Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   44



 
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ 
 
Ü.HACIBƏYLI ADINA BAKI MUSİQİ AKADEMİYASI 
 
 
 
 
SƏADƏT FƏRZİYEVA 
 
 
 
 
AZƏRBAYCANIN 
 CƏNUB-ŞƏRQ BÖLGƏSİNİN 
«HALAY»  RƏQS-MAHNILARI 
 
Dərs vəsaiti 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
29 yanvar 2013-cü il tarixli 151 №-li əmri ilə  
təsdiq edilmişdir.  
 
 
 
 
 
Bakı – Mütərcim – 2014 


 
2
 
Elmi redaktor:     
Azərbaycan Respublikasının 
Əməkdar incəsənət xadimi 
fəlsəfə elmləri doktoru, professor 
Gülnaz Abdullazadə 
 
Rəyçilər:               
bəstəkar, Azərbaycan Respublikasının 
Əməkdar incəsənət xadimi, professor 
Arif  Məlikov 
 
Azərbaycan Respublikasının 
Əməkdar incəsənət xadimi, 
sənətşünaslıq namizədi, professor 
Akif Quliyev  
 
pedaqoji elmlər doktoru, professor 
Minarə Dadaşova 
 
sənətşünaslıq namizədi, dosent 
Telman Qəniyev  
 
 
 
 
S.Fərziyeva. Azərbaycanın Cənub-Şərq bölgəsinin «Halay» rəqs-mah-
nılarıDərs vəsaiti. – Bakı: Mütərcim, 2014. – 216 səh. 
 
 
 
F
026
4310020000
 03-14
 
 
 
© S.Fərziyeva, 2014 


 
3
 
REDAKTORDAN 
 
 
Dünyanın etnik xəritəsində Qavqazın bir hissəsini təşkil edən 
Azərbaycan tarix boyu özünün polietnikliyi ilə seçilmişdir. Burada 
müxtəlif etnoslar yaşayıb məskunlaşaraq qarşılıqlı ticari və mədəni 
əlaqələrdə olmuşlar. Belə bir qonşuluq əlagələri tarix boyu  inkişaf 
edərək, adət-ənənə yaxınlığı, etno-social mübadilə, oxşar sosial hə-
yat tərzinə  gətirib çıxartmışdır. Azərbaycan etnosunun böyük bir 
hissəsini təşkil edən azərbaycanlılardan başqa, bu etnosun tərki-
bində  əsrlərdən bəri qaynayıb-qarışan azsaylı xalqlardan biri də 
talışlardır. 
Dünyanın  əksər dövlətlərində bir çox etnik birliklər fəalyyət 
göstərirlər. Belə qrupların bu cür fəaliyyət göstərməsi, folklorunun, 
dilinin, mədəniyyətinin qorunması, müasir dünyada demokratik 
inkişaf kimi qiymətləndirilir. Böyük məmnunluq hissi ilə qeyd 
etmək istərdik ki, doğma Azərbaycanımızı da belə dövlətlərə aid 
etmək olar. Müstəqil Azərbaycanda azsaylı xalqların mədəniyyəti-
nin, dilinin, folklorunun  qorunması, yaşadılması, təbliği və öyrənil-
məsi istiqamətində həyata keçirilən  dövlət tədbirləri onların mənə-
viyyatının zənginləşdirilməsinə xidmət edərək, inkişafında böyük 
rol oynayır. Bu baxımdan Azərbaycanda azsaylı xalqların musiqisi-
ni öyrənmək böyük aktuallıq kəsb edir. 
Ciddi tədqiqatçı  əməyinin məhsulu olan bu dərs vəsaitində 
müəllif Azərbaycanın  Cənub bölgəsində yaşayan talışların tarixi, 
onların mədəniyyəti və  ən  əsas da musuqi folklorumuzun zəngin-
ləşməsində mühüm bir rol oynayan «Halay»  rəqs mahnılarından 
söhbət açır. 
Müəllifin xüsusi nailiyyətlərindən biri tədqiqatın predmeti 
olan etnomusiqişünaslığın mühüm bir sahəsini təşkil edən azsaylı 
xalqların musiqi folklorunda  janr xüsusiyyətlərinin özünəməxsuslu-
ğu və mövcudluğunu geniş şəkildə işıqlandırmasıdır. 


 
4
Milli musiqişünaslıqda ilk dəfə olaraq bu dərs vəsaitində 
«Halay»  rəqs mahnılarının lad – intonasiya və musiqili poetik xü-
susiyyətlərinə dair dolğun məlumat verilmişdir. Bu «Halay»   rəqs 
mahnılarının sinkretikliyi araşdırılmış, xüsusən «Yallı»  rəqsləri ilə 
oxşar və fərqli cəhətləri qeyd edilmişdir. 
Müəllif Fərziyeva Səadət  İbrahim qızı    öz    dərs  vəsaitində  
2007-ci ildə  Masallı, Lənkəran, Astara  və  Lerik rayonları  üzrə  
aparılan  tədqiqat  işini  geniş təsvir edir. Musiqi – ekspedisiyası za-
manı  toplanan materiallara , öz müşahidələrinə  istinad  edərək, on-
ların nəinki tarixi baxımından , eləcə də etimologiyasını açıqlamağa  
çalışmışdır. 
Bu cür müsiqi ekspedisiyalarında  əldə edilib və təhlil olunan 
mahnılar Azərbaycanın musiqi  folklorunu  zənginləşdirərək, gələ-
cək tədqiqatçılar üçün mühüm zəmin yaradacaq. Bu baxımdan Fər-
ziyeva Səadətin təqdim etdiyi dərs  vəsaiti olduqca mahiyyətli və 
təqdirə layiqdir. 
 
    Azərbaycan Respublikasının 
Əməkdar İncəsənət xadimi, 
fəlsəfə elmləri doktoru, professor 
Gülnaz Abdullazadə 
 
 


 
5
 
GİRİŞ 
 
 
Azərbaycan xalq musiqi yaradıcılığının bir qolu olan folklor, 
çoxşaxəli məfhum kimi öz janr tiplərinə görə fərqlənir. Azərbaycan 
musiqisində  şifahi  ənənəli xalq musiqisilə yanaşı,  şifahi-professio-
nal musiqi janrları da mövcuddur. Belə janrlara muğam sənəti və 
aşıq yaradıcılığı aiddir. Bu haqda Vaqif Vəliyev belə yazır: «Geniş 
xalq kütləsinin yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öy-
rənmək ücün ona yaxın olan bir necə elm sahəsini bilmək lazımdır: 
a ) şifahi xalq ədəbiyyatı tarixlə əlaqəli surətdə öyrənilməlidir. 
«...Bir xalqın folklorunu bilmədən onun tarixini öyrənmək mümkün 
olmadıgı» kimi (M.Qorki), xalq ədəbiyyatını da mənsub oldugu 
xalqın tarixini bilmədən öyrənmək olmaz. 
b) şifahi ədəbiyyat xalqın həyat və məişəti, adət və ənənəsi ilə 
qırılmaz tellərlə baglıdır. 
c) folklor, hər şeydən əvvəl, mənsub oldugu xalqın canlı danı-
şıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinə-
dir. Ona görə də Azərbaycan folklorunu öyrənən və tədqiq edən şəxs 
etnoqrafiyanı, onun əsas xüsusiyyətlərini bilməlidir». [57. s.3-4] 
Bu xüsusda biz talış etnosunun musiqi folklorunu öyrənirik və 
Azərbaycanda azsaylı xalqların musiqi mədəniyyətinin və musiqi 
etnoqrafiyasının öyrənilməsi müasir dövrdə tarixi - elmi maraqlar 
baxımından böyük aktuallıq kəsb edir. Digər tərəfdən, müstəqil 
Azərbaycanda azsaylı xalqların mədəniyyətinin, dilinin, folklorunun 
qorunması, yaşadılması, təbliği və öyrənilməsi istiqamətində həyata 
kecirilən dövlət mədəniyyət tədbirləri də  tədqiq etdiyimiz mövzu-
nun aktuallığını əsaslandırır. 
Bizim elmi araşdırmamız Azərbaycanın cənub bölgəsinə yö-
nəlmiş, bu bölgədə yaşayan talışların «Halay» rəqs mahnılarında 
musiqi-nəzəri və poetik xüsusiyyətlər baxımından vacib olan də-
yərli elementlərin üzə çıxarılmasından ibarət olmuşdur. Bu element-
lərin həm lad-məqam intonasiyalarında, həm də «Yallı» rəqslərində 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə