Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   ...   148

_____________Milli Kitabxana_____________ 

 15


problemi ilə əlaqədar onun məhdudluğunu göstərmişlər. Məsələn, tədris fənlərinin 

qurulması üsullarını müəyyən edərkən alman pedaqoqu Q.Frebel bu nəzəriyyəni 

kənarlaşdırmağa çalışmışdır. Bütövlükdə  həmin nəzəriyyəni qəbul edən rus 

pedaqoqu və psixoloqu K.D.Uşinski Hegelə  əsaslanaraq “düşüncə” və “dərki” 

fərqləndirmişdir. Onun fikrincə  dərrakəsiz ağıl fəlakətdir, dərrakə özünün şəxsi 

düşüncə proseslərini dərk etmənin nəticəsidir. 

Əqli fəaliyyətin ümumi xüsusiyyətləri baxımından təfəkkürün empirik 

nəzəriyyəsi pedaqoji-psixologiya sahəsində yazılmış  bəzi  əsərlərdə  tənqid 

edilmişdir. Lakin təfəkkürün inkişaf nəzəriyyəsinin yaranması ilə  əlaqədar 

ümumiləşdirmə  və  şagirdlərdə riyazi anlayışların formalaşdırılması problemləri 

üzərində daha çox dayananların nöqteyi nəzəri bizim üçün olduqca maraqlıdır. 

Keçmiş Sovet təfəkkür psixologiyasının inkişafında P.P.Blonskinin əsərləri 

böyük rol oynamışdır. [66]. O, ümumiləşdirmənin empirik nəzəriyyəsi mövqeyində 

durmuşdur. 

Ümumiləşdirmə  və  şagirdlərdə anlayışların formalaşdırılması ilə  əlaqədar 

görkəmli psixoloqlardan L.S.Vıqotski, S.L.Rubinşteyn, J.Piajenin əsərlərinin 

böyük əhəmiyyəti vardır. 

L.S.Vıqotskinin (1896-1934) psixoloji nəzəriyyəsinin, hazırda da 

əhəmiyyətli olan, mühüm bir bölməsi varlığın insan şüurunda inikasının xüsusi bir 

üsulu kimi ümumiləşdirmənin quruluşunun, funksiyalarının və formalaşdırılması-

nın şərhindən ibarətdir [86]. O, təlimin elə xüsusiyyətlərini tapmağa çalışmışdır ki, 

bunun bir tərəfdən insanın fəaliyyətində  əhəmiyyəti görünsün, digər tərəfdən isə 

tapılmış quruluşun variasiyalarını daha açıq şəkildə təqdim etmək mümkün olsun. 

Vıqotski belə bir obyekti tapdı. Bu, hərtərəfli inkişaf etmiş  və insana müntəzəm 

təsir edən funksiya kimi nitq və  təfəkkürdür. Filosofların, pedaqoqların və 

psixoloqların uzun əsrlik təcrübələrinin tədqiqatçıları bu funksiyalar haqqında 

verdikləri geniş  məlumat  əsasında onun spesifik məhsulu anlayışlarda öz əksini 

tapmış ümumiləşdirmələri ayırmaq mümkün oldu. L.S.Vıqotski özündən  əvvəlki 

tədqiqatçılara istinadla təfəkkür və nitqin səbəb-genetik təhlilini vermiş, sözün 

mənasını  və onun yüksək formasının yaranması xüsusiyyətlərini öyrənmişdir. O, 




_____________Milli Kitabxana_____________ 

 16


sözlərin mənalarının müxtəlif formalarının yaranmasındakı varisliyi və burada 

gizlənmiş ümumiləşmələri tapmaq kimi mürəkkəb bir məsələni tədqiq etmişdir, 

müxtəlif yaşlı uşaqlarda süni anlayışların yaranması proseslərini öyrənmiş, habelə 

məişət və elmi anlayışların formalaşmasını müqayisəli araşdırmışdır; Ümumiləş-

dirmənin, keyfiyyətcə özünəməxsus və bununla yanaşı genetik əlaqəli üç əsas 

pilləsini (sinkretlər, komplekslər və anlayışlar) ayırmışdır. 

L.S.Vıqotskinin ümumiləşdirmə  və anlayışların  əmələ  gəlməsi problemləri 

ilə  əlaqədar bir sıra müddəaları müasir psixologiya, habelə riyaziyyatın və infor-

matikanın tədrisi metodikası üçün elmi əhəmiyyətini saxlayır: 1) bu hər  şeydən 

əvvəl problemin tədqiqat metodu kimi səbəb  əlaqəsi-genetik təhlil ideyasıdır; 2) 

ümumi və xüsusinin əlaqəsinin müxtəlif növləri ilə əlaqəli olduğu üçün “şeylərin 

ümumiləşdirilməsi” və “fikirlərin ümumiləşdirilməsi” ni fərqləndirməyin zəruriliyi 

haqqında mühakimə; 3) nəzəri anlayışların psixoloji mexanizminə fikirlər

reflekslər, baş vermənin şərti və anlayışın özünün təbiətinin daxil edilməsi aktı. 

Ümumiləşdirmənin sinkretlər adlanan I pilləsi üçün obyektlər qrupunun 

xarici fəza yaxınlığına, aydın görünən əlamətlər və s. üzrə təsadüfi təəssürata görə 

kifayət qədər əsas olmadan birləşdirildiyi “əlaqəsiz əlaqəsi” səciyyəvidir. Obyekt-

lərin və münasibətlərin belə birləşdirilməsinə ibtidai və  aşağı siniflərdə daha çox 

təsadüf olunur. 

Kompleks – ümumiləşdirmənin bir sıra müxtəlif formaları vardır. Bunlar 

üçün oxşarlıq ondan ibarətdir ki, şagirdlər obyektləri istəyərək və bilavasitə hissi 

təcrübələrinə  əsasən, lakin faktiki əlaqələrə müvafiq birləşdirilirlər. Bu zaman 

psevdoanlayış

1

 alına bilər. Xarici xüsusiyyətinə görə aparılan ümumiləşdirmədə 



müəyyən anlayış alına bilər, lakin ümumiləşdirməyə gətirən proses növü üzrə - bu 

kompleksdir. 

Məsələn, şagirdlər ölçülərindən, rəngindən və s. asılı olmayaraq üçbucaqları 

seçib bir qrupda birləşdirə bilərlər. Lakin bu birləşdirmə,  şagirdlər tərəfindən 

“üçbucağın”  əyani  əlamətləri üçün xarakterik olan görməyə  əsasən (xətlərin 

                                                  

1

 Psevdo - yalan 




_____________Milli Kitabxana_____________ 

 17


kəsişməsi üçün səciyyəvi olan qapalılıq və s.), bu fiqurun heç bir mühüm əlamətini 

göstərmədən, başqa sözlə, üçbucaq “ideyası” olmadan aparılmışdır. 

Kompleks, xüsusən psevdoanlayış ümumiləşdirmənin izahı  və  nəzəri  şərhi 

L.S.Vıqotskinin böyük elmi nəaliyyətidir. O, göstərir ki, məişətimizdə  təsadüf 

edilən anlayışlar sözün həqiqi mənasında anlayışlar deyildir. Bunlar daha çox 

şeylər haqqında ümumi təsəvvürlərdir. Ancaq şübhəsiz ki, onlar kompleksdən və 

psevdoanlayışlardan həqiqi anlayışlara keçid pilləsidir. 

S.L.Rubinşteynin işlərində elmi, nəzəri, mücərrəd adlanan təfəkkür 

növlərinə baxılır [179]. Onun başlıca məqsədi: 1) hissi məlumatlardan istifadə 

edərək,  şeylərin mühüm xassələrini görməyə mane olan xassələri mücərrədləş-

dirməklə anlayışlarda öyrənilən hadisələrin təbiətini müəyyənləşdirməkdən;  

2)  şeylərin bu anlayışlarda qeyd olunan mühüm xassələrinə  əsaslanmaqla 

onların hissi-müşahidə edilən aləmdə necə  təzahür edildiyini izah etməkdən 

ibarətdir. S.L.Rubinşteyn analiz və sintezi elmi-nəzəri təfəkkürün iki əsas 

əməliyyatları, konkreti idrakın son nəticəsi, mücərrədi idrakın yolu, təfəkkürü 

anlamaq əqli fəaliyyəti hesab edir. 

İdrakın ayrı –ayrı  mərhələlərində analiz və sintezin vahidliyi keyfiyyətcə 

fərqlənən formalara düşür ki, bu da öz növbəsində müxtəlif yollarla 

ümumiləşdirmə ilə  əlaqədardır. S.L.Rubinşteyn belə yollardan üçünü göstərir: 1) 

Bilavasitə ümumi xassələrin müqayisəsi ilə ayrılma nəticəsində baş verən, 

müqayisə edilən hadisələrin oxşarlığına gətirilən elementar empirik ümumiləş-

dirmə. Praktik olaraq idrakın ilkin mərhələsində bu yoldan istifadə edilir. Belə 

ümumiləşdirmənin bilavasitə hiss üzvlərinin vasitəsilə verilənlərdən başqa nəyi isə 

kəşf etməyə  gətirmək imkanı yoxdur. Analiz və sintezin qarşılıqlı  əlaqəsinin 

konkret forması kimi müqayisə empirik ümumiləşdirməni və  təsnifatı yerinə 

yetirir. Xüsusidən ümumiyə keçməkdən ibarət olan bu yol induksiyanın bünöv-

rəsini qoydu. Bu ümumiləşdirmənin elementar üsuludur; 2) Analiz və mücərrədləş-

dirmə vasitəsilə ümumiləşdirmə. Bu nəzəri təfəkkür qanunauyğunluqlarının, 

hadisələrin zəruri  əlaqələrinin açılmasına qədər yüksəldilən ümumiləşdirmədir. 

S.L.Rubinşteyn ümumiləşdirməni nəzəri idrakın zəruri  şərti hesab edir. Məsələni 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə