Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə7/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   2   3   4   5   6   7   8   9   10   ...   137

 
17
nə qədim peyğəmbərlər, nə dini maarifçilər bu məsələni müzakirə yolu ilə 
həll edə bilmədilər. Bu mümkün deyildi, çünki sabit ədəbi dillərin hələ 
formalaşmadığı bir vaxtda mətnləri çoxlu adamın eyni cür anlayıb başa 
düşməsi mümkün deyildi. Bu, ilk növbədə, sözün şərti və işarəvi təbiətinə və 
söz qavrayışının fərdiliyinə görə mümkün deyildi və bu barədə yazılı dilə və 
ədəbi qavrayışa həsr olunmuş fəsillərdə daha ətraflı bəhs ediləcəkdir. 
Hamı  tərəfindən qəbul edilən kanonik mətnlər yaratmaq əslində 
mümkün olmayan bir iş idi. Monoteizm tərəfdarı olan peyğəmbərlər buna 
can atmış və hamısı məğlubiyyətə uğramışdı. Nəticədə bəşər tarixinin və 
insan mədəniyyətinin böyük paradokslarından biri baş verdi: monoteizmin 
yaranmasının  əsas çətin problemini, həll olunmaz problemini dini yığın-
caqlar yox, hakimiyyət və krallar həll etdi. Həm yəhudilərdə, həm xris-
tianlarda. həm də müsəlmanlarda belə oldu. Roma imperatoru Konstantin 
şəxsən xristianların ümumdünya yığıncağını çağırdı və İncilin indiki kano-
nik mətnini təsdiq etdirdi. İslamın tarixində  də Quranın yazıya alınması 
mübahisələrlə müşayiət olunmuş və şəxsən üçüncü xəlifə Osmanın sərənca-
mı ilə (644-656) tərtib və təsdiq edilmişdir. Lakin həm xristianlarda, həm də 
müsəlmanlarda müqəddəs mətnlərin tərtibi hakimiyyətin qərarı ilə reallaşsa 
da parçalanmalara və yeni təriqətlərin yaranmasına səbəb olmuşdur. 
Beləliklə, nəzəri  ədəbiyyatşünaslığın ilk problemi mətni birmənalı 
anlamaq, nüsxələrin müqayisəsi və mətnlərin səmavilik baxımında mötə-
bərlik dərəcəsi ilə bağlı olmuşdur. Ədəbiyyat haqında, mətn haqqında elm 
mətni necə başa düşmək, onun gerçəkliyə münasibətini birmənalı olaraq 
aydınlaşdırmaq (həqiqət və yalan) üçün meydana acıxmışdır. Amma dildə 
həqiqət və yalan problemi haqq və batin məsələsinə, yəni allahdan, haq-
dan gələn və  gəlməyən mətn məsələsinə çevrildi. Dini mətnşünaslığın 
içində mətnin şərhi məsələsini, dünyanı şərti və simvolik söz-işarələri ilə 
təsvir edən mətnlərin necə başa düşülməsi məsələsinə çevrildi. 
 
 
1.2. Ədəbi şərh problemi və onun janrları 
 
Mətnləri  şərh, kommentari etmək, yekməna anlam irəli sürmək 
təşəbbüsləri nəzəri  ədəbiyyatşünaslığın ilkin forması idi. Dini düşüncədə 
yekməna anlama gələn tekstoloji məna həm də Allahın nöqteyi-nəzərinin 
tapılması  və  dərk edilməsi kimi ortaya çıxırdı. Allahın nöqteyi-nəzərini 
ifadə edən adamlar isə peyğəmbərlər oldu. Onların  şərhlərini də insanlar 
yekməna qəbul edə bilməzdilər, ona görə peyğəmbərlər özlərinin Allahla 
bağlı olduqlarını irəli sürdülər. Bu mətnlərin dini-mistik qavrayışına, qeyri 


 
18
tənqidi qavrayışına yol açdı. Beləliklə peyğəmbərlik institutu da sözün və 
dilin simvolizmini aradan qaldırmaq və  mətnləri yekməna qəbul edilmə-
sini təmin etmək, dildəki mistisizmi aradan götürmək üçün yarandı. Qə-
dim Fələstində yaranan qanun anlayışı da əslində kanonik mətni anlama-
nın bir forması idi. Qanun icrası hamı üçün məcburi olan qaydaları təsvir 
edən mətn idi. Qanun elə bir mətn idi ki, onun yekməna anlayışı öyrədilir-
di və bu anlayışdan sonra həmin mətn insanlar çoxluğunun sosial davranı-
şını nizamlayan, çərçivəyə salan bir sosial alətə çevrilirdi. Deməli, mətn 
özlüyündə sosial alət ola bilmir, onun müəyyən kanonik anlayışı sosial 
alət olur, insanların kollektivlərdə, cəmiyyətlərdə, ordu hissələrində  fərd 
və kollektiv münasibətlərinin şüurlu nizamlayıcısı olur.  
Mətnlərin simvolizmi onlardan insanları mütəşəkkil idarəçilik üçün 
istifadə edilməsinə imkan vermirdi. Məsələn, dini mətnləri  əzbər bilmək 
hələ Allah qorxusu yaratmır. Allah qorxusunu tərbiyə edir. Məhz tərbiyə 
prosesində insanda allah ehkamını bilmə bu ehkamdan qorxu yaradır, həm 
də bu qorxu şüurlu və avtomatik ola bilir. Başqa misal: ordu nizamna-
mələrini  əzbər bilmək hələ onların tələb olunan avtomatik icrası ilə 
nəticələnmir. Ona görə orduda əsgərlərə iki, zabitlərə isə 4-5 il sıra təlimi 
verirlər. Məhz bu təlim nizamnamə mətnlərinin mənası sayılır, əslində isə 
mətnlərdə heç bir məna yoxdur, nizamnamə mətninin mənası onun hərbi 
intizam baxımından kanonik anlayışı mənimsənəndən və bu anlayış davra-
nış forması kimi tərbiyə ediləndən sonra yaranır. Qanunu bilmə ilə ona 
əməl etmə arasındakı kanonik tərbiyə prosesi dində  və orduda eyni cür 
aparılır. Dində də Allah qarşısında borcun, orduda isə vətən qarşısındakı 
borcun müqəddəsliyi ehkamı öyrədilir. Bu ehkamın mənası odur ki, birin-
ci halda insan həyatı onun özünə yox, Allaha məxsusdur, ikinci halda isə 
vətənə məxsusdur. Hər iki halda insana sosial ehtiyac olanda öz həyatını 
qurban vermək öyrədilir. 
Ona görə kanonikləşdirmə və qanun kimi anlayışlar mətnlərin yek-
məna anlaşılmasına yol açırdı. Kanonikləşmə ilə eyni vaxtda təlim və təh-
sil yarandı. Təlim və təhsil (məktəb, usta şagirdi olmaq) kanonik mətn bil-
gisini sosial davranış kanonlarına, sosial davranış qaydalarına əməl etmək, 
həm də avtomatik ya şüurlu əməl etmək vərdişləri yaradır. Bu mənada hər 
bir cəmiyyət  ən qədim dövrlərdən sosial tərbiyə sisteminə  əsaslanır. Bu 
tərbiyə sistemi mükəmməlləşəndə  cəmiyyətlər çiçəklənirdi, tərbiyə sis-
temləri zəifləyəndə isə cəmiyyətlər dağılır və sosial tərəqqinin daha arxaik 
və vəhşi mərtəbələrinə qayıdırdı. Mətni və bütün cəmiyyətlərdə mətndən 
ayrılmaz olan onu anlama ehkamlarını yekməna anlama olmayınca insan-
ları, insan kütlələrini idarə etmək olmurdu. Ona görə qədim dövlətlər ya-
ranır və məhv olur, insanların müəyyən ərazilərdə yaratdıqları mədəni nai-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə