17
ilə işləyən və müəyyən mənada eksperti əvəz edən və ya ona kömək edən sistem
yaratmaq istəyiriksə bütün bu sadaladığımız funksiyaları sözügüdən sistemin
quruluşuna daxil etməyə cəhd etməliyik. Aşağıdakı şəkildə intellektual sistemlərin
ümumiləşdirilmiş quruluşu, komponentləri və əlbəttə ki, onu əhatə edən mühit
verilmişdir. Bütün bu komponentlərlə yanaşı vacib, biliklərə əsaslanan,
mövcudluğu konkret məsələlərlə müəyyən olunan hər bir sistem üçün müxtəlif
vəzifələr təyin edilir
Hər bir idarə edən sistem üçün BB və ona uyğun, biliklərlə işləyən çıxış
mexanizmi lazımdır. Adətən intellektual sistemlər son istifadəçi ilə, ekspertlə, bilik
mühəndisi ilə, daxili verilənlər bazası (VB) ilə və tətbiqi proqram təminatı ilə
qarşılıqlı əlaqədə olurlar.
stifadəçi intefeysi məhdud təbii dildə danışığın daxil edilməsi və həm də
vizual təqdimatla (qrafika, texniki görmə) əlaqəni təmin edir. stifadəçi qismində
insan-operator və ya qapalı dövri əməliyyatlarda istehsal prosesinin özü çıxış edə
bilər. Bir çox istehsal prosesində verilənlərin avtomatik qəbulu və emalı, həm də
idarəetmə üzrə əks əlaqə vasitələri lazım olur. Bilik mühəndisi ilə intellektual
sistemlər adətən BB-nin komponentlərini almağa və modifikasiya etməyə icazə
verən quruluş redaktorların köməyi ilə əlaqələndirilir.
ntellektual sistemlərin tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqəsi xüsusi
hesablamalar vaxtı hiss olunur. Belə ki, verilənlərin emalı üzrə standart
ə
məliyyatların altməsələ qismində istifadə edilmə məcburiyyəti tez-tez yaranır.
ntellektual sistemlərin inteqrə olunmuş istehsal idarəetmə sistemi, nternet və
paylanmış VB ilə əlaqəsi verilənlər və biliklərin alınması, idarəetmənin müxtəlif
ierarxiyalarına yerləşdirilməsi üçün istifadə olunur. Bundan əlavə daxili VB və
nternet ilə qarşılıqlı əlaqəni təşkil edir.
Adətən istehsalın idarə edilməsi məsələlərində ekspert tərəfindən biliklərin üç
səviyyəsindən istifadə edilir: reflektiv, yəni qeyri-iradi reaksiyaların səthi
biliklərinə uyğun “qabiliyyət”; standart mühakimə halları üçün qaydalar; qeyri-adi
və çətin hallar üçün qaydalara deyil, konkret prinsiplərə əsaslanan dərin biliklər.
18
BB-nin layihələşdirilməsi zamanı intellektin dərin bilikləri hesaba alması cəhdi
vacibdir.
ntellektual sistemlərin layihələşdirilməsinin və onların arxitekturasının
seçilməsində sadəcə mövcud istehsal obyektini qiymətləndirən müstəqil proqram
təminatı hazırlamaq lazım deyil. ntellektual sistemlərin prosesin müxtəlif
elementlərinə yaxınlaşmasına, idarəetmə və təşkilatın texnoloji zəncirin əsas
həlqəsi kimi çıxış etməsinə cəhd etmək lazımdır.
ntellektual sistemlərin yaradılması zamanı tədqiqat sahəsi haqqında biliklərin
təqdim olunma üsulu və insanın xəyalının modelləşdirilməsi, düşüncə metodları və
qərar qəbulunda seçimlər mühüm əhəmiyyət kəsb edir. ntellektual sistemin
yaradıcısı (biliklər mühəndisi) uzun müddət BB-nin yaradılması üçün informasiya
mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə həmin sahə üzrə birgə işləyir. Bir
neçə iterasiya (təkrar) nəticəsində sistemdə biliklərin təqdim olunma sxemi və
məntiqi çıxarış strategiyası seçilir.
Biliklərin BB-da qurulması və çıxış mexanizminin, düşüncələrin və seçimin
təşkili problemlərindən başqa izahetmə qərarlarının funksiyaları və çıxarılışları
mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq intellektual sistemlər istifadəçilərin
onlara olan inamının artmasından sonra öz nəticə və nəsihətlərini izah edir və
təsdiqləyirlər.
Yuxarıdakı şəkildə verilən intellektual sistemin quruluşu əlbəttə ki, ideal və
universal deyil. Mövcud intellektual sistemlərdən heç biri sadalanan
komponentlərin hamısını özündə birləşdirmir. Bununla yanaşı bu elementlərin
varlığı abstrakt (mücərrəd) deyil, tətbiqi aspektdə intellektuallığa iddia edən
sistemin müxtəlif funksiyalarının reallaşdırılmasını əks etdirir. Bu və ya digər
komponent və əlaqələrin intellektual sistemə qoşulması müəyyən səviyyədə onun
təyinatından, funksiyalarından, tədqiqat sahəsindən və istehsal prosesindəki
qarşılıqlı əlaqə formasından asılı olaraq müəyyən edilir. Məsələn, izahetmə
funksiyalarının nizamlama intellektual sistemlərinin bazası əsasında texnoloji
proseslərin idarə edilməsi sistemində reallaşdırılması əlverişli deyil. Bir çox
19
komponentlərə isə demək olar ki, hər bir intellektual sistemin quruluşunda rast
gəlmək olar.
stənilən intellektual sistemin əsasını, özəyini BB və sistemə qoyulmuş həllin
çıxış mexanizmi təşkil edir. Ümumi şəkildə desək, bu komponentlər sistemin iki
ə
sas intellektual xarakteristikasını təyin edir: istənilən bir şey haqqında biliklərin
saxlanması bacarığı və bu biliklər üzrə əməliyyatların aparılması. Biliklərə
ə
saslanan qismən inkişaf etmiş sistemlərə öyrənə bilən, yeni bilikləri qavrayan,
BB-ni genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və hadisələrdə biliklərin
korrektə edilməsini təmin edən sistemlər aiddir. ntellektual sistemlərin
layihələşdirilməsi zamanı daha çox vaxt və səy BB-nin yaradılmasına gedir. Belə
ki, biliklərin yığılması, biliklərin təqdim olunma modelinin təşkili, onun
quruluşunun verilməsi, BB-nin tam dolğunluğu ilə tamamlanması və onun daha
sonra da aktual vəziyyətdə saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir.
BB-nin layihələşdirilməsi və reallaşdırılmasına keçməzdən əvvəl sistemi
işləyib hazırlayanların BB-nin və intellektual sistemlərin ümumilikdə hazırlanması
prosesi ilə bilavasitə bağlı olan bir neçə sualı həll etməlidirlər. ntellektual
sistemlərin (o şərtlə ki, intellektual sistemlərin bu sahədə hazırlanması özünü
doğruldacaq) hazırlanmasının ilkin mərhələsində həll ediləcək tapşırıqların
həlqəsini müəyyən etməyə cəhd edək:
•
Problem sahəsinin (obyektin, tapşırığın, məqsədin) tədqiqi, yəni “BB nəyi
ifadə edir” və “nəyə görə ifadə edir”;
•
Tədqiq olunan problem sahəsi kontekstində “bilik” məfhumunun təyini;
•
Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və ciddi cəhdlə işləmək;
•
Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən edilməsi;
•
Biliklərin quruluşunun müəyyən edilməsi üsulu, yəni “bilikləri necə təqdim
etməli”;
•
Biliklərin təqdimatı üsulunun seçilməsi;
•
BB-nin quruluşunun müəyyən edilməsi;
•
BB-nin quruluş hissələri arasındakı qarşılıqlı xarakterin müəyyən edilməsi;
•
BB-nin doldurulması prosesinə hazırlıq.
Dostları ilə paylaş: |