Microsoft Word rinzasip vit c az



Yüklə 28,8 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü28,8 Kb.
#2532


Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

RİNZASİP



®

 VİTAMİN C İLƏ     daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara 

qarağatlı) 

RINZASIP 

®

 WITH VITAMIN C 



 

 

Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid + Caffeine + Paracetamol + Phenylephrine + 

Pheniramine 

 

Tərkibi 



Təsiredici maddələr: hər paketin (5 q) tərkibində 200 mq askorbin turşusu (vitamin С), 30 mq kofein, 750 mq 

parasetamol, 10 mq fenilefrin hidroxlorid, 20 mq feniramin maleat vardır. 



Köməkçi maddələr: 

portağallı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, günəş qürubu sarısı  rəngləyicisi, 

portağal dadvericisi; 



limonlu toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, xinolin sarısı  rəngləyicisi, limon 

dadvericisi; 



qara qarağatlı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, azorubin rəngləyicisi, meyvə 

dadvericisi (Tutti Frutti), moruq dadvericisi, qara qarağat dadvericisi. 

 

Təsviri 

Portağallı toz: açıq-narıncı rəngdən narıncı rəngə kimi ağ və narıncı hissəcikli toz; 

Limonlu toz: açıq-sarı rəngdən sarı rəngə kimi ağ və sarı hissəcikli toz; 

Qara qarağatlı toz: çəhrayı rəngdən çəhrayı-qırmızı rəngə kimi ağ və qırmızı hissəcikli toz 

 

Farmakoterapevtik qrupu 

Kəskin respirator xəstəlik (KRX) və “soyuqdəymə” simptomlarının aradan qaldırılması üçün vasitə (qeyri-

narkotik analgetik + psixostimulyator + Н

1

-histamin reseptorlarının blokatoru + alfa-adrenomimetik + vitamin). 



ATC kodu: N02BE71 

 

Farmakoloji xüsusiyyətləri 

Kombinəolunmuş preparatdır, hərarətsalıcı, analgetik, alfa-adrenostimulyator, damardaraldıcı və antihistamin 

təsir göstərir, “soyuqdəymə” simptomlarını aradan qaldırır. 

Parasetamol - qeyri-narkotik analgetikdir, əsasən mərkəzi sinir sistemində  ağrı  və termorequlyasiya 

mərkəzlərinə təsir göstərərək siklooksigenazanı (SOG) blokada edir; ağrıkəsici və hərarətsalıcı təsir göstərir. 



Fenilefrin - orta damardaraldıcı təsirli alfa-adrenomimetikdir. Tənəffüs yollarının yuxarı hissələrinin və əlavə 

ciblərin selikli qişalarının ödem və hiperemiyasını azaldır. 



Feniramin - H

1

-histamin reseptorlarının blokatorudur. Allergiya əleyhinə təsir göstərir: gözlərdə, burunda və 



boğazda qaşınmanı, burun boşluğunun, burun-udlaq və burunətrafı ciblərin selikli qişasında ödem və 

hiperemiyanı aradan qaldırır, ekssudativ təzahürləri azaldır. 



Kofein  - mərkəzi sinir sisteminə stimuləedici təsirə malikdir, analgetiklərin təsirini gücləndirir, fiziki və  əqli 

işgörmə qabiliyyətini yüksəldir, yorğunluğu və yuxululuğu azaldır. 



Askorbin turşusu (vitamin C) - oksidləşmə-reduksiya reaksiyalarının tənzimlənməsində, karbohidrat 

mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların sintezində 

iştirak edir; damarların keçiriciliyini aşağı salır və ətraf mühitin müxtəlif əlverişsiz təsirlərinə qarşı orqanizmin 

müqavimətini yüksəldir. 

 

İstifadəsinə göstərişlər 

Soyuqdəymə  xəstəliklərinin, qripin, kəskin respirator virus infeksiyasının (KRVİ) (titrəmə sindromu, ağrı 

sindromu, rinoreya) simptomatik müalicəsi. 

 

Əks göstərişlər 

• yüksək həssaslıq; 

•  tərkibində preparatın tərkibinə daxil olan maddələr olan digər preparatların eyni zamanda qəbulu; 

• trisiklik antidepressantların, monoaminoksidazanın inhibitorlarının, beta-adrenoblokatorların eyni zamanda 

qəbulu; 


• saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası; 

• hamiləlik, laktasiya dövrü; uşaq yaş dövrü (15 yaşa kimi). 

 

 



Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

MAO inhibitorlarının, sedativ preparatların, etanolun effektini gücləndirir. 

Antidepressantlar, Parkinson xəstəliyi  əleyhinə vasitələr, antipsixotik vasitələr, fenotiazin törəmələri sidik 

ləngiməsinin, ağızda quruluğun, qəbizliyin inkişaf riskini yüksəldir. 

Qlükokortikosteroidlər qlaukomanın inkişaf riskini artırır. 

Parasetamol diuretik preparatların effektivliyini aşağı salır. 

Feniramin eyni zamanda MAO inhibitorları, Furazolidon ilə hipertonik krizə, qıcıqlanmaya, hiperpireksiyaya 

gətirib çıxara bilər. 

Tritsiklik antidepressantlar Fenilefrinin adrenomimetik təsirini gücləndirir, eyni zamanda halotan ilə  təyini 

mədəcik aritmiyasının inkişaf riskini yüksəldir. 

Barbituratlar, Difenin, Karbamazepin, Rifampisin və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları 

ilə preparatın eyni zamanda təyini zamanı Parasetamolun hepatotoksik təsirinin inkişaf riski yüksəlir. 

 

Ehtiyat tədbirləri 

Ehtiyatla – koronar arteriyaların nəzərə çarpan aterosklerozu, arterial hipertenziya, tireotoksikoz, 

feoxromositoma,  şəkərli diabet, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qlükoza-6-

fosfatdehidrogenazanın çatışmazlığı, qan xəstəlikləri, anadangəlmə hiperbilirubinemiyalar (Jilber, Dubin-

Conson və Rotor sindromları), qaraciyər və/və ya böyrək çatışmazlığı, bağlıbucaqlı qlaukoma, prostat vəzinin 

hiperplaziyası. 

Terapevtik effekt olmadıqda (3 gündən artıq müddətdə hipertermiya və 5 gündən artıq müddətdə  ağrı 

sindromu) həkimə müraciət edin. 

Preparatın tərkibində  şəkər vardır, bunu şəkərli diabet olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan 

şəxslər nəzərə almalıdırlar. Preparatın birdəfəlik dozasının tərkibində 2915,0 mq-dan 3136,0 mq-a qədər 

saxaroza vardır, bu da 0,24 - 0,26 ÇV-nə (çörək vahidi) bərabərdir. 

 

Xüsusi göstərişlər 

Müalicə zamanı alkoqolun, yuxugətiricilərin və anksiolitik (trankvilizatorlar) dərman vasitələrinin qəbulundan 

uzaq olmaq lazımdır. Tərkibində Parasetamol olan digər dərman vasitələri ilə birlikdə qəbul etməyin. Diqqətin 

konsentrasiyasını, fiziki və psixi reaksiyaların yüksək sürətini tələb edən işlərin icrası zamanı ehtiyatlı olmaq 

lazımdır. Əgər xəstəliyin simptomları 3-5 gün müddətində keçməzsə, həkimə müraciət edin. 

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə 

tullamayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər  ətraf mühiti qorumağa 

kömək edəcək! 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Preparatın qəbulu zamanı  nəqliyyat vasitələrinin idarə edilməsindən və yüksək konsentrasiyalı diqqət və 

psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə  məşğul olmaqdan 

kənar olmaq lazımdır. 

 

İstifadə qaydası və dozası 

Daxilə. 


Bir paketin içərisindəkini stəkana tökmək, üzərinə isti su əlavə etmək, tam həll olana kimi qarışdırmaq və 

içmək (istəyə görə şəkər və ya bal əlavə etmək olar). Preparatı kifayət qədər su ilə qida qəbulundan 1-2 saat 

sonra qəbul etmək lazımdır. Böyüklər və 15 yaşdan yuxarı  uşaqlar üçün: qəbullar arasındakı interval 4-6 

saat olmaqla bir paketdən gündə 3-4 dəfə  qəbul edilməlidir. Maksimal sutkalıq doza - 4 paketdir. Müalicə 

kursu 5 gündən çox olmamalıdır. 

 

Əlavə təsirləri 



Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, övrə, angionevrotik ödem. 

Sinir sistemi: başgicəllənmə, yuxuya getmənin pozulması, yüksəlmiş oyanıqlıq. 

Ürək-damar sistemi: arterial təzyiqin yüksəlməsi, taxikardiya. 

Həzm sistemi: ürəkbulanma, qusma, epiqastral nahiyədə  ağrı, ağız boşluğunun selikli qişasının quruluğu, 

hepatotoksik təsir. 



Hissiyyat orqanları: midriaz, akkomodasiyanın parezi, gözdaxili təzyiqin yüksəlməsi. 

Qanyaranma sistemi: anemiya, trombositopeniya, aqranulositoz, hemolitik anemiya, aplastik anemiya

methemoqlobinemiya, pansitopeniya. 



Sidik çıxarıcı sistemi: sidiyin ləngiməsi, nefrotoksiklik (papillyar nekroz). 

Digər: bronxospazm. 

 

 




Doza həddinin aşılması 

Preparatın doza həddinin aşılması bir qayda olaraq Parasetamolla əlaqədardır, sonuncunun 10-15q-dan 

artıq qəbulundan sonra biruzə verir. Dəri örtüklərinin avazıması, anoreksiya, ürəkbulanma, qusma; 

hepatonekroz; qaraciyər transaminazalarının aktivliyinin yüksəlməsi, protrombin müddətinin uzanması 

mümkündür. Doza həddinin aşılması meydana çıxan kimi təcili həkimə müraciət etmək lazımdır. 

Müalicəsi:  mədənin yuyulmasından sonra aktivləşdirilmiş kömürün qəbulu; simptomatik müalicə, doza 

həddinin aşılmasından sonra 8-9 saat müddətində Metioninin və 12 saat müddətində N-asetilsisteinin 

yeridilməsi. 

 

Buraxılış forması 

Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı). 

5 q olmaqla polietilen və poliesterlə laminəolunmuş, alüminium folqadan olan paketdə buraxılır. 5 və ya 10 

paket içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25ºС-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 

İstehsalçı 



«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan 

 

İstehsal sahəsinin ünvanı 

Sahə № 101/2 & 102/1, Daman İndastrial Esteit, 

Kadaiya, Daman - 396 210, Hindistan 

 

İddiaları qəbul edən təşkilat 



«Conson & Conson» MMC 

Rusiya, 121614, Moskva ş., Krılatskaya küç., 17,, tikinti 2; tel: (495) 726-55-55 



www.rinza.ru 

Yüklə 28,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə