Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə3/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   ...   181

 

8

sən, onların fətvaları arasında ehtiyat etməlidir.  Əgər ehtiyata əməl etmək 



mümkün olmasa, digər müctehidlərdən ələm olduğu ehtimal olunan müctehi-

din fətvasına əməl etməlidir. Əgər hər ikisinin ələmliyi eyni səviyyədə oldu-

ğuna ehtimal verərsə, onlardan birinin fətvasına əməl edə bilər.  

Məsələ 5: Müctehidin fətvasını əldə etməyin dörd yolu vardır: 

1. Müctehidin özündən eşitmək. 

2. Müctehidin fətvasını nəql edən iki ədalətli şəxsdən eşitmək. 

3. İnanılmış bir şəxsdən eşitmək. 

4. Müctehidə aid edilən və düzlüyünə əmin olunmuş risalədə görmək. 

Məsələ 6: İnsan müctehidin fətvasının dəyişdiyinə əmin olmayana qədər 

onun risaləsində göstərilmiş fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdi-

yinə ehtimal edərsə, axtarış aparması lazım deyildir. 

Məsələ 7: Ələm müctehidin verdiyi bir məsələdə o müctehidin müqəllidi 

(yəni, ona təqlid edən  şəxs) başqa müctehidin fətvasına  əməl edə bilməz. 

Amma ələm müctehid həmin məsələdə fətva verməsə və “ehtiyat belə əməl 

etməkdir” – deyərsə, məsələn, “ehtiyata əsasən insan namazın birinci və 

ikinci rükətində “Həmd” – surəsini oxuduqdan sonra bir “surə” tam oxuma-

lıdır” deyərsə, ona təqlid edən  şəxs ya “vacib ehtiyat” adlı ehtiyata əməl 

etməli, ya da daha elmli bir müctehidin fətvasına əməl etməlidir. Bu zaman 

əgər həmin müctehid də “Həmd” – surəsini yetərli hesab edərsə, müqəllid 

surəni tərk edə bilər. Əgər daha elmli müctehid bir məsələnin “düşünülməli” 

və yaxud “mübahisəli” olduğunu deyərsə, bu da eyni hökmü daşıyır.  



Məsələ 8: Ələm müctehid bir məsələdə fətva verdikdən sonra və fətva 

verməzdən əvvəl, o məsələdə ehtiyat bir hökmü açıqlayarsa, məsələn, nəcis 

bir qab kür suda bir dəfə yuyularsa pak olar, amma ehtiyat odur ki, üç dəfə 

yuyulsun – deyərsə, onun müqəllidi bu ehtiyatı tərk edə bilər və buna müstə-

həb ehtiyat deyilir. 

Məsələ 9: Əgər insanın təqlid etdiyi müctehid dünyasını dəyişərsə, onun 

hökmü vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna əsasən, əgər o, diri 

olan müctehiddən daha elmli olarsa, ehtiyac duyulan məsələlərdə fətva fərq-

ləri olsa belə  vəfat etmiş müctehidə  təqlidi davam etdirə bilər. Amma diri 

müctehid ondan daha elmli olarsa, təqlidini dəyişərək diri müctehidə təqlid 

etməlidir. Əgər onların arasında hansı birinin daha elmli olması müəyyənləş-

məsə yaxud hər ikisi elmdə bərabər olsalar, daha təqvalı olduğu sübuta ye-

tən, yəni, fətva məqamında daha çox ehtiyat edən müctehidə  təqlid etmək 

lazımdır. Əgər bunu da isbat etmək mümkün olmazsa, öz əməlini onlardan 

birinin fətvasına uyğun yerinə yetirə bilər. Amma namazı bütöv yaxud qəsr 

qılmaq kimi ixtilaflı hallarda vəzifəsi barədə ümumi məlumatı  və ya dəlili 

olarsa, vacib ehtiyata əsasən, hər iki fətvaya riayət etməlidir. Məsələnin 

əvvəlində qeyd olunan təqliddən  əsas məqsəd, müctehidin fətvasına  əməl 

etmək deyil,  təqlid edən şəxs üçün müəyyən bir müctehidin fətvalarına əməl 

etməkdə iltizamlı olmasından ibarətdir. 



 

9

Məsələ 10: Əgər mükəlləf bir məsələdə bir müctehidin fətvasına  əməl 

edərsə, onun ölümündən sonra eyni məsələdə diri müctehidin fətvasına əməl 

etdiyi təqdirdə artıq həmin məsələni ölən müctehidin fətvasına uyğun yerinə 

yetirə bilməz. 

Məsələ 11: İnsanın eytiyac duyduğu məsələni öyrənməsi vacibdir. 

Məsələ 12: İnsan hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşarsa, ya ehti-

yata  əməl etməli, ya da qeyd edilmiş  şərtlərə  əsasən bir müctehidə  təqlid 

etməlidir. Amma həmin məsələdə müctehidinin fətvasını öyrənmək mümkün 

olmasa, daha elmli olmayan müctehidə təqlid edə bilər. Belə ki, o, daha elmli 

müctehiddən sonra elmli müctehid sayılan şəxsə təqlid edə bilər. 

Məsələ 13: Əgər bir şəxs müctehidin fətvasını başqa bir şəxsə söylədiyi 

zaman həmin müctehidin fətvası dəyişərsə, ona müctehidin fətvasını dəyişdi-

yini xəbər verməyə ehtiyac yoxdur. Amma fətvanı söylədikdən sonra səhv 

etdiyini başa düşərsə və eyni zamanda fətvanı səhv deməsi o şəxsin şəri vəzi-

fəsinə əks əməl etməsilə nəticələnərsə, vacib ehtiyata əsasən, imkan daxilin-

də həmin səhvi aradan qaldırmalıdır. 



Məsələ 14: Mükəlləf bir müddət əməllərini təqlidsiz yerinə yetirdikdən 

sonra müctehidə təqlid edərsə və əgər həmin müctehid də onun təqlidsiz et-

diyi bu əməllərin düzlüyünə hökm verərsə,  əməlləri düzgündür. Əks 

təq-dirdə, həmin əməllər batil hökmünü daşıyır. 



 

Təharətin (paklığın) hökmləri 

Saf və qarışıq su 

        

Məsələ 15: Su ya saf (mütləq) ya da qarışıq (muzaf) olur. Qarpız və gül 

suyu (gülab) kimi bir maddədən alınan su ilə, yaxud su deyilməyəcək şəkildə 

gil və bu kimi bir maddəyə qatqılı olan suya “qarışıq su” deyilir. Bunlardan 

başqa bütün sular saf sudur. Saf su beş qismə bölünür: 



1. Kür su. 

2. Az su. 

3. Axar su. 

4. Yağış suyu. 

5. Quyu suyu. 

 

1. Kür su 

      

Məsələ 16: Məşhur rəyə əsasən, kür su – uzunluğu, genişliyi və dərinli-

yindən hər biri üç qarış yarım olan bir qabı dolduracaq miqdardakı sudur. 

Başqa sözlə desək, həmin qabın miqdarı 42 qarış və bir qarışın 7/8 – i qədər 

olmalıdır. Amma zahirə əsasən, 36 qarış olsa da kifayət edər. Kür suyu miq-

darının ağırlıq baxımından müəyyən olunması mübahisəlidir.  



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə