Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə6/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   2   3   4   5   6   7   8   9   ...   137

 
14
Ədəbiyyat nəzəriyyəsinin bağlı olduğu elmlər sırasında ilk növbədə 
dilçiliyi  və onun leksika, üslubiyyat, ədəbi dil və s. kimi bölmələridir. 
Əslində ədəbiyyat və dil elmi ayrılmazdır və yaxşı ədəbiyyatçılar dil elm-
lərini tam həcmdə bilməlidirlər. Dil elminin əsas predmeti olan yazılı 
mətnlər dilçilikdə dil qanunları baxımından öyrənilir. Ədəbiyyat elmində 
isə dil əsasən mənayaratma və obrazyaratma baxımından, digər tərəfdən 
isə semiotika elminin irəli sürdüyü vahid mətn mədəniyyətinin nəzəriyyə-
si və tarixi baxımından öyrənilir. Semiotika insanların istifadə etdiyi bütün 
işarə sistemlərinin ümumi əsaslarını öyrənir,  ədəbiyyat nəzəriyyəsi isə 
ancaq söz işarəsinin və sıralarının bədii funksiyalarını və təbiətini öyrənir. 
Ədəbiyyat nəzəriyyəsi fəlsəfi elmlər, xüsusilə estetika  ilə bağlıdır. 
Tarixən estetika ədəbiyyat haqqında elmin tərkibindən çıxıb müstəqil elm 
olmuşdur. Estetika bədii yaradıcılığın  ədəbiyyatdan fotoya qədər bütün 
sahələrini  əhatə edən universal kateqoriyaları  və qanunları öyrənir.  Ədə-
biyyat nəzəriyyəsi isə ancaq ədəbi yaradıcılığa aiddir, yəni ancaq söz vasi-
təsilə reallaşan bədii yaradıcılıq sahəsini öyrənir. Ədəbiyyat nəzəriyyəsini 
ədəbi qavrayış və ədəbi yaradıcılıq, ədəbi qiymətləndirmə kimi bölmələri 
fəlsəfənin təfəkkürü öyrənən qneseologiya (idrak nəzəriyyəsi) və psixolo-
giya ilə bağlıdır. Ədəbiyyatın bu fənlərlə əlaqəsi ədəbi yaradıcılığın da in-
sanın dünyanı  mənimsəməsi və  dərk etməsi prosesinin bir sahəsi olması 
ilə əlaqədardır. 
Ədəbiyyat nəzəriyyəsi  dinlərin tarixi  və  nəzəriyyəsi ilə bağlıdır. 
Mif, din, ədəbiyyat eyni kökləri olan, dünyanı sözlə izahın bir-birini ta-
mamlayan tarixi formalarıdır. Ədəbiyyat nəzəriyyəsi dinin ehkamlarını da 
kanonikləşdirilib Allaha aid edilmiş  ədəbi obrazlılıq forması kimi izah 
edir. Dünyanı izahetmə baxımından dini mətnlərin hamısı ədəbi mətnlərlə 
eyni təbiətlidir. 
 


 
15
 
I FƏSİL 
 
ƏDƏBİYYAT HAQDA ELMİN TARİXİ HAQQINDA 
 
Ədəbiyyatşünaslıq  ən qədim elmlərdən biridir və intibah dövrünə 
qədər müəyyən mənada dilçilik, kalliqrafiya, mətnşünaslıq və kitabşüna-
slıq, şeirşünaslıq və ritorika ilə vəhdət halında inkişaf etmişdir. Ədəbiyyat 
haqda elmin belə geniş anlayışı  ümumi filologiya adlanır. Ona görə 
müasir Avropada və Azərbaycanda da universitetlərdə ədəbiyyat fakültə-
ləri filoloji fakültələr adlanır. Belə fakültələrdə ədəbiyyatşünaslıq və dil-
çilik vahid filoloji elm kimi öyrənilir ki, Bu da tamamilə doğrudur. Dil 
haqda elm ədəbiyyat haqda elmdən ayrılmazdır və geniş mənada götürən-
də vahid mətn mədəniyyəti haqda elmin tərkib hissəsidir. Çünki dil haqda 
elm mətn dili haqda elmdən ibarətdir və bu mənada müasir semiotika va-
hid mətn mədəniyyəti haqda elm kimi həm də elə ümumu filologiya mə-
nasına gəlir. Təsadüfi deyil ki, dilçiliyi ədəbiyyatdan — vahid mətn mədə-
niyyətindən ayırmaq meylləri həmişə bu elmin böhranı ilə nəticələnib. 
 
 
1.1. Ədəbiyyatşünaslığın yaranma tarixi 
 
1.1.1. Praktik ədəbiyyatşünaslıq 
 
Ədəbiyyatşünaslıq bir elm sahəsi kimi mətnlər və kitablar tərtib 
etmək kimi qədim peşələrdən doğmuşdur.  İlk kitablar tayfa bütlərinə  və 
allahlarına aid idi. Bu mətnləri düzgün tələffüzünü öyrənən elm sonralar 
orfoepiya, düzgün köçürmək haqda elm isə orfoqrafiya adlandı. Müqəd-
dəs mətnləri müxtəlif tayfalara məxsus insanlara rahat öyrətmək üçün 
qrammatika elmi yarandı. Qrammatika qədim mətnin dilini bilməyənlərə 
bu mətndə sözlərin cümlədə  əlaqə yaratması qanunlarını  təsvir və izah 
edirdi.  Lüğətçilik  isə müqəddəs mətnlərdəki sözlərin bütün mənalarını 
qeydə almaqla dini mətnlərin müxtəlif xalqlar arasında yayılmasına kö-
mək üçün yarandı. Bu filoloji elm sahələrinin yaranması praktik xarakter 
daşıyırdı və monoteist dinlərin təbliğinə xidmət edirdi. Məsələn müqəddəs 
kitabların köhnəldikdən sonra belə atılmasının günah olması, qadağan 
edilməsi kitabşünaslıq və kitabxanaçılıq, biblioqrafiya elmlərini yarat-
dı. Kitabxanaçılar sıradan çıxan kitabların təzələrini ortaya qoymaq üçün 


 
16
onların üzünü köçürməyə başladılar. Bu, xəttatlıq sənətinin yaranması ilə 
nəticələndi. 
Maarifçilik dövrünə qədər praktik ədəbiyyatşünaslıq dini fəaliyyətin 
sahələrindən biri kimi inkişaf edirdi. Burjuaziya bir sinif kimi tarix mey-
danına çıxandan sonra təhsili dinin monopoliyasından aldı. Təhsil bizne-
sin, istehsal fəaliyyətinin bir sahəsi və forması oldu. Burjuaziyanın rəhbər-
lik etdiyi yeni təhsilin nəzəriyyəçiləri və müəllimləri burjua maarifçiləri 
adlandılar. Burjua maarifi epoxası bu günə qədər davam edir. 
Yuxarıda sadalanan sahələr praktik ədəbiyyatşünaslığın sahələridir. 
Onlardan fərqli olaraq nəzəri ədəbiyyatşünaslıq da dini mətn mədəniyyəti 
tərkibində yarandı. 
 
 
1.1.2. Nəzəri ədəbiyyatşünaslığın yaranması 
 
Əslində  nəzəri  ədəbiyyatşünaslıq praktik ədəbiyyatşünaslıqdan  əv-
vəl yaranmışdır. Kanonik mətnlər tərtib edilərkən qədim peyğəmbərlərin 
və apostolların əlində bir yox, bir neçə kitablar vardı. Vahid düzgün nüs-
xəni tərtib edəndə məlum oldu ki, eyni kitabın müxtəlif nüsxələri arasında 
fərqlər vardır. Bundan əlavə, hər kitab sahibi ancaq öz nüsxəsini yeganə 
doğru nüsxə sayırdı. Amma bu hələ məsələnin bir tərəfi idi. 
Əsas müqəddəs kitabı  tərtib etmək istəyəndə bir necə müqəddəs 
kitabın mövcud olduğu və müxtəlif ərazi və tayfalarda hərənin öz kitabını 
daha doğru hesab edildiyi meydana çıxdı. Bu vahid müqəddəs kitabın 
hansı kiçik kitablardan ibarət olması problemi idi. Məlumdur ki, həm Bib-
liyanın yəhudilərin dininə aid hissəsi olan “Əhdi-Ətiq”, həm də İncilin va-
hid müqəddəs mətnini hazırlayanda belə mübahisələr olmuşdur. Nəticədə 
bu kitablar tərtib edilərkən müəyyən tayfa və  qədim xalqların istifadə 
etdikləri kitablar kanonikləşmədən kənarda qaldı, yəni kanonik mətnlər
1
 
sırasına daxil edilmədi. 
Beləcə insanlar ilk dəfə olaraq sözün və ondan yaranan mətnlərin 
işarəvi və simvolik təbiəti ilə üzləşdilər. Məlum oldu ki, mətnin özü ger-
çəkliyi və həqiqəti ifadə mənasında neytraldır, özlüyündə mətnin yalan və 
ya doğruluq xassəsi yoxdur. Bu mətn mədəniyyətinin fundamental bir 
məsələsini ortaya çıxardı: mətndə yazılanın doğru ya yalan, həqiqət ya 
uydurma olması oxucunun mətnə fərdi-subyektiv münasibətindən asılıdır. 
Kanonikləşmə  zərurəti də elə bunu aradan qaldırmaq və bütün 
adamların eyni cür başa düşəcəyi mətnlər yaratmaq təşəbbüsü idi. Amma 
                                                 
1
 Yəni müqəddəs, müəllifliyi Allaha aid edilən kitab, mətn, söz. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə