Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

20

Ə



lbəttə  ki,  intellektual  sistemlərin  yaradılmasının  ilkin  mərhələsində  bu 

məsələlərin  sayı,  tərkibi  və  ardıcıllığı  dəyişə  bilər.  Bu  bir  çox  faktordan  asılıdır: 

obyektin  və  problem  oblastının  xarakteri  və  çətinliyindən;  sistemi  işləyib 

hazırlayanın  layihələşdirilmiş  sistemə  və  özünə  qoyduğu  məqsədindən;  biliklərin 

müəyyənlik  və  quruluş  pillələrindən;  biliklərin  uğurlu  toplanması  üçün  şərtlərin, 

həmçinin ekspertlərlə qarşılıqlı əlaqədən və s. Lakin buna baxmayaraq burada əsas 

fikri  qeyd  etmək  lazımdır:  BB-nin  hazırlanması,  onun  quruluşunun  seçilməsi, 

biliklərin  təqdim  olunma  üsulu,  intellektual  sistemlərin  layihələşdirilməsində 

ekspertlərlə görülən işin çətinliyi və vacibliyi. Qısaca da olsa bu məsələlərin tərkibi 

və  problematikasına  nəzər  yetirək.  Onlardan  bir  neçəsi  haqqında  yuxarıda  söhbət 

açmışdıq. 

BB  yaradılarkən  əsas  məsələ  biliklərin  təqdim  olunma  üsulunun  seçimidir. 

Biliklərin  təqdim  olunmasının  məqsədi  lazım  olan  informasiyanın  elə  bir  şəklə 

salınmasıdır  ki,  süni  intellekt  proqramı  həllin  qəbulu,  planlaşdırma,  obyekt  və 

hadisələrin  tanınması,  vəziyyətin  analizi,  nəticənin  çıxarılışı  və  digər  koqnitiv 

funksiyalar  üçün  informasiyanı  asan  yolla  alsın.  ndi  isə  qısaca  olaraq  biliklərin 

təqdim  olunması  modellərinin  əsaslarının  bir  neçəsini  BB-nin  hazırlanması 

prosesinə  uyğun  olaraq  xarakterizə  edək.  Predikativ  məntiqinin  istifadəsi  zamanı 

BB  problem  sahəsinin  hissə-hissə  təsvirini  təmin  edən  məntiqi  formulların 

məcmusu kimi baxılır. 

Semantik  şəbəkələr  hadisələrin,  anlamların,  vəziyyətlərin,  hərəkətlərin 

təpələrdən  və  künclərdən  ibarət  işarələnmiş  istiqamətlənmiş  sütünun  (qrafa) 

köməyi ilə təsvirinə icazə verir. Semantik şəbəkələrin təqdimi üçün ekstensional və 

intensional  biliklərdən  istifadə  olunur.  Ekstensional  şəbəkə  verilənlər  bazasının 

özəyini, intensional şəbəkə isə BB-nin özəyini təşkil edir. 

Freymlər də semantik şəbəkələr kimi deklarativ  prosedur quruluşlu olur. Bir 

çox  freym  quruluşlarında  obyektlərin  daha  da  obstrakt  obyektlərdən  atributları 

miras  kimi  qəbul edən  irsi  münasibətlərin  reallaşdırılması  mümkündür.  Biliklərin 

belə  təşkil  edilməsi  yaddaşın  həcminə  qənaət  etməyə  imkan  verir.  Hal-hazırda 

biliklərin təqdim edilməsi üsullarından ən məşhuru hasilat modelləridir. 




 

21

Biliklərin  təşkili  zamanı  BB  hasilat  modellərinin  istifadəsinin  hasilat 



qaydalarını özündə saxlayır və həll edilən məsələnin mövcud vəziyyətdə verilənlər 

bazasında  informasiya  kimi  saxlanılır.  Lazım  olan  qaydanın  inisalizasiyasını 

idarəetmə bloku (interpretator) həyata keçirir. Ən böyük çətinliklər tam olmayan, 

qeyri-səlis biliklərin modellərinin yaradılması zamanı meydana çıxır. Son illər süni 

intellektdə  tətbiqi  proqramların  yaradılması  zamanı  tətbiq  olunan  qeyri-səlis 

biliklərin metodlarının formalaşdırılmasının inkişafı üçün fəal şəkildə işlər aparılır. 

BB-nin təşkili ilk növbədə onun saxlamalı olduğu informasiyanın xarakterinə 

ə

saslanılır.  Bu,  hər  şeydən  əvvəl  öz-özlüyündə  tez  dəyişən  informasiya,  hansısa 



fakt və biliklərdir. Digər tip informasiya – verilənlərdən daha az dəyişən bilik və 

qaydaların modelləridir. Bundan əlavə, qaydalar özündə obyektlər haqqında tutarlı 

məlumat daşıyırlar. Onlar fəaldırlar və BB-də olan məlumatlar əsasında yeni fakt 

və hipotezlər yarada bilərlər. Bununla əlaqədar olaraq BB-nin quruluşunu iki əsas 

altbaza  şəklində  –  qaydalar  bazası  (QB)  və  verilənlər  bazası  (VB)  təşkil  etmək 

lazımdır. 

VB-də  qeyd  olunan  tədqiqat  sahəsinə  aid  həll  olunan  məsələ  və  verilənlər 

haqqında  faktoqrafik  informasiya  saxlanılır.  Qaydalar  bazası  tədqiqat  sahəsi 

haqqında  biliklərin  təqdim  olunması  modeli  və  həmçinin  bu  biliklərin 

aktivləşdirilməsi  əsasında  VB-də  saxlanılan  verilənlərin  elementləri  arasında 

münasibətləri  müəyyən  edir.  Biliklərin  təqdim  olunma  modeli  yuxarıda  qeyd 

olunan bir və ya bir neçə biliklərin təqdim olunma formasına əsaslanır. 

Bu  qayda  ilə  biliklərin  təqdim  olunması  haqqında  ümumi  şəkildə  iki 

səviyyədə  danışmaq  olar:  birinci  səviyyə  –  faktoqrafik  informasiya,  verilənlər; 

ikinci  səviyyə  –  faktoqrafik  informasiyanın  manipulyasiyası  üsulunu  müəyyən 

edən təsvir, əlaqə, qayda və prosedurlar. 

Biliklərdən  əlavə  BB-də  tədqiqat  sahəsi  haqqında  digər  tip  biliklər  də 

saxlanılır: sistem aləminin modeli, istifadəçi haqqında biliklər, məqsədlər və s. Bu 

biliklər əsasən təqdim olunmaların ikinci səviyyəsində bloklar və QB-nın quruluş 

hissəsi şəklində saxlanılır. Adı çəkilən bir neçə bilik tipinin elə birinci səviyyədə 

(VB-də) saxlanması mümkündür. 



 

22

Bilik və qaydaların həcmi böyük olduqda informasiyanın emalına sərf olunan 



vaxt  artır.  Həll  seçimi  oblastının  kiçildilməsi  məsələsi  əmələ  gəlir.  ntellektual 

sistemlər  onların  qarşısına  qoyulan  məsələlərin  həllində  hərəkətlərin 

məqsədyönlülüyünə,  biliklərlə  işdə  hansısa  pillədə  “dərk  edilmiş”  və 

konstruktivliyə  malik  olmalıdırlar.  Buna  görə  də  bir  çox  real  zamanda  işləyən 

intellektual  sistemlərdə  yeni,  biliklərin  təqdim  olunmasının  üçüncü  səviyyəsi  – 

BB-də  əməliyyat  proseslərinin  rasionallaşdırılması  təminatı  üçün  vacib  olan 



metabiliklər səviyyəsi

 realizə olunur. 

Yuxarıda  qeyd  edildiyi  kimi  metabiliklər    sistemin  özü  haqqında,  yəni  öz 

bilikləri, onların quruluşu və öz fəaliyyəti barədə biliklər məcmusudur. 

Beləliklə,  BB-də  biliklərin  strukturlaşdırılması  lazımi  informasiya  axtarışı 

problemi ilə sıx əlaqədardır. Ən yaxşı axtarış strategiyası məsələnin həllinin bütün 

mərhələlərində BB-də olan bütün informasiyanın deyil, ona uyğun olan hissəsinin 

istifadə olunmasıdır. BB-nin düzgün strukturlaşdırılması zamanı verilən məsələnin 

həlli üçün axtarış və lazımi biliklərin seçilməsi problemi asanlaşır.  

   


Şə

kil 2. Biliklər bazasının ümumiləşmiş quruluş 

Yuxarıdakı  şəkildə  göstərildiyi  kimi  rasional  obrazda  həllərin  çıxış 

mexanizmini  reallaşdıran  qaydalar  interpretatoru  funksiyalarını  BB-nin  yüksək 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə