Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə8/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

_____________Milli Kitabxana_____________ 

 24


məhrum olması, ancaq və son dərəcə konkret olması haqqında müddəadan) çıxış 

etməsi tənqid olunur. Aydındır ki, belə olan halda ümumiləşdirmə işi çətinləşir. 

Görkəmli psixoloqlardan A.V.Zankov, V.V.Davidov, N.J.Qalperin, 

N.A.Mençinskaya, D.B.Elkonin, Ş.A.Amonaşvili və b. tərəfindən pedaqoji 

psixologiya sahəsində aparılan tədqiqatlar daha çox sabitləşmiş pedaqoji praktikanı 

qabaqlayaraq, onun üçün yeni yollar açmış, təlim və  tərbiyə  işində o cümlədən 

riyaziyyatın tədrisində ümumiləşdirmə kimi yeni cəhətlərin geniş surətdə 

axtarılmasına təminat verir. Bu kimi tədqiqatlara  əsaslanaraq [49] –da psixi 

proseslərə, idrak prosesləri: hiss üzvlərinə bilavasitə  təsir edən cisimlərin, 

qıcıqların inikası kimi duyğu və qavrayışlar, gerçəkliyin canlanan inikası kimi 

hafizə; gerçəkliyin vasitəsiz idraka müyəssər olmayan xassələrinin insanın 

şüurunda ümumiləşmiş və yenidən işlənmiş inikası kimi təxəyyül və təfəkkür, iradi 

proseslər (təlabatların yaranması, motivlərin və ya müəyyən surətdə  iş görməyə 

təhriklərin  əmələ  gəlməsi, qərar qəbulu və onun icrası; emosional proseslər 

(hisslərin  əmələ  gəlməsi), təlabatların təmin olunmasından asılı olaraq onların 

dinamikası və i.a) aid edilir. 

[49]-un girişində,  şəxsiyyət və  fəaliyyət,  şəxsiyyətin idrak prosesləri və 

psixoloji xüsusiyyətləri, qısa terminlər lüğəti adlanan hissələrin hər birində 

müvafiq  şəkildə ümumiləşdirmə  əməliyyatı  və onun insanın, xüsusi halda 

şagirdlərin zehni fəaliyyətində rolu məsələsinə toxunulur. Buradan aydın olur ki, 

nəinki yuxarı, hətta aşağı sinif şagirdləri də müvafiq materialı  təhlil və  tərkib 

edərək, hadisə  və faktların mühüm cəhətlərini ayırmaq və  nəticədə yeni 

ümumiləşdirmələr etməyə qadirdir. V.V.Davıdov, D.B.Elkonin, L.V.Zankov və b. 

psixoloqların kütləvi çoxillik eksperimentləri sübut edir ki, hətta kiçik yaşlı 

məktəblilər son zamanlara qədər təsəvvür ediləndən daha mürəkkəb materialı 

(məsələn, yalnız hesabı yox, həm də  cəbri asılılıqları) belə, özü də ümumiləş-

dirilmiş  mənimsəyə bilirlər. “Ümumi psixologiya” da [49] ali hisslərin insanın 

mənəvi aləmini ifadə etdiyi və onun şəxsiyyətini üzə  çıxardığı, onların inkişaf 

etmiş formalarının yüksək ümumiləşmə səviyyəsinə çata biləcəyi deyilir. Kitabda 

ümumiləşdirmə insanın xüsusi qabiliyyəti hesab edilir. Qabiliyyətlərin kəmiyyət və 




_____________Milli Kitabxana_____________ 

 25


keyfiyyət xarakteristikası, strukturu, talant, onun mənşəyi və strukturu, 

qabiliyyətlərinin və talantların təbii-ilkin şərtləri, qabiliyyətlərin formalaşdırılması 

ümumiləşdirmə anlayışı ilə  sıx  əlaqələndirilir. Göstərilir ki, riyazi materialı 

ümumiləşdirmək, riyazi materialı  və  əməliyyatı  qısaltmaq, ixtisara salmaq, fikri 

prosesin ilk vəziyyətinə qayıtmaq, məsələ  həlli zamanı fikri proseslərin çevikliyi 

və s. riyazi qabiliyyətdir. Müxtəlif qabiliyyətlərin konkret psixoloji xüsusiyyət-

lərini öyrənməklə, bir yox, bir neçə fəaliyyətin tələblərinə cavab verən daha ümumi 

keyfiyyətləri və yalnız bir fəaliyyətin məhdud tələbinə cavab verən xüsusi 

keyfiyyətləri ayırmaqla “ümumi və xüsusi qabiliyyətlər” müəyyənləşdirilir. 

Qabiliyyətlərə əsasən insanların tipologiyasından (J.P.Pavlova görə bu tiplər bədii, 

mütəfəkkir və orta olmaqla üçdür) danışılır. Psixologiyada bir sıra istedadlı 

uşaqların öyrənilməsi nəticəsində bütövlükdə zehni istedadın strukturunu təşkil 

edən, bəzən çox mühüm qabiliyyətləri üzə  çıxarmaq mümkün olmuşdur. 

Şəxsiyyətin bu yolla müəyyən edilə bilən birinci xüsusiyyəti diqqətlilik, topluluq, 

gərgin işə  həmişə hazır olmaqdır, ikinci xüsusiyyəti  əməyə hazırlıqdır. Qabiliy-

yətin üçüncü qrupu bilavasitə zehni fəaliyyətlə bağlıdır. Buraya təfəkkürün 

xüsusiyyətləri, fikri proseslərin sürəti, əqlin sistemliliyi, daha yüksək təhlil etmək 

və ümumiləşdirmə imkanları, zehni fəaliyyətin yüksək məhsuldarlığı aiddir. 

Nəhayət, “ümumi psixologiya” da qabiliyyətlərin, o cümlədən 

ümumiləşdirmə qabiliyyətinin inkişafının təlimdən – insanların tarixən ictimai 

tələbatlara cavab vermək məqsədilə  əldə etdikləri müvafiq bilik, bacarıq və 

vərdişlərin formalaşdırılmasının konkret iş priyomlarından (metodlarından) 

bilavasitə asılı olması xüsusi nəzərə çatdırılır. 

D.B.Elkonin [214] və V.V.Davıdov [102] göstərirlər ki, şagirdlərin müstəqil 

fikri prosesinə biliyin düzgün yollarla verilməməsi mənfi təsir göstərir.  

Bəzi hallarda kiçik yaşlı  məktəbliləri formal ümumiləşdirmə aparmağa 

yönəldirlər ki, bu da səmərəli nəticə vermir. Uzun müddətdir ki, ibtidai və  aşağı 

siniflərdə  əsasən konkretdən, xüsusidən formal şəkildə oxşarlığa, ümumiləşməyə 

gəlməklə - induktiv yolla fəaliyyətə üstünlük verilmişdir. D.B.Elkonin və 

V.V.Davıdova görə bunun nəticəsində kiçik yaşlı məktəblilərdə mücərrəd təfəkkür 




_____________Milli Kitabxana_____________ 

 26


kifayət qədər səmərəli inkişaf etməmişdir. Onlar bu siniflərdə  təlimi induktiv 

metod əsasında deyil, deduktiv metod – ümumidən xüsusiyə gedən metod əsasında 

qurmağı daha səmərəli hesab edirlər. Lakin söhbət ondadır ki, bu metodların 

birindən digərinə keçə bilmək qabiliyyətini şagirdlərdə inkişaf etdirmək lazımdır. 

Materialı şagirdlərin xüsusiyyətindən asılı olaraq, hər iki yolla seçmək mümkündür. 

Y.N,Kabanova – Miller [115(1)], D.N.Boqoyavlinski [65], N.A.Mençinskaya 

[139], Z.M.Mehdizadə [39], A.U.Məmmədov [38] və b. sübut etmişlər ki

mücərrədləşdirmə, müqayisə, analiz-sintez, ümumiləşmə,  əlaqələndirmə  əməliy-

yatları fikri fəaliyyət üsulları kimi formalaşdırıldıqda, mənimsəmə daha səmərəli 

nəticələr verir. Hər bir şagirdin bütün əsas fəaliyyət sahələrində özünü göstərən bu 

kimi  əməliyyatlar – ümumiləşmiş  fəaliyyət üsulları riyaziyyatın təlimi prosesinin 

səmərəliliyini xeyli artırır. 

Psixologiyada müəyyən bilik və hadisələrin mənimsənilməsi ilə nəticələnən 

öyrənmə-koqnitiv (dərketmə, bilikalma) səviyyəli öyrənmə adlanır. Ancaq 

insanlara məxsus olan belə öyrənmənin mexanizmi bir sıra psixoloji əsərlərdə  o 

cümlədən [38] –də müəyyənləşdirilmişdir.  

1) öyrənmənin mahiyyətini insan fəaliyyəti üçün əhəmiyyətli olan cisim və 

hadisələrin yeni keyfiyyətlərin müəyyənləşdirilməsi təşkil edir; 2) öyrənmənin 



məzmunu keçmiş biliklə yeni bilik arasında sinir rabitələrinin yaranması ilə 

müəyyən edilir; 3) öyrənmənin  əsas  şərtləri yeni mənimsənilən xüsusiyyətin 

faydalı olması, insanın təlabatını ödəyə bilməsi, həm də  həmin faydalı amilin 

özünü bir neçə  dəfə göstərməsi möhkəmləndirməsindən ibarətdir; 4) öyrənmənin 



əsasını isə xarici aləmdən beynə daxil olan informasiyaların analiz və sintezi, 

ümumiləşdirilməsi, mücərrədləşdirilməsi və onların nitqlə əlaqələndirilməsi təşkil 

edir. Beləliklə, koqnutiv səviyyədə sensor öyrənmə biliklərə yiyələnmə  şəklində 

təzahür edir. Bütün bunlar isə  təfəkkür  əməliyyatlarından, o cümlədən 

ümumiləşdirmədən düzgün istifadə etməyə  əsaslanır.  İ.A.Məmmədovun fikrincə 

[38]: 


1)  şagirdlər fəaliyyətin ümumiləşmiş  əməliyyatlarına yiyələndikcə psixika 

sürətlə inkişaf edir; 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə