Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə14/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   10   11   12   13   14   15   16   17   ...   181

 

35

çəksin. Saqqaldan başqa bir yerdən yaşlıq götürüb onunla məsh çəkmək mü-



bahisəlidir. 

Məsələ 257: Əlində yalnız başa məsh çəkmək qədər rütubət olsa, vacib 

ehtiyata əsasən, başa həmin rütubətlə məsh çəksin və ayaqlarına məsh çək-

mək üçün öz saqqalının rütubətindən nəmlik götürsün. 

Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. 

Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorx-

duqda, corab və ayaqqabını çıxara bilməsə, vacib ehtiyata əsasən, corab və 

ayaqqabının üzərinə  məsh çəksin və  təyəmmüm də etsin. Təqiyyə halında 

isə, corab və ayaqqabının üzərinə məsh çəkmək kifayətdir. 

Məsələ 259: Əgər ayağın üstü nəcis olarsa və  məsh çəkmək üçün onu 

suya çəkə bilməsə, təyəmmüm etməlidir. 



İrtimasi (suya batırmaqla) dəstəmaz 

Məsələ 260: İrtimasi dəstəmaz, insanın üzü və əllərini dəstəmaz məqsə-

dilə suya batırmasına deyilir. Ehtiyata zidd olsa da, zahir budur ki, irtimasi 

olaraq yuyulan əlin rütubəti ilə məsh çəkməyin eybi yoxdur. 

Məsələ 261: İrtimasi dəstəmazda da gərək üz və əllər yuxarıdan aşağıya 

doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, üzü alın 

tərəfdən, əlləri isə dirsək tərəfdən suya batırmalıdır. 

Məsələ262:  Dəstəmaz üzvlərinin bəzisi üçün irtimasi və  bəzisi üçün 

qeyri-irtimasi dəstəmaz almağın eybi yoxdur. 



Dəstəmaz zamanı oxunan müstəhəb dualar 

Məsələ 263:  Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda, belə deməsi 

müstəhəbdir:  



Bismillahi və billahi vəl-həmdulillahil-ləzi cəələl-ma-ə tahura, vələm 

yəc-əlhu nəcisən. 

Ağıza su dolduran (məzməzə edən) vaxt desin: 



Allahummə ləqqini huccəti yəumə əlqakə və ətliq lisani bizikrikə. 

Buruna su alan (istinşaq edən) vaxt desin: 



Allahummə la tuhərrim  əleyyə ri-həl-cənnnəti vəc-əlni mimmən 

yəşummu ri-həha və rəuhəha və ti-bəha. 

Üzü yuyanda desin:  



Allahummə bəyyid vəchi yəumə təsvəddu fihil-vucuhu və la tusəvvid 

vəchi yəumə təbyəddu fihill-vucuh. 

Sağ əli yuyanda desin: 



Allahummə  ə-tini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və 

hasibni hisabən yəsirən. 


 

36

Sol əli yuyanda desin: 



Allahummə la tu-tini kitabi bişimali və la min vəra-i zəhri və la təc-

əlha məğlulətən ila unuqi və ə-uzu bikə min muqəttiatin-niran. 

Başa məsh çəkəndə desin: 



Allahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvikə. 

Ayağa məsh çəkəndə desin: 



Allahummə səbbitni ələs-sirati yəumə təzillu fihil-əqdamu vəc-əl sə-

yi fi ma yurdi-kə ənni ya zəl-cəlali vəl-ikram. 

Dəstəmazın düzgün olma şərtləri 

Dəstəmazın düzgün olmasında lazım olan şərtlər bunlardır: 



1-ci  şərt:  Dəstəmazın suyu pak olmalıdır. Başqa bir nəzərə görə  şəriət 

baxımından pak olsa belə, əti halal olan heyvanın sidiyi, əti halal olan heyva-

nın leşi (ölüsü) və ya yara çırki kimi insanın iyrəndiyi şeylərə qatışıq olma-

malıdır. Bu nəzər ehtiyata uyğundur. 



2-ci şərt: Su saf (mütləq) olmalıdır. 

Məsələ 264: Nəcis olmuş və qarışıq (muzaf) su ilə alınan dəstəmaz batil-

dir. Hətta insan həmin suyun nəcis və ya qarışıq olduğunu bilməsə yaxud 

unutsa belə, eyni hökmü daşıyır. Əgər həmin dəstəmazla namaz qılarsa, na-

mazı yenidən düzgün dəstəmazla qılmalıdır. 



Məsələ 265: Əgər dəstəmaz almaq üçün qarışıq palçıqlı sudan başqa su 

yoxdursa, bu halda namazın vaxtı az olduğu təqdirdə, təyəmmüm etməlidir; 

vaxt varsa, suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu 

duruldub saf su ilə dəstəmaz almalıdır. Amma palçıqlı su o zaman qarışıq su 

adlanır ki, artıq ona su deyilməsin. 

3-cü şərt: Dəstəmaz suyu halal (mübah) olmalıdır. 

Məsələ 266: Qəsb edilmiş və ya sahibinin razı olub-olmadığı bilinməyən 

su ilə dəstəmaz almaq haram və batildir. Əgər dəstəmaz suyu üz və əllərdən 

qəsbi yerə tökülərsə və ya dəstəmaz alınan yer qəsbi olarsa və həmin yerdən 

başqa bir yerdə  dəstəmaz almaq mümkün olmadığı  təqdirdə, insan təyəm-

müm etməlidir.  Əgər o, başqa bir yerdə  dəstəmaz ala bilərsə, həmin yerdə 

dəstəmaz almalıdır. Buna baxmayaraq, hər iki halda günah edib dəstəmaz 

alarsa, dəstəmazı düzgündür. 

Məsələ 267: İnsan mədrəsənin hovuzunun suyunun bütün camaat və 

yaxud yalnız tələbələr üçün vəqf olunduğunu bilmirsə, adətən, camaat həmin 

hovuzun suyundan dəstəmaz alarsa və kimsə bunu qadağan etmirsə, eybi 

yoxdur. 


Məsələ 268: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun 

hamı üçünmü, yoxsa yalnız orada namaz qılanlar üçünmü vəqf edildiyini 

bilməsə, həmin məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma adətən, 



 

37

orada namaz qılmaq istəyən şəxslər də həmin hovuzdan dəstəmaz alırsa və 



bir kimsə bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər. 

Məsələ 269: Mehmanxanaların, kiçik bazarların və bu kimi yerlərin ho-

vuzlarından orada yaşamayan şəxslərin dəstəmaz alması, ancaq orada yaşa-

mayanların onların suyundan dəstəmaz aldığı və bir kimsənin də bunu qada-

ğan etmədiyi təqdirdə düzgündür. 



Məsələ 270: İnsan sahiblərinin razı olduqlarını bilməsə belə, onlardan 

istifadə etməyin caiz olmasına ağıl sahiblərinin nəzər verdiyi arxlarda, istər 

sahibi böyük olsun, istərsə kiçik, dəstəmaz almağın eybi yoxdur. Hətta onla-

rın sahibləri dəstəmaz almağı qadağan etsə, yaxud insan sahibinin razı olma-

dığını bilsə və yaxud da həmin arxın sahibi uşaq və ya dəli olsa da onların 

suyundan istifadə etmək caizdir. 



Məsələ 271: Əgər insan suyun qəsbi olduğunu unudaraq onunla dəstəmaz 

alarsa, düzgündür. Amma suyu özü qəsb etmiş şəxs onun qəsbi olduğunu unu-

dub həmin su ilə dəstəmaz alarsa, dəstəmazın düzgün olması mübahisəlidir. 

Məsələ 272: Şəxsin mülkiyyətində olan dəstəmaz suyu qəsbi qabda olar-

sa və ondan başqa bir qabı da olmasa, əgər suyu həmin qabdan şəriət yolu ilə 

ayrı bir qaba boşalda bilərsə, bu halda onu həmin qaba boşaldaraq dəstəmaz 

almalıdır; bu da mümkün olmasa, təyəmmüm etməlidir. Əgər ayrı bir su var-

sa, onunla dəstəmaz almalıdır. Hər iki təqdirdə, əgər günah edib qəsbi qabda-

kı su ilə dəstəmaz alarsa, dəstəmazı düzgündür. 



Məsələ 273: Bir daşı və ya kərpici qəsbi olan hovuzdan su götürmək, ca-

maatın nəzərində o daşdan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstə-

maz almağın eybi yoxdur. İstifadə sayıldığı təqdirdə isə ondan su götürmək 

haramdır, amma dəstəmazı düzgündür. 



Məsələ 274: İmamlardan(ə) və ya imam övladlarından birinə aid olan yer 

əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz və ya bulaq düzəldilərsə, insan 

həmin məkanın (imamlara aid olan) yerinin qəbiristanlıq üçün vəqf edildiyini 

bilməsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi yoxdur. 



4-cü şərt: Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak olmalıdır. 

Məsələ 275: Dəstəmaz qurtarmazdan əvvəl yuduğu və ya məsh çəkdiyi 

bir yer nəcisə bulaşarsa, dəstəmaz düzgündür. 



Məsələ 276: Bədənin dəstəmaz üzvlərindən başqa bir yer nəcisə bulaşar-

sa, dəstəmaz düzgündür. Amma sidik və qaitin çıxacağı yuyulmayıbsa,  əv-

vəlcə oranı paklamaq, sonra isə dəstəmaz almaq müstəhəb ehtiyatdır. 

Məsələ 277: Dəstəmaz üzvlərindən biri nəcisə bulaşarsa və dəstəmaz al-

dıqdan sonra dəstəmazdan əvvəl oranı pak edib-etmədiyinə şəkk edərsə, dəs-

təmazı düzgündür. Amma nəcisə bulaşmış yeri suya çəkib paklamalıdır. 

Məsələ 278: Üzündə və ya qollarında qanaxması dayanmayan və suyun 

zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, tərtiblə o üzvün sağlam 

yerlərini yuduqdan sonra kəsik və ya yara yeri kür və ya axar suya salıb qanı 

kəsilənə  qədər sıxmalı  və onun üzərindən su axması üçün suyun altında 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə