Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

23

pilləsi  olan  metabiliklər  (və  ya  metabiliklər  bloku)  yerinə  yetirir.  Onu  da  qeyd 



etmək  lazımdır  ki,  BB-nin  təşkili  və  onun  intellektual  sistemlərin  digər 

komponentləri ilə qarşılıqlı əlaqəsində müxtəlif variantlar vardır. 

Aşağıdakı  şəkildə  süni  intellekt  sisteminin  biliklərin  axtarış  və 

generasiyasında  əsas  sistem  modulları  ilə  BB-nin  qarşılıqlı  əlaqəsini  əks  etdirən 

fraqment verilib. BB-də faktoqrafik informasiya və evristika və ya qaydalar təqdim 

olunur. 


Bundan  əlavə,  BB-nin  yüksək  pilləsində  axtarışın  rasional  strategiyasının 

təkmilləşdirilməsi üçün lazım olan metabiliklər verilmişdir. Lakin biliklərin çıxışı 

yeni  qayda  və  biliklərin  generasiyası  burada  BB-də  qayda  və  verilənlərin 

interpretasiyasında BB-nin metasəviyyəsi ilə qarşılıqlı əlaqədə olan çıxış blokunun 

köməyi ilə həyata keçirilir. 

 

Şə



kil  3.  Məhsuldar  sistemlər  üçün  süni  intellektin  istehsalat  sisteminin 

ə

sas komponentləri ilə BB-nin qarşılıqlı quruluş 

Məsələnin  həlli,  qayda  və  verilənlərlə  iş,  xüsusi  blok  olan  işçi  sahəsində 

həyata keçirilir.  şçi sahəsində sorğunun təsviri və ya həll olunan məsələnin, BB-

nin  qayda  və  verilənləri,  çıxış  mexanizminin  prosedur  və  ya  strategiyası  təqdim 

olunur. 



 

24

Hal-hazırda  nisbətən  yayılmış  məhsuldar  sistemlərin  istifadəsi  zamanı 



biliklərin  təqdim  olunmasının  aşağıdakı  şəkildə  verilmiş  sistemin  əsas 

komponentlərinin quruluş və funksional təşkili variantı mövcuddur.  

Tədqiqat sahəsi haqqında faktlar və evristikalar məhsuldar qaydalar şəklində 

saxlanılan  zaman,  BB  bir  çox  hallarda  “qaydalar  bazası”,  çıxış  mexanizmi  isə 

“qaydalar  interpretatoru”  kimi  təqdim  olunur.  BB-də  tədqiqat  sahəsinin  fakt  və 

təsvirləri, həmçinin problemlə bağlı olan evristikalar saxlanılır.  darəedici quruluş 

(qaydaların çıxış və interpretasiyası mexanizmini reallaşdıran) problemin həllində 

BB-dən  istifadə  edir.  şçi  yaddaşında  (və  ya  qlobal  verilənlər  bazasında)  konkret 

məsələyə  daxil  olan  verilənlər,  problem  və  ya  məsələnin  vəziyyəti  haqqında 

informasiya  saxlanılır…  Layihələşdirilən  intellektual  sistemin  biliklər  bazasının 

hazırlanması zamanı qeyd edildiyi kimi sərəncamda olan bilkləri, yəni məlum olan 

fakt  və  informasiyaları  təyin  və  tədqiq  etmək  vacibdir.  Bunlar,  ölçülər  haqqında 

istehsal informasiyaları, dəyişənlər arasında əlaqələr, tənzimləmənin avadanlıq və 

ə

məliyyatları, prosesin idarə edilməsi zamanı müxtəlif vəziyyətlər ola bilər. 



 

Şə

kil  4.  Məhsuldar  sistemlər  üçün  BB  ilə  intellektual  sistemlərin  əsas 



komponentləri arasında qarşılıqlı əlaqənin quruluşu 

stehsal informasiyalarının əsasını biliklərin iki tipi – əsas (dərin) və ekspert 

bilikləri  təşkil  edir.  Əsas  biliklər  fundamental  prinsiplərə  əsaslanan  iqtisadi 

proseslər və onun funksiyalarının hissəvi anlayışını əks etdirir. Mühəndislər riyazi 




 

25

ə



məllər  vasitəsi  ilə  istiliyin  ötürülməsi,  maye  axını,  kimyəvi  reaksiyalar, 

qarışıqların  parçalanması  və  s.  prosesləri  təsvir  edə  bilərlər.  Riyazi  həllərin 

bərabərlik və qaydaları biliklər üçün ardıcıllıq və ya təşkilat quruluşunu müəyyən 

edir.  Dolğun  və  hərtərəfli  istismar  prosesləri  prosedur  məsələləri  üçün  əsas 

biliklərlə eyni qiymətləndirilir. 

Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır. Prosesin ölçülmə şərtləri 

keyfiyyət terminlərində asan verilir və asan da təsvir olunur. Prosesin gedişi çoxlu 

müxtəlif  vəziyyətlərdə  özünü  biruzə  verir.  O,  keyfiyyət  xarakteristikalarının 

istifadəsi ilə müşahidə və proqnoz oluna bilər. Lakin proses fundamental prinsiplər 

terminində heç də hər zaman başa düşülən olmur. Bir çox göstəricilərin keyfiyyət 

təbiəti, bərabərliklərin məntiqi formada ifadəsi riyazi əməllərin köməyi ilə birlikdə 

təsvir olunan mütəmadi olmayan münasibətlər və nəticələri şərtləndirir. 

ntellektual  sistemlərin  BB-si  təcrübədə  adətən  ekspert  və  əsas  biliklərin 

kombinasiyasını təşkil edir. Biliklərin bir hissəsi tamamilə keyfiyyət, digər hissəsi 

isə kəmiyyət xarakteri daşıya bilər. 

Bir  çox  tədqiqatçıların  fikrincə  süni  intellekt  nəzəriyyəsində  biliklərin 

təqdimatı  əsas  yer  tutur.  Biliklər  nəyi  ifadə  edir  və  onların  verilənlərdən  fərqi 

nədədir?  

Biliklər, mühit (konkret tədqiqat sahəsi, obyekt və ya obyektlərin məcmusu) 

haqqında  obyektlərin  xüsusiyyətləri  barədə  informasiyaları,  hadisə  və  proseslərin 

qanunauyğunluğunu,  qərar  qəbulu  üçün  informasiyadan  istifadə  qaydalarını 

özündə  birləşdirən  məlumatlar  məcmusunu  (şəxsdə,  cəmiyyətdə  və  ya  sistemdə 

süni intellekt) ifadə edir. 

lkin hesablama texnikaları verilənlərin emalına yönləndirilmişdi. Bu, texnika 

və  proqram  təminatının  inkişaf  səviyyəsi  və  həm  də  həll  edilən  məsələlərin 

xüsusiyyətləri  ilə  əlaqdar  idi.  Sonrakı  həll  edilən  məsələlərin  mürəkkəbləşməsi, 

onların intellektuallaşdırılması, hesablama texnikasının inkişafı bilikləri emal edən 

maşının  yaradılması  zəruriliyini  doğurur.  Biliklərin  verilənlərdən  ən  böyük  fərqi 

ş

übhəsiz  ki,  onların  interpretasiyalı  olmasıdır.  Verilənlərin  interpretasiyası  üçün 



proqramın  olması  vacibdir  və  onlar  özləri  dolğun  informasiya  daşımırlar,  lakin 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə