Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə2/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   ...   181

 

6

həmçinin məscid və hüseyniyyələr kimi mədəniyyət abidələrinin təmir və 



inşasını qeyd etmək olar. Ustadın 1996-2001-ci illər ərzində Hüccətül-İslam 

Şeyx Məhəmməd Əli Mosulinin rəhbərliyi ilə Azərbaycanda da dəftərxanası 

fəaliyyət göstərmişdir. 2001-ci ildən etibarən fəaliyyət sahəsinin genişlənmə-

si ilə əlaqdədar olaraq dəftərxana Bakıdan Rusiyanın paytaxtı Moskva şəhə-

rinə köçmüşdür. Hüccətül-İslam  Şeyx Məhəmməd  Əli Mosuli Ustadın tam 

səlahiyyətli vəkili olaraq həm Azərbaycanda, həm də Rusiya Federasiyasın-

da dini mərasimlərin təşkil olunması və mötəbər İslami mətnlərin azərbaycan 

və rus dillərinə  tərcümə olunaraq müsəlmanların istifadəsinə verilməsində 

yardımçı olmuşdur. O, hal-hazırda da Ustadın Rusiya Federasiyası, Azərbay-

can, Çin, Ukrayna, Belarusiya və Gürcüstan üzrə tam səlahiyyətli vəkili 

olaraq fəaliyyət göstərməkdədir.   

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani elmi tədqiqatları ilə digər 

görkəmli fəqihlər kimi İslam aləminə dəyərli elmi əsərlər bəxş etmişdir. Hə-

min əsərlər bunlardır; “Şərhi Urvətul-vusqa”, “Əl-buhusul-usuliyyə”, “Kita-

bul-qəza”, “Kitabul-bey-i vəl-xiyarat”, “Risalətun fi libasil-məşkuki fihi”, 

“Risalətun fi qaidətil-yəd”, “Risalətun fi salatil-musafir”, “Risalətun fi qaidə-

tit-tucarə vəl-fəraq”, “Risalətun fil-qiblə”, “Risalətun fit-təqiyyə”, “Risalətun 

fi qaidətil-ilzam”, “Risalətun fil-ictihadi vət-təqlid”, “Risalətun fi qaidəti la 

darara və və la dirar”, “Risalətun fir-riya”, “Risalətun fi hucciyyəti mərasili 

İbni Əbu Umeyr”, “Risalətun fi təhsilil-əsanid lil-Ərdəbili”, “Şərhu məşixə-

tit-təhzib”, “Risalətun fi məsalikil-qudəma fi hucciyyətil-əxbar”, “Risalətun 

fi qaidətil-qura”, “Risalətun fi siyanətil-kitabil-əzizi  ənit-təhrif”, “Risalətun 

fi tarixi tədvinil-hədisi fil-İslam”, “Risalətun fi təhqiqi nisbəti kitabul-iləli 

Fəzl ibni Şazan”, “Əl-fəvaiudul-ğərəviyyə”, “Əl-fəvaidul-fiqhiyyə”, “Şərhu 

məşixətil-fəqih”, “Risalətun fi hukmi ma iza iztələfəl-muctə-hidanil-mutəsa-

viyani fil-fətva”, “Tə-liqətun ələl-urvətil-vusqa”, “Risalətun fi ixtilafil-afaqi 

fi ruyətil-hilal”, “Məsailul-muntəxəbə”, “Minhacus-salihin” və “Tovzihul-

məsail”. 

Qarşınızdakı “Tovzihul-məsail” (İzahlı  şəriət məsələləri) kitabı Ayətul-

lah-Uzma Seyid Əli Sistani cənablarının bütün fətvalarını  əhatə etməsə  də, 

ən mühüm məsələləri izah edən mükəmməl bir kitabdır. 

 

 

 

 

 

 

 

 

 



 

7

Təqlidin hökmləri 

 

Məsələ 1:  Hər bir müsəlmanın üsuli-dinə olan əqidəsi bəsirət və  dəlil 

əsasında olmalıdır.  İnsan üsuli-dində  təqlid edə bilməz. Belə ki, o, üsuli-

dində hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul 

edə bilməz. Amma İslamın əqidə əsaslarına yəqini olan şəxs onları dilə gəti-

rərsə  və bu əqidəsi bəsirət  əsasında olmasa belə, həmin  şəxs müsəlman və 

mömin sayılır, bütün İslam və iman hökmləri ona da aid edilir. Müsəlman di-

nin zəruri və qəti olmayan hökmlərində ya müctehid olub dəlillərdən nəticə 

çıxara bilməli, ya bir müctehidə təqlid etməli, ya da öz vəzifəsini yerinə yeti-

rərkən yəqin edəcək bir şəkildə ehtiyata əməl etməlidir. Məsələn, müctehid-

lərdən bəzisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söy-

ləyərlərsə, həmin şəxs, o əməli etməməlidir. Əgər müctehidlərdən bəzisi bir 

əməlin vacib, digərləri isə müstəhəb olduğunu söyləyərlərsə, o, həmin əməli 

etməlidir. Bu halda müctehid olmayanlara və ehtiyata əməl  edə bilməyənlə-

rə, bir müctehidə təqlid etmələri vacibdir. 



Məsələ 2: Hökmlərdə təqlid, müctehidin sözlərinə əməl etməkdir. Təqlid 

edilən müctehid kişi, yetkinlik yaşına (həddi-buluğa) çatmış, ağıllı, halal-

zadə, on iki imam(ə) şiəsi, diri və adil olmalıdır. Adil – ona vacib olan işləri 

yerinə yetirib, haram əməllərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı 

olması onun ədalətli olmasının göstəricisidir; belə ki, onunla bir məntəqədə 

yaşayanlardan, qonşularından yaxud da onunla yaxın təmasda olanlardan 

onun barəsində soruşsalar, həmin şəxsin yaxşı insan olduğunu təsdiq etməli-

dirlər. Ehtiyac duyulan yerdə  və ümumi məsələlərdə müctehidlər arasında 

fətva müxtəlifliyi olarsa, bu halda insanın təqlid etdiyi müctehid ələm (daha 

elmli) olmalıdır. Ələm müctehid, Allahın hökmlərini dərk etməkdə zəmanə-

sinin müctehidlərinin hamısından daha bilikli olmalıdır. 

Məsələ 3: Müctehidi və daha elmli müctehidi üç yolla tanımaq olar: 

1. İnsanın özü yəqin etsin; məsələn: insanın özü elm əhli olub müctehidi 

və daha elmli müctehidi tanıya bilsin. 

2. Müctehidi və daha elmli müctehidi taniyan iki ədalətli alim bir şəxsin 

müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin; amma bir şərtlə 

ki, onların təsdiqi başqa iki ədalətli alimin sözu ilə ziddiyyət təşkil etməsin. 

Bir şəxsin müctehid və ya daha elmli müctehid olması elm əhli olan və insa-

nın sözünə etimad etdiyi bir şəxsin sözü ilə də sübuta yetir. 

3.  İnsan  əqlin qəbul etdiyi yolla bir şəxsin müctehid və ya daha elmli 

müctehid olduğuna əmin olsun. Məsələn, müctehidi yaxud daha elmli mücte-

hidi tanıya bilən və sözlərindən əminlik əldə edilən bir dəstə elm əhli bir şəx-

sin müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin.  



Məsələ 4: Əgər aralarında ələm və qeyri-ələm olduğu bilinən iki və ya 

daha çox müctehidin ehtiyac duyulan və ümumi məslələrdə ixtilaflı fətvaları 

olduğu bilinərsə  və  ələmi tanımaq mümkün olmasa, mükəlləf ehtiyata əsa-



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə