Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   2   3   4   5   6   7   8   9   ...   137

 
12
minlər işlənir. Məsələn, poeziya-şeir, oda-qəsidə, proza-nəsr, stil-üslub və 
s. Müasir elmi dilimizdə bu anlayışlar elmi sinonimlər kimi işlədir. 
Qərb-xristian və  şərq-islam  ədəbi termin ənənəsindən başqa Azər-
baycan dilində və başqa xalqlarda ədəbi terminologiyanın üçüncü milli bir 
qismi də mövcuddur. Hər xalqın və  hər dilin özünə  məxsus olan milli 
ədəbi terminologiyanın əsas mənbəyi, ilk növbədə, həmin dildə olan şifahi 
xalq ədəbiyyatıdır. Bu terminlər keçmişlərdən el içində yaşayıb yaratmış 
söz ustaları  tərəfindən işlənib yaddaşlarda möhkəmlənmişdir. Bayatı, 
qoşma, nağıl, oxşama kimi terminlər buna misal ola bilər . “Dədə Qorqud” 
dastanlarında da dastan mənasında “boy”, təhkiyə  mənasında “söyləmə” 
kimi mühüm terminlər işlənir. Əlbəttə, bütün dünyada yunan-Roma mən-
şəli terminlərə üstünlük verilir və onları işlətmək elimi dəqiqlik və yekmə-
nalıq baxımından daha münasibdir, Qərb dillərini öyrənmə zamanı da 
yardımçı ola bilir. 
Ədəbiyyat nəzəriyyəsinə yaxın olan fənlərdən biri də ədəbi tənqid-
dir. Tənqid müasir ədəbi prosesi izləyən və araşdırıb qiymətləndirən elm 
sahəsidir. Tənqid mətbuatla qırılmaz şəkildə bağlı olsa da, öz təbiəti etiba-
rı ilə nəzəri bir elmdir. Ədəbiyyat tarixinə və nəzəriyyəyə aid bütün klas-
sik traktatlar bir qayda olaraq müasir ədəbiyyatdakı faktlar və mübahisə-
lərlə bağlı yaranmışdır. Sonradan bu əsərlərin nəzəri əhəmiyyəti ədəbiyyat 
tarixçilərinə məlum olmuşdur. 
Ədəbiyyat nəzəriyyəsinin  əsas vəzifələrindən biri ədəbi termin və 
nəzəriyyələrin tarixi aspektdə öyrənilib mənimsənilməsidir. Bu fənn ter-
min və nəzəriyyələr arasında əlaqələri onların yarandığı ardıcıllıqla bərpa 
edir. Sovet vaxtı yazılan  ədəbiyyat nəzəriyyəsi dərsliklərində buna əhə-
miyyət verilmir və klassik filologiyanın ənənələrinə laqeydlik göstərilirdi. 
Marksist  ədəbiyyat nəzəriyyəsi çox zaman ədəbiyyatın spesifikasına 
laqeydlik göstərir və dialektik və tarixi materializm adlandırılan öz rəsmi 
fəlsəfi doktrinasını ədəbiyyat nəzəriyyəsinə və estetikaya da süni surətdə 
tətbiq edirdi. Bunun nəticəsində sovet vaxtı buraxılan ədəbiyyatşünaslığın 
əsaslarına dair dərsliklərdə partiyalılıq və  xəlqilik, yaradıcılıq metodu, 
forma və  məzmun vəhdəti, ideyalılıq və tipiklik kimi ədəbiyyatın 
spesifikasını çox zəif əks etdirən nəzəri problemlər işıqlandırılırdı. Bu gün 
onlar ədəbiyyat nəzəriyyəsinin əsaslarında ciddi yer tuta bilməz 
Biz sayırıq ki, ədəbiyyat nəzəriyyəsinin  əsas məqsədlərindən biri 
ədəbi termin və anlayışların yarandıqları tarix ardıcıllıqla və onların ilkin 
mənalarını açaraq şərh edilməsidir. Bu istiqamətdə klassik filologiya mək-
təbində  də  təşəbbüslər olmuş  və  tarixi poetika adı almışdır. Bundan başqa 
Hegel kimi böyük nəzəriyyəçilər ədəbiyyat nəzəriyyəsinin kateqoriyalarını tari-
xi ardıcıllıqla və insan təfəkkürünün inkişafına paralel şərh edilməsinə xüsusi 


 
13
əhəmiyyət vermişlər. Biz də sayırıq ki, tarixilik prinsipi ədəbiyyat nəzəriyyəsi-
nin şərhində və izahında əsas metodoloji istiqamət və əsas olmalıdır.  
Ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindən biri ədəbiyyatın in-
san fəaliyyətinin sahələrindən biri kimi mənşəcə ciddi surətdə izah edil-
məsidir. Ədəbiyyat necə yaranıb, o insanların hansı ehtiyaclarını ödəyir? 
Marksist  ədəbiyyatşünaslıq bu suallara ancaq ümumi şəkildə cavab verir 
və  ədəbiyyatı ictimai şüurun formalarından biri kimi səciyyələndirirdi. 
Lakin bu, qaneedici sayıla bilməz, çünki ədəbiyyat mənşə  və funksiyaca 
ictimai olduğu qədər də  fərdi  şüur formasıdır və biz bu kitabda həmin 
məsələyə geniş yer ayırmışıq. Ədəbi qavrayış, bədiilik, yaradıcılıq prosesi, 
ədəbi obraz kimi ədəbiyyat nəzəriyyəsinin fundamental anlayışları  məhz 
fərdi yaddaş və şüurla ilk növbədə bağlıdır. 
Biz  ədəbiyyat nəzəriyyəsini  ədəbiyyatın termin və anlayışlarının 
törəmə tarixi kimi şərh etməyə  əsas diqqət yetirmişik. Bu prosesdə elə 
problemlər ortaya çıxıb ki, onlar ənənəvi  ədəbiyyat nəzəriyyələrində heç 
zaman qoyulmayıb. Bunlardan biri dilin mənşəyi  və ya semiotikanın 
ortaya qoyduğu vahid mətn mədəniyyəti və onun mənşəyi məsələsidir. 
Bu problemi əhatəli şəkildə qoymaq üçün biz dilin mənşəyi haqqında öz 
nəzəriyyəmizi  şərh etmişik və  ədəbiyyatın mənşəyini də bu nəzəriyyə 
işığında izah etmişik. 
İndiyə  qədər belə hesab olunub ki, əvvəlcə  şifahi  ədəbi dillər və 
folklor formalaşıb, sonra isə onların  əsasında yazılı dil və  ədəbi dillər 
yaranıb. Biz bu geniş yayılmış nəzəriyyəni yanlış hesab edirik. Bu kitabda 
fonetik dilin inkişafı və müasir sərhədsiz, vahid mətn mədəniyyətini yarat-
ması yazının yaranmasının nəticəsi mimi izah edilmişdir. Bu nəzəriyyəni 
geniş şərh etmək üçün biz dilin mənşəyi, ədəbi dillərin formalaşması pro-
sesini də  ədəbiyyat nəzəriyyəsinin predmetinə daxil etmişik. Məsələnin 
belə qoyuluşu zamanı mifin və mifyaratmanın dilin mənşəyi və təbiəti ilə 
ayrılmaz bağlılığı üzə çıxır. 
Belə halda yazılı dil anlayışı  və onun nəzəriyyəsi  ədəbiyyat nəzə-
riyyəsinin tərkib ünsürü olur və müasir dilçılıkdə olduğundan fərqli bir 
məna qazanır. Yazılı dilin normativliyini hazır bir şey kimi alıb araşdıran-
da o mətbuat dili anlayışı ilə eyniləşir. Lakin ədəbi dillərin formalaşması-
na tarixilik prinsipini tətbiq edəndə, o yazının və xüsusilə vahid mətn mə-
dəniyyəti anlayışının tarixi baxımda izah edən bir elmə, dilin mənşəyinin 
təkamül nəzəriyyəsinə çevrilir. 
Belə olan halda yazılı kitab dilinin formalaşma tarixi marksizmdə 
vulqar  şəkildə qoyulan ədəbi təsir, tərcümə, təqlid və  təbdil problemləri 
milli ədəbiyyatların mənşəyinin əsas forması kimi ortaya çıxır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə