Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə6/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   ...   181

 

15

dan, kəsəkdən və ya parçadan istifadə etmək lazımdır. Adətən yalnız su vasi-



təsilə təmizlənə biləcək zərrələr qalarsa, eybi yoxdur.  

Məsələ 68: Allahın və peyğəmbərlərin adları yazılmış kağız kimi 

ehtiramı vacib olan əşyalarla qaitin çıxacağını təmizləmək haramdır. Qaitin 

məxrəcini sümük və təzəklə təmizləməyin eybi yoxdur. 

Məsələ 69: Sidiyin və qaitin məxrəcini paklayıb-paklamadığına  şəkk 

edən şəxs, adətən sidik və qaitdən sonra dərhal özünü pak etmiş olsa da, özü-

nü təmizləməsi lazımdır. 

Məsələ 70: Əgər namazdan sonra bir şəxs namazdan əvvəl sidik və qai-

tin məxrəcini paklayıb-paklamadığına şəkk edərsə, qıldığı namaz düzgündür. 

Lakin sonrakı namazlar üçün özünü pak etməlidir. 

İstibra (sidik kanalının təmizlənməsi) 

Məsələ 71: İstibra, kişilərin sidiyə getdikdən sonra sidiyin kanalda qal-

mamasına əmin olmaları üçün etdikləri müstəhəb bir əməldir. İstibra bir neçə 

növdür; onların ən yaxşısı budur ki, sidik kəsildikdən sonra əgər qaitin çıxa-

cağı bulaşıbsa, ilk növbədə ora təmizlənərək paklanmalıdır. Sonra üç dəfə 

sol əlin orta barmağı ilə qaitin çıxacağından alətin dibinə qədər çəkməli, da-

ha sonra baş barmağı cinsi alətin üzərinə, onun yanındakı barmağı isə cinsi 

alətin altına qoyaraq üç dəfə dəllək kəsənə qədər sıxaraq çəkməlidir. Ondan 

sonra isə cinsi alətin başını üç dəfə sıxmaq lazımdır. 



Məsələ 72: Mazaqlaşandan sonra bəzən insandan gələn “məzi” adlı rütu-

bət pakdır. Eyni zamanda sperma gələndən sonra xaric olan “vəzi” və sidik-

dən sonra gələn “vədi” adlı rütubət də – əgər sidik ona qarışmayıbsa – pak-

dır. Əgər insan sidiyə getdikdən sonra istibra etsə və sonra ondan rütubət xa-

ric olaraq sidik və ya bu üç rütubətdən birinin olmasına şəkk edərsə, pakdır. 

Məsələ 73: Əgər insan istibra edib-etməməsinə dair şəkk etsə və ondan 

bir rütubət xaric olsa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və al-

dığı  dəstəmaz da batildir. Amma etdiyi istibranın düzgün olub-olmadığına 

şəkk edərsə, bu zaman ondan xaric olan rütubətin pak olub-olmadığını bil-

mirsə, pakdır və dəstəmazı da düzgündür. 

Məsələ 74: İstibra etməyən şəxs sidiyə getdiyi vaxtdan bir müddət sonra 

sidik kanalında sidiyin qalmamasına  əmin olarsa və sonra rütubət görüb 

onun pak olub-olmamasına  şəkk edərsə, bu rütubət pakdır və  dəstəmazı da 

batil etmir. 



Məsələ 75: Əgər insan sidiyə getdikdən sonra istibra edib dəstəmaz alar-

sa və dəstəmazdan sonra özündən bir rütubətin xaric olduğunu görüb, onun 

sidik və ya sperma olduğunu bilsə, vacib ehtiyata əsasən, həm qüsl etməli, 

həm də dəstəmaz almalıdır. Amma dəstəmaz almamışdırsa, yalnız dəstəmaz 

alması kifayətdir. 



 

16

Məsələ 76: Qadın üçün sidik istibrası yoxdur. Əgər özündə rütubət gö-

rərsə və onun sidik olub-olmamasına şəkk etsə, pakdır, qüsl və dəstəmazını 

da batil etməz. 



Ayaqyolunda müstəhəb (bəyənilən) və məkruh 

(bəyənilməyən) əməllər 

Məsələ 77: İnsanın ayaqyoluna gedərkən kimsənin onu görə bilmədiyi 

yerdə oturması müstəhəbdir. Ayaqyoluna sol ayaqla girmək, çıxanda isə sağ 

ayaqla çıxmaq, habelə sidiyə  və ya böyük bayıra gedərkən başı örtmək və 

bədənin ağırlığını sol ayağa salmaq müstəhəbdir. 



Məsələ 78: Ayaqyolunda günəşlə  və ayla üzbəüz oturmaq məkruhdur. 

Amma övrətini bir əşya ilə örtərsə, məkruh deyildir. Eyni zamanda ayaqyo-

luna külək qabağında, yollarda, prospektlərdə, küçələrdə, evin qapısı önündə 

və meyvə ağaclarının altında oturmaq, yemək yemək, çox oturmaq, sağ əl ilə 

yuyunmaq məkruhdur. Ayaqyolunda danışmaq da eyni hökmü daşıyır. Lakin 

məcburiyyət qarşısında danışmaq və ya Allahı zikr etmək istisnadır. 



Məsələ 79: Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, xüsusəndə 

durğun suya sidiyə getmək məkruhdur. 



Məsələ 80: Sidiyə və ya böyük bayıra getmək zərurəti yarandıqda bunun 

qarşısını almaq məkruhdur. Hətta bunun qarşısını almaq bədənə zərər edərsə, 

haramdır. 

Məsələ 81: Namazdan, yatmaqdan və cinsi əlaqədən  əvvəl, həmçinin 

sperma xaric olandan sonra sidiyə getmək müstəhəbdir. 



 

Nəcasət 

Məsələ 82: Nəcasət ondur: 1. Sidik; 2. Qait; 3. Sperma; 4. Leş; 5. Qan; 

6. İt; 7. Donuz; 8. Kafir; 9. Şərab; 10. Nəcis yeyən heyvanın təri. 



 

1-2. Sidik və qait 

Məsələ 83: İnsanın və damarı  kəsildikdə qanı  sıçrayan  əti haram olan 

heyvanın sidik və qaiti nəcisdir. Amma əti haram olub qanı sıçramayan bəzi 

balıqlar, milçək və  ağcaqanad kimi əti olmayan həşəratların qaiti pakdır. 

Lakin qanı sıçramayan əti haram olan heyvanların sidiyindən, vacib ehtiyata 

əsasən çəkinmək lazımdır. 

Məsələ 84: Əti haram olan quşların sidik və ifrazatı pakdır, amma onlar-

dan çəkinmək daha yaxşıdır. 



Məsələ 85: Nəcasət yeyən heyvanın sidik və qaiti nəcisdir. Donuz südü 

içən çəpiş, habelə insanın yaxınlıq etdiyi heyvanın sidik və qaiti də eyni hök-

mü daşıyır. 



 

17

3. Sperma 



Məsələ 86: İnsanın və sıçrayan qanı olan hər bir heyvanın sperması nə-

cisdir, hətta əti halal olan heyvanın sperması, vacib ehtiyata əsasən, nəcisdir. 

 

4. Leş 

Məsələ 87: İnsanın və istər ölmüş olsun, istər şəriət qaydası ilə kəsilmə-

miş olsun, sıçrayan qanı olan heyvanın leşi (ölüsü), nəcisdir. Balıq sıçrayan 

qanı olmadığından, suyun içində ölsə belə, pakdır. 

Məsələ 88: Leş heyvanın yun, tük, kürk, sümük və diş kimi ruhu olma-

yan hissələri pakdır. 



Məsələ 89: İnsanın və ya sıçrayan qanı olan heyvanın bədənindən həyat-

da ikən ət və ya ruhu olan başqa bir bədən üzvü qoparılarsa, nəcisdir. 



Məsələ 90: Dodaqdan və bədənin başqa yerlərindən qoparılan azacıq də-

rilər pakdır. 



Məsələ 91: Ölü toyuğun qarnından çıxan yumurta pakdır. Amma gərək 

yumurtanın üstü yuyulsun. 



Məsələ 92: Ot yeməyə başlamadan ölən quzu və keçinin qursağından 

tutulan pendir mayası pakdır, amma onun üstünü yumaq lazımdır.  



Məsələ 93: Xarici ölkələrdən gətirilmiş maye dərmanlar, krem, yağ  və 

sabunun nəcis olduğuna insan əmin olmasa, pak hökmündədir. 



Məsələ 94: Şəriət qaydası ilə kəsilən heyvandan olduğuna ehtimal verilən 

ət, piy və dəri pakdır. Amma kafirdən alınarsa və ya kafirdən, şəriət qaydası ilə 

kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlma-

nın əlində olarsa, həmin ət və piyin yeyilməsi haramdır. Lakin həmin dəri ilə 

namaz qılmaq caizdir. Eyni zamanda müsəlmanların bazarından və ya kafirdən 

almış olduğu bilinməyən və yaxud kafirdən alınmışsa da, araşdırıldığı ehtimal 

verilən bir müsəlmandan alınan ət və piyin yeyilməsi caizdir.  

5. Qan 

Məsələ 95: İnsanın və damarı  kəsilərkən qanı  sıçrayaraq axan hər bir 

heyvanın qanı  nəcisdir. Buna əsasən də, balıq və  ağcaqanaq kimi sıçrayan 

qana malik heyvanların qanı pakdır. 

Məsələ 96: Əti halal olan heyvanın başını  şəriət qaydası ilə  kəsdikdən 

sonra onun qanı normal miqdarda axıb gedərsə, bədənində qalan qan pakdır. 

Amma heyvanın nəfəs çəkməsi və ya başının bədənindən hündür yerdə ol-

ması səbəbindən qan geri (bədənə) qayıdarsa, həmin qan nəcisdir. 



Məsələ 97: Toyuq yumurtasının sarısında qan zərrəsi varsa, həmin yu-

murtadan çəkinmək müstəhəb ehtiyatdır. 



Məsələ 98: Bəzən süd sağarkən süddə görünən qan nəcisdir və yerdə qa-

lan südü də nəcis edər. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə