Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə7/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   2   3   4   5   6   7   8   9   10   ...   181

 

18

Məsələ 99: Əgər dişlərin arasından gələn qan ağız suyu ilə qarışıb itərsə, 

ağız suyundan çəkinmək lazım deyildir. 

Məsələ 100: Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə 

nəticəsində ətin həmin vəziyyətə düşdüyünü bilməsə, pakdır. 



Məsələ 101: Yemək qaynadığı zaman içinə bir zərrə qan düşərsə, vacib 

ehtiyata əsasən, yeməyin hamısı və qab nəcis olar. Qaynamaq, istilik və atəş 

pakedici deyildir. 

Məsələ 102: Yara sağalan zaman, ətrafında meydana gələn irinin qanla 

qarışdığı bilinməzsə, pakdır. 

 

6-7. İt və donuz 

Məsələ 103: Quruda yaşayan it və donuz, hətta onların tükü, sümüyü, 

pəncəsi, dırnağı və rütubəti nəcisdir. Amma dəniz iti və donuzu pakdır. 

 

8. Kafir 

Məsələ 104: “Kafir”, yəni, Allaha və Onun təkliyinə inanmayan şəxs, 

“qulat”, yəni, imamlardan(ə) birinin Allah olduğuna inanan və ya Allahın 

onlarda hülul etdiyini söyləyən, habelə “xarici” və “nasibi”, yəni, imamla-

ra(ə) düşmənçiliklərini bildirənlər nəcisdir. Eyni zamanda “nübuvvət”-i 

(Allahın tərəfindən peyğəmbərlərin göndərildiyini) inkar edən və yaxud 

namaz və oruc kimi dinin zəruri hökmlərindən birini inkar etməsilə  İslam 

peyğəmbəri(s)-i təkzib edən  şəxs də  nəcis hökmündədir. Amma kitab əhli, 

yəni, yəhudi, məsihi və məcus (atəşpərəst) pakdır. 

Məsələ 105: Kafirin bütün bədəni, hətta dırnağı, tükü və rütubəti belə 

nəcisdir. 



Məsələ 106: Əgər yetkinlik yaşına çatmayan uşağın atası, anası, ba-

bası və nənəsi kafirdirlərsə, həmin uşaq nəcis hökmündədir. Amma o, ağlı 

kəsəcək həddə çatıb müsəlman olduğunu bəyan edərsə, paklanar. Əgər 

atası və anasından üz döndərib müsəlmanlara meyilli olarsa və ya təhqiq 

(İslam dini barəsində araşdırma aparmaq) ərəfəsində olarsa, onun nəcis 

olmasına hökm vermək mübahisəlidir.  Əgər onun atası, anası, babası  və 

ya nənəsindən hansısa biri müsəlmandırsa, az sonra deyiləcəyi kimi, 

həmin uşaq pakdır. 



Məsələ 107: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğu-

na bir nişanəsi olmayan şəxs, pakdır. Amma müsəlmanların digər hökmlərini 

daşımır, məsələn, müsəlman bir qadınla evlənə bilməz və müsəlman qəbiris-

tanlığında dəfn olunmamalıdır. 



Məsələ 108: On iki imam(ə)-dan birini düşmənçilik üzündən söyən şəxs, 

nəcisdir.  



 


 

19

9. Şərab 



Məsələ 109: Şərab nəcisdir, amma insanı məst edən başqa məstedicilər 

nəcis deyildir. 



Məsələ 110: Bütün növ spirtlər, istər texniki olsun, istərsə də tibbi, pak 

hökmündədir. 



Məsələ 111: Əgər üzüm suyu öz-özünə və ya bişirilmək vasitəsilə qay-

nayarsa pakdır,  amma onu yemək haramdır. Eyni zamanda qaynadılmış 

üzüm, vacib ehtiyata əsasən, haramdır, amma nəcis deyildir. 

Məsələ 112: Xurma, tumlu və tumsuz kişmiş  və onların suyu qaynasa 

belə, pakdır və yeyilməsi halaldır. 



Məsələ 113: Adətən, arpadan alınan və yüngül məstliyə səbəb olan pivə 

haram və vacib ehtiyata əsasən, nəcisdir. Amma məstlik gətirməyən arpa 

suyu pak və halaldır.  

 

10. Nəcis yeyən heyvanın təri 



Məsələ 114: İnsanın qaitini yeməyə adət etmiş dəvənin təri nəcisdir. Vacib 

ehtiyata əsasən, bu adəti edən başqa heyvanların da təri eyni hökmü daşıyır. 



Məsələ 115: Haram yolla cünub olmuş  şəxsin təri pakdır və belə  tərlə 

namaz qılmaq düzgündür. 



Nəcasəti sübut etməyin yolları 

Məsələ 116: Hər hansı bir əşyanın nəcis olması üç yolla sübuta yetir: 

1. Hər hansı bir əşyanın nəcis olduğuna, insanın özü yəqin və ya əmin 

olmalıdır. Əgər insan, bir əşyanın nəcis olduğunu zənn edərsə, ondan çəkin-

məsi lazım deyildir. Buna əsasən də, nəcis və pakı bilməyən şəxslərin yemək 

yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nə-

cis olmasını yəqin bilmirsə, bunun eybi yoxdur. 

2. Mal sahibi ixtiyarında olan əşyanın nəcis olduğunu desə və müttəhim 

olmasa – məsələn, insanın həyat yoldaşı, xidmətçisi və ya külfəti öz əlindəki 

qabın və yaxud başqa əşyanın nəcis olduğunu söyləyərsə – həmin əşya nəcis 

hökmündədir. 

3. İki ədalətli kişinin bir əşyanın nəcis olmasını xəbər verməsi ilə. Am-

ma bir şərtlə ki, onların şahidliyi onun nəcis olmasına səbəb olsun. 



Məsələ 117: Əgər şəriət hökmünü bilmədiyi üçün bir əşyanın, məsələn, 

siçan ifrazının nəcis olub-olmadığını bilməsə, məsələni öyrənməsi lazımdır. 

Amma məsələni bilə-bilə, bir əşyanın nəcis və ya pak olduğuna  şəkk etsə, 

məsələn, bir şeyin qan olub-olmadığını şəkk etsə və yaxud insan, yoxsa ağ-

caqanad qanı olub-olmadığına şəkk edərsə, həmin şey pak hökmündədir. Ax-

tarış aparmaq və ya (başqasından) soruşmaq lazım deyildir. 




 

20

Məsələ 118: İnsan öncə nəcis olmuş bir əşyanın sonradan paklandığına 

şəkk edərsə, həmin əşya nəcis hökmündədir. Əgər öncə pak olmuş bir əşya-

nın sonradan nəcis olub-olmadığına  şəkk edərsə, həmin  əşya pak hökmünü 

daşıyar. Onun nəcis və ya pak olmasını araşdıraraq öyrənmə imkanı olsa be-

lə, axtarış aparması lazım deyildir. 



Məsələ 119: İnsan istifadə etdiyi iki qabdan və ya paltardan birinin nəcis 

olduğunu bildiyi halda, hansı birinin nəcis olduğunu bilməsə, hər ikisindən 

çəkinməsi lazımdır. Amma məsələn, nəcis olan paltarın öz paltarını, yoxsa 

onun istifadə etmədiyi başqasının mülkü olan ayrı paltar olduğunu bilməsə, 

öz paltarından çəkinməsi lazım deyildir. 

Pak əşyalar necə nəcis olur?

 

Məsələ 120: Əgər pak bir əşya, nəcis bir əşyaya toxunarsa və onlardan 

biri və ya hər ikisi bir-birinə rütubəti keçəcək  şəkildə yaş olarsa, pak olan 

əşya da nəcis olar. Əgər həmin rütubət, üçüncü əşyaya da toxunarsa, o da nə-

cis olar. Məşhur rəyə əsasən, mütənəccis (özlüyündə nəcis olmayıb, lakin nə-

casətin toxunmasıyla nəcis olan əşya) mütləq şəkildə ayrı bir əşyanı da nəcis 

edir. Lakin vasitələr çoxaldığı halda bu hökm (ayrı bir əşyanı  nəcis etmə 

hökmü) şübhəlidir. Hətta bu təqdirdə həmin əşyanın pak olmasına hökm ver-

mək daha güclü bir görüşdür. Məsələn, sağ əl sidik dəyməsi nəticəsində nə-

cis olarsa və rütubətli olaraq sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl qu-

ruduqdan sonra yeni yaş olan bir libasa toxunarsa, o libas da nəcis olar. 

Amma bu libas rütubətlə başqa bir əşyaya toxunarsa, həmin əşyanın nəcis ol-

duğuna hökm verilməz. (Bütün bunlar onlardan birinin digərinə rütubət sira-

yət etdiyi təqdirdə idi.) Əgər rütubət o birisinə sirayət etməyəcək qədər az 

olarsa, pak olan əşya nəcisin özünə toxunsa belə, nəcis olmaz. 



Məsələ 121: Pak əşya nəcis əşyaya toxunarsa və insan onlardan birinin və 

ya hər ikisinin rütubətli olub-olmadığına şəkk edərsə, pak olan əşya nəcis olmaz. 



Məsələ 122: İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki 

əşyadan birinə, yaş olan pak bir əşya toxunarsa, ondan çəkinmək lazım deyil. 

Amma bəzi hallarda, məsələn, iki əşyanın əvvəl nəcis olduğu halda ya başqa 

vasitə ilə digər pak bir əşyaya rütubətlə toxunmuş olarsa, çəkinmək lazımdır. 



Məsələ 123: Torpaq, parça və bu kimi əşyalara rütubətli olduğu zaman 

nəcis toxunarsa, həmin toxunan hissə nəcis və toxunmayan hissə isə pakdır. 

Xiyar, yemiş və bu kimi əşyalar da eyni hökmü daşıyır. 

Məsələ 124: Əgər şirə, yağ və bu kimi maddələrdən bir qədər götürül-

dükdə, yeri boş qalmasa, onun bir nöqtəsi nəcis olarsa, bütünlüklə nəcis sayı-

lar.  Əgər ondan bir qədər götürüldükdə, yeri boş qalarsa, hətta həmin yer 

sonradan dolsa da, yalnız nəcisin toxunduğu yer nəcis olar. Demək, əgər ona 

siçovulun ifrazı düşərsə, sadəcə ifrazın düşdüyü yer nəcis, qalanı isə pakdır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə