Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə8/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

 
19
liyyətlər və yaddaş itib gedirdi, sosial tərəqqi dayanır və çox zaman gerilə-
yirdi. Yalnız kanonik mətn anlayışı, müqəddəs və Allaha bağlı mətn anla-
yışı yaranandan sonra yaddaşın və  mətnlərin itməsinin qarşısı nisbətən 
alındı. Müqəddəs mətnin üzərində onun şərhi formaları kimi yeni mətnlər 
yaranıb qoruna bildi ki, bu da elə sivilizasiyanın fasiləsizliyi prosesinin 
başlanması idi.  
Hər bir təzə  mətn köhnə  mətnə  əsaslanmalı, onun əsasında, onun 
məntiqi və “dili” ilə yaradılmalı idi. Sivilizasiyanın, mədəni və elmi yad-
daşın fasiləsizliyi yalnız bu yolla təmin oluna bilirdi. Təsadüfi deyil ki, 
bizim tərəqqi etmiş sivilizasiya qədim mədəniyyətlərə  məxsus yazılar 
tapanda onları anlamır. Bu yazıların dilini əvvəlcə tapmaq, sonra isə öy-
rənmək lazım gəlir. Çünki mətnbilmə, mətn anlama konkret təlim və tərbi-
yə ehkamlarının məhsuludur. Ona görə söz, cümlə və mətnlərin özlüyündə 
mənası yoxdur, onların mənası anadan doğulduqdan sonradan öyrənilən 
kanonik mətn bilgisində  və  vərdişlərində yaranır. Çünki sözün, mətnin 
qavrayışı fitrətən fərdidir. Kanonikləşmə, qanun, nizamnamə, əxlaq anla-
yışları sözün bu fundamental qüsurunu – onun qavranma fərdiliyini və 
subyektivizmini aradan qaldırır. Söz və mətn sosial nizamlayıcı olur. 
Beləliklə, fasiləsiz mətn mədəniyyəti özündən ayrılmaz olan şərh 
institutunu yaradıb. Bu şərh institutu qədimlərdə şifahi, sonradan isə ya-
zılı olub. Müqəddəs və nizamlayıcı, qanun səciyyəli mətnlərə hər yeni nə-
sillər üçün yeni şərhlər yaranıb. Hər yeni nəsillə müqəddəs mətnlərin şər-
hində, qanunların, nizamnamə  və  əxlaq qaydalarının  şərhində yeniliklər 
özünü göstərirdi. Beləcə sosial və dini nizamın əsası olan müqəddəs mətnlərin 
hər nəsil üçün yenidən şərhi və bununla kanonik şərhvermənin qaçılmazlığı 
və fasiləsizliyi meydana çıxır. Bu elə sivilizasiyanın fasiləsizliyi idi.  
Ona görə sivilizasiya anlayışı sosial kanonların öyrədilməsi siste-
mindən ibarətdir. Bu müasir təhsil və  tərbiyə sistemidir. Onun tərkibinə 
məktəbə qədər tərbiyə, orta, ali, elmi təhsil sistemləri, həmçinin ordunun 
və təhlükəsizlik sisteminin əsaslandığı yarımhərbi tərbiyə sistemləri daxil-
dir. Müasir cəmiyyət bu tərbiyə sisteminin yenidən təkrar istehsalına ümu-
mi daxili məhsulun yarıdan artığını  sərf edir. Dəqiq hesablamalar bu 
rəqəmin daha yuxarı olduğunu da ortaya çıxara bilər. 
Aristotelin “Poetikası” kimi fərdi mətn şərhləri, konkret olaraq qə-
dim yunan faciəsinin şərhi də dediklərinizə zidd deyildi. Aristotelin qədim 
yunan faciəsini mətn kimi şərh etməsi də mətnin, dil və nitq parçalarının 
simvolizmini aradan qaldırmaq, faciəni dini-tərbiyəvi mətn kimi düzgüm 
anlatdırmaq, düzgüm şərhini vermək təşəbbüsü idi. Bu mənada dərsliklər, 
hər hansı kitablar yazmaq, hər hansı mətnləri tədris etmək kanonizasiyaya 
bənzər bir fəaliyyətdir, bu dəfə allaha aid edilmədən mətnlərin identik 


 
20
anlayışını öyrətməkdir. Bu mənada bütün elmləri öyrənmə prosesi şərhdir, 
mətnlərin komentariyasıdır və bütün hallarda həmin mətnlərin və onların 
istənilən parçasının identik anlayışını öyrətmək və izah etməkdir.  
Ədəbiyyat elmi isə  ədəbi mətnlərin komentariyasıdır.  Ədəbiy-
yatşünaslığın inkişaf tarixi bu komentariyanın rəhbər prinsiplərinin dəyiş-
məsidir ki, bunu ədəbiyyatşünaslıq məktəblərinin  şərhində daha aşkar 
görəcəyik. Müxtəlif dillərdə, ədəbi mədəniyyətlərdə ədəbiyyatşünas şərh-
lərini əks edən müxtəlif formalar, ənənələr və terminlər meydana çıxmış-
dır. Ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsinin əsas forma və janrları 
dərsliklər kimi, tədrisdə istifadə üçün meydana çıxmışdır. Dərsliklər el-
min normativ vəziyyətini əks etmək üçün yazılsa da, onlar ədəbiyyat elmi-
nin və nəzəriyyəsinin inkişafının mühüm formalarıdır. Hər yeni dərslik el-
min növbəti mərhələsinin prinsip və nailiyyətlərini, faktlarını  əks etdirir. 
Ali təhsilin kütləvi olduğu şəraitdə dərsliklər elmdəki tərəqqi və hərəkəti 
əks etdirən mühüm elmi əsərlərdir. 
1. Traktat  –(traktus - yunanca mühakimə) antik dövrdən başlaya-
raq müəyyən mövzuda yazılan elmi əsərlər idi. Ənənəvi olaraq ədəbiyyat 
nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən 
yaranmış traktovka termini də rus dili vasitəsi ilə Azərbaycan dilinə keç-
mişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək məna-
sında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bun-
lar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və 
zərif ifadə formasıdır. 
2. Dialoq – müəllimin şagirdlə danışığı formasında, sual-cavab ki-
mi qurulan dərslik xarakterli əsərdir. Dialoqlar yazmaq ənənəsi antik 
dövrdən qalmışdır və bu formanın ən qədim nümunələri y.e. əvvəl 1Y əsr-
də yaşamış Platonun dialoqları sayılır. Antik dövrdə dialoqlar tədris məq-
sədilə yaradılırdı. O dövrdə  təhsil məktəbdə deyil, müəllimin evində  şa-
girdlərlə fərdi ünsiyyət şəklində olurdu. Dialoq da bu ünsiyyətin formasını 
əks edən dərslik idi. Sonralar antik dərs üsulu şərqə də keçmiş və müəlli-
min evində bir necə  şagirdə elm öyrədilməsi forması yaranmışdı. Belə 
müəllimlərə mürşid, şagirdlərə isə mürid deyirdilər. Belə tədris üsulu bi-
zim dövrümüzə qədər qalır və əsasən rəssamlıq, heykəltəraşlıq, aktyorluq 
kimi peşələrin öyrədilməsi üçün ali məktəblərdə təşkil olunur və studiya-
lar  adlanır. Studiyalarda beş-altı tələbə olur və müəllimin adı ilə adlanır. 
Müasir studiyalarda ancaq ixtisas sənəti öyrədilir. 
3. Təzkirə – (zikr – ərəbcə yada salma) Şərqdə sufi mürşidlər, ustad 
ədib və sənətkarlar, onların əsərləri və bioqrafiyası haqda məlumatlar ve-
rən əsərlərdir. Bu forma şərqdə ərəb və fars dillərində yazılırdı və müasir 
ədəbiyyat tarixlərinə uyğun bir forma idi. Təzkirəçi ədibin doğum və vəfat 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə