Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

_____________Milli Kitabxana_____________ 

 27


2) beynə  təsir edən informasiya müəyyən vaxtdan sonra ətraflı analiz və 

sintez edilir, qruplaşdırılır və ümumiləşdirilir;  

3) təlim materialı elə tərtib edilməlidir ki, əsas cəhətlər bir-birindən fərqlənə 

bilsin, onları qruplaşdırmaq və ümumiləşdirmək mümkün olsun; 

4) şagird müəllimi dinləyir, materialı dərk etməyə çalışır, düşünür, müqayisə 

edir, ümumiləşdirir, təsəvvüründə canlandırır və s. 

Ə.Ə.Əlizadə şagirdlərin yaradıcı fəaliyyətinin yollarını araşdırmışdır [11(1)]. 

Onun fikrincə şagirdlərdə fəza təsəvvürləri və texniki təfəkkür inkişaf etdirildikdə 

onlar texniki – konstruktiv tapşırıqları daha səmərəli həll edə bilirlər. O, 

S.L.Rubinşteynə əsaslanaraq yazır: “Vahid təfəkkür daxilində, bir tərəfdən əyani, 

digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü ayırd etmək olar. Birinci üçün xarakterik 

cəhət bundan ibarətdir ki, onda təsəvvür və  məfhumun, xüsusi ilə ümuminin 

vəhdəti əsasən surət-təsəvvür formasında həyata keçirilir. İkinci üçün isə bu cəhət 

xarakterikdir ki, onda əyani surətin-təsəvvürün və  məfhumun vəhdəti  əsasən 

ümumi məfhumlar formasında həyata keçirilir ” [11, səh 101]. O, [11(2)]-də isə 

yuxarı yaşlı  məktəblilərdə qavrayış, hafizə, diqqət, təxəyyül, təfəkkür kimi idrak 

proseslərinin inkişaf edib yeni keyfiyyətlər kəsb etdiyini, bunların  əsas 

xüsusiyyətlərini göstərir. Məsələn, yuxarı sinif şagirdlərinin təfəkkürünün  əsas 

xüsusiyyətləri mücərrəd məsələlərin nəzəri səpgidə  təhlili, alternativ fərziyyələr 

irəli sürüb, onlardan birini seçməklə zehni məsələnin həlli, hökm və mülahizələrin 

məzmununa görə deyil, məntiqi tipinə görə təsnifi, deduktiv yolla nəticə çıxarmaq 

və s. hesab edilir. 

Məktəb təcrübəsi və psixoloji tədqiqatlar göstərir ki, şagirdlər 

təfəkkürlərinin keyfiyyətinə (tənqidiliyinə, müstəqilliyinə, çevikliyinə, sürətinə və 

s.) görə bir-birindən fərqlənir. Ə.Bayramov belə hesab edir ki, şagirdlərin bir qrupu 

heç bir təhrik olmadan, bəziləri qismən təhrik sayəsində, digərləri tam təhrik 

olduqda tənqidi düşünə, öz idrak obyektlərinə tənqidi yanaşa bilirlər [8].  

M.Ə.Həmzəyev pedaqoji psixologiyanın mövzusuna daxil olan ən mühüm 

komponentləri araşdırmışdır [13(1)]. O, təlim prosesinin müvəffəqiyyəti üçün 

diqqətin, qavrayışın, hafizənin, təxəyyülün, təfəkkürün, hisslərin və iradənin 




_____________Milli Kitabxana_____________ 

 28


yüksək inkişaf etməsinin zəruriliyini sübut etməyə ehtiyac olmadığını, tədris prose-

sinin təşkili zamanı təfəkkürün qanunauyğunluqlarının nəzərə alınmasını, müxtəlif 

fikri  əməliyyatlardan düzgün istifadənin zəruriliyini, xüsusən ümumiləşdirmənin 

xüsusiyyətlərini nəzərə almağın mənimsəmənin səmərəliliyi üçün vacibliyini, 

şagirdlərin mühüm ümumi əlamətlərlə oxşar ümumi əlamətləri fərqləndirmələri 

üçün dərin təhlil və  tərkib  əməliyyatı aparmağa yönəldilməsinin  əhəmiyyətini 

göstərir; düzgün ümumiləşdirmə bacarığının formalaşdırılmasını  təlim prosesinin 

optimallaşdırılmasının mühüm şərti hesab edir. Ə.S.Bayramov və  Ə.Ə.Əlizadə 

yazır: “Ümumiləşdirmə cisim və hadisələri mühüm əlamət və xassələrinə görə 

birləşdirməkdən ibarət olan fikri əməliyyatdır”.  İnsan müşahidə etdiyi cisim və 

hadisələrin ümumi və mühüm əlamətlərini, əlaqələrini ayırır, yəni təcrid edir, sonra 

birləşdirir və induktiv istidlal vasitəsilə ümumi qanunauyğunluğu və ya müddəanı 

tapır. Belə mürəkkəb fikri əməliyyat ümumiləşdirmədir. Ümumiləşdirmə prosesi 

başlıca olaraq üç istiqamətdə gedir: 1) ayrı-ayrı cisimlər üçün ümumi və mühüm 

münasibətlər ümumiləşdirilir, beləliklə  əşya məfhumları alınır; 2) ayrı-ayrı cisim 

və hadisələr arasındakı ümumi və mühüm münasibətlər ümumiləşdirilir. Bu halda 

münasibət məfhumları alınır; 3) təlim ümumiləşdirmələri (plan tutmaq, tezis 

yazmaq, nəticə  və başlıqlar müəyyənləşdirmək və s.). Ümumiləşdirmə 

mücərrədləşdirmə ilə sıx vəhdətdədir” [6, səh 297] 

Burada ümumiləşdirmə haqqında yaxşı fikirlər vardır. Lakin, bilmək 

lazımdır ki, ümumiləşdirmə  təkcə mücərrədləşdirmə ilə deyil, digər təfəkkür 

əməliyyatları ilə  də  sıx  əlaqədardır. Digər tərəfdən isə ümumiləşdirməni yalnız 

induktiv yolla deyil, deduktiv və başqa səmərəli üsullarla da almaq olar. 

Məntiq elmində ümumiləşdirmə anlayışı mühüm yer tutur. Bu fikri 

N.J.Kondakovun [116] kitabında aydın görürük. Burada ümumiləşdirici mücərrəd-

ləşdirmə, ümumiləşdirmə, eyniləşdirmə mücərrədləşdirilməsi, məntiqi cəmin

məntiqi hasilin, Şeffer funksiyasının, anlayışların ümumiləşdirilməsi, ümumilik 

kvantoru, mülahizələr funksiyası kimi məsələlərin mahiyyəti lazımı  səviyyədə 

açılmışdır.  



_____________Milli Kitabxana_____________ 

 29


Məntiq kitablarında [ 16, 46 və s.] ümumiləşdirmə ilə  əlaqədar maraqlı 

müddəalar irəli sürülür: 

1) İnsan daima çalışır ki, hissi idrakın verdiyi məlumatları ümumiləşdirsin, 

şeylərin mahiyyətinə nüfuz etsin, təbiət və  cəmiyyətin inkişafındakı 

qanunauyğunluqları  dərk etsin; 2) Təfəkkür-gerçəklikdəki cisim və hadisələrin 

ümumiləşmiş, vasitəli və  məqsədəuyğun formada beynimizdə inikasıdır; insanı 

digər canlılardan fərqləndirən məhz mücərrəd təfəkkürdür; 3) mücərrəd təfəkkür 

hissi idrakın verdiyi biliklərə  əsaslanır, bu bilikləri ümumiləşdirir, yəni nəticələr 

çıxarır, cisim və hadisələrin daxili mahiyyətini açır; bu təfəkkürün gerçəkliyi 

ümumiləşmiş şəkildə əks etməsi onun əsas xüsusiyyətidir; 4) birinci siqnal sistemi 

təfəkkürə konkret hissi material verir, təfəkkür isə bu materialı analiz-sintez prose-

sindən keçirərək, ümumiləşdirir və maddi dil qabığının köməyi ilə insanlara 

çatdırır və təfəkkürü möhkəmləndirir; 5) Aristotel təfəkkürdə ümumi ilə təkcənin, 

səbəb ilə nəticənin inkişafını irəli sürmüşdür; nominalizmin nümayəndələri yanlış 

olaraq idrak nəzəriyyəsində ümumi ilə təkcənin üzvü vəhdətini anlamır, mücərrəd 

təfəkkürün idrak silahı olduğunu təkzib edirlər; 6) anlayış cisim və hadisələrin ən 

ümumi, mühüm, zəruri xassə və  əlamətlərini, cisim və hadisələr arasındakı  əlaqə 

və münasibətləri beynimizdə əks etdirir; anlayış cisim və hadisələrin ümumiləşmiş 

obrazıdır; 7) ümumilik dərəcəsinə görə  kəmiyyət çox ümumiyə  və az ümumiyə 

bölünür. Bunlardan birincisi ən ümumi, ikincisi isə  əlahiddə (xüsusi) anlayışlar 

adlanır. Məsələn, həndəsi fiqur, maye, bitki və s. ən ümumini göstərirsə, üçbucaq, 

benzin, ağac həmin anlayışlara uyğun olaraq xüsusini ifadə edir; 8) Beləliklə, fərdi 

(təkcə), xüsusi və ən ümumi anlayışlar real gerçəklikdəki hadisələrin, proseslərin, 

şeylərin fikrimizdə inikasıdır. Məntiqdə konkret və mücərrəd anlayışlardan, növ, 

cins və  fərd münasibətlərindən məntiqi  əməliyyatlarda (anlayışlarla ümumiləş-

dirilməsi, məhdudlaşdırılması, tərifi və bölgüsü prosesində) istifadədən, bölgü və 

təsnifatın mahiyyətindən, ümumi və mühüm əlamətlərin müəyyənləşdirilməsindən, 

anlayışların yaranmasında iştirak edən məntiqi  əməliyyatlardan, məntiqin 

əsaslandığı  ən ümumi qanunlardan (eyniyyət, ziddiyyət, üçüncünü istisna, kafi 

əsas), əqli nəticədə təkcənin, xüsusinin, ümuminin, oxşarlıq və fərqin, konkret və 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə