördüncü əsrdə Yunanıstanda meydana çıxmışdır. 
Sonrakı iyirmi dörd əsr  ərzində dünya xalqlarının yüzlərcə dilində milli 
ədəbiyyatlar yaranmış və inkişaf etmişdir. Ədəbiyyatların belə milli əlvan-
lığına baxmayaraq onların hamısını birləşdirən ümumi xüsusiyyətlər var-
dır. Bunlar ədəbi dilin, bədii qavrayışın, bədii əsərin quruluşunun və yara-
dılması prosesinin ümumi xüsusiyyətlərinə aiddir. Bu xüsusiyyətləri, onla-
rı əks edən əsas anlayış və terminləri ədəbiyyatşünaslığın əsasları və ədə-
biyyat nəzəriyyəsi öyrənir. 
Ədəbiyyatşünaslığın  əsasları  ədəbiyyat elmi haqda ümumi məlu-
mat verir və onun əsas anlayış  və terminlərini yığcam, sistemli şəkildə 
izah edir. Bu fənn adətən filoloji təhsilin əvvəlində, birinci kurslarda tədris 
edilir. Yalnız  ədəbiyyat tarixi və dünya ədəbiyyatı barədə geniş biliklər 
alındıqdan sonra ədəbiyyat nəzəriyyəsi bu bilikləri nəzəri cəhətdən əlaqə-
ləndirəm və müqayisəli şəkildə izah edən və sistemləşdirən bir fənn kimi 
öyrənilir. Ədəbiyyat nəzəriyyəsinin əsas termin və anlayışlarını yaxşı mə-
nimsəmək və təsəvvür etmək üçün ı üç-dörd ədəbiyyatın tarixini, təcrübə-
sini az-çox bilmək zəruridir. 
Ədəbiyyat tarixini ilk dəfə fransız filosofu F.Bekon 1605-ci ildə 
öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa 
universitetlərində  tədrisi isə XIX əsrdən başlanır.  İlk  ədəbiyyat tarixi kursları 
yunan-Roma  ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədə-
biyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır. 
Bu  ədəbiyyatlar sırasında Qərbi Avropa ədəbiyyatı kursu xüsusilə 
vacibdir, Rusiya və Azərbaycanda müstəqil fənn kimi tədris olunur. Ədə-
biyyat nəzəriyyəsinin əsas nəzəri və terminoloji əsasları bu ədəbiyyatlar-
da, xüsusilə qədim yunan-Roma ədəbiyyatında yaranmış və digər xalqla-
rın  ədəbiyyatlarına keçmişdir. Yunan-Roma ədəbiyyatının  əsas nümunə-
ləri Y11-1X əsrlərdə ərəb dilinə də tərcümə olunmuşdur və nəticədə ərəb 
dilində müsəlman ədəbiyyat nəzəriyyəsi – Şərq poetikası və onun termino-
loji bazası da yaranmışdır. Bu terminlərin bir qismi şərq yolu ilə Azərbay-
can dilinə keçmişdir. Ona görə bir sıra müsəlman xalqları, məsələn biz 
azərbaycanlıların dilində paralel olaraq həm Avropa ədəbiyyat nəzəriyyəsi 
məktəbinə, hə də qismən müsəlman ərəb dilli poetika məktəbinə aid ter-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə