Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
  1   2   3   4   5   6   7   8   9   ...   39


 
AYDIN SƏFİXANLI 
 
 
 
 
 
İNSAN HÜQUQLARININ VƏ ƏSAS 
AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA 
AVROPA KONVENSİYASINDA 
İNSAN HÜQUQ VƏ AZADLIQLARI İLƏ 
BAĞLI MÜDDƏALARIN 
AZƏRBAYCAN RESPUBLİKASININ 
QANUNVERİCİLİK SİSTEMİNDƏ TƏSBİTİ 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI 
ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN), PROFESSOR ELMİRA 
SÜLEYMANOVANIN ÜMUMİ REDAKTƏSİ İLƏ 
 
 
 
 
 
 
 
 
BAKI-2003 


 

BBK     12.3  
S-49 
 
Rəyçi: 
Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  İnzibati  
və  hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri namizədi 
Səfərov Nizami. 
 
S-49 Aydın Səfixanlı.  İnsan hüquqlarının və  əsas azadlıqların 
müdafiəsi haqqında Avropa konvensiyasında insan hüquq 
və azadlıqları ilə bağlı müddəaların Azərbaycan 
Respublikasının qanunvericilik sistemində  təsbiti. Bakı, 
Azərnəşr, 2003, 128 səh. 
ATƏT-in maliyyə  dəstəyi ilə  dərc edilən bu kitabda insan 
hüquq və azadlıqları sahəsində özündə mühüm normaları  təsbit 
edən «İnsan hüquq və  əsas azadlıqları haqqında» Avropa 
Konvensiyasında və Konvensiyaya edilən  əlavə Protokollarda 
müəyyən edilmiş müddəaların Azərbaycan Respublikasının 
Qanunvericilik sistemində  təsbiti ilə bağlı araşdırmalar 
aparılmışdır. 
Aparılan araşdırmalarda «İnsan hüquqları  və  əsas azadlıqları 
haqqında» Avropa Konvensiyası  və Konvensiyaya əlavə 
Protokolları  və Azərbaycan Respublikasının Qanunvericilik 
sisteminə daxil olan normativ hüquqi aktlar daxil olmaqla 35-ə 
qədər normativ hüquqi aktlardan istifadə edilmişdir. 
Kitab hüquqşünasların, insan hüquq və azadlıqlarının qorunması 
sahəsində çalışan dövlət orqanlarının  əməkdaşlarının, insan hüquq 
və azadlıqları problemləri ilə  məşğul olan qeyri-hökumət 
təşkilatlarının, habelə təhsil müəssisələrinin istifadəsi üçün nəzərdə 
tutulub. 
 
S-49
2003
)
07
(
6519
1203000000

M
 
qrifli nəşr 
 
 
 
 
 
© Aydın Səfixanlı 2003 


 

ÖN SÖZ 
 
Avropada mövcud olan insan hüquqlarının müdafiəsi 
mexanizminin  əsasını  «İnsan hüquqlarının və  əsas azadlıqlarının 
müdafiəsi haqqında» 1950-ci il tarixli Konvensiya təşkil edir. Bu 
sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq 
standartların bərqərar olunması istiqamətində müstəsna rolu 
olmuşdur. Konvensiyanı hüquqi sənəd kimi bir neçə aspektdən 
qiymətləndirmək olar. 
Birincisi, Konvensiyanın  əsasında səmərəli nəzarət mexanizmi 
fəaliyyət göstərir. Bu mexanizmlərə  əsaslanan iştirakçı-dövlətlər, 
Konvensiyaya və onun əsasında formalaşan presedent hüququna 
söykənərək bir tərəfdən, milli qanunvericiliyi, digər tərəfdən isə 
dövlət hüquq təsisatlarının fəaliyyətini təkmilləşdirmək imkanı 
əldə edir. Qeyd olunan tendensiya Avropa Şurasına daxil olan 
bütün dövlətlərdə özünü biruzə verir. 
İkincisi, nəzərə almaq lazımdır ki, Konvensiyanın milli hüquq 
instirutlarına təsiri daimi xarakter daşıyır və ümumavropa 
inteqrasiya prosesində özünü biruzə verir. Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə Avropa Konvensiyasının 
qarşılıqlı əlaqələri və qarşılıqlı təsiri buna əyani sübutdur. 
Məlum olduğu kimi dövlətimiz 2001-ci il dekabr ayının 25-də 
Avropa  İnsan hüquqlarının və  əsas azadlıqlarının müdafiəsi 
haqqında Konvensiyasını  təsdiq etmişdir. Avropa Şurasının bu 
mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər 
beynəlxalq təşkilatla sıx  əməkdaşlığa hazır olduğunu və insan 
hüquqldarının qorunması sahəsində öz üzərinə götürdüyü 
öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir. 
Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlətimiz Avropa 
Şurasına üzv olmaqdan çox əvvəl insan hüquqlarının qorunması 
üzrə yeni sistem formalaşdırmağa başlamışdır. Bu proses ölkədə 
Azərbaycan Respublikası prezidenti Heydər  Əliyevin rəhbərliyi 
altında aparılan hüquq islahatlarının  əsas istiqamətlərindən birini 
təşkil etmişdir. 


 

Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və 
vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə 
Konstitusiyasının 12-ci maddəsinə  əsasən dövlətin ali məqsədi 
kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda 
insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük 
diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, 
Konstitusiyada sadalanan insan və  vətəndaş hüquqlarının və 
azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında 
həmçinin «Avropa İnsan hüqüqlarının və  əsas azadlıqlarının 
müdafiəsi haqqında» Konvesiya da daxildir. 
Konvensiyanın milli qanunvericiliklə qarşılıqlı əlaqələri hazırda 
inkişaf dövrünü yaşayır. Konvesiyada təsbit olunmuş normalar bir 
çox hüquq sahələrində  əks etdirilir. Bu prosesi əyani surətdə 
müşahidə etmək üçün Konvensiya ilə milli qanunvericilik aktlarını 
müqayisəli  şəkildə  nəzərdən keçirmək kifayətdir. Həmin məqsədlə 
oxucuların nəzərinə çatdırılan hazırki kitab bu sahədə bilgilərin 
artmasına yardımçı olacaqdır. 
 
 
 
Azərbaycan Respublikasının  
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 
E.Süleymanova 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə