Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə4/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   ...   181

 

10

Məsələ 17: Əgər sidik və qan kimi nəcisin özü və yaxud paltar kimi nə-

cis olmuş bir əşya kür suya düşərsə, həmin suyun qoxusu, ya rəngi, ya da da-

dı dəyişərsə, həmin su nəcis olar. Əgər suyun qoxusu, rəngi ya da dadı dəyiş-

məsə, həmin su nəcis olmaz. 

Məsələ 18: Əgər kür suyun qoxusu ya rəngi və ya dadı nəcasətdən başqa 

bir şeylə dəyişərsə, nəcis olmaz. 



Məsələ 19: Əgər kür sudan artıq olan bir suyun bir hissəsinin qoxusu, ya 

rəngi və ya dadı qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən his-

səsi kür miqdarından az olarsa, suyun hamısı  nəcis olar. Əgər dəyişməyən 

hissə kür miqdarında və ya daha artıq olarsa, yalnız qoxusu, rəngi və ya dadı 

dəyişən hissə nəcis, qalan hissə isə pakdır. 

Məsələ 20: Fəvvarə suyu kür suya birləşərsə, nəcis suyu pak edər. 

Amma nəcis suyun üzərinə damlalarla tökülərsə, onu pak etməz. Lakin fəv-

varənin üzərinə  nəcis suya qovuşarsa, onu pak edər. Amma yaxşı olar ki, 

fəvvarənin suyu nəcis su ilə qarışsın. 



Məsələ 21: Əgər kür suya birləşən krantın altında yuyulan nəcis bir 

əşyadan süzülən su, əgər kür suya birləşib nəcasətin qoxusu, rəngi və ya 

dadını almamışdırsa və nəcasətin özü də onda olmasa, pakdır. 

Məsələ 22: Əgər kür suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də 

kür miqdarında olmasa ona nəcis dəydiyi təqdirdə  nəcis olar və buzdan 

əriyib su olan hissə də nəcisdir.  

Məsələ 23: Əgər insan kür su miqdarında olan suyun bu miqdardan aza-

lıb-azalmadığına  şəkk edərsə, kür su hökmündədir. Belə ki, bu su nəcasəti 

pak edər və ona nəcasət toxunsa da (qoxusu, rəngi və ya dadı  dəyişmədiyi 

təqdirdə) nəcis olmaz. Əgər insan kürdən az olan suyun kür həddinə çatıb-

çatmadığına şəkk edərsə, kür su hökmünü daşımaz, yəni az su hökmündədir. 

Məsələ 24: Kür su iki yolla sübut olunur: 

1. İnsanın bir suyun kür olduğuna yəqini və ya əminliyi olsun.  

2. İki ədalətli şəxs suyun kür olduğunu xəbər versinlər. Amma bir nəfər 

ədalətli yaxud etimadlı ya da kür suya sahib olan bir şəxsin xəbər verməsi 

əminlik yaratmazsa, ona əsaslanmaq mübahisəlidir. 

 

2. Az su 

Məsələ 25: Kür su miqdarından az olan və yerdən qaynayıb çıxmayan 

suya, az su deyilir. 



Məsələ 26: Az suya nəcis bir şey toxunarsa və ya onun üzərinə nəcis bir 

şey tökülərsə, həmin su nəcis olar. Amma az su yuxarıdan axıb nəcis şeyə 

toxunduqda, həmin suyun nəcisə toxunmuş miqdarı nəcis, toxunmamış miq-

darı isə pakdır. 



Məsələ 27: Eyni nəcisi (nəcisin özünü) aradan qaldırıb əşyanı pak etmək 

üçün həmin nəcis əşyanın üzərinə tökülərək ondan ayrılan az su nəcis hök-

mündədir. Vacib ehtiyata əsasən, eyni nəcisi aradan qaldırıb əşyanı pak et-



 

11

mək məqsədilə həmin nəcis əşyanı suya çəkmək üçün onun üzərinə tökülə-



rək ayrılan su da nəcis hökmündədir. 

Məsəslə 28: Sidik və qaitin çıxacağından ayrılan az su beş şərtlə toxun-

duğu ayrı bir şeyi nəcis etməz: 



1. Nəcisin qoxusu, rəngi və ya dadını almasın. 

2. Kənardan başqa bir nəcis ona toxunmasın. 

3. Sidik və qaitlə birlikdə başqa bir nəcasət gəlməsin. 

4. Suyun içərisində qait zərrələri görünməsin.  

5. Qaitin çıxacağının ətrafı adi həddən artıq bulaşmasın. 

 

3. Axar su 

Çeşmə və kanal kimi yerdən qaynayaraq axan sulara, axar su deyilir. 



Məsələ 29: Axar su kür miqdarından az olsa belə, nəcisə toxunduğu za-

man qoxusu, rəngi və dadı dəyişməyincə pakdır. 



Məsələ 30: Əgər axar suya nəcis toxunaraq onun bir hissəsinin qoxusu-

nu, rəngini və ya dadını dəyişərsə, amma qalan hissəsi dəyişmədən qalarsa, 

dəyişən hissə  nəcis olar. Dəyişməyən hissənin çeşməyə birləşən qismi kür 

sudan az olsa belə pakdır. Onun digər hissəsinin dəyişməyən suları isə, kür 

miqdarında olduqda və ya dəyişməyən su vasitəsilə çeşməyə birləşərsə, pak-

dır. Əks təqdirdə isə nəcisdir. 



Məsələ 31: Durğun olan və suyundan bir miqdar götürdükdə təkrar qay-

nayan bulaq, axar su hökmündə deyildir. Belə ki, kürdən az olduğu təqdirdə 

ona nəcasət toxunarsa, həmin su nəcis olar. 

Məsələ 32: Arxın kənarında toplanmış və axar suya birləşən durğun su

axar su hökmündə deyildir. 



Məsələ 33:  Qışda qaynayıb yayda qaynamayan bulaq, yalnız qaynadığı 

zaman axar su hökmünü daşıyır. 



Məsələ 34: Kürdən az olan hamamın su mənbəyi kür miqdarına yetişən 

bir çənə birləşərsə həmin suya nəcasət toxunduğu zaman onun qoxusu, rəngi 

və ya dadı dəyişməzsə, nəcis olmaz. 

Məsələ 35: Hamamların və binaların krant və duşlarından boru ilə axan 

sular, qidalandığı mənbənin suyu ilə birgə kür miqdarında olarsa, həmin su 

kür hökmündədir. 

Məsələ 36: Yerin üzərində axan, lakin yerdən qaynamayan su kürdən az 

olarsa, ona nəcis toxunduğu təqdirdə nəcis olar. Amma yuxarıdan axarsa və 

nəcasət də ona aşağı hissədən toxunarsa, yuxarı hissəsi nəcis olmaz. 

 

4. Yağış suyu 



Məsələ 37: Eyni nəcisə toxunmaqla nəcis olmuş bir əşyanın üzərinə bir 

dəfə yağış yağarsa, həmin əşya pak olar. Lakin sidik ilə nəcis olan bədən və 




 

12

paltara isə – vacib ehtiyata əsasən – iki dəfə yağış yağması lazımdır. Xalça, 



paltar və bu kimi əşyaları sıxmaq lazım deyildir. Əlbəttə, iki- üç damcı yağı-

şın faydası yoxdur. Əksinə, yağış elə yağmalıdır ki, “yağış yağır” – deyilsin. 



Məsələ 38: Əgər eyni nəcisin  üzərinə yağan yağış başqa bir yerə sıçra-

yarsa, eyni nəcisin özü onunla birlikdə sıçramazsa və onun qoxusunu, rəngi-

ni və ya dadını almamışsa, pakdır. Əgər yağış qanın üzərinə yağaraq sıçra-

yarsa və onda qan zərrəcikləri olarsa, nəcis sayılar. 



Məsələ 39: Binanın tavanı və ya damında olan eyni nəcisin üzərinə yağış 

yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tö-

külən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nə-

cisə dəydiyi bilinərsə, nəcisdir. 



Məsələ 40: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış yerdə 

axmağa başlayıb yağmağa davam etdiyi ərəfədə tavanın altındakı nəcis yerə 

yetişərsə, oranı da pak edər. 

Məsələ 41: Yağış suyu nəcisə bulaşmış torpağın hər yerini əhatə edərsə, 

nəcis torpaq paklanar; bir şərtlə ki, suyun torpağa toxunması ilə qarışıq su 

olması məlum olmasın. 

Məsələ 42: Bir yerdə toplanmış yağış suyu, kür miqdarından az olsa 

belə, yağış yağdığı müddətdə kür su hökmündədir və  əgər nəcis bir əşya 

onun içərisində yuyularsa, o su nəcasətin qoxu, rəng və dadını almasa, həmin 

nəcis əşya pak olar. 



Məsələ 43: Nəcis yerə sərilmiş pak bir xalçanın üzərinə yağan yağış xal-

çadan yerə keçərsə, xalça nəcis olmaz və yer də paklanar. 

 

5. Quyu suyu 

Məsələ 44: Yerdən qaynayan quyu suyu kürdən az olsa belə, nəcasət ona 

toxunduqda qoxusu, rəngi və ya dadı dəyişməsə, pakdır. 



Məsələ 45: Quyu suyuna nəcis bir əşya düşərək onun qoxusunu, rəngini 

və ya dadını  dəyişərsə, oranın suyunun bu dəyişikliyi aradan qalxdıqdan 

sonra həmin su pak olar. Amma vacib ehtiyata əsasən, oranın suyunun pak-

lanması üçün həmin suya yerdən qaynayan quyu suyu qarışmalıdır. 



Suların hökmləri 

Məsələ 46: 15-ci məsələdə  mənası açıqlanan qarışıq sular nəcis bir 

əşyanı pak etmir və həmin sularla dəstəmaz almaq və ya qüsl etmək batildir. 



Məsələ 47: Qarışıq su kür həddində olsa belə, ona bir zərrə nəcis toxu-

narsa, həmin su nəcis olar. Amma qarışıq su yuxarıdan nəcis bir əşyanın üzə-

rinə tökülərsə, nəcisə toxunan hissə  nəcis, qalan hissə isə pakdır. Məsələn, 

gül suyu öz qabından nəcis  əlin üzərinə tökülərsə,  ələ toxunan hissə  nəcis, 

toxunmayan hissə isə pakdır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə