Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   10   ...   148

_____________Milli Kitabxana_____________ 

 21


şagirdlərdə  əqlin yaranmasının qanunauyğunluqlarını, anlayışların formalaş-

dırılması yollarını, idrakda subyekt və obyektin real, praktik olaraq qarşılıqlı 

əlaqəsinə  əsasən izah edir. Onun fikrincə  təfəkkürün operator strukturu müasir 

riyaziyyatın N.Burbakinin əsərlərində göstərilən üç əsas strukturlarına (cəbri, tərtib, 

topoloji və bunlardan alınan strukturlar) uyğundur; anlayışların qavrayışa nisbətən 

məzmunu daha genişdir. Məsələn, proyeksiya anlayışına bilavasitə qavrayışdan 

kənar iki növ xassə daxildir: a) qarışıq obyektlərin görünən dəyişmə  səbəblərini 

açmağa imkan verən müxtəlif nöqteyi nəzərlərin koordinatlaşdırılması; b) obyektin 

yalnız sonrakı dəyişikliyində olan formasını əvvəlcədən görmək imkanı. 

Piajeyə görə real idrak strukturları daha adekvat olaraq riyazi məntiq 

vasitələrinin köməyi ilə tədqiq etmək olar. İnvariantların idrakda xüsusi rolu vardır, 

onun  şərhinin daha güclü aparatı riyaziyyatda olduğundan bu nəzəriyyə, xüsusi 

halda, qruplar nəzəriyyəsi, fikri fəaliyyətin təsviri və təhlili vasitəsidir. İnvariantlar 

ümumi kimi – bu obyekt və münasibətlərdə, onların spesifik çevrilməsi yolu ilə, 

ayrılan mücərrəd-formal  əməliyyatdır. J.Piajeni ümumi, məsələn neyron (əsəb 

hüceyrəsi)  şəbəkəsi və forma intelekt məntiqi-riyazi strukturlar maraqlandırır. 

Onun əsasən riyazi məntiq aparatından istifadə etməsi təfəkkürün xüsusiyyətlərinə 

tamamilə birtərəfli baxmağa gətirmişdir. Həqiqətən də J.Piaje hətta daha yuxarı 

yaşlarda formalaşan elmi-nəzəri təfəkkürə toxunmur, lakin formal intelekt 

səviyyədə  tədqiqatla kifayətlənir. Onun nəzəriyyəsində  əməllərdən  əməliyyata 

keçməyin əsasları kifayət qədər açılmamışdır, ədəd anlayışına üzərində əməliyyat 

aparılan obyekt kimi baxılmır. 

V.A.Krutetskinin tədqiqatlarının nəticələrini verdiyi və  məktəblilərin riyazi 

qabiliyyətlərinin psixologiyasına aid çoxlu sayda materialları qiymətləndirdiyi 

əsəri [120] əsasən psixoloqlara ünvanlanmasına baxmayaraq riyaziyyat müəllimləri, 

metodistlər və pedaqoqlar üçün də olduqca maraqlıdır. Burada qabiliyyətli, az 

qabiliyyətli və qabiliyyətsiz  şagirdlərin  əqli fəaliyyətləri  ətraflı  təhlil edilərək, 

onlarda riyazi mədəniyyətin yüksəldilməsinin bəzi yolları göstərilir.  Şagirdlərdə 

ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsinin zəruriliyinə xüsusi əhəmiyyət 

verilir. Göstərilir ki, qabiliyyətli  şagirdlər onlara təklif edilmiş  məsələləri ümumi 




_____________Milli Kitabxana_____________ 

 22


üsullarla, az qabiliyyətli və qabiliyyətsizlər isə təklif olunan çalışmaları ya həll edə 

bilmirlər yaxud konkretliyə daha çox əsaslanırlar. Ümumiyyətlə bu kitabda 

şagirdlərin qabiliyyətlərini, meyllərini nəzərə alaraq onların idrak fəaliyyətlərinin, 

o cümlədən ümumiləşdirmə və xüsusiləşdirmə qabiliyyətlərinin inkişaf etdirilməsi 

üçün faydalı məsləhətlər vardır. 

L.M.Fridman [202(1)]-də məsələlərin nəzəri təhlilini verir. Bu təhlil məntiqi, 

psixoloji və didaktik cəhətdən aparılır. Məsələlərə problemli vəziyyətin işarə 

modeli kimi baxılır, onun tərkibi hissələri və quruluşu təhlil edilir, bunun üçün 

onların modeləşdirilməsinin xüsusi formaları daxil edilir. Məsələləri təsnifata 

ayırmaq üçün, onların quruluşundan əlavə məntiqi doğruluq, müəyyənlik dərəcəsi

ümumilik səviyyəsi və qoyuluşun tamlığı  əsas parametrlər götürülür. Məsələlərin 

sistemli-quruluş  təhlili, onların  əsas parametrləri və növləri,  şagirdlərin bu əsas 

fəaliyyətlərinin, idrak və süjet məsələlərinin təhlilinə  həsr edilmiş bu kitabda 

təfəkkürün, o cümlədən onun əməliyyatlarının inkişaf etdirilməsinə baxılır. 

L.M.Fridmanın digər kitabında [ 202(2)] isə riyaziyyatın tədrisi zamanı şagirdlərdə 

tam əsaslandırmanın formalaşdırılmasına, pedaqoji psixologiyanın əsas nəaliyyət-

lərinə xüsusi diqqət verilir. O, riyaziyyatın ümumtəhsil kursunun məzmununun və 

quruluşunun psixoloji – pedaqoji təhlilini verir, tədris prosesində riyazi təfəkkürün 

inkişaf etdirilməsi yollarını göstərir, təlimə bu prosesin obyekti və subyekti kimi 

baxaraq  şagird və müəllim fəaliyyətini araşdırır, riyaziyyatın təlimi prosesinin 

təşkili formalarına baxır, məsələ  həlli zamanı  şagirdlərdə  vərdiş  və bacarıqların 

formalaşdırılmasının ümumi şərtlərini şərh edir. 

V.V.Davıdov [102(1)] –də təlimdə ümumiləşdirmənin psixoloji-didaktik və 

məntiqi  əsaslarından, təfəkkür nəzəriyyəsinin  əsas müddəalarından, psixoloji-

didaktik problemlərin həllində nəzəri ümumiləşdirmə konsepsiyasının reallaşdırıl-

masından bəhs edir, ümumiləşdirmənin tədris fənləri proqramlarının qurulmasında 

əsas götürülməsi tövsiyə olunur. Tədrisdə empirik təfəkkürə nisbətən nəzəri 

təfəkkürə üstünlük verilməsi bu vəsaitdə əsaslandırılır. 

Ə.Bayramov şagirdlərdə əqli keyfiyyətlərin və təfəkkürün inkişaf etdirilməsi

sosial psixoloji problemlərlə  əlaqədar  ətraflı  tədqiqat işləri aparmışdır. O, belə 




_____________Milli Kitabxana_____________ 

 23


hesab edir ki, ümumiləşdirmə üçün ən başlıca  şərt öyrənilən cisim və hadisələr 

arasındakı mövcud olan mühüm əlamətləri eləcə  də ümumi cəhətləri 

müəyyənləşdirməkdir [8]. Müəllif təlimin müxtəlif mərhələlərində əqli keyfiyyətin 

mühüm bir növü kimi ümumiləşdirmənin mahiyyəti və onun şagirdlərdə inkişaf 

etdirməyin zəruriliyinə diqqəti cəlb edir. 

“Psixi hadisələr fəaliyyətin indi təsir edən (duyğu, qavrayış) və ya haçansa, 

yəni keçmiş  təcrübədə olmuş (hafizə) qıcıqlara cavab kimi meydana çıxan, bu 

təsirləri ümumiləşdirən və onların verəcəyi məlumatı qabaqcadan görən (təfəkkür, 

təxəyyül), fəaliyyəti gücləndirən və ya zəiflədən, ümumiyyətlə onu qıcığın təsiri ilə 

fəallaşdıran və digər qıcıqların təsiri ilə  ləngidən (hisslər, iradə), insanların 

davranışında fərqləri biruzə verən (temperament, xarakter və i.a) daimi 

tənzimləyicidir”. Bu sözləri A.V.Petrovskinin redaktorluğu ilə yazılmış kitabda [49, 

s 18] oxuyuruq. Sonra insan şüurunun bizi əhatə edən aləm haqqında biliklərin 

məcmusundan ibarət olması,  şüurun strukturuna ən mühüm idrak proseslərinin 

(duyğu, qavrayış, hafizə, təxəyyül və  təfəkkür) aid edildiyi, bu proseslərin hər 

birinin  əsas xüsusiyyətləri göstərilir. Beyinə  təsir edən qıcıqlayıcıların bilavasitə 

inikası zamanı duyğu və qavrayışların köməyilə  şüurda dünyanın, bu məqamda 

insan onu necə, elə o şəkildə  də hissi mənzərəsi yaranır. Hafizə  şüurda keçmişin 

surətlərini yenidən canlandırmaq, təxəyyyül təlabat obyekti olan, lakin indiki 

zamanda mövcud olmayan cisimlərin obrazlı modelini yaratmaq imkanı verir. 

Təfəkkür ümumiləşmiş biliklərdən istifadə etmək yolu ilə məsələ həllini təmin edir. 

Göründüyü kimi göstərilən (psixi) idrak proseslərindən hər biri riyaziyyatın şüurlu 

surətdə  mənimsənilməsində  iştirak edir. Şagirdlərdə  nəzəri təfəkkürün lazımi 

səviyyədə inkişaf etdirilməsi üçün psixologiya, pedaqogika, məntiq və riyaziyyatın 

tədrisi metodikasının əlaqələndirilməsi, onların yaxınlaşdırılmasının lazım gəldiyi 

[49] –da qeyd olunur. Burada haqlı olaraq psixologiyanın vəzifəsinin çox vaxt artıq 

yaranmış  və möhkəmlənmiş pedaqoji priyom və müddəaları “psixoloji cəhətdən 

əsaslandırmaq”, onları yaxınlaşdırmaq, təkmilləşdirməkdən ibarət olması, 

pedaqogikanın isə çox vaxt mahiyyət etibarı ilə ehkam kimi başa düşülən bəzi 

“psixoloji düsturlardan” (kiçik məktəbli təfəkkürünün guya mücərrədlikdən 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə