Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

60 

 

 



artıq quş növünü müəyyən etməyə imkan vermişdir. Məməli heyvanların (39 növ) 

skeletləri isə nisbətən az tapılmışdır.  

        Belə ki, suyun səthini örtən neft qatı quşlar üçün əsas təhlükə olub. Məlumdur 

ki, lələklər suyu quşun bədəninə buraxmır, quş suya qonan kimi bir neçə dəfə 

hərəkət etdikdən sonra mazuta bulaşır. Neft quş lələklərinin üzərini örtən yağı həll 

edərək, bədənin tiftik qatına qədər yeriməsinə imkan yaratmışdır. Bu isə öz 

növbəsində quşun xüsusi çəkisini artırmış, normal istilik rejimini və uçma 

qabiliyyətini pozmuşdur. Quşlar özlərini təmizləmək istəyəndə neft həzm aparatına 

düşmüş və beləliklə, zəifləşmiş quşlar zəhərlənib tələf olmuşlar.  

        Tədqiqatlar göstərir ki, yaşılbaş ördəklər, qazlar, çöl qazları, qu quşları, 

qutanlar, cumuldaqlar belə tələf olmuşlar. Sonra cəmdəklər yırtıcı quşların, 

leşyeyənlərin, yəni berkutların, qırğıların, çalağanların, qarğaların, yapalaqların və 

bayquşların diqqətini özünə cəlb etmişdir.  ri heyvanların cəmdəklərinə qara 

kərkəslər və ağbaş Asiya kərkəsləri də uçub qonurmuşlar. Gölün bataqlıq sahilləri 

nəhəng marallar, kərgədanlar, ibtidai öküzlər, Abşeron çöl donuzları kimi su 

içməyə gələn iri məməli heyvanlar üçün tələ olmuşdur. Palçığa batmış heyvanlar 

yırtıcılar üçün münasib ov məhsulu olmuşlar. Skeletlərin üzərində aparılan 

tədqiqatlar göstərir ki, bəzən heyvanların cəmdəkləri üstündə yırtıcılar bir-biri ilə 

vuruşurdu.  

        Məməli hevanların sümüklərinin bir qismi yağış, sel vasitəsilə yerlərini 

dəyişmişlər. Bu hal ancaq xırda gəmiricilərə aiddir. Kolleksiyada xırda 

gəmiricilərin (dovşanlar, kirpilər, kor, adi, qum, yereşən, siçanlar və s.) çoxlu 

qalıqları toplanmışdır. 

         Onurğasız  heyvanlardan  çoxlu  həşərat  qalıqlarına  təsadüf  edilir  ki,  bunların 

107  növünü  böcəklər  təşkil  edirlər.  Böcəklərin  başqa  onurğasızlara  nisbətən

 

üstünlük təşkil etməsi onlarda xitin örtüyünün yaxşı saxlanılması ilə izah olunur. 



 Qırlaşmış halda tapılan bitki qalıqları böyük maraq kəsb edir. Kolleksiyada ağac 

kötüyü  gövdəsi,  zoğu,  meyvə,  kök,  kökümsov  və  s.  hissələrə  də  təsadüf  edilir. 

Binəqədi Qır gölünün cənub-qərb kənarında bataqlıq bitkilərindən qamış, cil və s., 

ə

traf  düzəndə  isə  söyüdyarpaqlı  armud,  alçayabənzər  ardıc,  püstə  ağacı,  nar  kolu 



bitmişdir. Yəqin ki, vaxtı ilə bunlar gölün yaxınlığında kiçik bir meşə zolağı əmələ 

gətirmişlər.  

         Ehtimal  ki,  göl  yarımsəhra  ilə  əhatə  olunmuşdur.  Bitki  örtüyünün  xarakteri 

belə  rəyə  gəlməyə  imkan  verir  ki,  Binəqədi  gölü  ətrafının  iqlimi  Pleystosen 

epoxasında  indikinə  nisbətən  daha  rütübətli  və  soyuq  olmuşdur.  Sonrakı  dövrdə 

Binəqədi  gölü  qurumuş  və  dağ  əmələgəlmə  prosesləri  nəticəsində  yer  səthindən 

yuxarı qalxmışdır. Müasir dövrdə Qobustan və Abşeronda çox da zəngin olmayan 

müasir faunanın yaşaması müşahidə olunur.  

         Binəqədinin  Dördüncü  dövr  çöküntülərində  aşkar  edilən  sümük  qalıqlarının 

öyrənilməsi  heyvanlarda  təkamül  prosesində  baş  verən  dəyişmələr  haqqında 

təssəvvüryaratma  imkanı  verir.  Belə  ki,  qısa  geoloji  dövr  ərzində  bəzi  heyvanlar 

mühitə  uyğunlaşa  bilməmiş,  təbii  fəlakət  və  s.  səbəblərdən  fauna  məskəni  məhv 

olmuşdur.  Abşeron  ərazisində  məhv  olmuş  faunanın  K.K.Flerov  tərəfindən  bərpa 

edilmiş rəsmləri albom şəklində muzeydə nümayiş etdirilir. 




61 

 

 



          Binəqədinin  Dördüncü  dövr  fauna  və  florası  çeşidinə  u1074  və  çoxluğuna 

görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur. Mütəxəssislər 

Binəqədi  Qır  gölünü  Şimali  Amerikanın  Koliforniya  ştatındakı  Ranço  Lya  Brea 

fauna məskəni ilə müqayisə edirlər. Burada qədim heyvan sümüklərinin olması ilk 

dəfə  1875-ci  ildə  U.Denton  tərəfindən  aşkar  edilmişdir.  O,  Ranço  Lya  Brea 

61sphalt  çöküntülərində  ibtidai  atın,  itidişli  pişiyin  və  digər  məməlilərin  diş  və 

sümüklərinə, o cümlədən quşların qalıqlarına rast gəlmişdir.  

         Belə  ki.  Tədqiqatçıları  bitum  qalıqlarının  mənşəyi  çoxdan  maraqlandırırdı. 

U.Dentonun  fauna  tapıntıları  uzun  müddət  nəzərdən  kənarda  qaldı.  Əsas  diqqət 

Los Anjelos rayonunda XVIII əsrdən məlum olan neft yataqlarının öyrənilməsinə 

yönəldilmişdi.  Lakin  1905-ci  ildə  alimlər  Ranço  Lya  Brea  fauna  tapıntılarıyla 

yenidən maraqlanaraq, ona yüksək qiymət vermişlər. Frank M.Anderson və Orkott 

Ranço Lya Breanı ziyarət edərək çoxlu miqdarda sümük qalıqları topladılar: itidişli 

pişiyin  kəlləsinin  bir  hissəsi,  nəhəng  canavarın  çənəsi  və  b.  Sahə  sahibkarının 

razılığı  ilə  bitum  gölündə  axtarışlar  davam  etdirildi.  1906-1913-cü  illərə  qədər 

aparılan  axtarışlarda  Koliforniya  Universitetindən  başqa  Cənubi  Koliforniya 

Elmlər Akademiyası, Los-Anjelos Qərb Kolleci və ali məktəbi də iştirak edirdi. O 

vaxtdan bəri əldə olunan materiallar hazırda Qankonq kolleksiyası adı altında Los 

Anjelos muzeyində saxlanılır. 

         Geoloji  tədqiqatlar  göstərdi  ki,  Ranço  Lya  Brea  faunasının  yaşı  Pleystosen 

epoxasına  aiddir.  Gölə  düşmüş  bir  çox  heyvanlar  digər  yırtıcı  heyvan  və  quşları 

özünə  cəlb  etmişdir.  Asan  qida  əldə  etmək  istəyən  heyvanların  özləri  də  tələyə 

düşürdülər.  Bu  minvalla,  göldə  çoxsaylı  heyvan  cəsədləri  toplanır.  Bitki  qalıqları 

azlıq  təşkil  etsələr  də,  bir  çox  ağac  yarpaqları,  toxumları,  qozaları  yaxşı 

saxlanmışdı. Asfalt laylar arasında həşərat qalıqları və heyvanın

 

mühafizə olunmuş 



xitin təbəqəsi də tapılmışdır. Müqayisə məqsədi ilə qeyd olunmalıdır ki, Binəqədi 

Qır gölünün heyvan qalıqlarının əksər hissəsini onurğalıların skeletləri təşkil edir. 

Bunların  içərisində  də  quşlar  və  məməlilər  əsas  yer  tuturlar.  Binəqədi  və  Ranço 

Lya Brea fauna və flora qalıqlarının toplanma yolu təxminən eynidir. Lakin Ranço 

Lya Brea 61sphalt gölündə batmış heyvan qalıqları 35000 illik tarixə malik olduğu 

halda,  Binəqədi  fauna  qalıqlarının  yaşı  75000  ildir.  Belə  ki,  Ranço  Lya  Brea 

tapıntıları Binəqədi tapıntılarından 40000 il cavandır. 

            Binəqədi  fauna  qalıqları  H.Zərdabi  adına  Təbiət  tarixi  muzeyinin  elmi 

ə

məkdaşları  tərəfindən  dərindən  öyrənilmiş,  təsnifatı  isə  muzeyin  12  cildlik 



fundamental  əsərlərində  öz  əksini  tapmışdır.  Binəqədi  Qır  gölündən  toplanan 

kolleksiya içərisində 41 növ məməli, 110 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 

107 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri 

müxtəlif nəşriyyatlarda monoqrafiya, elmi məqalə və s. şəklində dərc olunmuşdur. 

Binəqədi  onurğalı  fauna  qalıqları  kolleksiyasının  əksər  hissəsi  muzeyin  müvafiq 

vitrinlərində nümayiş etdirilir. 

 

 

 

 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə