Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə1/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
  1   2   3   4   5   6   7   8   9   ...   148


 

Ə.A.QULİYEV 

 

 

 

 

 

RİYAZİYYATIN 

TƏDRİSİNDƏ 

ÜMUMİLƏŞDİRMƏ 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2009 


_____________Milli Kitabxana_____________ 

 

2



 

Elmi redaktor:  V.B.Şahmirov 

 

 

 

Fizika-riyaziyyat elmlər doktoru, professor 



Rəy verənlər: Musayev 

V.M 

Fizika-riyaziyyat elmlər doktoru, professor 



 

 

 

Adıgözəlov A.S. 

   Pedaqoji 

elmlər doktoru, professor 

 

 



 

Mərdanov J.C. 

Fizika-riyaziyyat elmlər doktoru, professor 

 

 

 



Ə.A.Quliyev. Riyaziyyatın tədrisində ümumiləşdirmə. Bakı “Nurlan” 

nəşriyyatı, 2009,       s. 

 

 Kitabda 

şagirdlərdə riyazi anlayışların formalaşdırılmasının, uyğun nəzəri və 

praktik materialın daha yüksək səviyyədə  mənimsənilməsinin  əsası olan 

ümumiləşdirmə adlanan fikri fəaliyyət kompleks (psixoloji, məntiqi, didaktik və 

metodik) təhlil edilir. Bunlarla yanaşı  məktəb riyaziyyatının həmin təfəkkür 

əməliyyatı ilə  əlaqədar müasir tələblər  əsasında öyrənilmsəinin metodik sistemi 

verilir. 

Əsər orta məktəb  şagirdləri və müəllimləri, abituriyentlər, ali məktəbin 

bakalavr və magistr pillələrinin tələbələri, riyaziyyatın tədrisini və şagirdlərin əqli 

fəaliyyətini inkişaf etdirməklə maraqlanan tədqiqatçı metodistlər üçün faydalı  və 

münasibdir.  



 

  


_____________Milli Kitabxana_____________ 

 

3



“Riyaziyyatı xüsusilə mühakimələrinin doğruluğuna və  şübhəsizliyinə görə 

bəyəndim”      

 

    Dekart 

R. 

 

Giriş  

 

Elm və texnikanın müasir inkişaf səviyyəsinə uyğun olaraq riyaziyyatın 

məktəbdə öyrənilməsinin metodik sisteminin qarşılıqlı əlaqədar komponentlərinin 

dünyəvi meyllər baxımından yeniləşdirilməsi probleminin həllində ümumiləşdirmə 

adlanan təfəkkür əməliyyatı xüsusi yer tutur. 

Müasir istehsalat elmin son naliyyətlərinə əsaslanan texnika ilə təchiz edilir. 

Belə texnikanın yaranması  və istifadə olunması mütəxəssislər qarşısında olduqca 

yüksək tələblər qoyur. Onların peşə hazırlığı lazımi həcmdə, sistematik və ardıcıl 

elmi biliklərə, habelə ümumi əqli inkişafın müvafiq səviyyəsinə əsaslanmalıdır. 

Ümumi orta təhsilin məzmununun, informasiyalı  cəmiyyətin çağırışına 

cavab verən, yeniləşdirilməsinin dəyişməz yeni mərhələsi, həm ümumtəhsil, həm 

də peşə  təhsili sahəsində riyazi-informatik təhsilin məzmununun inkişafının yeni 

təmayülünün yaranmasının bütün cəhətləri dərin nəzəri düşünmə ilə, lakin 

məsuliyyətli qərarlar əsasında qurulmalıdır. 

İstehsalatın və informasiyalı  cəmiyyətin bu tələblərinin ödənilməsinin 

zəruriliyi  şagirdlərdə dünyanı daha da dərindən dərk etmək, onda yeni-yeni 

prosesləri, obyektlər arasında qarşılıqlı münasibətləri müəyyənləşdirmək, müstəqil 

düşünmək, təlim məsələlərini həll edərkən nə isə yeni, ona məlum olmayan bir fakt 

kəşf etmək qabiliyyətinin inkişafına gətirilir. Bununla yanaşı  məktəb riyaziyyat 

kursunun tədrisinin hazırki elmi-texniki tərəqqiyə  qədər yaranmış  məqsədi, 

məzmunu, metodları, formaları və vasitələri – həyatın yeni tələblərini tam ödəmir. 

İnformasiyalı  cəmiyyətin müasir inkişaf mərhələsində onun qarşısına 

qoyulan  əsas vəzifələrdən biri məktəb təlimini XXI əsrin elmi-texniki 

naliyyətlərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu məsələnin həllində bir neçə  cəhət 

vardır. 



_____________Milli Kitabxana_____________ 

 

4



Əvvəla, insan mədəniyyətinin fərdlər tərəfindən yaradılması  və 

mənimsənilməsinin ümumi təbiəti, bu mənimsəmə formalarının tarixən dəyişməsi 

haqqında fəlsəfi sosial məsələ qarşıya çıxır. Sonra elmi təfəkkürün məntiqi 

strukturu diqqəti cəlb edir. Üçüncü qrup məsələlər problemin psixoloji cəhətinə 

aiddir. Bu hər  şeydən  əvvəl təfəkkürün növləri ilə ayrı-ayrı  fərdlərin  əqli 

fəaliyyətinin  əlaqəsini müəyyənləşdirməkdir; konkret şəxsin zehni fəallığının 

müasir təfəkkürün inkişafına uyğun formalaşmasının şərtləri və qanunauyğunluqla-

rı məsələsidir.  

Bütün bunlar işin pedaqoji cəhətindən – fərdin  bəşər mədəniyyətini mənim-

səmə  təbiətinin özünün bu və ya digər dərketmə  təcrübəsini həyata keçirməklə, 

təlimin konkret “texnologiyasını” hazırlamaqdan ayrılmazdır. Yalnız göstərilən bu 

əsas cəhətlərin qarşılıqlı  əlaqələndirilməsi sayəsində  məktəb riyaziyyat kursunun 

öyrənilməsinin metodik sisteminin əsas ünsürlərini müasir elmi-texnikanın nailiy-

yətləri səviyyəsinə uyğunlaşdırmaq problemini məqsədəuyğun və  səmərəli həll 

etmək olar. Bunun üçün bütün bilik sahələrində informasiya axınının olduqca 

güclü olduğu hazırki dövrdə və gələcəkdə məktəb riyaziyyatının ayrı-ayrı mövzu-

larının tədrisi ilə  əlaqədar idrakın hər bir mərhələsində, təfəkkür formalarında, 

didaktik prinsipləri gözləməklə, ümumiləşdirmələr aparmaq zəruridir.  

Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının tələblərini 

yerinə yetirmək üçün şagirdlərdə ənənəvi təlim sisteminə nəzərən təfəkkürün daha 

yüksək səviyyəsi formalaşdırılmalıdır. Bu, qanunauyğunluğu müvafiq elmlər tərə-

findən idrakın məntiqi və nəzəriyyəsi kimi açıqlanan, müasir elmi-nəzəri təfəkkür 

səviyyəsində olmalıdır. Ənənəvi təlim sistemində didaktikanın elmilik prinsipinin 

mühüm yer tutduğu həmişə deyilmişdir. Lakin buna baxmayaraq onun məqsə-

dəuyğun reallaşdırılmasının müvafiq vasitəsi demək olar ki, yenə  də yoxdur. Bu 

təlimin metodik sisteminin komponentləri, əsasən, şagirdlərdə empirik təfəkkürün 

əsaslarını  və qaydalarını yaratmağa yönəldilmişdir. Bu da lazımdır, lakin hazırki 

səmərəli idrakın ən təsirli forması deyil. İndi ümumi intellektual bacarığın (analiz, 

sintez, ümumiləşdirmə, xüsusiləşdirmə və s.) formalaşdırılmasının zəruriliyi daha 

çox dərk edilməyə başlanmışdır. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə