Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə8/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   4   5   6   7   8   9   10   11   ...   181

 

21

Məsələ 125: Milçək və ya ona bənzər həşərat rütubətli nəcis bir əşyanın 

üzərinə qonduqdan sonra, yenə yaş olan pak bir əşyanın üzərinə qonarsa, in-

san həşəratın özü ilə nəcasət daşıdığını bilərsə, həmin pak əşya da nəcis olar. 

Əgər bilməsə, pakdır. 

Məsələ 126: Bədənin tərli yeri nəcis olarsa, tərin sirayət etdiyi başqa yerlərdə 

nəcis olar. Əgər tər başqa yerə sirayət etməsə, bədənin başqa yerləri pakdır. 



Məsələ 127: Burun və boğazdan gələn qatı bəlğəmin içərisində qan olar-

sa, qan olan hissə nəcis, qalan hissə isə pakdır. Əgər bəlğəm ağızın və ya bu-

runun xaricinə toxunarsa, bəlğəmin nəcis olmuş hissəsinin toxunduğuna yə-

qin edilən yer nəcis, şəkk edilən yer isə pakdır. 



Məsələ 128: Əgər altı deşik aftafa nəcis yerə qoyularsa və ondakı su 

axaraq aftafadakı su ilə bir sayılacaq şəkildə altına yığılarsa, aftafanın suyu 

nəcis olar. Əgər aftafanın suyu təzyiqlə xaric olarsa, həmin su nəcis olmaz. 

Məsələ 129: Bədənə daxil olaraq nəcisə toxunan bir əşya bayıra çıxarar-

kən nəcisə bulaşıq olmasa, pakdır. Buna əsasən, qaitin çıxacağına daxil edi-

lən imalə alətləri və ya onun suyu, yaxud da bədənə batmış iynə, bıçaq bu ki-

mi əşyalar bayıra çıxararkən nəcisə bulaşıq olmasa, nəcis deyildir. Həmçinin 

ağız və burunun suyu, ağız və burunun daxilində qana toxunarsa və bayıra 

töküldükdən sonra qana bulaşıq olmasa, eyni hökmü daşıyar. 



Məsələ_130'>Nəcasətin hökmləri 

Məsələ 130: Qurani–Kərimin yazısını və vərəqini nəcis etmək haramdır. 

Əgər nəcis olarsa, dərhal suya çəkib paklamaq lazımdır. Hətta vacib ehtiyata 

əsasən, hörmətsizlik olmasa belə, nəcis etmək haram və suya çəkmək vacibdir. 

Məsələ 131: Əgər Qurani–Kərimin cildi nəcis olsa və bu ona hörmət-

sizlik sayılarsa, onu suya çəkib pak etmək lazımdır. 



Məsələ 132: Qurani–Kərimi qan və bu kimi eyni nəcisin üzərinə qoy-

maq, eyni nəcis quru olsa belə, ona hörmətsizlik olduğu halda haramdır. 



Məsələ 133: Nəcis olmuş mürəkkəblə Qurani–Kərimi yazmaq – hətta bir 

hərf olsa belə – onu nəcis etməyin hökmünü daşıyır. Əgər yazılmışdırsa, onu 

suya çəkməklə, ya da buna bənzər bir yolla həmin yazı aradan qaldırılmalıdır. 

Məsələ

 

134:  Qurani–Kərimi kafirə vermək hörmətsizliyə  səbəb olarsa

haram və ondan almaq vacibdir. 



Məsələ 135: Əgər Qurani–Kərimin vərəqi, ya Allahın, Peyğəmbər(s)-in 

və imamlar(ə)-ın adı yazılan kağız kimi ehtiramı vacib olan bir əşya 

ayaqyoluna düşərsə, xərc tələb etsə belə, onu çıxararaq suya çəkib paklamaq 

vacibdir.  Əgər onu çıxarmaq mümkün deyilsə, vərəqin çürüyüb aradan 

getməsinə  əmin olanadək həmin ayaqyoluna getmək olmaz. Həmçinin 

ayaqyoluna türbət düşsə  və onu çıxarmaq mümkün olmasa, onun tamamilə 

aradan getməsinə əmin olanadək həmin ayaqyolundan istifadə etmək olmaz. 



 

22

Məsələ 136: Nəcisin yeyilib-içilməsi və başqasına yedirdib-içirdilməsi 

haramdır. Amma uşaq və  dəliyə yedirdilməsi caizdir. Əgər uşaq və  dəlinin 

özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən son-

ra yeyərsə, onun qarşısını almaq lazım deyildir. 

Məsələ 137: Paklanması mümkün olan nəcis əşyanı satmaq və ya başqa-

sına icarəyə verməyin eybi yoxdur. Amma iki şərtlə qarşı tərəfə onun nəcis 

olduğunu söyləməlidir; 

1. Qarşı  tərəf  şəri vəzifə ilə müxalifətə  məruz qaldıqda; məsələn, onu 

yemək və içməkdə istifadə etsin. Amma belə olmadığı təqdirdə demək lazım 

deyil. Məsələn, qarşı  tərəfə namaz qılmaq istədiyi libasın nəcis olduğunu 

bildirmək lazım deyil. Çünki libasın pak olması əsil şərt deyil.  

2.  İnsan qarşı  tərəfin, onun sözünə etina edəcəyinə ehtimal versin. 

Amma qarşı tərəfin etina etməyəcəyini bilərsə, söyləməsi lazım deyil.  

Məsələ 138: İnsana, bir şəxsin nəcis  şey yediyini və ya nəcis libasla 

namaz qıldığını görərsə, ona bildirməsi vacib deyil. 



Məsələ 139: Əgər bir şəxsin evinin və ya xalçasının hər hansı yeri nəcis 

olarsa, onun evinə girən şəxslərin bədəninin, libasının və ya başqa əşyasının 

yaş halda həmin nəcis yerə toxunduğunu görərsə və işin səbəbkarı onun özü 

olarsa, öncəki məsələdə deyilən iki şərtlə məsələni onlara söyləməlidir. 



Məsələ 140: Əgər ev sahibi yemək  əsnasında xörəyin nəcis olduğunu 

anlayarsa – keçən məsələdə deyilən ikinci şərtə əsasən – qonaqlara söyləmə-

lidir. Amma qonaqlardan biri xörəyin nəcis olduğunu anlayarsa, başqalarını 

xəbərdar etməsi lazım deyil. Lakin həmin adamlarla elə ünsiyyətdə olsa ki, 

onların nəcis olması ucbatından onun özü də  nəcisə  və vacib bir hökmə 

müxalifət etməyə mübtəla olacaq mütləq onlara söyləməlidir. 



Məsələ 141: Əgər insanın kirayə etdiyi əşya nəcis olarsa, az öncə 

deyilən iki şərtə əsasən, onun nəcis olduğunu sahibinə söyləməlidir. 



Məsələ 142: Əgər uşaq bir əşyanın nəcis olduğunu və ya nəcis bir əşyanı 

suya çəkərək pak etdiyini söyləyərsə, onun sözünü qəbul etmək olmaz. Am-

ma ağlıkəsən və pakı-nəcisi yaxşı şəkildə anlayan bir uşaq nəcis olmuş bir 

əşyanı suya çəkərək pak etdiyini söyləyərsə, həmin əşya onun istifadəsində 

olsa və yaxud onun sözündən əminlik hasil olarsa, onun sözü qəbul olunar. 

Əgər həmin uşaq bir əşyanın nəcis olduğunu deyərsə, sözü qəbul olunar. 



Mütəhhirat (Pakedicilər) 

Məsələ 143: Nəcisi on iki şey pak edir və onlara pakedicilər deyilir:  

1. Su; 2. Torpaq; 3. Günəş; 4. İstihalə (Əslin dəyişməsi); 5. İnqilab (Növün də-

yişməsi); 6. İntiqal (Köçürmə); 7. İslam; 8. Təbəiyyət (Təsirlənmə); 9. Eyni 

nəcasətin təmizlənməsi; 10. Nəcis yeyən heyvanın istibrası; 11. Müsəlmanın bir 

müddət gözdən qeyb olması; 12. Başı kəsilən heyvanın qanının axması. Bu pak-

edicilərin hökmləri növbəti məsələlərdə geniş şəkildə açıqlanacaq. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə