Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   23   24   25   26   27   28   29   30   31

Qeyd: 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda

nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim 

edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra 

saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 

3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat 

vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. 

Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya 

pozuntuya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması 

üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin 

duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. 

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər 

vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə 

müraciət edə bilər. 

10) Bu Qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsini 

müəyyən edilmiş qaydada müvəqqəti olaraq saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir; 

Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və 

onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq 

ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. 

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər 

vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada məhkəməyə müraciət edə bilər. 

11) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi 

qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu 

bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir); 

Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına 

göndərilir. Onlar belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanına məlumat verirlər. 

12) diplomatik immunitetə malik olan əcnəbilər yol hərəkəti qaydalarını pozarlarsa, onların şəxsiyyətini təsdiq edən 

sənədləri yoxlayır və bu Qanunun tələblərinə uyğun olaraq, həmin əcnəbiləri inzibati məsuliyyətə cəlb edir. 

Qeyd: Əgər diplomatik immunitetə malik olan əcnəbi törədilmiş inzibati pozuntuya görə cərimə ödəməkdən imtina 

edərsə, bu barədə inzibati protokol tərtib olunur. Həmin protokol müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının diplomatik xətti ilə, qaydanı pozmuş şəxsin işlədiyi 

diplomatik nümayəndəliyə göndərilir və törədilmiş pozuntuya görə cərimənin ödənilməsi ona bir daha təklif olunur. 



Səkkizinci fəsil.  

Yekun müddəalar 

Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan 

Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq 

edilir. 


Maddə 87. Qanunun qüvvəyə minməsi 


I. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Qüvvəyə mindiyi gündən altı ay müddətində yol hərəkəti 

qaydalarını tənzimləyən bütün digər normativ-hüquqi aktlar bu Qanuna uyğunlaşdırılmalıdır. 

II. Bu Qanun qüvvəyə mindiyi gündən sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına 

gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır. 



Heydər Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 3 iyul 1998-ci il 

 

"Yol hərəkəti haqqında" 



Azərbaycan Respublikasının Qanuna 

1 saylı Əlavə 

Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların 

SİYAHISI 

I. Tormoz sistemləri 

1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını təmin etmədikdə: 

Nəqliyyat vasitələrinin növləri 

Tormoz 


yolu (m) 

ən çoxu 


Müəyyən edilmiş 

yavaşıma (m/s) ən azı 

Tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma 

üçün modifikasiyaları 

 

 

12,2 (14,5) 



 

 

6,8 (6,1) 



İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil 

olmaqla) avtobuslar 

 

 

13,6 (18,7) 



 

 

6,8 (5,5) 



İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobuslar 

 

16,8 (19,9) 



 

5,7 (5) 


İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil 

olmaqla) yük avtomobilləri 

 

 

15,1 (19) 



 

 

5,7 (5,4) 



İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton 

da daxil olmaqla) yük avtomobilləri 

 

 

17,3 (18,4) 



 

 

5,7 (5,7) 



İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük 

avtomobilləri 

 

16 (17,7) 



 

6,2 (6,1) 

İkitəkərli motosikletlər və mopedlər 

7,5 (7,5) 

5,5 (5,5) 

Yanqoşqulu motosikletlər 

8,2 (8,2) 

5 (5) 


Minik avtomobillərinin və onların yükdaşıma üçün 

modifikasiyaları-nın yedəyə aldığı avtomobil qatarları 

 

 

 



13,5 (14,5) 

 

 



 

5,9 (6,1) 

İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil 

olmaqla) avtobusların yedəyə aldığı avtoqatarları 

 

 

 



15,2 (18,7) 

 

 



 

5,7 (5,5) 

İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobusların 

yedəyə aldığı avtoqatarları 

 

 

18,4 (19,9) 



 

 

5,5 (5) 



İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil   

 



olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları 

 

 



17,7 (22,7) 

 

 



4,6 (4,7) 

İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton 

da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları 

 

 



 

18,8 (22,1) 

 

 

 



5,5 (4,9) 

İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük 

avtomobillərinin yedəyə aldığı avtoqatarları 

 

 



18,4 (21,9) 

 

 



5,5 (5) 

Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və 

tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və 

mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır; nəqliyyat vasitələrini təchiz edilmiş vəziyyətdə, sürücünün 

iştirakı ilə, idarəetmə orqanına iş tormoz sisteminin birdəfəlik təsiri yolu ilə sınayırlar; 2) Nəqliyyat vasitələrinin iş 

tormoz sisteminin səmərəliliyi dövlət standartlarına uyğun olaraq başqa göstəricilərə görə də qiymətləndirilə bilər. 

2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda. 

3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması mühərrik işləməyərkən tormoz 

sistemini idarəetmə orqanları tam qoşulmuş halda olduqda -- 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 

kq--q/sm


2

) aşağı düşməsinə səbəb olursa. 

4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmədikdə. 

5) Duracaq tormoz sistemi aşağıdakı nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini təmin etmədikdə: 

tam yüklü nəqliyyat vasitələrinin -- 16 dərəcədən az olmayan enişdə

təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin və avtobusların -- 23 dərəcədən az olmayan enişdə; 

təchiz olunmuş vəziyyətdə yük avtomobillərinin və avtomobil qatarlarının -- 31 dərəcədən az olmayan enişdə 

istismarı qadağan edilir. 



II. Sükan idarə mexanizmi 

1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox olduqda: 

Nəqliyyat vasitəsinin növü 

Cəmi lüftün son hədd qiymətləri, 

(dərəcə ilə), ən çoxu 

Minik avtomobilləri və onların bazasında yaradılmış yük 

avtomobilləri və avtobuslar 

 

10 



Avtobuslar 

20 


Yük daşıyan avtomobillər 

25 


2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol verildikdə; yivli birləşmələr 

müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya bərkidilmədikdə. 

3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün) nasaz 

olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir. 



III. Xarici işıq cihazları 

1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə 

uyğun olmadıqda. 



Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici 

işıq cihazlarının qurulmasına yol verilir. 

2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 

3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 

4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə 

edildikdə. 

5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 

6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma 

nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli 

işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. 



IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları 

1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə. 

2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə nasazlıq aradan qaldırılır. 

V. Təkərlər və şinlər 

1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində -

- 1 mm-dən, avtobuslarda -- 2 mm-dən, motosiklet və mopedlərdə -- 0,8 mm-dən az olduqda. 

Qeyd: Qoşqular üçün şinlərin protektorundakı naxışların qalmış hündürlüyü normaları yedəkçi nəqliyyat 

vasitələrinin şinləri üçün olan normalarda müəyyən edilir. 

2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması 

kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda. 

3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda. 

4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə. 

5) Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya 

protektoru müxtəlif naxışlı şinlər geydirildikdə. 

Yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru 

müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır. 

VI. Mühərrik 

1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş 

kəmiyyətlərdən çox olduqda. 

2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 

3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 

VII. Konstruksiyanın digər ünsürləri 

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda. 

2) Səs siqnalı işləmədikdə. 



3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, 

təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya örtüklər çəkildikdə. 

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı 

buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-

şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun 

pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrində jalüz və pərdə asmağa yol verilir. 

4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, 

sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, 

qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi 

şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə. 

5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda. 

6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların 

konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin 

çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda. 

7) Aşağıdakılar olmadıqda: 

avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda -- dərman qutusu, odsöndürən, qəza dayanma 

nişanı (yanıb-sönən qırmızı fənər); 

icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 

tondan çox olan avtobuslarda -- diyirlənməyə qarşı dayaqlar (azı ikisi); 

yanqoşqulu motosikletdə -- dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər). 

8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş 

işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə 

olunduqda. 

9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər 

olmadıqda və ya onlar kəmərləri yararsız olduqda. 

10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat 

nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və 

motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında 

təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü 

rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət 

qeydiyyat nişanları yazılmadıqda. 

11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda. 

12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş 

köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda. 

13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn 

əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. 



 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə