Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   ...   148

_____________Milli Kitabxana_____________ 

 

8



Qoyulan ümumi məqsədə nail olmaq üçün aşağıdakı  əsas vəzifələri yerinə 

yetirmək lazımdır. 

I. Riyaziyyat tədrisinin təkmilləşdirilməsinin  əsas problemlərinin həllində 

hazırki kursda ümumiləşdirmənin rolunu müəyyənləşdirmək. Bununla əlaqədar 

olaraq:  

1) hazırki kursun əsasında duran prinsipləri göstərmək; 

2) ümumiləşdirmənin mahiyyətini və nəzəri əsaslarını şərh etmək; 

3) məktəb riyaziyyat kursunun ümumiləşdirmə ilə  əlaqədar daha da 

təkmilləşdirilməsi və inkişafı istiqamətlərini göstərmək; 

4) məktəb riyaziyyat kursunda ümumiləşdirmənin növlərini 

müəyyənləşdirmək; 

5) riyaziyyatın təliminin müxtəlif mərhələlərində ümumiləşdirmənin nə 

vəziyyətdə olduğunu araşdırmaq, burada həmin təfəkkür  əməliyyatının rolunu 

gücləndirməyin ehtiyatlarını açmaq; 

6) riyaziyyatın tədrisində ümumiləşdirmə konsepsiyasının ümumi psixoloji - 

didaktik, elmi əsasların müəyyənləşdirmək məqsədi ilə uyğun  ədəbiyyatları  təhlil 

etmək. 

II. Ümumiləşdirmənin digər elmi-tədqiqat metodları (analiz-sintez, 



müşahidə, induksiya-deduksiya, analogiya və s.) ilə  əlaqədar riyaziyyatın 

tədrisində tətbiqlərini təhlil etmək. 

III. Məktəb riyaziyyat kursunun ayrı-ayrı mövzuları ilə  əlaqədar ümumi-

ləşdirmə imkanlarını müəyyənləşdirmək, bu işin metodik sistemini vermək. 

IV. Hazırlanmış metodik sistemin elmi-pedaqoji dəyərini müəyyənləş-

dirmək, qiymətləndirmək məqsədi ilə eksperimentlər aparmaq, nəticəni təhlil edib 

ümumiləşdirmək. 

V. Tədqiqatın nəticələrinin kütləvi olaraq tətbiqinə nail olmaq, təlimin 

keyfiyyətinə bunun təsirini öyrənmək, metodik sistemin təkmilləşdirilməsinə aid 

müvafiq təkliflər vermək. 

Göstərilən məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün görkəmli alimlərin 

əsərlərinə istinad etmək lazım gəlmişdir. Habelə riyaziyyatın səciyyəvi xüsusiyyət-




_____________Milli Kitabxana_____________ 

 

9



lərindən (mücərrədlik, məntiqilik, dəqiqlik, ümumilik, tətbiq sahəsinin genişliyi, 

bütün elmlər üçün anlayışlar verməsi), elmi-məntiqi metodlardan (müşahidə, 

təcrübə, müqayisə, analiz, sintez, analogiya, ümumiləşdirmə, xüsusiləşdirmə, 

induksiya, deduksiya), dialektik metodlardan (əksiliklərin vəhdəti, inkarı inkar, 

kəmiyyət və keyfiyyət  əlaqələri, dünyanın vahidliyi), pedaqoji-psixoloji tədqiqat 

metodlarından (müşahidə, müsahibə, anket sorğusu, müqayisə, ümumiləşdirmə, 

eksperiment və  sınaqdan keçirmə) istifadə etmişik. Bu metodları  rəhbər tutaraq 

ümumiləşdirmə ilə əlaqədar dissertasiyaları, pedaqoji, psixoloji, məntiqi, metodik 

ədəbiyyatı, proqram və  dərslikləri,  şagirdlərin biliklərini, müəllimlərin işini təhlil 

edib ümumiləşdirmələr aparmışıq. Təqdim edilən kitab müəllifin 1967-ci ildən 

2008-ci ilə  qədər məktəbdə habelə pedaqoji institutlarda və universitetlərdə 

riyaziyyatın tədrisində ümumiləşdirmə sahəsində apardığı uzun müddətli 

axtarışların nəticəsidir. Qoyulan problem üzərində  işləmək tələbi və arzusu hələ 

“Axşam məktəblərində riyaziyyatın tədrisinin  şagirdlərin  əmək fəaliyyəti ilə 

əlaqələndirilməsi” mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyim keçən 

əsrin 60-cı illərində yaranmışdır. Elə o vaxtlar belə bir fikir üzərində düşünürdüm 

ki, empirik və  nəzəri (mücərrəd) təfəkkürün mahiyyəti, bunların münasibəti 

məsələlərini araşdırmaq, ikincinin təmiz riyaziyyatın mahiyyətini daha düzgün 

göstərdiyini əsaslandırmaq lazımdır.  

Tədqiqatın bütün mərhələlərində ümumiləşdirmə probleminin əsas riyazi 

nəzəriyyələrlə  əlaqəsini öyrənib, sonra bunu məktəb səviyyəsində ümumiləşdir-

mələrlə birləşdirdik. Həmin mərhələlərdə riyazi nəzəriyyələrin orta məktəbdə 

öyrənilməsinin varislik variantını  işləyib, bunların axtarış pedaqoji eksperiment-

lərində, şagirdlərlə dərnək işlərində, fakultetiv məşğələlərdə (Bakıdakı 13, 21, 54, 

158 saylı  məktəblərdə) və  gənc riyaziyyatçılar məktəbində (universitetimizdə  də 

vaxtı ilə belə  məktəb vardı  və müəllif onun direktoru idi) tətbiq etdik. İşin 

hazırlanmasının bütün mərhələlərində  əsas material eksperimental (axtarış-

müəyyənləşdirici, öyrədici və yoxlayıcı) tədqiqat yolu ilə alınmışdır. Bununla 

yanaşı eksperimentsiz araşdırma metodlarından da istifadə etmişik. 



_____________Milli Kitabxana_____________ 

 10


Elmi əsərlərdə, dərslik və dərs vəsaitlərində, metodik ədəbiyyatda təfəkkürlə 

əlaqədar şərh edilən psixoloji-didaktik fikirlərin təhlilinə daha çox diqqət vermişik. 

Məktəb təcrübəsində isə riyaziyyatın tədrisi prosesində şagirdlərdə ümumiləşdirici 

nəzəri (mücərrəd) təfəkkürün inkişafına az əhəmiyyət verilir. Bəzi hallarda şagird-

lərin, hətta tələbələrin (bakalavrların) təlimində geri qalmaları  səbəbləri riyazi 

biliklərin mücərrəd olması ilə  əlaqələndirilir. Bu da onu göstərir ki, nə psixoloji 

didaktikada, nə də riyaziyyatın tədrisi metodikasında kifayət qədər, xüsusi toplan-

mış  və sistemləşdirilmiş belə faktlar yoxdur. Odur ki, işin I fəslində  ənənəvi 

psixologiya, didaktikaya əsaslanan riyaziyyatın tədrisi metodikasında, ümumi-

ləşdirmənin və anlayışların təbiətinə görə, nəzəri və praktik materialın necə təqdim 

edilməsi tənqidi surətdə təhlil edilir. Araşdırdığımız fikirlərin mahiyyətini müfəssəl 

sənədləşdirmək lazım gəldi ki, bu da ədəbiyyat mənbələrinə daha çox əsaslanmaq 

tələbini yaratdı. Başqa sözlə, bu nöqteyi nəzərlərin xülasəsini onların müəlliflərinin 

“öz dilində” vermək lazım gəldi. Bununla əlaqədar riyazi təhsilin inkişafında 

dünyəvi meyllərə, bəzi xarici ölkələrdə riyaziyyatın tədrisi xüsusiyyətlərinə  də 

müəllimlərin diqqətini cəlb etməyi lazım bildik. Bu kimi mənbələrin təhlili 

nəticəsində bizdə belə bir fikir yarandı ki, ümumiləşdirmə  şagirdlərin tədris 

yükünü artırmadan onlarda riyazi mədəniyyətin yüksəldilməsinə səbəb ola bilir. 

Odur ki: 1) Məktəb riyaziyyat kursunun məzmununda ümumiləşdirmənin 

necə aparıldığını araşdırmaq və bunun əsasında onun metodik sisteminin 

təkmilləşdirilməsi imkanlarının öyrənilməsi; 2) orta məktəbdə riyaziyyatın ümumi-

ləşdirmə ilə  əlaqədar tədrisi prosesi; 3) riyaziyyat müəllimlərinin  şagirdlərlə, bu 

cəhətdən, apardığı işlərin səciyyəsi əsas araşdırma obyektimiz olmuşdur. 

Bununla da riyazi anlayışların, teoremlərin və düsturların öyrənilməsi üzrə 

təlim işinin ümumi priyomlarını, təfəkkürün ümumiləşdirici mücərrədləşdirmə 

əməliyyatı əsasında məktəb riyaziyyat kursunun propedevtik və sistematik tədrisi 

prosesini müfəssəl nəzərdən keçirməli olduq. 

İşdə əsas ideya – insanın əqli fəaliyyətində mühüm yer tutan ümumiləşdirmə 

prosesini, onun digər məntiqi-təfəkkür əməliyyatlarla əlaqəsini araşdırmaqla riyazi 

elmlərin inkişafının hazırki mərhələsinə uyğun səciyyəvi xüsusiyyətlərinin 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə