Microsoft Word relyefiN İNKİŞaf tariXİ



Yüklə 92,18 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü92,18 Kb.
#26756


 



RELYEFİN İNKİŞAF TARİXİ



 

 

    Azərbaycan  relyefinin  müasir  xüsusiyyətlərini  dərk  etmək,  ayrı-ayrı  böyük 



formaların 

ə

mələ 



gəlməsini 

müəyyənləşdirmək 

və 

onların 


inkişafını 

aydınlaşdırmaq relyefin inkişafı prosesini izləməyi tələb edir. 

    Bir sıra geoloji və xüsusi geomorfoloji tədqiqatların təhlili göstərir ki, çox qədim 

geoloji  dövrlərdə  (məsələn,  paleozoydan  əvvəl,  paleozoyda  ,  mezozoy  erasında) 

mövcud olmuş  relief  formaları sonrakı dövrlərdə baş vermiş  endogen  və  ekzogen 

proseslərin  fəaliyyəti  nəticəsində  yox  olmuş  və  müasir  relyefdə  onların  kiçik 

reliktlərində  belə  rast  gəlmək  mümkün  deyil.  Bununla  belə,  ayrı-ayrı  yerlərdə 

qədim keçmişdə əmələ gəlmiş süxur kompleksləri relyefin quruluşunda iştirak edir 

(məsələn,  Naxçıvan  Muxtar  Respublikasının  qərb  hissəsində  paleozoyun 

mərmərləşmiş əhəngdaşlarından və başqa süxurlarından qurulmuş alçaq massiv və 

təpələr  və  s.).  Lakin  bu  fakta  əsasın  paleozoy  erasının  reliyef  formalarının 

dövrümüzə qədər saxlanmasını söyləmək səhv olardı.   

     Azərbaycan  ərazisinin  relyefinin  inkişafında  iki  böyük  mərhələ  ayırmaq 

mümkündür: 1. Neogendən əvvəlki mərhələ; 2. Neogen-dördüncü dövr mərhələsi. 

Məşhur  coğrafiyaçı  akademik  İ.P.  Gerasimov  yerin  inkişafında  mezozoy  və 

kaynozoy  eralarını  "  Geomorfogen  era"  adlandırır.  Bu  geomorfologiya  elmində 

Yeni  Qlobal  Tektonika  nəzəriyyəsi  ehkamlarından  irəli  gələn  fikirdir.  Yerin 

planetar  morfostrukturlarının  (materiklərin  və  okean  çökəkliklərinin  )  müasir 

konfiqurasiyası    mezozoy  erasında  Hondvana  və  Lavrasiya  super-materiklərinin 

qlobal  qırılmaıar  sistemləri  üzrə  parçalanması  və  dreyfi  nəticəsində  yaranmışdır. 

Lakin  bunu,  əslində  düzgün  fikri,  Qafqazın,  həmçinin  Azərbaycan  ərazisinin  

müasir,  relyefinin  böyük  formalarına  aid  etmək  olmaz.  Azərbaycanda  müasir 

morfostruktur  planın  əsası  yalnız  paleogendə  qoyulsa  da,  geomorfogen  mərhələ, 

ə

sasən  kaynozoyun  ikinci  yarısında  başlanır.  Respublika  ərazisində,  bütövlükdə 



Qafqaz dağlıq ölkəsində olduğu kimi, müasir relyef oliqosenin axırından, xüsusilə 

neogen  və  pleystosendə  əmələ  gəlmişdir.  Relyefin  inkişafında  bu  iki  mərhələ 

kəskin ayrılır. 

    Geoloji  tədqiqatlar  göstərir  ki,  mezozoy  erasında    Azərbaycanın  ərazisi 

tamamilə (Arazyanı zonada çox kiçik sahələrdən başqa) Tetis okeanı suları altında 

idi.  Böyük  və  Kiçik  Qafqaz  sahələrində  o  zaman  əmələ  gəlmiş  geosinklinal 

ə

yilmələr zonasında tektonik çökmə prosesi "Kür massivinə" nisbətən daha sürətlə 



getmişdir.  Bu  geosinklinallarda  çox  qalın  və  müxtəlif  litofasial  komplekslər 

toplanmışdır. 

   Böyük  və  Kiçik  Qafqaz    geosinklinal  zonalarında  əyilmənin  intensivliyi,  dəniz 

hövzəsinin  dərinliyi,  onları  terrigen  materiallarla  təmin  edən  qonşu  quru 

sahələrinin  geomorfoloji  xüsusiyyətləri  çox  müxtəlif  olmuşdur.  Kiçik  Qafqaz 

geosinklinalında  (bu  evgeosinklinal  tipə  aid  edilir)  yura  və  tabşir  dövrlərində 

Böyük Qafqaz geosinklinalından (bu miogeosinklinal tipli olmuşdur) fərqli olaraq, 

maqmatizm prosesi çox fəal olmuş  və qalın vulkanogen, vulkanogen-çökmə süxur 

qatları toplanmışdır. Hər iki dağlıq vilayətin müasir relyefi, əsasən yura və tabaşir 

dövrlərində  toplanmış  gillər,  şistlər,  vulkanogen(tuflar,lavalar)  və  karbonat  süxur 

qatlarından qurumuşdur. Lakin mezozoy erasının nə sualtı, nə quru relyefinin izləri 

www.behruzmelikov.com




 

belə  Azərbaycanın  müasir  geomorfoloji  quruluşunda  iştirak  etmir.  Bununla  belə 



müasir  relyefin  bir  sıra  xassələri  həmin  süxur  komplekslərinin  xarakterindən  çox 

aslıdır.  Şahdağ  və  Qızılqaya  massivlərinin,  Kəpəzin,  Şuşa  laylasının  müasir 

formada  mövcudluğu  və  görkəmi  hər  şeydən  əvvəl  çox  qalın  karbonat  süxur 

qatının mürəkkəb endogen və ekzogen proseslərə qarşı durumu ilə bağlıdır.  

    Kaynozoyun əvvəlində (paleogendə) Böyük və Kiçik Qafqaz geosinklinallarında 

tektonik  hərəkətlərin  inversiyası  (əyilmənin  qalxma  və  qırışıqlıq  prosesi  ilə  əvəz 

olması) başlayır. Hər iki  geosinklinal zonada yer qabığının sıxılması ilə bağlı olan 

bu  inversiya  və  qırışıqlıq  nəticəsində  meqantiklinoriumlar(Tufan  və  Vəndam, 

Şə

mkir,  Ağdam)  və  bəzi  sinklinoriumlar  artıq  dəniz  suları  səviyyəsindən  yuxarı 



qalxır və ekzogen proseslərin (abraziya, denudasiya) təsiri altına düşür. Paleogendə 

Böyük  və  Kiçik  Qafqaz  geosinklinallarının  sinklinoriumlarında  (məsələn, 

Zaqatala-Qovdağ  sinklinoriumu,  Kiçik  Qafqaz  da  Şahdağ  sinklinoriumu)  dəniz 

çöküntüləri  toplanırdı.  Bu  çöküntülərin,  əsasən  gillərdən  ibarət  olması  o  zaman 

cavan  qırışıq  dağların  (Tufan  və  Vəndam  zonasında)  alçaqdağlıq  tirələrdən 

olmasına dəlalət edir. Paleogendə Arazyanı zona Talış sinklinoriumunda dəniz və 

vulkanogen çöküntülər kompleksi toplanmaqda davam edirdi.  

   Bəzi  tədqiqatçılar  bu  fikirdədilər  ki,  Şəmkir  və  Murovdağ  antiklinoriumundakı 

düzəlmə  səthləri  eosendə  əmələ  gəlmişdir.  Bu  dövrə  aid  çöküntülər  çox  nazik 

olmaqla  yanaşı,  narın  terrigen  çöküntülərdir  və  onlar  Şəmkir  antiklinoriumunun 

ayrı-ayrı qalxmalarını əhatə edən dayaz boğazlarda, körfəzlərdə toplanmışdır. Kür 

deressiyası  ilə  onu  şimaldan  və  cənubdan  əhatə  edən  Böyük  və  Kiçik  Qafqaz 

geosinklinalları  arasında  tektonik  inkişafın  istiqamətipaleogendən  etibarən  ciddi 

dəyişməyə  başlamışdır.  Mezozoyda  Kür  depressiyasının  əsasını  təşkil  edən  aralıq 

massiv  intensiv  əyilən  şimal  və  cənub  geosinklinal  zonalarla  müqayisədə  nisbi 

qalxma zonası olaraq qalırdı. Şüphəsiz, qonşu geosinklinallardan bu sahəyə dəniz 

sularının  transqressiyası  baş  verirdi.  Lakin  bura  mezozoyda  Böyük  və  Kiçik 

Qafqaz  mütləq  əyilmə  zonalarından  fərqli  olaraq  zəif  çökürdü  və  morfostruktur 

cəhətdən  zəif  diferensiasiyaya  uğramışdır.  Depressiyanın  şərq  hissəsinin  cənubu 

isə  mezozoyda  intensiv  əyilməklə,  fəal  vulkanizim  sahəsi  olmuşdur.  Paleogendə 

isə  ətraf  geosinklinalların  inversiyası  fonunda  Kür  depressiyasının  əyilməsi 

sürətlənir  (Orta  Kür  depressiyasında  tək  maykop  çöküntülərinin  qalınlığı  2  km-

dən, Naftalan sahəsində isə 3 km-dən artıqdır) 

    Paleogendə  əyilməkdə  davam  edən  Arazyanı  zona  və  Talış  dağları 

sinklinoriumlarında  bu  dövrün  axırına  qədər  tektonik  inversiya,  qırışıqlıq  və 

qalxma  baş  vermişdir.  Bu  dövrün  axırlarına  qədər,  xüsusilə  oliqosen və  miosenin 

ə

vvəllərində  Baş  Qafqazın,  Kiçik  Qafqaz  silsilələrinin  suayrıcı  zonalarında  hələ 



alçaq  təpəli-tirəli  düzənliklərin  mövcud  olması  haqda  fikirlər  söylənmişdir. 

Dağların  suayrıcı  zonasının  müasir  relyefinin  təhlili  göstərir  ki,  həmin  zonalar 

keçmişdə  eyni  hipsometrik  səviyyəli  düzəlmə  səthləri  olmuşdur.  Bunların  əmələ 

gəlməsi  eosendə  başlamış.  Bəzi  sahələrdə  oliqosenin  axirina  kimi  davam  etmiş, 

miosenin  ortalarında  başa  çatmışdır.  Bununla  yanaşı  müasir  dağların  yerində 

oliqosendə  dağlıq  relyefin  mövcud  olması  haqda  da  mülahizələr  söylənmişdir. 

Lakin bu zaman Böyük və Kiçik Qafqazın  müasir  yüksək dağlıq zonaları  yerində 

yalnız alçaqdağlığın mövcud olmasını söyləmək mümkündür. Oliqosenin axırında 

www.behruzmelikov.com



 

Azərbaycanın  dağsistemlərinin  relyefinə,  xüsusilə  onların  hündürlüyünə  aid 



fikirlərin  bir-birini  təkzib  etməsinin  əsas  səbəbi  həmin  dövrə  aid  çöküntülərin 

litofasial  tərkibinin  müxtəlifliyidir.  Bir  tərəfdən  oliqosendə çox  narın  gillər,  digər 

tərəfdən  qaba  tərkibli  çöküntülərin  toplanması  dinudasiya  zonasında  həm  dağlıq, 

həm  də  düzənlik  relyefin  inkişaf  etməsini  göstərir.  Orta  Kür  çökəkliyinin  ox 

zonasında  (Yaylacıq,  Çobandağ  tirələri  sahəsi)  maykop  çöküntüləri  təbəqəli 

gillərdən, bir qədər qərbdə isə daha qaba tərkibli çöküntülərdən ibarətdir. Naftalan 

sahəsində həmin əsrin çöküntüləri. əsasən gillərdən ibarət olsa da, tərkibində qaba 

qırıntılı  qatlar  da  (məsələn,  Qaraçinar  laydəstəsi  və  s.)  aşkar  edilmişdir.  Böyük 

Qafqazın cənub-şərq bölgəsində oliqosen çöküntülərinin, əsasən gil tərkibli olması, 

o zaman burada alçaqdağlıq və düzənlik relyefin hakim olmasını sübut edir.  

    Orta Kür çökəkliyinin qərb hissəsindəki oliqosen çöküntüləri içərisində çox qaba 

tərkibli  qatların  mənşəyi  həmin  dövrdə  Mərkəzi  Qafqazın  şərq  hissəsinin  daha 

yüksək  relyefi  haqda  məlumat  verir.  O  zaman  olduğu  kimi,  Böyük  Qafqazın  çox 

qısa  və  dik  cənub  yamacında  relyefin  enerjisi  böyük  idi.  Digər  tərəfdən,  onu  da 

nəzərə almaq lazımdır ki, Kaxetiya-Vəndam antiklinoriomunun mərkəz hissəsi indi 

olduğu  kimi  Alazan  depressiyasına  gömülməmişdi  və  fəal  denudasiya  sahəsi 

olmaqla,  özündən  cənubda  yerləşən  hövzəni  iri  qırıntılı  allüvi,  prolüvi  ilə  təmin 

edirdi.  

    Göstərilən paleogeomorfoloji şərait oliqosendən sonra gələn miosen dövründə o 

qədər də ciddi dəyişikliyə məruz qalmamışdır. Başqa sözlə, dəniz suları ilə örtülü 

dağarası əyilmə sahəsində çökmə, əsasən zəyif surətlə və zəyif sahəvi diferensial 

şə

kildə baş verirdi. Dağlarda isə textonik qalxma hərəkətləri o qədər fəal deyildi. 



Bəzi sahələr hətta zəyif əyilmə rejimində idi. Bu şəraitdə dəniz suları dağlıq 

ə

razilərin xeyli hissəsinə transqressiya etmişdi. Bunu dağlıq ərazilərdə çox böyük 



yüksəkliklərdə sarmat əsrinin dəniz çöküntülərinin aşkar edilməsi sübut 

edir(Böyük Qafqazın şimal yamacında 3600-2300 metr, Cənub yamacında 1100-

1200m yüksəkliklərdə, Naxçıvan çökəkliyində 800-1400m və i.a.) 

     Yuxarıda göstərilən faktlar(eləcə də bir sıra regionlarda, o cümlədən Mərkəzi 

Asiya fəallaşma zonalarında oliqosenin textonik cəhətdən o qədər də fəal 

olmaması), xüsusilə Qafqaza aid paleocoğrafi məlumatların təhlili 

neogenpleystoseni müasir relyefin əmələ gəlməsi dövrü kimi xarakterizə etməyə 

imkan verir. 

  Azərbaycanın (eləcə də Qafqazın) müasir relyefində neogendən əvvəlki dövrlərdə 

mövcud olmuş müxtəlif mənşəli relyef formalarından yalnız dağ silsilələrinin 

suayrıcı zonalarında yaşına görə oliqosenə aid edilən düzəlmə səthlərinin 

(denudasion mənşəli hamar səthlərin) fraqmentləri saxlanmışdır. Bir sıra 

tədqiqatçılar, o cümlədən Qafqazın neotextenikası və geomorfologiyası ilə məsqul 

olmuş məşhur rus alimlərindən Y.Y.Milanovski, N.V.Dumitraşqo bu faktlara 

ə

saslanaraq Qafqazda neotextonik mərhələnin başlanğıcını sarmat əsrinə aid 



edirlər. Bu məsələdə Alp-Qafqaz və dağlıq Mərkəzi Asiya regionlarının 

tədqiqatçılarının əksəriyyətinin fikirləri arasında ciddi uyğunsuzluq yoxdur. 

Yuxarıda göstərilənlərdən çıxan əsas nəticə neogen-pleystosen dövrünün 

Azərbaycanın relyefinin inkişafında xüsusi bir mərhələ kimi ayrılmasıdır. 

Azərbaycan geoloqlarının və geomorfoloqlarının böyük əksəriyyəti belə hesab edir 

www.behruzmelikov.com




 

ki, neogen-pleystosendə diferensial textonik hərəkətlər planetin bütün orogen 



qurşaqlarında olduğu kimi, Azərbaycanda da çox fəallaşmış və nisbətən qısa 

geoloji vaxt ərzində uca silsilə dağlar sistemi, böyük və kiçik dağətəyi və dağarası 

depressiyalar əmələ gətirmişdir. Bu fəallaşma, əsasən sarmat əsrindən etibarən 

başlayır. Depressiya zonalarında aşağı sarmat çöküntüləri hələ əsasən gillərdən 

ibarətdi. Orta sarmat dənizlərində gillərlə yanaşı qumlarda toplanır. Yuxarı 

sarmatda isə textonik hərəkətlərin surətinin ritmik olaraq artması və zəifləməsi baş 

verir, bununla əlaqədar depressiyalarda gil və qumdaşı laylarının 

növbələşməsindən ibarət olan qalın qatlar əmələ gəlir.      

   Azərbaycan müasir ortadağlıq zonasında tipik düzəlmə səthlərinin (dağüstü 

platoların) miosendə, xüsusilə sarmat əsrinin əvvəlində əmələ gəlməsinə aid 

mülahizələri geomorfoloqların əksəriyyəti dəstəkləyir. Bəzi müəlliflərin fikrinə 

görə hətta yüksəkdağlıq qurşaqdakı, düzəlmə səthləri də sarmat əsrində əmələ 

gəlmişdir. 

    Sarmat əsrinin ortalarında, xüsusilə yuxarı sarmatdan başlamış dağlıq 

vilayətlərdə qalxmanın surətlənməsi dağların yüksəkliyinin artmasına səbəb olur. 

Textonik qalxma nəinki dağları, müəyyən dərəcədə depressiyaları da əhatə edir. 

Bunun nəticəsində sarmat əsrində dəniz suları Orta Araz çökəkliyini, Kür 

depressiyasını, Qusar-Dəvəçi dağətəyi əyilməsini tərk edir. Buna tək qalxma 

prosesi nəticəsi kimi baxmaq olmaz. Sarmat əsrindən etibarən Xəzər dənizinin 

Qara dənizlə Cənubi Qafqaz (Zaqafqaziya) depressiyası zonasında əlaqəsi kəsilir 

(bu Suram dağlarının qalxması nəticəsində baş vermişdir). Bu hadisə şübhəsiz 

okeanla əlaqəsini itirmiş Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə öz təsirini 

göstərmişdir. Dənizin səviyyəsinin düşməsinə təsir göstərən bir də onun (Xəzərin) 

dibinin çökməsinin intensivləşməsidir.  

   Beləliklə, sarmat əsrindən sonra gələn meotis əsrində Azərbaycanın müasir 

qurusunu, şərqdə bəzi kiçik sahələrindən başqa, dəniz suları tərk etmiş, 

depressiyalarda alçaq qırışıq tirə, uval və vadilər əmələ gəlmişdir (məsələn, Orta 

Kür və Naxçıvan çökəklərində). Textonik fəallaşma nəticəsində dağlıq vilayətlərin 

yüksəkliyi tədricən artmış, ayrı-ayrı morfostrukturlar morfoloji cəhətdən bir-

birindən artıq fərqlənməyə başlamışdır (antiklinorium silsilələr, sinklinorium 

vadilər və s.) 

    Pont əsrində dənizin depressiyalara transqressiyası baş verir. Bu textonik 

hərəkətlərin bir qədər zəyifləməsi və Xəzər dənizi səviyyəsinin qalxması 

nəticəsində mümkün olmuşdur. Lakin pont əsrindən sonra-aşağı plisonde( klassik 

Xəzər-Qara dəniz geoxronologiya görə orta pliosendə) yenidən dağlar intensiv 

qalxır və onların yüksəkliyi artır. Qusar-Dəvəçi dağətəyi əyilməsi zonasında, Orta 

Kür depressiyasında qalın və qaba tərkibli ( çaqıldaşı, qum və s.) çöküntü 

kompleksi toplanır. Bu vaxt (aşağı pliosenin axırına yaxın) Böyük Qafqaz 

dağlarının yüksəkliyi 2000 metrdən bir qədər artıq idi. Kiçik Qafqaz silsilələrinin 

hündürlüyü 1500-2000m-ə çatırdı. Qalxmanın intensivliyinin artması dağlarda 

eroziya-denudasiya proseslərinin güclənməsinə səbəb oldu. Bu proseslərə Xəzər 

Dənizinin səviyyəsinin 500-600 m aşağı düşməsi də xeyli təsir göstərmişdir. Bu 

təsir özünü hər şeydən əvvəl eroziya bazisinin kəskin aşağı düşməsi nəticəsində 

dərinlik eroziyasının güclənməsində və relyefin nisbi amplitudunun 500-600 m 

www.behruzmelikov.com



 

artmasında göstərmişdir. Nəticədə dağ çayları öz dərələrini xeyli dərinləşdirmiş və 



depressiyalarda, əsasən qaba tərkibli terrigen məhsullar gətirib çökdürmüşlər. Bu 

çöküntülər Qusar-Quba dağətəyi əyilməsi sahəsində, Orta Kür çökəkliyində 

(Kaxetiya-Acınohur zonası) qalın çaqıldaşı qatlarından ibarətdir. Qobustan və 

Abşeronda, Bakı və Abşeron arxipelaqlarında, Abşeron astanasında və Cənubi 

Xəzər çökəkliyinin qərb yamaclarında bu vaxt ”məhsuldar qat adı ilə” tanınan və 

özünün zəngin neft, qaz yataqları ilə məşhur olan (2-4,5 km) çöküntüləri 

kompleksi toplanmışdır. Aşağı pliosendə Azərbaycanın düzənlik, dağətəyi və 

alçaqdağlıq sahələrində çox isti və quru iqlim şəraitində arid-denudasion relyef 

formaları inkişaf etmiş, dağların intensiv qalxması ilə yanaşı depressiya 

zonalarında hələ miosenin axırlarında özünü göstərmiş və alçaq antiklinal uvallar 

ə

mələ gətirmiş qırışıqlıq hərəkətləri baş vermişdir. Bunun nəticəsində Orta Kür 



depressiyasında bir sıra tirələr əmələ gəlmişdir. Aşağı pliosenin axırlarına yaxın 

yan eroziya və denudasiya proseslərinin təsiri altında bəzi dağətəyi zonalarda geniş 

hamar səthlər yaranmışdır. (Girdmançaydan şərqdə yerləşən Gürcüvan, Şamaxı 

Mərəzə platoları və s.) Bu dövrdə Qarabağ və Gəncə-Qazax düzündə də relyefdə 

denudasion planasiya prosesləri üstün olmuşdur. Kiçik Qafqazın daxili zonalarında 

hələ paleogendə başlamış vulkanizm prosesi miosen və pliosendə öz fəallığından 

düşməmiş və Qarabağ vulkan yaylasının relyefinin evolyusiyasına, diferensial 

textonik hərəkətlərlə yanaşı, böyük təsir göstərmişdir.  

   Aşağı pliosendən yuxarı pliosenə keçid zamanı geoloji və geomorfoloji 

proseslərin gedişində sanki bir dönüş, dəyişiklik baş vermişdir. Belə ciddi bir 

dəyişikliyin bütün fiziki coğrafi proses və hadisələrdə də baş verməsi aşkar 

edilmişdir. Bu keçid zamanı Xəzər dənizinin səviyyəsi Dünya okeanı səviyyəsinə 

qədər qalxmışdır. Bununla əlaqədar olaraq artıq akçaqıl əsrində Cənubi Qafqazın 

depressiya zonası və Ön Qafqazın ovalıq sahələri Qara dənizə qədər, həmçini 

bütün şimali xəzəryanı ovalıq dəniz suları altında qalmışdır. Kür depressiyası 

sahəsində dəniz suları qərbdə Tbilisi şəhərinin şərq ətraflarına qədər sahələri 

basmış, Kiçik Qafqazın kap ətəklərinədək əraziləri örtmüşdür. Məşhur gürcü 

coğrafiyaçısı L.İ.Maruaşvili bu körfəzi ”Alban körfəzi” adlandırmışdır. Şimal 

yamacda akçaqıl əsrində dəniz suları Şahdağ və Qızılqaya massivlərinin dik şimal 

ə

təklərinə çatmışdır. Böyük Qafqazın cənub-şərq batımı vilayətində də dəniz suları 



müasir hündürlüyü 300-500 m, Şamaxı-Mərəzə platoları sahəsində isə 600-1000 

m-ə qədər olan əraziləri örtmüşdür. Bu dövrdə, xüsusilə akçaqıl əsrinin 

ə

vvəllərində textonik hərəkətlərin, surəti xeyli azalmışdır. Ümumiyyətlə, akçaqıl 



ə

sri çöküntülərinin aşağı pliosen çöküntüləri ilə müqayisəsi göstərir ki, aşağı 

pliosen çöküntüləri çox qaba tərkibli olduğu halda, akçaqıl çöküntüləri əksər 

regionlarda xırda tərkibli olmaqla yanaşı, əsasən gillərdən ibarətdir. Yalnız hündür 

və dik yamaclı dağların ətəyində bu çöküntülərin tərkibində qaba məhsullar 

görmək mümkündür (Böyük Qafqazın cənub və şimal ətəklərində). Akçaqıl 

ə

srində Xəzər dənizinin səviyyəsinin qalxması və textonik hərəkətlərin qismən 



zəyifləməsi ilə yanaşı, iqlimdə rütubətlik xeyli artmış, flüvial morfogenez geniş 

yayılmış, dağ yamaclarında meşə landşaftının genişlənməsi eroziya və denudasiya 

proseslərini bir qədər zəyiflətmişdir. 

   Hələ yuxarı pliosendən əvvəl əmələ gəlməyə başlamış düzəlmə səthlərinin 

www.behruzmelikov.com



 

inkişafı akçaqıl transqressiyası zamanı daha geniş sahələri əhatə etmişdir. Bu 



zaman Şamaxı, Gürcüvan yaylalarında Şimali və Qərbi Qobustanda geniş düzəlmə 

səthləri əmələ gəlməsi üçün çox əlverişli şərait olmuşdur. Yuxarı pliosendə 

Qarabağ vulkan yaylasında maqmatik proseslər xeyli fəallaşmış və relyefin 

inkişafında-geniş qalxanvari vulkan massivlərinin, tuf-lava yaylalarının əmələ 

gəlməsində vulkanizmin fövqəladə rolu olmuşdur. Burada güclü püskürmələr 

zamanı atmosferə atılmış vulkan külü hava cərəyanları ilə Kür körfəzinə, 

Qobustana aparılmış və orada dəniz çöküntülərinin tərkibində toplanaraq, nazik 

təbəqələr əmələ gətirmişdir. Akçaqıl əsrinin axırında Azərbaycanın dağ 

silsilələrinin hündürlüyü xeyli artmış və yüksək dağlıq qurşaq əmələ gəlməyə 

başlamışdır. Bu zaman Böyük Qafqazın mütləq yüksəkliyi 2500 metri, Kiçik 

Qafqazınki isə 2000 metri ötmüşdür. Böyük Qafqazın cənub və şimal yamacı, 

xüsusilə Vəlvələçaydan qərbdə indiki kimi dik idi. Murovdağ, Şahdağ, Zəngəzur 

silsilələri dik yamaclı olmaqla, ətraf alçaqdağlıq üzərində nisbi yüksəklik fərqi 

1000 metri ötən silsilələr idi. Çayların dərələrinin dərinliyi o zaman müasir 

dərinliyin yarısından artıq deyildi.  

     Eopleystosendə (Abşeron əsrində) tektonik hərəkətlərin istiqamətində (əyilmə, 

qalxma), xarakter sürətində ciddi dəyişiklik olmamışdır. Lakin dağlıq vilayətlərdə 

qalxma və eroziya-denudasiya prosesləri bir qədər fəallaşmışdır. Kür  

depressiyasında dənizin sahil xətti 50-60 km şərqə çəkilmiş və onun yerində 

dalğalı-tirəli düzənlik əmələ gəlmişdir. Lakin bir-birindən Çobandağ-Eldarovuğu 

tirələri ilə (bunlar Akçaqıl dənizində ensiz və uzun adalar və yarımadalar əmələ 

gətirirdilər) ayrılan Ceyrançöl və Qabırrı körfəzlərində dayaz dəniz suları abşeron 

ə

srinin axırlarına qədər qalmaqda idi. Bu körfəzlər şərqdə bütün Kür-Araz 



ovalığını tutan daha geniş Alban körfəzinə qovuşurdular.  

    Erkən abşeronda Qanıx-Həftəran vadisinin qərb və mərkəz hissəsində əyilmə 

prosesi başlayır. Burada əmələ gəlməkdə olan cavan depressiya Tsiv-Qonbor 

dağlarını və Şirək yaylasını Cənub yamacdan təcrid edir. Bu zaman Daşüz-

Ə

mirvan tirəsi və bütövlükdə Acınohur cənub yamaca söykənən geniş allüvial-



prolüvial düzənlik idi. Acınohurun mərkəz və cənub hissəsi arabir dəniz suları ilə 

örtülürdü. Bu zonada, eləcədə Qanıx vadisində və Həftəran maili düzənliyində 

çayların Böyük Qafqazın cənub yamacından yuyub gətirdikləri qaba tərkibli allüvi 

və prolüvi toplanırdı. 

    Böyük Qafqazın şimal ətəklərində relyefin böyük kontrastı (3 km-ə yaxın) 

burada da çox qalın qırıntılı allüvi-prolüvi qatının toplanmasına şərait yaratmışdır.  

    Bütün Kiçik  Qafqazətəyi maili düzənliklərin bu zaman yanlız dağətəyindən 

aralı zonası arabir dəniz suları altında qalırdı. Qalan sahələrdə zəif əyilmə 

şə

raitində alçaq allüvial-prolüvial düzənliklər əmələ gəlməkdə davam edirdi. 



Böyük və Kiçik Qafqazın dik yamacları ətəyinə söykənən maili düzənliklərin 

hamısında çayların gətirmə konusları formalaşırdı. Lakin dağətəyi depressiyaların 

çökməsi gətirmə konuslarının  relyefdə özlərini açıq-aydın  göstərməsinə imkan 

vermirdi. 

    Orta və yuxarı Abşeronda dəniz suları tədricən Kür depressiyasının mərkəz 

zonasına və şərq hissəsinə çəkilir, dağlarla Alban körfəzi sahilləri arasında allüvial-

prolüvial düzənliklərinin sahəsi genişlənir, dağ çaylarının dərələri xeyli dərinləşir, 

www.behruzmelikov.com




 

silsilələrin maksimal hündürlüyü Böyük Qafqazda 3-3,5 km-ə, Kiçik Qafqazda 



2,5-3 km-ə çatır. Bu zaman depressiyaların bəzi zonalarında inversion qırışıqlıq   

nəticəsində antiklinal uvallar əmələ gəlir (Ceyrançöl, Acınohur, Qobustan).   

   P l e y s t o s e n  Azərbaycanın relyefinin inkişafında xüsusi yer tutur

Pleystosendə baş vermiş geomorfoloji proseslərdən ən mühümlari aşağıdakılardır: 

Dağlıq sahələrdə tektonik hərəkətlərin fəallaşması və əsil yüksəkdağlıq qurşağın 

ə

mələ gəlməsi. Bu geoloji baxımdan qısa dövrdə Böyük və Kiçik Qafqaz, ələcədə 



Talış dağlarında qalxma sürətlənir, yüksəkdağlıq relyef əmələ gəlir. Əgər 

pleystosenin başlanğıcında Böyük Qafqazın suayrıcı zonasında və Şahdağ 

massivində maksimum yüksəklik 3000-3500 m-dən artıq deyildisə, pleystosenin 

axırına yaxın bu rəqəm 4000 metri ötür (Bazardüzü – 4466 m, Şahdağ –4243 m, 

Tufan–4191 m və s.).      

     Kiçik Qafqazda Murovdağ, Şahdağ və Zəngəzur silsiləri də pleystosendə əsl 

yüksəkdağlığa çevrilmişdir. Bu dövrdə həmin dağ silsilərinin hündürlüyü ən azı 

600-800 m artmışdır. Qarabağ və Talış dağlarında qalxma bu göstəriləndən bir 

qədər az olmuşdur. Dağların hündürlüyü artdıqca dağdaxili tektonik və tektonik-

erozion çökəklərlə dağ silsilələri arasında yüksəklik fərqi (amplitudu) və relyefin 

enerjisi də artmışdır. Bu əlamətlər özünü Arazboyu çökəklərlə silsilələr arasında, 

Umidlu çökəkliyi ilə Murovdağı arasında, Baş suayrıcı silsilə və Şahdağ massivilə 

Ş

ahdüzü, nəhayət Gilgilçay, Xaltan, Lahıc çökəklikləri ilə onları əhatə edən orta və 



yüksəkdağlıq silsilələr arasında daha aydın göstərir. Pleystosendə geoloji və 

geomorfoloji baxımından qeyd edilməsi zəruri hesab edilən mühüm proseslərdən 

biridə, depressiya və dağətəyi əyilmə sahələrində baş verən qırışıqlıq 

hərəkətləridir. Dağlıq vilayətlərdə tektonik hərəkətlər özünü qırılmalar üzrə ayrı-

ayrı morfostrukturların qalxmasında və nisbi enməsində göstərdiyi halda, 

depressiya zonalarında və Xəzərin dibində qırışıqlı hərəkətlər kimi göstərmişdir. 

Bu hərəkətlər nəticəsində Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt zonasının, 

Abşeron-Qobustanın, Qusar-Dəvəçi əyilməsinin qırışıq strukturları və onlara 

müvafiq gələn antiklinal tirələr, sinklinal çökəklər, vadilər əmələ gəlmişdir. Kür-

Araz ovalığı sahəsində qırışıqlıq ümumi əyilmə və akumliyasiya şəraitində özünü 

zəif göstərməklə, morfoloji baxımdan az-çox effektli relyef formaları əmələ gətirə 

bilməmişdir. Depressiya zonasında qırışıqlı hərəkətlərlə yanaşı üfiqi hərəkətlərdə 

baş vermişdir. Buna ən tipik misal, tektonika bölməsində göstərildiyi kimi, 

Ceyrançöldə (birinci dəfə geoloq M.H.Ağabəyovun aşkar etdiyi) Ağtaxtatəpə 

antiklinalının şimal qanadının qırılma üzrə cənuba sürüşərək həmin antiklinalın 

cənub qanadını və ondan cənubdakı Herik dərə sinklinalını örtməsi nəhayət 

Gürzədağ antiklinalının şimal qanadına dirənənə qədər cənuba hərəkət etməsidir. 

Burada üfiqi hərəkətin amplitudu 2 km-ə çatır və bu yalnız yuxarı pleystosendə 

(eopleystosendən sonra) baş verən tektonik prosesdir. Başqa yerlərdə də üfiqi 

tektonik hərəkətlərin baş verməsi müəyyən edilmişdir. Bunun nəticəsidir ki, cavan 

qırışıqlıq zonalarının əksəriyyətində antiklinal strukturları cənub qanadları tektonik 

pozulmalar üzrə qırılıb düşmüş, şimal qanadlar isə cənuba meyl etmiş və relyefdə 

asimmetrik dağlar və tirələr əmələ gətirmişdir. Təngi-Beşbarmaq antiklinoriumu 

zonasında strukturların Siyəzən qırılması üzrə şimala aşması və ön əyilmə üzərinə 

hərəkəti təmayülü aşkar edilmişdir. Bu Təngi-Beşbarmaq silsiləsinin 

www.behruzmelikov.com




 

morfologiyasında öz əksini tapır.                                                           



     Pleystosendə göstərilənlərlə yanaşı depressiya zonalarında mütləq əyilmə 

prosesləridə baş vermişdir. Bunun nəticəsində depressiyaların bəzi zonalarında 

ə

yilmə həddi 100-200 m-dən artıq olmuşdur (tək əvvəlki vaxt çərçivəsində 



Qarğalıq sinklinalında 1400-1600 m, cənubi Xəzər çökəkliyinin qərb yamacında 

2000 m-dən artıq çökmə baş vermişdir). Geomorfoloji baxımdan pleystosen 

dövrünün ən əlamətdar hadisələrindən biri iqlimin təkrarlanan tərəddüdləridir. Bu 

tərəddüdlərin soyuqlaşma fazasında Azərbaycanın yüksəkdağlıq sahələri 

buzlaşmaya məruz qalmış və bir neçə dəfə təkrarlanan dağ buzlaşmaları, xüsusilə 

axrıncı buzlaşma yüksək dağlığın müasir alp morfologiyasını (böyük kontraslı 

nival-buzlaq relyefini) əmələ gətirmişdir. Pleystosendə Qarabağ vulkan laylasında 

maqmatizm prosesləri çox fəal olmaqla, yaylanan müasir morfologiyasının 

yaranmasında böyük rol oynamışdır. Qobustanda və Abşeronda isə palçıq 

vulkanlarının fəaliyyəti dünyada misli olmayan və  morfologiyasına, görkəminə 

görə təkrarlanmayan relyef formaları yaratmışdır. Bütün dağlıq ölkələrdə olduğu 

kimi, pleystosendə Azərbaycanın dağ və dağətəyi sahələrinin çayları çoxsaylı 

terraslar yaratmaqla, dərələrinə xüsusi görkəm vermişlər. Bu sözlər bütün dünya 

dəniz və göllərindən fərqlənən Xəzər dənizinə də aid edilə bilər. Heç bir dənizin 

sahillərində Xəzərin Azərbaycan sahillərində olduğu qədər çox saylı dəniz 

terraslarına rast gəlmək mümkün deyil. Burada (Dəvəçi rayonu ərazisində) 

çoxsaylı (17-18) dəniz terraslarınadan ən qədimləri 350-400 m-dək dəniz 

səviyyəsindən yüksəyə qalxaraq, sanki bir “nəhənglər pilləkanı” yaratmışdır. 

Azərbaycanın dağətəyi və alçaqdağlıq zonasında, bəzi dağdaxili çökəklərdə, 

Arazboyu silsilə və çökəklərdə geniş yayılmış arid-denudasiyon relyef formaları 

ə

sasən pleystosendə iqlimin aridləşməsi təmayülünün artması ilə əlaqədar əmələ 



gəlmiş və hazırda inkişaf etməkdədir.  

   Relyefin inkişafı prosesinə ən son zamanlar qoşunlar antropogen amildir. Keçən 

yüzilliklərdə, hətta minilliklərdə insanın təsərüfat fəaliyətinin relyefə təsiri yalnız 

lokal sahələrdə mümkün idiBunu düzənlikdə suvarma əkinçiliyi rayonlarında 

yaradılan qədim kurqanlar, şəhər yerləri, magestral kanallar (məsələn, V əsrdən 

dövrümüzə qədər qalan Gourarx), dağlıq sahələrdə isə torpaq eroziyasının qarşısını 

almaq üçün yamaclarda düzəlmiş qədim terraslar sübut edir. Lakin XX əsrə qədər 

insanın relyefə təsiri onda ciddi dəyişiklik yarada bilməmişdir. XX əsrdə,  xüsusilə 

ə

llinci illərdən başlanmış müasir texniki vasitələrdən istifadə edən insan cəmiyyəti 



relyefə öz həcminə görə müasir eroziya denudasiya proseslərinin təsirindən güclü 

təsir göstərir. Antropogen relyef formaları ən çox Kür-Araz ovalığında iriqasiya və 

meliorasiya işləri ilə əlaqədar çəkilmiş ümumi uzunluğu 90 min km-i ötən yüzlərlə 

böyük və orta, minlərlə qısa kanal, arıx və kollektorlardan ibarətdir. Antropogen 

relyef formalarının çox sıx yerləşdiyi ikinci region Abşeron və Cənub-Şərqi 

Qobustandır. 

   İnsanın təsərrüfat fəaliyyəti nəticəsində relyefdə az-çox böyük dəyişiklik 

yaranması böyük hidrotexniki tikintilər və irimiqyaslı dağ mədən işləri yerinə 

yetirməsi ilə bağlıdır. Orta Kür vadisində Mingəçevir, Şəmkir, Yenikənd 

bəndlərinin, Araz qovşağının və başqa iri hidrotexniki komplekslərin tikintisi 

www.behruzmelikov.com



 

zamanı milyon kub metrlərlə torpaq və qruntun yeri dəyişdirilmiş, çay dərələrini 



köndələn kəsən böyük bəndlər yaradılmışdır.  

   Daşkəsəndə, Gədəbəydə, çox qiymətli divar və üzlük daşlarla zəngin olan 

Abşeronda, Cənub-Şərqi Qobustanda, Kiçik Qafqazətəyi monoklinal dağ-mədən 

rayonlarında və bir sıra başqa sahələrdə çınqıl, gil, qum karxanalrında böyük 

həcmli mənfi və müsbət antropogen relyef formaları yaradılmışdır.                      

          

 

     



                       

       


 

 

  



www.behruzmelikov.com

Yüklə 92,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə