Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə5/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   ...   181

 

13

Məsələ 48: Nəcis olan qarışıq su, kür və ya axar suya, artıq ona qarışıq 

su deyilməyəcək şəkildə qarışarsa, pak olar. 

Məsələ 49: Saf suya sonradan nə isə qatılması məlum olmasa, həmin su saf 

hökmündədir. Belə ki, bu su, nəcis əşyanı paklayar və onunla dəstəmaz almaq 

və ya qüsl etmək düzgündür. Amma qarışıq suyun sonradan saf su olub-

olmadığı məlum olmasa, həmin su qarışıq hökmündədir. Belə ki, bu su, nəcis 

əşyanı pak etməz və onunla dəstəmaz almaq və ya qüsl etmək də batildir. 

Məsələ 50: Saf və ya qarışıq olması bilinməyən və öncədən də saf və ya 

qarışıq olması məlum olmayan su, nəcisi pak etməz və onunla dəstəmaz al-

maq və ya qüsl etmək batildir. Əgər bu su kürdən az olarsa ona nəcis toxun-

duqda, nəcis olar və əgər kür miqdarında və ya ondan çox olarsa, vacib eh-

tiyata əsasən, yenə də nəcis hökmündədir. 

Məsələ 51: Qan və sidik kimi nəcisin toxunması ilə suyun qoxusu, rəngi 

və ya dadı dəyişərsə, həmin su kür və ya axar su olsa belə nəcis olar. Hətta 

suyun qoxusu, rəngi və ya dadı onun kənarındakı nəcis bir şeylə dəyişərsə, 

misal üçün; suyun yaxınlığındakı  nəcis bir şey onun iyini götürübsə, vacib 

ehtiyata əsasən, həmin su nəcis olar. 

Məsələ 52: Qan və sidik kimi nəcisin tökülməsi ilə qoxusu, rəngi və ya 

dadı dəyişən su, kür və ya axar suya birləşərsə, yaxud onun üzərinə yağış ya-

ğarsa, yaxud külək yağışı onun üzərinə çiləyərsə və yaxud yağış suyu yağış 

halında novalçadan onun üzərinə tökülərsə, bütün bu hallarda onun dəyişik-

liyi aradan qalxarsa, həmin su pak olar. Amma daha güclü rəyə görə, yağış 

yaxud kür ya da axar suyun həmin su ilə qarışması lazımdır. 



Məsələ 53: Nəcis bir əşyanı kür və ya axar suda yuyarlarsa, yuyulduq-

dan sonra ondan tökülən su pakdır. 



Məsələ 54: Pak olan suyun sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. 

Nəcis olan bir suyun da sonradan pak olub-olmadığı bilinməzsə, nəcisdir. 



Məsələ 55: İtin, donuzun və kitab əhli olmayan kafirin artığı  nəcisdir, 

onu yemək haramdır. Kitab əhli olan kafirin də artığı ehtiyata əsasən nəcisdir 

və onu yemək haramdır.  Əti haram olan heyvanların artığı pakdır, amma 

pişikdən başqa digər əti yeyilməyən heyvanların artığını yemək məkruhdur. 



Ayaqyoluna (Təxəlliyə) getməyin hökmləri 

 

Məsələ 56: İstər ayaqyolunda, istər də digər vaxtlarda insana vacibdir ki

öz övrətini (cinsiyyət üzvünü) yetkinlik yaşına çatmış  şəxslərdən, ana və 

bacı kimi məhrəmlərdən, dəlidən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. 

Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmələri vacib deyildir. 



Məsələ 57: Övrəti xüsusi bir əşya ilə örtmək lazım deyildir, məsələn, 

onu öz əli ilə örtərsə kifayət edər. 




 

14

Məsələ 58: Vacib ehtiyata əsasən, ayaqyolunda bədənin ön tərəfini, yəni 

qarın və sinəni üzü qibləyə tutmaq və ya arxası qibləyə oturmaq olmaz. 

Məsələ 59: Ayaqyolunda bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə 

olan şəxs, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Əgər bədəninin 

ön və arxa tərəfi doğru olmasa, müstəhəb ehtiyat odur ki, övrətini üzü və 

arxası qibləyə çevirməsin. 



Məsələ 60: Müstəhəb ehtiyata görə, sidik və ya qaitin çıxacağını yuyar-

kən bədənin ön tərəfi – hökmləri sonradan deyiləcək – istibra zamanı üzü və 

ya arxası qibləyə tərəf olmasın. 

Məsələ 61: Əgər naməhrəmin onu görməməsi üçün üzü və ya arxası qib-

ləyə oturmağa məcburdursa, vacib ehtiyata əsasən, arxası qibləyə tərəf otur-

malıdır. Əgər bu mümkün deyilsə, önü qibləyə tuşlanacaq şəkildə oturmalı-

dır. Yenə başqa səbəbdən, ön və ya arxası qibləyə tərəf oturmaq məcburiyyə-

tində qalarsa, hökm eynidir. 

Məsələ 62: Müstəhəb ehtiyata əsasən, uşağı ayaqyolunda üzü və ya ar-

xası qibləyə  tərəf oturtmasınlar. Amma uşaq özü oturarsa, qarşısını almaq 

vacib deyildir. 

Məsələ 63: Dörd yerdə təxəlli haramdır: 

1. Sahibi icazə verməyən dalanlarda. Eyni zamanda piyadalara zərər verə 

biləcək təqdirdə, ümumi yol və küçələrdə. 

2. Ayaqyoluna getməyə icazə verməyən şəxsin mülkündə. 

3. Bəzi mədrəsələr kimi, xüsusi bir qrup üçün vəqf olunmuş yerlərdə. 

4. Mömin şəxsin məzarı üzərində. Bu işi görmək ona hörmətsizlik sayıl-

sa da, sayılmasa da haramdır. Din və məzhəb müqəddəslərinin məzarı da ey-

ni hökmü daşıyır. 



Məsələ 64: Üç halda qaitin çıxacağını yalnız su ilə pak etmək olar: 

1. Qaitlə birgə qan kimi ayrı bir nəcis ifraz olarsa. 

2. Qaitin çıxacağına kənardan nəcis bir şey toxunarsa. Qadınlarda qaitin 

çıxacağına sidik dəyərsə, bu hal, istisnadır. 

3. Qaitin çıxacağının kənarı normadan artıq bulaşarsa. 

Bu üç haldan başqa bütün hallarda, qaitin çıxacağını həm su ilə yumaq

həm də – az sonra deyiləcəyi kimi – parça, daş və buna bənzər əşyalarla tə-

mizləmək olar. Lakin su ilə yumaq daha yaxşıdır. 



Məsələ 65: Sidiyin çıxacağı yalnız su ilə paklanır. Kür və axar su ilə, 

sidiyi çıxardıqdan sonra bir dəfə yumaq kifayətdir. Amma az su ilə iki dəfə 

yumaq müstəhəb ehtiyatdır, üç dəfə yumaq isə daha yaxşıdır. 

Məsələ 66: Qaitin çıxacağı su ilə yuyularkən orada qait qalmamalıdır. 

Amma onun rəngi və qoxusunun qalmasının eybi yoxdur. Birinci dəfə yuyul-

duqda, orada qaitdən azacıq belə qalmasa, ikinci dəfə yumağa ehtiyac yoxdur. 

Məsələ 67: Qaitin çıxacağını daş, kəsək və ya parça ilə bir dəfə silməklə 

tamamilə təmizlənərsə, kifayətdir. Amma üç dəfə silmək – üç ayrı parça ilə 

olsa belə – daha yaxşıdır. Lakin üç dəfə silməklə təmizlənməzsə, əlavə daş-



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə